![]() |
![]() |
|
Bilirsən Şeyx kimdir?”İmam, şeyx Muhəmməd ibn Saalih əl-Useymin rahiməhullah ilə bağlı rəvayət olunur: Şeyx Məscid-ul-Həramda namazını qıldıqdan sonra mehmanaxanasına qayıdarkən bir dəstə cavanın namazlarını qılmaq əvəzinə futbol oynadıqlarını görür. Şeyx onları saxlayır və nəsihət edir, onlara Allah haqqında xatırladır. Halbuki onlar onun kim olduğunu bilmirlər. Daha sonra şeyx onları namaz qılmayanadək futbol oynamağa davam etməyə qoymur. Onlardan biri qabağa keçir, səsini qaldırır və şeyxi söyür. Bunun qarşısında şeyx ona sevgi və təvazükarlıqla müraciət edir və deyir: Sən mənimlə mehmanxanaya getməlisən, orada danışaq. Şeyx ilə bərabər bir neçə elm tələbələri olur və onlar gənc oğlana nəsihət edirlər ki, şeyxə qulaq assın və onunla getsin. Beləliklə gənc oğlan şeyx ilə gedir və şeyx gənci öz otağında qonaq edir. Daha sonra şeyx bir anlıq otağı tərk edir və orada olanlar gənc oğlana üzünü tutaraq ondan soruşurlar: Bilirsən şeyx kimdir?. O cavab verir: Bilmirəm. Onlar deyirlər: Bu Şeyx ibn Useymindir. Bu an, gənc oğlanın üzü birdən dəyişir. Şeyx otağa daxil olanda gənc oğlan ayağa qalxır və şeyxin alnından öpür. Deyirlər ki, bu hadisə gənc oğlan üçün həyatının dönüş nöqtəsi olur, o dəyişir və dindar olur. Əl-Cami li-Həyəət əl-Alləmə Muhəmməd ibn Salih əl-Useymin-səhifə 41 “...Hələ şeyx gənc olanda...”Şeyx Asim ibn Abdil Mun`im əl-Marii Muhəmməd ibn Saalih əl-Useymin ilə əlaqədar rəvayət edir: Onu məşhur edən səciyyəvi xüsusiyyətlərdən biri də şeyxin gənc yaşlarında elm tələb etməkdə olan mətanəti idi. Şeyx Abdullah ibn Muhəmməd əl-Məaninin Uneyzədə 1936-cı ilə kimi qazi kimi fəaliyyət göstərən qohumlarından bəziləri deyirlər ki, İbn Useymin hər səhər erkəndən kağızlarını və kitablarını daşıyaraq onların evinə gələrdi. Qapını döyər, salam verdikdən sonra isə kitabxanaya keçmək üçün icazə istəyərdi. Kitabxanada Zöhr namazının vaxtına az bir müddət qalana qədər qalardı. Daha sonra kitabxanadan çıxar, salam verib ayrılardı. Bu hələ onun gənc yaşlarında və həddi büluğa çatmadığı vaxtlarda idi. əd-Durr əs-Səmiin fi Tərcəmti Fəqiihil-Ummə əl-'Alləmə ibn 'Useymin – Səhifə 24 “...Yatmağa dəhşət dərəcədə ehtiyacı olduğu zaman...”Muhəmməd ibn Abdil Cəvvad əs-Saavi rəvayət edir: Bir dəfə şeyxi Ciddədə xeyriyyə cəmiyyətlərindən biri dəvət etmişdi və görüş səhərə yaxın saat 1-ə kimi davam etdi. Şeyxin bu vaxta kimi oyaq qalması adəti deyildi. Görünürdü ki şeyx əldən düşmüş və yorulmuşdu, aydın məsələ idi ki, ona yatmaq lazım idi. Beləliklə biz şeyxin qaldığı evə qayıtdıq və evə girən kimi dərhal yatdıq. Gecənin yarısında, təxminən saat 3:30 radələrində (saat 1:30 da yatmışdıq) yatdığımızdan iki saat sonra -şeyxin namazda quran oxuduğunu hiss etdim. Şeyx bunları yuxuya və dincəlməyə dəhşət ehtiyacı olduğu