![]() |
![]() |
|
|
ƏSRİMİZİN BÖYÜK ALİMİ ŞEYX İBN USEYMİNİN RAHİMƏHULLAH HƏYAT YOLDAŞI İLƏ MÜSAHİBƏ
2007-ci il 7 yanvar
Bu məqalə Şeyx ibn Useyminin həyat yoldaşı Umm Abdullah ilə aparılan müsahibənin yazılı versiyasıdır. Bu məqalə böyük sual və cavab müsahibəsidir. İnşaallah, həm şeyxin nümunəvi həyatından, həmçinin müsahibə boyunca şeyxə elm tələb etməkdə və dəvətdə kömək etdiyinə şahid olduğum, bir şəxs kimi dərindən hörmət etdiyim həyat yoldaşından ümid edirəm ki, faydalar əldə edəcəyik. Həmd Allaha məxsusdur, Allahın xeyir-duası və salavatı Peyğəmbərə, onun ailəsinə, nəcabətli səhabələrinə və qiyamətə qədər onun yoluna tabe olanların üzərinə olsun. Sual 1: Gənclik illəri ilə yaşlaşma dövrü arasında elm, dəvət və ibadət ilə əlaqədar şeyxin ruh yüksəkliyində bir dəyişiklik hiss olunurdu? Cavab: Yaşının irəliləməsinə baxmayaraq elm, dəvət və ibadət ilə əlaqədar onun ruh yüksəkliyində hər hansı bir azalma və yaxud zəifliyə şahid olmadım. Əksinə, ibadət və dəvətində olduğu kimi onun məşğul cədvəli, proqramı vaxtaşırı artmağa davam edirdi. O dərəcəyə qədər ki, xəstəliyinin şiddətli olduğu vaxtlarda, o bir an belə etinasızlıq, laqeydlik nümayiş etdirmədi; Allaha ibadət etməklə, elm öyrətməklə və yaxud (elmə)istiqamətləndirməklə Allah subhanahu və təalanı hər saniyə zikr edərdi, Sual 2: Sizcə şeyxin həyatında heyrətamiz cəhət nə idi? Cavab: Onun həyatı, xüsusilə də səbri və elm tələb etməkdə həvəsi, həmçinin elm verməsi və elmi yayması nümunə alınacaq bir həyat idi. Həmçinin, o elə bir təqvaya sahib idi ki, onu yaxından tanımayanlar ola bilsin ki, bundan xəbərdar deyildi. Sual 3: Şeyxin öz uşaqları ilə onların fərdi həyatlarında qarşılıqlı əlaqəsi necə idi? Cavab: Oğlanları və qızları ilə münasibətləri iki mərhələdən ibarət idi: Birincisi, onlar hələ uşaq olanda şeyx uşaqlarına yaxın olmaq, onların qayğısına qalmaq, onları İslamın bəzi əsasları ilə tərbiyə etməkdə, onların təhsildəki, elm tələb etməkdəki naaliyyətlərinə nəzarət etməkdə çox istəkli idi və səy göstərirdi. Bundan əlavə onları istiqamətləndirmək, öyüd-nəsihət etmək və onları sövq etməkdə ciddi, gözüaçıq idi. Məsələn, bəzən fərz namazların bəzilərini məsciddə qılmaq üçün uşaqları məscidə aparardı. Həmçinin, Ramazanın bəzi günlərində oruc tutmaq üçün onları həvəsləndirərdi. O cümlədən, Quranda olan bəzi qısa surələri əzbərləmək üçün onları buna sövq edir və əzbərə görə onları mükafatlandırırdı. Gənclik və yetkinlik mərhələsində uşaqların dini fərzləri yerinə yetirmələrinə ciddi yanaşırdı və etinasızlıq hallarında onları təlimatlandırırdı. Tərbiyədə təlimatlandırma və iltifat (yumşaqlıq) kimi iki davranışı cəm edirdi. Bəzən, onların səhvlərini dəyişmək və yaxud islahında lazımi səviyyə ilə kifayətlənməkdə ayıq-sayıq idi. Bundan əlavə, müəyyən işləri yerinə yetirmək üçün uşaqlara işi tam həvalə edir və bu işdə onları sərbəstlik verirdi ki, onlar özlərində məsuliyyət hiss etsinlər və yaxud özləri sərbəst addım ata bilsinlər. Daima onları saleh, yaxşı işlər görməyə həvəsləndirir və nəticələr