![]() |
![]() |
|
|
E-mailsiz göndərilmiş bir suala cavab Sual: Essalamu aleykum.men sualima cavab axtararken bele bir sual meni celb etdi. Peygember(s.a.s) sunnu namazi qilib yoxsa siye ? siz ise cavabinda deyirsinizki guya Peygember (s.a.s)sag eli sol elinin uzerinde, mohursuz veziyetde namaz qilib. ve mohurnen qilmagi Ali(a.s)ozunden uydurub. evvela Peygember(s.a.s) namazi qolu bagli qildigi haqda sunnede ele bir delil yoxdur. eksine sizin mohteber saydiginiz hedis kitabi Sehihi-buxarinin 1 inci cildinin 86 seyfesinde Peygember(s.a.s)bele buyurmusdur:" yer menim ucun secdegah ve pak qerar verilibdir." bundan elave Nisai bele bir hedis neql edir:"Cabir ibni Abdullah deyir:Peygember(s.a.s) le gunorta namazi qildigim zamanlar elin ici qeder bir dasi goturub soyudurdum ki secde zamani alnimi hemin dasin ustune qoyum."(Nisai,Sunen,cild 2 sehve204)Sehihi-Muslum kitabinin heyz Aiseden bele bir hedis neql olunubdur: Hezreti Peygember (s.a.s) mene dedi :" Secde etdiyim hesiri( xumreni)mescididen mene getir" men dedim :"Heyz halindayam" Peygember(s.a.s)buyurdu :Heyz olmaq senin elinde olan bir sey deyildir.muslum daha sonra bele yazmisdir:"Xumre secde etmeye istifade olunan kicik bir seccadedir". Bundan elave Buxarinin Ebu-seyid Xudriden neql etdiyi hedis,Sehhi-Muslumun cild 2 sehve 64-deki hedisi misal gosdermek olar.Eleise neye gore mohure, umuyiyyetle yer ve yerden biten sey ile yeyilib geyilmeyen seyden basqa hec bir seye secde etmeyen siyelere qarsi bele amansiz siniz axi Peygember(s.a.s) ozude bele etmisdir. Secdagah ele bir seye edilmelidirki dunyani xatirlatmasin yeni ne yeyilen nede geyilen bir sey olsun.Siz ise pak olan Ali(a.s)-ma iftra atib deyirsinizki guya mohure secde etmeyi o ozunden uydurub.mence tobe etseniz yaxsi olar.cunki Peygemberi(s.a.s) ondan yaxsi taniyan olmayib ve onun buyurduqlari Peygemberin(s.a.s)-in buyurduqlaridir .Birdeki ele Quran ozu Ehzab suresinin 33-cu ayesinde Ehli-beytin gunahsiz ve pak oldugunu bildirir.Ali(a.s) ise bu ehli beyte daxildir ve demeli o hec vaxt gunah isletmeyib bundan bele netice cixirki o mohurnen namaz qilmagi ozunden cixartmayib cunki bele etmis olsaydi gunah isletmis olardi. Quran ise onun gunahsiz oldugunu bildirir.Qaldi ki Peygemberin(s.a.s) -in namazi sagelini sol elinin ustune qoyub qilmasina,Peygember(s.a.s)ozu buyurub ki namaz zamani butun beden qibleye baxmalidir ve uzunu qibleden cevirmek namazi batil edir.Amma sag eli sol elin uzerine qoyorken sol elin ustu qibleye baxmir ve namazda salam vererken basi sag ve sol tereflere cevirirsiniz bu ise uzunu qibleden cevirmekdir ve bunlar namazi batil edir.Bundan elave bilirsiniz ki Peygember(s.a.s)duani astadan demeyi buyurmusdur bes onda ne ucun siz amini ucadan deyirsiniz meyer bu dua deyil? Quranin Eraf suresinin 205-ci