bir zamanda edirdi. Bununla belə o Rəbbinin qarşısında durub namaz qılırdı. Safahaat Muşriqah min Həyat əl-İmam Muhamməd ibn Salih əl-'Useymin –Səhifə 73 “...Quranı 6 ay ərzində əzbərlədi...”45 ildən çox şeyxi tanıyan, 20 ildən çox ondan dərs alan şeyx ibn Həməd əl-Cuteyli rəvayət edir: Həqiqətən də İbn Useymin Quranı kor müəllimi Əli ibn Abdullah əş-Şuheytanın rəhbərliyi altında 6 ay ərzində əzbərlədi. Əd-Durr əs-Səmiin fi Tərcəmti Fəqihil Ummə əl-Alləmə ibn Useymin –Səhifə 23 Qeyd: Bu rəvayətə əsaslanaraq aydın olur ki, məşhur olaraq rəvayət olunduğu şəkildə şeyx Quranı babasının- AbdurRəhman ibn Suleyman Əl Dəmiğ- rəhbərliyi altında əzbərləməmişdir, əksinə o sadəcə Quranı ona oxumuşdur və daha sonra isə Quranı Əş-Şuheytanın rəhbərliyi altında əzbərləmişdir. “...Elm tələbələrindən biri Şeyxin yadına salır”Rəvayət olunur: Cümə xütbəsində şeyx yatmazdan əvvəl Fatihə surəsini oxumağın fəzilətindən danışır və hər kəsin bu surəni oxumasını təşviq edir. Xütbədən sonra elm tələbələrindən biri şeyxin yadına salaraq belə deyir: Ya Şeyx, güman edirəm ki, siz Ayətil Kürsinin oxumağın fəzilətini qəsd edirdiniz. Şeyx o zaman başa düşür ki, o bilmədən səhv etmişdir, ona görə də dərhal camaat oranı tərk etməmişdən əvvəl səhvini düzəldir və bildirir ki, xütbədə səhv etmişdir, düzgün olan yatmazdan əvvəl Ayətil Kürsini oxumaqdır.” Əl-Cəmi li-Həyat əl-Alləmə Muhəmməd ibn Salih əl-Useymin-Səhifə 43 “...Çünki bu Universitetin əmlakı idi”Rəvayət olunur: “Şeyxə iş məqsədi ilə istifadə etmək üçün universitetin kitabxanasındakı mürəkkəb qabından qələmini mürəkkəb ilə doldurmaq lazım olanda, oranı tərk etməmişdən əvvəl qələmindəki mürəkkəbini mürəkkəb qabına boşaltdığını yoxlayaraq əmin olardı, çünki bu universitetin əmlakı idi.” Əl-Cəmi li-Həyat əl-Alləmə Muhəmməd ibn Salih əl-Useymin-Səhifə 25 “...Şeyx buna səbr etdi ta ki...”Şeyx Həməd ibn Abdullah əl-Cuteyili rəvayət edir: “Mənim şeyx ilə əlaqədar çoxlu xatirələrim var, çünki Uneyzədə Cami əl-Kəbirdə şeyxdən elm dairələrində 30 ilə yaxın dərs aldım. Elm dairələrində mənim və başqa bir tələbənin olmasına baxmayaraq şeyx elm dairələri artana qədər və daha sonra dərslərində yüzlərlə elm tələbəsinin iştirak etməsinə qədər səbr etdi.” Safahaat Muşriqah min Həyat əl-İmam Muhamməd ibn Salih əl-'Useymin –Səhifə 80 “Sənin onunla danışdığını və ona salam verdiyini öz gözlərimlə gördüm”Abdullah ibn Əli əl-Matavvu rəvayət edir ki, o şeyx ilə nahar yeməyinə dəvət olunduğu əl-Bədəyə, Uneyzədən 15 kilometr uzaq olan məsafə- gedir. Nahardan sonra evə qayıdanda yolda onlar qırmızı saqqallı (ola bilsin ki, xına ilə boyanmış idi) və gülər üzlü, əl edən bir kişi görürlər. Şeyx deyir: “Saxlayın, onu özümüzlə götürək.” Şeyx ona deyir: “Hara getmək istəyirsən?” O deyir: “Məni özünüzlə Uneyzəyə aparın.” Şeyx