813
Adi: arzu
Soyadi: heziyeva
Sual: salam eleykum siqaret cekmek namazqilancin gunahdirmi sag olun allah razi olsun
Cavab: Va aleykumussalam Bəli. Siqaret çəkmək inanın bədəninə ziyandır, biz bu bədəni Allahdan əmanət olaraq almışıq, ona heç bir zərər vermədən də saxlamalıyıq. Siqaret çəkmək haramdır. Bu barədə daha geniş məlumat almaq üçün www.dinifetvalar.com səhifəsinə daxil olub siqarət sözünu axtarışa verin, çıxan fətvalarla tanış olun


812
Adi: ayfram
Soyadi: h
Sual: seyidler haqqinda sousmaq isterdim dinde pirleri ziyaret etmek duzgun hesab edilirmi? onlarin vasitesi ile ALLAHdan komek dilemek dogrudurmu?
Cavab: Seyid sözü əslində bir dini termin kimi şəriətdə yoxdur. Bu söz ancaq Azərbaycana xas olan bir sözdür və mollalar tərəfindən uydurulmuşdir. Və bizdə seyid, peyğəmbər nəslindən olan insana deyilir. Açığı belə baxanda, hal hazırda vətənimizdə olan seyidlərin sayı, sanki Məkkədə olan əsl peyğəmbər nəslnidən olan insanların sayından çoxdur. Çünki burada yaşayan və özlərinə seyid, yəni peyğəmbər nəslindən olduqlarını deyən insanların böyük əksəriyyəti bunu heç bir dəlil sübut olmadan deyirlər. Pirlər barəsində danışsaq, bildirmək lazımdır ki, Peyğəmbər (s.a.s)-in dövründə pirlər olmayıb, və bütün səhabələr istədiklərini vasitəsiz, bir başa Allahdan istəyiblər. Pirlər sonradan qazanc mənbəyi kimi ortaya çıxan bir vasitədir. Dinimizdə elə bir hal yoxdur ki, insan əgər filan pirə gedib nəsə istəsə olacaq. Belə bir anlayış dinimizdə yoxdur, bu yenə də pul qazanmaq istəyən mollaların avam və cahil camaatı aldatmasından başqa bir şey deyil


811
Adi: ayfram
Soyadi: h
Sual: Mollalarin Quran oxuyub pul qazanmasina dinde nece baxilir ?bu barede her hansi bir hedis ve ya Qurani Kerimde melumat varmi?
Cavab: Uca Allah Quranı, insanların doğru yola gəlməsi üçün göndərib. Mollaların Quran vasitəsilə pul qazanması üçün yox. Mollalar, ərəb dilində böyük səhflər və xətalar buraxa-buraxa oxuduqları Quranın tərcüməsini insanlara elmi cəhətdən izah etsələr, insanlar yas mərasimlərində yuxulaya yuxulaya mollaların Quran oxumaqlarına bezmiş halda qulaq asmaqdan çəkinərlər. Bu əməl düzgün deyil, Quranı ucuzlaşdırmaqdır. Allah bizim millətimizə hidayət versin. Amin


810
Adi: arzu
Soyadi: heziyeva
Sual: salam eleykum men usaq vaxti bir magazadan lak goturmusdum yiyesinin xeberi olmadi bu haram sayilir?
Cavab: Va aleykumussalam Bəli bu haramdır, ancaq yəqin uşaq vaxtından bunun haramlığını dərk etməmisiniz, inşallah ki, bu sizə günah yazılmaz


809
Adi: Xilqet
Soyadi: Yahyayev
Sual: Salam Aleykum Menim sualim sevgindendi, xahish edirem Allah rizasi icin etrafli cavab yazasiniz. Eger heyat yoldashini heddinden artiq sevirsense bu gunah deyil ki?
Cavab: Va aleykumussalam Zəhmət olmasa Şeyx Fouzanın aşağıdakı məqaləsini oxuyun http://selefeqidesi.com/Meqaleler/mehebbet.shtml


808
Adi: arzu
Soyadi: heziyeva
Sual: salam eleykum men evvelden namazi 3 defe qilmisam ele gormusem boyuklerimden elede oyrenmisem indi deyirlerki 5defe qilmaq lazimdir 3 defe sayilmir men ne edim sag olun allah razi olsun
Cavab: Assalamu aleykum. Əziz bacı. Namaz tam olaraq gündə 5 dəfə qılınır. Namazı 3 dəfə qılanlar, onu birləşdirib qılanlardır. Peyğəmbər (s.a.s), onun səhabələri, tabiinlər hamısı namazlarını gündə 5 dəfə qılıb. Elə namazın vaxtlarının adları buna dəlildir. Əgər siz, Peyğəmbər (s.ə.s)-in namazını öyrənmək istəyirsinizsə, onda bizim yeni açılmış www.NamazQil.com səhifəsini ziyarət edin