ayesindede Allah duani sesi qaldirmadan etmeyi emr edir.Demek siz peygemberin sunnesine ve qurana qarsi cixirsiniz. Eger Peygember (s.a.s) siz dediyiniz kimi namaz qilmis olsaydi onda Quranin buyurduqlarina qarsi cixmis olardi cunki Quranda uzunu qibleden cevirmemek ve duani astadan demek emr olunub. Peygemberinse Qurana qarsi cixmasi mumkun deyil .Qaldi ki namazi 3 defe qilmaga biz siyelerde namazi 5 defe qiliriq sadece olaraq biz inaniriqki zohru qildiqdan sonra 4 ruketlik namaz qila bileceyin vaxdan sonra asrin da vaxti girir asrin vaxti cixana qeder zohru de asrida qila bilersen .megribi qildiqdan sonra ise isanin vaxti girir ve isanin vaxti cixana qeder megribi de isani da qila bilersen .Sizin oz hedis kitablarinizda bu hakda coxlu hedisler vardir axtarsaniz taparsiniz.Mence siz 12 Imamin kim oldugunu yaxsi oyrenmelisiniz cunki onlar Quranin danisan dilidirler.Imam Huseyin (a.s) oz canindan ,iki oglundan ,qardasi Imam Hesen (a.s)-in oglunun canindan ona gore kecdi ki Qurani -kerim bize gelib catsin siz ise mesum imamlara deyil omrunun yarisi butberest olmus Ebubekre inanirsiniz o Ebubekire ki Peygember vefat etdikden sonra Peygemberin(s.a.s)defni ile deyil hile ile xlafete gelmeye calisirdi .Ali(a.s)-in hakkini yeyirdi cunki Peygember buyurmusduki kim meni ozune aga bilirse menden sonrada Alini ozune aga bilsin hetta vefatindan 3 gun evvel bunu vesiyetnamede yazmaq isteyerken Omer dedi ki Peygember sayiqlayir.Peygember ise dedi ki meni myanimdan durun gedin siz deyeceksiniki Omer bunu yaxsi niyetle edib .Evvela Peygembere sayiqlayir demek kufrdur peygember xesde olmasina baxmayaraq Allahin isdediyi sozleri danisirdi yeni o vesiyet nameni yazmagi Allah buyurmusdu cunki peygember ozunden hecne uydurmur eger siz dediyiniz kimi Omer bunu yaxsi niyetle deyib o zaman ne ucun peygember buyurduki menim yanimdan durun gedin .Eger Omer yaxsi niyetle demisdise Allah bunu bilerdi ve Peygemberin onu qovmasini deyil ona tesekur etmesini emr ederdi yene bildiriremki Peygember Allahin vehi ile danisir ozunden hecne uydurmur.Sonda ise size bildirmek isdeyiremki Sizler Peygemberin Sunnesini Qurandan ve 12 Imamlardan oyrenseniz insallah qiyamet gunu nicat taparsiniz .Essalamu aleykum. Cavab: Bismilləhirrahanirrahim Hörmətli Elnur qardaş Sənin mənə yazdığın suallara aşağıda hissə hissə cavab verirəm. Və güman edirəm ki, mənim bu yazdıqlarım sənə və sənin fikrində olanlara inşallah fayda verər 1. Yazmısan ki, mən demişəm ki, Əli (r.a) möhürü özündən uydurub. Bunu deyənin dili qurusun. Vallahi mən və mənim tanıdığım heç bir əhlisünnə və sələfi qardaşlarım bu sözü deməyə cürət etməzlər. Bu sözü deməklər onlar Əli (r.a) kimi böyük səhabəyə böhtan atmış olarlar. Onun yeri Allah qatında uca yerlərdəndir. Vallahi biz onu və onun ailəsini sevirik. Möhürü Əli (r.a)-dan sonra gələn, onu olduğundan çox şişirdən rafizilər uydurub. Əli (r.a) möhürlə namaz qılmayıb. Bu barədə heç şiyələrin kitablarında belə məlumat yoxdur. Unutma ki, Uca Allah Maidə surəsinin 3-cü ayəsində buyurur ki "Bu gün mən sizin dininizi kamil etdim" Vəssalam. Kim ki, Peyğəmbər (s.