deyir: “İki şərtlə” apararıq. “Birincisi, siqaret çəkməyəcəksən və ikincisi də Allahı çoxlu zikr edəcəksən.” Kişi deyir: “Siqaret məsələsinə gəldikdə mən çəkmirəm, elə yolda bir kişi ilə idim, siqaret çəkdiyindən dolayı ondan xahiş etdim ki, məni burada düşürsün. Allahı zikr etmək məsələsinə gəldikdə isə Allahı zikr etməyən elə bir müsəlman yoxdur.” Kişi maşına minir. Səyahət boyu görünürdü ki, kişinin şeyx ibn Useymin ilə birgə olmasından xəbəri yox idi. Uneyzəyə çatanda kişi deyir: “Mənə şeyx ibn Useyminin evini göstərin. (Ona verəcəyim sual var). Şeyx ona deyir: “Onu əl-Bədədə gördüyün zaman nə üçün soruşmadın?” Kişi deyir: “Mən onunla görüşmədim.” Şeyx deyir: “Sənin onunla danışdığını və ona salam verdiyini öz gözlərimlə gördüm” Kişi deyir: “Sən atandan qoca olan bir kişi ilə zarafat mı edirsən?” Şeyx gülür və ona deyir: “Bu məsciddə (Uneyzədəki məsciddə) Əsr namazını qıl onu görəcəksən.” Sonra kişi danışdığı insanın şeyx ibn Useymin olmadığını bilmədən gedir. Əsr namazını qıldıqdan sonra, o şeyxi camaat namazına imamlıq edərək qabaqda olduğunu görür. Onun haqqında soruşur və ona deyirlər ki, o şeyx Useymindir. Şeyxə yaxınlaşır və onu əvvəlcə tanımadığı üçün üzr istəyir və sonra sualını verir. Şeyx suala cavab verir və kişi ağlamağa başlayır, şeyx üçün dua edir. Əl-Cəmi li-Həyat əl-Alləmə Muhəmməd ibn Salih əl-Useymin-Səhifə 38 “Məgər Salihiyyədə olan məzar deyilmi?”Rəvayət olunur : “Bir gün Kral Xalid hakimlərin alimlərə qarşı yüksək münasibəti və hörmət adəti olaraq (rahiməhullah) şeyxi evində ziyarət edir. Şeyxin yaşadığı sadə evi görəndə Kral şeyxə onun üçün yeni ev tikilməsini təklif edir, bunun qarşılığında şeyx ona təşəkkür edərək deyir: “Salihiyyə sahəsində (Uneyzə, Qasımda bölgə) bir ev tikirəm, lakin məscid və vəqfin maddi köməyə ehtiyacı var. Kral getdikdən sonra, orada olanlardan bəziləri deyirlər: “Ya şeyx, sənin Salihiyyədə ev tikdiyindən xəbərimiz yoxdur. Buna qarşılıq şeyx deyir: “Məgər qəbiristanlıq Salihiyyədə deyilmi!?” Əd-Durr əs-Səmiin fi Tərcəmti Fəqihil Ummə əl-Alləmə ibn Useymin –Səhifə 218 “Dincəlmək Müsəlmanlara xidmət etməklə olur”Şeyx Bədr ibn Nadir əl-Maşarii rəvayət edir: “Şeyxin səhhətinin pisləşməsinə baxmayaraq, Cami əl-Kəbirdə cümə xütbəsinə davam edir və camaat namazına imamlıq edir, insanların suallarına və sorğularına cavab vermək üçün onlarala görüşürdü. Bütün bunlar onun səhhətinin belə vəziyyətdə olması halında baş verdiyindən ona dedilər: “Şeyx, siz dincəlməlisiniz”. O da cavab verdi: “Dincəlmək Müsəlmanlara xidmət etməklə olur” Əd-Durr əs-Səmiin fi Tərcəmti Fəqihil Ummə əl-Alləmə ibn Useymin –Səhifə 296 “Şeyx maşından düşdü və maşını özü itələdi...”Rəvayət olunur: “Bir gün şeyx yaxın dostunun köhnə maşınında gedir və maşın yolda tez-tez xarab olur. Yol boyunca