807
Adi: arzu
Soyadi: heziyeva
Sual: salam eleykum namazi gunde 3 defe qilmag olar?
Cavab: Va aleykumussalam. Hər bir namazı öz vaxtı var və namazların sayı gündə 5 dəfədir. Daha geniş öyrənmək üçün www.NamazQil.com saytına müraciət edin və ya www.DiniFetvalar.com saytında namaz bölümünə baxın


806
Adi: N
Soyadi: Q
Sual: Salam. Eger nigah yoxdursa sevdiyin qizla en yaxin hansi munasibetde ola bilersen? Elinden tutmaq olarmi? Evvelceden tesekkurler...
Cavab: Va aleykumussalam Əgər nigah yoxdursa, sevdiyin qız sənə naməhrəm sayılır və onunla ümumən ünsiyyət qurmaq haramdır. Çalış qızın valideynlərindən kəbin üçün halallıq al, kəbin kəsdir. Bu zaman qız sənə halal olacaq və onun əlindən tuta bilərsən.


805
Adi: Ramin
Soyadi: Shafiyev
Sual: Salam Aleykum. Hər namazdan qabaq azan vermek lazımdırmı? Misal üçün: namaz vaxtından 30-35 dəqiqə keçib və namaz qıldıqda azan verməliyəmmi.
Cavab: Va aleykumussalam. Bu barədə aşağıdakı fətvanı oxuyun
http://www.dinifetvalar.com/fetva.pl?id=516&axtarilan_soz=azan


804
Adi: ibrahim
Soyadi: arzumanov
Sual: assalamu aleykum. vitr namazinin qezasini qilmaq lazimdirmi. ALLAH razi olsun
Cavab: Va aleykumussalam. Vitr namazının qəzasını qılmaq olar


803
Adi: Xayal
Soyadi: Aliyev
Sual: Salamun aleykum. Mene maraxlidir Quranda bunlara aid nece ayet var? 1. Namaza aid. 2. Oruca aid. 3. Zekata aid. 4. Hec 5. Sukr 6. Yalan 7. Qiybat 8. Zina ve s. basqalarinida siz yazsaniz yaxsi olar. Allah razi. Salamun aleykum
Cavab: Va aleykumussalam
Bu sözləri Quranda axtarmaq və onların necə dəfə təkrarlandığını bilmək üçün www.selefeqidesi.com səhifəsinə girib, səhifənin yuxarı hissəsində Quranda axtarış bölməsində o sözlərdən birini yazıb Axtar düyməsinə basaraq axtara bilərsiniz


802
Adi: orxan
Soyadi: eliyev
Sual: salam aleykum qardaw.size sualim siqaret barededir.siqaret haramdi?muselmanin siqaret cekmeyine nece baxirsiz?bes muselman siqarete oyrewibse?Allah rzasi ucun bu sualim geniw wekilde cavablandirin.allah razi olsun.
Cavab: Va aleykumussalam va rahmatullah. Zəhmət olmasa www.dinifetvalar.com səhifəsinə daxil olub siqaret sözünü axtarışa verin və siqaretə aid olan bütün fətvaları oxuyun


801
Adi: Asef
Soyadi: Ekberov
Sual: Salam aleykum.evvela sizin adinizi oyrenmek isterdim.sonra ise qardas men soyadimi deyisdirmek isteyirem (Ekberov) ve isteyirem Asef Ekber edim. Bunda islami cehetden her hansi yanlisliq varmi? Evvelceden tesekkurumu bildirirem. Allah razi olsun.Salam aleykum.
Cavab: Va aleykumussalam. Əziz qardaşım, mənim kunyəm Abu Hamzadir. O ki qaldı soyadının dəyişmə məsələsinə, soyadını Əkbər etmək olmaz. Əkbər olan Allahdır. Bu ad, məhz Ona xasdır. AbdulƏkbər (yəni Əkbərin - Ən Böyük olanın qulu) qoya bilərsən.