ə.s)-dən sonra, bu ayəni oxuyaraq, Peyğəmbər (s.ə.s)-in demədiyi və etmədiyi bir əməli edərsə, o bu ayəyə qarşı çıxmış olur, sanki bildirir ki, Yox, Allah hələ dinini kamil etməyib, sən demə dində möhür də varmış. Əgər Peyğəmbər (s.ə.s)-in möhürlə namaz qıldığına və bizə də bunu əmr etməyinə aid bircə dəlil gətirsən, vallahi onun sünnəsi ilə gedən ƏHli Sünnə olaraq sənə bildirirəm ki, onun bu sünnəsinə ən birinci elə biz əməl edərdik. Biz çalışırıq, insanların bizi ələ salmalarına baxmayaraq, onun saqqalını uzadmaq və balaqları qısaldmaq kimi sünnələrinə, və daha yüzlərlə unudulmuş sünnəyə əməl edək. 2. Yazmısan ki, Peyğəmbər (s.ə.s) buyurub ki, yer mənim üçün səcdəgah edilibdir. Unutma ki, səcdə edərkən tək alnımızı yox, ayaqlarımızı, dizlərimizi, əllərimizi və burunumuzu da yerə qoyuruq. Peyğəmbər (s.ə.s) səhih hədisdə bunların da səcdə üzvlərdən olduğunu bildirir. Ona nəyə görə siz ancaq alnınızın altına möhür qoyursuz, digərlərinə yox. Axı yer səcdəgah edilib hədisində, səcdəni alından başqa, digər səcdə üzvlərinə də şamil etmək lazımdır axı..... 3. Cabir ibn Abdullah Məkkənin dəhşətli səhra istisindən bunu edirdi. Hədisdə də elə gəlib. Əgər dəhşətli isti olsa, vallahi biz də elə edərdik. İstiyə görə bunu etməkdə heç bir qəbahət yoxdur. Ancaq indiki kimi, özlərindən möhür adlı bir şey uydururlar, bütün namazlarda alnımızı bunun üstünə qoymağımızı deyirlər. Vallahi bütün namazlarda, havanın sərin olan vaxtlarında, dəhşətli istilər olmayanda, alınları torpaqdan yanmayanda nə Peyğəmbər (s.ə.s), nə onun səhabələri, nə də Əli (r.a) belə etməyib. İndiki möhürlərin üzərinə adlar yazılır, güzgü filan qoyulur. Allah bizi bu bidətlərdən qorusun. Amin 4. Peyğəmbər (s.ə.s) həsirin üstündə namaz qılıb. Bunu kim inkar edir? Və ya bunun möhürlə nə əlaqəsi var? Biz də, məscidimiz ağzınacan dolanda, məscidimizin həyətində namaz qılarkən, həsirlərdən istifadə edirik. Burada heç bir qəbahət əməl yoxdur 5. Yazmısan ki, "niyə görə şiyələrə qarşı belə amansızsız" Kimdir şiyələrə qarşı belə amansız? Sadəcə olaraq deyirik ki, onlar bidətçidirlər. Peyğəmbər (s.ə.s) və səhabələrinin etmədiyi əməlləri edirlər. Ancaq uca Allah buyurur ki "Həqiqətən Allahın Rəsulunda sizin üçün ibrətlər vardır" Başqa bir ayədə buyurur ki "De ki, əgər Allahı sevirsinizsə mənə tabe olun, Allah da sizi sevsin və günahlarınızı bağışlasın" Bil ki, bu qədər bidətləri etməklə biz Rəsulallaha tabe olmuş sayılmırıq. 6. Yazmısan ki, Peyğəmbər (s.