maşın sönürdü. Şeyx sürcüyə deyir: “Olduğun yerdə dur, mən düşüb maşını itələyərəm.” Beləliklə şeyx düşür və maşın işə düşənə kimi maşını özü itələyir.” Şeyxin təvazükarlığı bu dərəcəyə kimi idi.” Əl-Cəmi li-Həyat əl-Alləmə Muhəmməd ibn Salih əl-Useymin-Səhifə 42 “Subhanallah!...Qoca kişi özünü namaz və ibadətə fəda edir!”Kuveytli, Şeyx doktor Həməd əl-Osman şeyxin 5 ildən çox ən güclü tələbələrindən biri rəvayət edir ki: “Şeyx ilə Uneyzədən Riyada səfərdə idik. Daha sonra ümrə etmək üçün maşınla Məkkəyə tərəf üz tutduq. Ümrəni tamamladıqdan sonra şeyxlə gələnlərin hamısı getmək və yatmaq üçün ondan icazə istədilər, çünki bu qədər vaxtdan sonra dəhşət yorulmuşdular və ümrəni sonra etmək üçün icazə istədilər (çatan kimi). Şeyx Həməd sonra deyir ki, gecənin yarısında bəzən dururdum və şeyxin namazda olduğunu görürdüm. Öz-özümə deyirdim: “Subhanallah! Mən gənc kişiyəm və özümü yatmağa fəda etmişəm, lakin bu qoca kişi özünü namaz və ibadətə fəda edir!”. Ona görə də şeyx Həməd də qalxıb dəstəmaz alır və şeyx ilə namaz qılır. Yatmamaq üçün, yuxusunu qovmaq üçün möhkəm çalışır, lakin sonunda davam edə bilmir və gedib yatır, şeyx isə namaza davam edirdi.” Əl-Cəmi li-Həyat əl-Alləmə Muhəmməd ibn Salih əl-Useymin-Səhifə 39 “Şeyx İbn Useymin! Şeyx İbn Useymin! Şeyx İbn Useymin!...”Rəvayət olunur: “Ciddə Dəvət və İrşad Mərkəzinin nümayəndəsi nəql edir ki, 1416 Hicrət ilində, o Kral Abdul Əziz Hava Limanında həcc zamanı həcc üçün gələn zəvvarları qarşılamaq üçün şeyxin yanında idi. Zəvvarlar onu əhatəsinə almışdılar. Şeyx burada gələn zəvvarlara onun üzərinə vacib olanı yerinə yetirmək üçün dəvət etməyə başladı. Rusiyadan çoxlu zəvvar dəstəsi gəlmişdi və şeyx onlara dəvət ilə əlaqədar bəzi məsələləri çatdırmaq istəyirdi. Onların arasında tərcüməçi olub olmadığını soruşdu. Sonra dəstənin başçısı irəli çıxdı, lakin qarşısındakının şeyx İbn Useymin olduğunu bilmirdi. Tərcüməni tamamladıqdan sonra dəstə başçısı şeyxin kim olduğunu soruşdu. Ona “Şeyx ibn Useymindir” dedilər. Bu zaman o ağlayaraq şeyxi qucaqlamaq üçün döndü və onu öpdü (alnından). Daha sonra cəld mikrofonu əlinə aldı və dəstənin bütün üzvlərinə üzünü tutaraq “Bu Şeyx İbn Useymin idi” söylədi. Bunu eşidəndə dəstənin hər bir üzvünün gözlərindən göz yaşları tökülməyə başladı. Bu arada isə dəstə rəhbəri dayanmadan mikrofon ilə ucadan qışqırırdı “Şeyx ibn Useymin! Şeyx ibn Useymin! Şeyx ibn Useymin! ...” Dəstə üzvləri qabağa gəldilər və şeyxə salam verib onun alnından öpdülər. Dəstə rəhbəri sonra şeyxə tərəf dönərək dedi: “Bunlar sizin tələbələrinizdir. Onlar sizin kitablarınızı kommunist rejimi altında zirzəmidə rəflərdə oxuyardılar.” Əl-Cəmi li-Həyat əl-Alləmə Muhəmməd ibn Salih əl-Useymin-Səhifə 38 |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2006 | ![]() |