800
Adi: Kenul
Soyadi: Ehmedova
Sual: Asselamu Aleykum. 1.Vitr namazinin qilinma qaydasini oyrenmek isterdim 2. Dogrudurmu ki, sunnet namazlari 2 ruket qilinir? 3. Istixare namazini lazim olduqda qilmaq dogrudurmu. (Bezi deyimlere gore duz deyil, bezilerine gore savablidir) ve nece qilinir&
Cavab: 1. Vitr namazı barəsində aşağıdakı ünvana müraciət edib daha geniş məlumat ala bilərsiniz http://www.islamevi.az/modules/news/article.php?storyid=1090 2. Sünnə namazları 2-2 də qılına bilər, birdəfəlik 4 rükət də qılına bilər. 3. Səhabələr demək olar ki, hər məsələ üçün istixarə namazı qılardılar.


799
Adi: CAVID
Soyadi: BABAYEV
Sual: ASSELAMI ALEYKUM VE REHMETULLAHI VE BEREKATU MEN MAQAZIN ISHDEDIREM MAQAZINDE HARAM MALLAR DA VAR BUNUN GUNAHI NE DERECEDE BOYUKDUR?
Cavab: Va aleykumussalam va rahmatullah. Əgər haram mallar satırsansa bu günahdır və haramdır. Əgər sənin mağazandırsa və orada icazə vermisən ki, haram mallar satılsın, bu da günahdı və haramdır


798
Adi: ibrahim
Soyadi: arzumanov
Sual: mektebde bezi muellimler dini mesxereye qoyur. men onu qelbimde inkar etsem lakin qiymet almaq namine onlara bir soz demesem gunah etmis olurammi ALLAH razi olsun
Cavab: Allah onları doğru yola yönəldsin. İnsan da öz Rəbblərinin onlara vacib etdiyi dini ələ salarmı? Sən onlara fikir vermə, inşallah qiyamət günü əməllərinə görə Allaha cavab verəcəklər. Səhih hədisə görə əgər bir münkər, inkar olunacaq bir əməl görsən çalış əlinlə dəf et, bacarmırsansa dilinlə, bacarmırsansa qəlbinlə. İmanın ən aşağı mərtəbəsi də budur


797
Adi: ibrahim
Soyadi: arzumanov
Sual: sevdiyim qizi qacirmaga dinimizin hokmu nedir.1-eger meni sevirse 2-eger sevmirse
Cavab: Vəlisinin icazəsi olmadan qızı qaçırmaq haramdır. Sevsə də, sevməsə də. Böyük günahdır və bu əməlinizə görə Allaha cavab verecəksiniz. Allah sizi bu haramdan qorusun. Amin


796
Adi: mustafa
Soyadi: orxan
Sual: assalamu aleykum,qardas insellah sualim beledir.zehmet olmasa mene zina edenlerin cezalarini yazardiniz,
Cavab: Zina barədə daha geniş məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz http://www.azerislam.com/forum/viewtopic.php?t=363


795
Adi: Kenul
Soyadi: Ehmedova
Sual: Asselamu Aleykum. Dinimizce chat etmek caizdirmi? Bu sual elbette ki qadın ve kişilerin chat etmesi ile bağlıdır. Eger mümkündürse xahiş edirem açıqlamasını da yazın. Allah razı olsun.
Cavab: Va aleykumussalam Xeyr bu doğru deyil, bu böyük fitnələrə gətirib çıxarır. Bu əməldən çəkinin


794
Adi: Firun
Soyadi: Yusifov
Sual: Salam aleykum nişandan sonra kebin kestirmek olarmı nezere alsaqki ner ikimiz selefik bizim üçün kebin vacibdı Bunu cahil ata ya başa salmaq cox çetindi kebinin cahiller nece başa düşür siz menden yaxşı bilirsiz bize ne yol göstere bilersiz
Cavab: Va aleykumussalam va rahmatullah. Əziz qardaş, bu məsələ açığı problemli məsələdi. Sizə düşən Allaha dua edib valideynlərinizə gözəl şəkildə izah etməkdir. Kişi üçün valideyninin kəbin razılıq verməsi şərt deyil. Qadın üçün isə şərtdir. Hər halda bacının atası onun namaz qıldığını, sizinlə ciddi münasibət qurduğunu bilir və inşallah ki, dua edib ona yaxınlaşsanız və məsələni izah etsəniz, inşallah ki, sizi anlar


1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  
20  21  22  23  24  25  26  27  28  29  30  31  32  33  34  35  36  37  38  39  
40  41  
Copyright.SelefEqidesi.com, 2006