ə.s)-in sünnəsində qolu bağlı qılmağına aid bir dəlil yoxdur. Yalan danışırsan. Dəlilləri sənə xatırladıram. Bilmədiyin məsələ barəsində danışma! Allahdan qorx! Peyğəmbər (s.ə.s)-in namazlarını əli bağlı qılması barəsində 18 səhabə və digərləri Peyğəmbər (s.ə.s)-dən 20 hədis nəql etmişdir. Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- namazda sağ əlini sol əli üstünə qoyardı. Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- deyərdi: " Biz peyğəmbərlərə iftarımızı tezləşdirməyi, səhurumuzu (və ya sühurumuzu) gecikdirməyi, namaz vaxtı sağ əli sol əlin üstünə qoymağı əmr olunmuşdur" (Müslim, Əbu Davud, İbn Hibban və əz-Ziya. Səhih hədisdir). "O, yoldan keçəndə bir kişinin sol əlini sağ əlinin üstünə qoyub namaz qıldığını görür. Onun əllərini aralayıb sağ əlini sol əlinin üstünə qoyur" (Əhməd və Əbu Davud. Səhih hədisdir). 7. Sənin Əhzab surəsi 33-cü ayəyə yanaşmağın elmsiz və cahilcəsinə yanaşmaqdır. Sənin yazını oxuduqda Şeyxulİslam ibn Teymiyyənin sözü yadıma düşdü. O hər hansı bir ayənin təfsirinə baxmaq üçün 100-ə yaxın təfsirə müraciət edirdi. Ancaq sən görünür ki, bu ayəni oxuduqda heç bir təfsirə müraciət etməmisən. Mənim müraciət etdiyim bütün təfsir alimlərinin kitablarının (Bu ayəyə görə mən İbn Kəsir, Cəlaleyn, Təbəri, Kurtubi və Səədinin təfsirlərinə baxdım) heç birində sənin yazdıqların yoxdur. Əksinə ondan bir əvvəlki ayəyə baxsan, orada müraciətin Peyğəmbər (s.ə.s)-in həyat yoldaşlarına olduğunu görərsən. Ancaq siz, öz kitablarınızda Aişə (r.a)-yə böyük iftiralar atırsız və hətta mənim öz gözlərimlə oxuduğum bir rafizi kitabında Aişə (r.a)-yə, zındıq aliminizin kafir deməyinin də şahidi oldum. Sənə Səədinin bu ayənin təfsirinin qısa tərcüməsini yazıram. "Allah sizdən çirkinliyi yox etmək" yeni əziyyət, şərr və pislikləri, "və sizi tər təmiz etmək istər" Bu ayədə və əvvəlki ayələrdə sizə etdiyi əmrlərə şükr edin, bu əmrlər sizin xeyirinizədir, Allah bununla sizə məşəqqət etmək istəmir. Əksinə sizin nəfslərinizi təmizləmək, əxlaqınızı təmizləmək, əməllərinizi yaxşılaşdırmaq və bununla sizin savabınızı artırmaq istəyir 8. Bil ki, günahsız insan ancaq Peyğəmbər (s.ə.s) olub. O da dəvətdə günahsız olub, belə dünyəvi məsələlərdə onun da xətaları olub. Buna görə Əbəsə surəsinə baxmaq kifayət edər. Ondan sonra heç bir insan günahsız olmayıb. Hər bir insanın xətası olub. Allah istədiyinin xətalarını bağışlayacaq. Bir hədisdə Peyğəmbər (s.ə.s) buyuru ki "Hər bir Adəm oğlu xətakardır, ən xeyirli xətakarlar tövbə edənlərdir" 9. Namazda başı başqa tərəfə yönləndirmək olmaz. Bu namaza xələl gətirir. Ancaq əgər Peyğəmbər (s.ə.s) namazı qurtarandan sonra sağa və sola salam verirdisə, deməli bu o qadağanın içinə girmir. Əgər Peyğəmbər (s.