Qeyd etmək istərdim ki, bu risalədə istifadə olunan hədisləri məşhur hədis alimi olan Əbu Abdullah Muhəmməd ibn İsmail əl-Buxari isnadla gətirsə nəzərə alıb hədisləri bir-birinə ötürən ravilərin silsiləsini qısaldıb yalnız hədisi rəvayət edən birinci ravi ilə kifayətlənmişəm. Hədislərin hökmlərini və onların dərəcələrini şeyx Muhəmməd Nasirəddin əl-Albani müəyyən etmişdir. Xüsusi olaraq qeyd etməliyəm ki, əl-Buxarinin topladığı bu hədislərin arasında zəif hədislərin olmasından təəccüblənməyin. Belə ki, alim bu hədisi topladıqda özünün "Səhih əl-Cami" əsərində olduğu kimi yalnız səhih hədisləri toplamağı qarşısına məqsəd qoymamışdır. Odur ki, bu kitabda həmin səhih, həm həsən, həm də zəif hədislər vardır. Hədis terminlərinin mənasını isə aşağıda izah etmişəm.
Peyğəmbər –sallallahu aleyhi və səlləm – buyurur: «Şübhəsiz ki, namazı tərk etmək kişi ilə küfr arasındadır». Digər bir hədisdə: «Bizimlə onlar arasındakı əhd namazdır. Kim bu namazı tərk edərsə küfrə girər». Başqa bir hədisdə: «Kim namazı qədsən tərk edərsə, Allahın himayəsindən uzaq düşmüş olar»
Insanlar təvəssül, onun dində yeri məsələsində çaş-baş qalmış, bir-birilə böyük ixtilaflarda olmuşlar. Məsələn, uzun əsrlərdən bəri müsəlmanlar öz dualarında bu sözləri deməyə alışmışlar: «Ilahi, peyğəmbərinin Sənin dərgahında haqqı, onun gücü və ya qüdrəti ilə mənə şəfa ver, yaxud məni bəladan qurtar!», «Ilahi, mən Beytül-həramın (Kəbənin –tərc.) haqqı ilə Səndən bağışlanma diləyirəm!», «Ilahi, filan və filan övliyaların və əməli-salehlarin gücü ilə…», «Ilahi, dərgahında olan Allah adamlarının kəramətilə bizimlə mövcud olanın və imdadımıza çatanın gücü ilə qayğılarımızı yüngülləşdir!», «Ilahi, biz Sənə yalvarırıq; vasitəçi ilə Sənə yalvarırıq ki, Islam və müsəlmanlara kömək edəsən!» və s.
Həmd aləmlərin Rəbbi Allaha məxsusdur, gözəl nəticə (Cənnət), Allahdan lazımı qədər qorxan müttəqilər üçündür. Düşmənlik ancaq zalımlaradır. Allahdan başqa (haqqı ilə ibadət ediləcək) bir ilahın olmadığına, Onun bir olduğuna və ortağının olmadığına, Məhəmməd (s.ə.s)-in Allahın qulu və elçisi, peyğəmbərlərin sonuncusu, müttəqilərin qabaqcılı olduğuna şəhadət edirəm. Heç şübhəsiz ki, Uca Allah elçisi Məhəmməd (s.ə.s)-i aləmlərə rəhmət, möminlərə gözəl bir misal, bütün qullarına hüccət olması üçün hidayət və haqq dini ilə göndərmişdir. Uca Allah qullarının xeyrinə olan hər bir şeyi onların dini və dünyəvi hallarını düzəltmək, onların doğru inanca, sağlam əməllərə, gözəl əxlaqa və uca bir təbiətə sahib olmaları üçün Məhəmməd (s.ə.s)-ə endirdiyi Qurani Kərim və hikmətlə açıqlamışdır.
Həqiqətən iman zəifliyinin təzahürü müsəlmanlar arasında genişdir və intişar tapmışdır. İnsanların bir çoxu qəlblərinin sərtliyindən şikayətlənir və deyir: «Qəlbimdə sərtlik hiss edirəm, ibadətlərimdən heç bir həzz ala bilmirəm, imanımın zəiflədiyini hiss edirəm, Quran oxumaqdan təsirlənmirəm, asanlıqla günaha batıram». Belə insanlarda açıq-saçıq xəstəlik nişanələri var. Bu xəstəlik bütün bəlaların əsası, bütün nöqsanları və fəlakətlərin səbəbidir.
Qəlb mövzusu həssas və mühüm bir mövzudur. Qəlb sürətlə dəyişdiyi və çevrildiyi üçün bu cür adlanır. Rəsulullah (s) buyurur: «Həqiqətən, qəlb dəyişkən olduğuna görə belə adlanır. Qəlb ağacın budağından sallanan bir yarpaq kimidir, külək onu o tərəf bu tərəfə çevirir».(Əhməd, 4/408; «Səhih əl-Cami», 2365) .
Qısaca olaraq onu demək istəyirəm ki, Allah – sübhanəhu və təalə – Qurani Kərimdə buyurur ki: "Peyğəmbər sizə nə verirsə onu da götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən Allahın cəzası çox şiddətlidir" (əl-Həşr 7). Artıq Allahın Rəsulu – sallallahu aleyhi və səlləm – bizlərə saqqal saxlamaq və isbalı (paltarı) topuqdan yuxarı geyinmək kimi sünnəti əmanət olaraq qoymuş, musiqi və musiqiyə qulaq asmaqdan isə bizləri çəkindirmişdir. Əbu Hureyrə, Abdurrahman b. Saxr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səlləllahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: "Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun, nəyi sizə əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edir. Şübhə yox ki, sizdən əvvəlki ummətləri çox sual vermələri və peyğəmbərlərinə müxalif olmaları məhv etdi". ( Səhih Buxari 7288; Səhih Müslim 1337 – Bu hədisin əvvəli belədir: Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "Ey insanlar! Allah üzərinizə Həcc etməyi fərz qıldım, artıq siz də Həcc edin".Bir nəfər: "Ey Allahın Rəsulu, hər il Həcc edək?" Peyğəmbər – səlləllahu aleyhi və səlləm – susdu. Həmin şəxs sualını bir neşə dəfə təkrarladı. Peyğəmbər: "Əgər mən hə desəm, sizə hər il Həcc etmək vacib olardı. Sizin də buna gücünüz çatmazdı…").