ilə əlaqədar onları yoxlayırdı. Sual 4: Şeyx nə üçün saqqalına xına vurmurdu? Cavab: Ola bilsin ki, bunu etməyə vaxtı yox idi. Zənnimcə söylədiyim fikrə dair bir sözlər dediyini eşitmişdim. Sual 5: Şeyxin qəzəbi nə zaman şiddətli olurdu və siz qəzəblənəndə şeyx bunu necə həll edirdi? Cavab: Allahla bağlı müqəddəs, toxunulmaz məsələlər, həddlər pozulduqda onun qəzəbi şiddətlənirdi. Mən uşaqlara qəzəbləndikdə isə, o ilk öncə məni sakitləşdirməyə çalışır və sonra xəta edənə nəsihət edirdi. Ümumiyyətlə, o sakit təbiətli idi və tez hirslənən deyildi, onun qəzəbi tez sakitləşirdi. Bu da Allahın ona bəxş etdiyi nemətlərdən biridir. Elə bir nemətdir ki, mən də onun kimi olmaq istəyirdim. Sual 6: Yuxudan necə oyanırdı? Zəngli saata etibar edirdi, yoxsa bir kəsin onu oyatmasını xahiş edirdi? Cavab: Allaha güvənirdi, sonra isə zəngli saata və sonra isə bizə. Adətən, zəngli saatdan əvvəl və mən onu oyatmağa getməzdən əvvəl oyanırdı. Sual 7: Şeyx ailəsi ilə birlikdə heç piknikə (gəzintiyə) gedirdi? Cavab: Bəli, Cümə namazından sonra Cümə günlərində ailəmizin həftəlik piknik günü olurdu. Biz yaxınlıqdakı əraziyə gedir və nahar yeməyini özümüzlə götürürdük. Orada vaxtını uşaqlara qaçış və krossvord həll etmək kimi bəzi məşğələlər keçirərək paylaşmaqla faydalanırdı. Həmçinin, kiçik tüfəngini də gətirirdi və nişan almaq, güllə atmaqda uşaqları ilə yarışırdı. Sual 8: Şeyxin il boyunca oruc tutması nevə cərəyan edirdi? Cavab: Ömrü boyunca hər ayın üç gününü davamlı olaraq oruc tuturdu. Bundan əlavə, Şəvvalın altı gününü, Zül Hiccənin on gününü və Aşura günü oruc tuturdu. Sual 9: Şeyx uşaqlarının adını necə seçmişdi? Cavab: Abdullah, Abdurrəhman kimi adlar seçirdi. Qalan adları isə aramızda məsləhətə buraxırdı. Biz ad seçirdik və ona göstərirdik, o ya razı olurdu, ya da başqa ad seçirdi. Bu adlar onun iki oğlunun adlarıdır. Sual 10: Şeyxi məmnun edən məsələlərdən bəziləri hansılardır? Cavab: Sözsüz ki, İslamın və müsəlmanlaın qüvvətlənməsini gördüyündə şeyxin səadəti, xoşbəxtliyi, sevinci artırdı. Evdə isə, öz ailəsi və uşaqları ilə görüşdükdə bu xoşbəxtçilik təzahür edirdi. Həmçinin nəvələri olanda onun üzündə ləzzət və xoşbəxtçiliyin əlamətləri müşahidə olunurdu. Əbasını açırdı və əbasının aşağısından nəvələrini ora salırdı və sonra nəvələri ordan çıxmaq istəyəndə, əbasını yenidən açıb-açmamağı onlardan bir neçə dəfə soruşurdu. Bunu dəfələrlə edirdi. Sonra, uşaqları xüsusi növ şirnilər saxladığı kitabxanasına aparırdı. Şirnilərin adını “hələvət abuuyi” (atamın şirniləri) qoymuşdu. Biz çox istəyirdik ki, şirniləri ondan başqa heç kəs tapa bilməsin. Bundan əlavə, onun vaxtının boş olmamasına baxmayaraq, nəvələrindən hər hansı biri xəstə olsaydı evlərində və yaxud xəstəxanada mütləq onlara baş çəkirdi. Bu davranışın uşaqlar və onların valideynləri üzərində çox böyük təsiri olurdu.
NÖVBƏTİ ON SUALIN CAVABINI GÖZLƏYİN
ALLAH TƏALA DAHA YAXŞI BİLİR Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun. |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2007 | ![]() |