Öz mübarək kitabında «Allahın izni olmadan (qiyamətdə) onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər», «De ki: bütün şəfaət yalnız Allaha məxsusdur» sözlərini buyuran Allaha həmd və səna olsun. Allahın qulu və elçisi – böyük şəfaət sahibi Peyğəmbərimiz Məhəmmədə salavat və salam olsun!
Sübhəsiz bütün insanlar dua və Allaha sığınmağı xüsusi bir ehtiyac duyur. Sıxıntıların aparılmasında, ehtiyacların aradan götürülməsində, onlara gələn bəla və fitnələrin qarşısının alınmasında dua insan üçün zəruri ehtiyacdır.
Dua, möminin qüvvətli silahı, bəlanı dəf edib qəzanı rədd etdiyi sağlam qalasıdır.
Hədis alimi Müslimin rəvayətində Allahın Rəsulu (s.ə.v) qeybəti belə tanıdır: «Qeybət nədir, bilirsinizmi?». Səhabələr cavab verdi: «Ən yaxşısını Allah və Rəsulu (s.ə.v) bilər». Rəsulullah (s.ə.v) dedi: «Qardaşınızın xoşuna gəlmədiyi şeyi söyləməkdir». Səhabələrdən biri sual etdi: «Əgər söylədiklərim onda varsa necə?» Allahın Rəsulu (s.ə.v) «Əgər söylədiklərin onda varsa qeybət etmiş olursan, əgər yoxdursa onda ona iftira (böhtan) etmiş olursan» cavabını verdi.
Bilindiyi kimi şeytan, Adəmə səcdə etməklə əmr olunduğu zaman, bu ilahi əmrə qarlı çıxmış və : "çünki mən Adəmdən daha xeyirliyəm" deyərək ona səcdə etməməklə özünün haqlı olduğunu iddia etmişdir. Nəticədə qazandığı cəzaya dü.ar olmuş, ilahi hüzurdan və cənnətdən qovulmuşdur.
Şirk, yalnız Allaha aid olan bəzi isim və sifətləri başqa varlıqlarda da görmə, bu varlıqları o mövzuda Allah ilə şərik saymaqdır. Bu varlıqlar daha çox din böyükləri olur. Onları Allaha yaxın bildikləri üçün həmin isim və sifətləri onlara vermək insanları bir o qədər narahat etməz. Bu onları Allahla vasitəçilik mövqeyinə yüksəldər. İnsanlar Allahın görə biləcəyi işlər üçün bunların vasitəçiliyinə ehtiyac duymağa başlayarlar. Bundan sonra onlara Allaha boyun əydikləri kimi boyun əymələri çox da çətin olmaz. Beləcə o din böyüklərinin hər biri bir ilah yerinə qoyulmuş olar.
Hicrət, İslam və dünya tarixində çox böyük bir hadisədir. İslamın qurtuluşu və İslam inqilabının başlanğıcı olmuşdur. İslam dini, hicrət sayəsində istiqlaliyyətinə qovuşub, yayılma imkanı tapmışdır. Hicrətin tarixdəki təsiri təsiri dini olduğu qədər ictimai və siyasidir.
Həzrəti Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti ilə İslam tarixində yeni bir dönəm başlamışdır. Hadisə sadəcə bir məkan dəyişikliyi ilə kifayətlənməmiş, İslamın dəvəti fəaliyyəti və siyasəti nöqteyi nəzərindən bir dönüm nöqtəsi olmuşdur.
Siyasi tərəfdən hicrətin böyük bir əhəmiyyət daşıdığı aşikardır. Məkkədəki müşriklərin təzyiqləri qarşısında bir çox əziyyət və işgəncəyə məruz qalan müsəlmanlar hicrət sayəsində güc tapmış və Həzrəti Peyğəmbərin rəhbərliyi ilə bir dövlətə qovuşmuşdular. Hicrətdən sonra Həzrəti Peyğəmbər İslam dövlətinin quruluşunu elan etmiş və diplomatik təmaslarına başlamışdır.
"Uca Allah demişdir: "Ey Adəm oğlu, həqiqətən, Mən, etdiklərinə (günahlarına) baxmayaraq , Mənə dua ilə ibadət edəcəyin və Mənə tapınacağın günədək səni bağışlayacağam! Ey Adəm oğlu, əgər sən səma buludlarına çatan qədər günahlar işlətsən və sonra Məndən bağışlanmanı diləsən, Mən səni bağışlayaram! Ey Adəm oğlu, həqiqətən, əgər sən, az qala bütün yeri (doldura bilən) günahlarla Mənim yanıma gəlsən və Mənimlə bərabər heç nəyə ibadət etmədən Mənlə görüşsən , Mən hökmən sənə bağışlanma əta edərəm və o (bütün günahlarını örtər)!"
Meqale oxundu:112
Bu səhifə Abu Hamza Sələfi tərəfindən hazırlanmışdır
İstənilən məqalədən, ticari məqsəd olmadan istifadə edilməyə halallıq verilib