ə.s) namazda sağ əlini sol əlinin üzərinə qoyub namaz qılırdısa, deməli bu da namazda əlavə hərəkət aid deyil. Namaza xələl gətirən hərəkətlər, dəlil olmadan faydasız edilən hərəkətlərdir. Peyğəmbər (s.ə.s) bəzən namazlarını miniyin üstündə qılardı və o qiblədən bəzən dönərdi. Səhih Buxaridə olan hədisdə Amr bin Rəbiə rəvayət edir ki : "Peyğəmbər (s.ə.s)-i miniyinin üzərində, miniyinin döndüyü tərəfə namaz qıldığını gördüm" (Səhih Buxari, Muslim, Tirmizi) Bəlkə Bəqərə surəsi 115-ci ayəni oxumamısan?? "Şərq də, Qərb də Allahındır. Hansı tərəfə dönsəniz (üz tutsanız) Allah oradadır" (Bəqərə surəsi, 115) Əhməd, Muslim və Tirmizinin rəvayət etdiyi bir hədisdə deyilir ki, Peyğəmbər (s.ə.s) Məkkədən Mədinəyə dönərkdən miniyinin üstündə, miniyinin döndüyü tərəfə namaz qılırdı. Bu zaman Bəqərə surəsi 115-ci ayə nazil oldu. 10. Amin barəsində də heç bir hədis oxumadan öz ağlınla fətva verməyə çalışırsan. Gəl o barədə də səhih hədisləri sənə yazım, səhfini düzəldəsən Buxari ibn Şihabın belə dediyini rəvayət edir: "Peyğəmbər (s.ə.s) amin deyirdi" İbn Zubeyr "Ardındakılar da məsciddə yüksək səslə amin deyərdilər" (Əsrimizin ən böyük hədis alimi olan Albani bu hədisə İrvaul Ğəlil əsərində səhih demişdir) Əbu Hureyrə rəvayət edir ki : "Rəsulallah (s.ə.s) "ğeyril mağdubi əleyhim vələddalliin" deyəndən sonra ardındakı birinci səf eşidəcək şəkildə "amin" deyərdi (Hədisi Əbu Davud, ibn Macə rəvayət etmişdir, ibn Macə "Birinci safdakılar eşidib məscid də bir gurultu yayılıncaya qədər" ifadəsini nəql etmişdir. Hakim rahimahullah bu hədisi rəvayət etmiş, Buxari və Muslimin şərtlərinə görə səhih oldğunu demişdir. Vail ibn Hucr rəvayət edir ki "Rəsulallah (s.ə.s) "ğeyril məğdubi əleyhim vələddalin" dedikdən sonra səsini uzadaraq "amin" dediyini eşitdim. (Hədisi Əhməd, Əbu Davud rəvayət etmişdir) Əbu Davudun rəvayətində "səsini yüksəldərək" deyilir. Tirmizi hədisi həsən sayır) Rəsulallah (s.ə.s)-in səhabələrindən, tabiinlərdən və sonrakı elm əhlindən bir çoxları bunu götürmğş, "amin"də amin deyənin səsini yüksəltmələrinin üzərində durmuşdur. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) belə demişdir: "Yəhudilə, salam ilə imamın arxasında "amin" demənizdə qısqandıqları qədər heç bir şeyinizi qısqanmamışdılar" (Hədisi Əhməd, ibn Macə rəvayət edir) 11. Yazmısan ki, biz gündə 5 dəfə namaz qılırıq. Zöhrü əsrin girəcəyinə qədər niyə uzadırsız??? Uca Allah Quranda buyurur ki "Həqiqətən namaz, möminlərin üzərində vaxtları bəlli bir fərzdir" (Nisa surəsi, 103) Hər namazın özünün vaxtı var. Peyğəmbər (s.ə.s) səhih hədisdə ən xeyirli əməl soruşulanda "vaxtında qılınan namazdır" demişdir. Hər namazın özünün vaxtı var, əgər hər namazı öz vaxtında qılmırsızsa, Peyğəmbər (s.ə.s)-in dediyinə əməl etmiş sayılmırsız. Namaz 5 dəfədir. Sübh, zöhr, əsr, məğrib və işa. Bunu siz də qəbul edirsiz. Zöhrü əsr vaxtı qılırsız. Axı namazın adından da görsənir ki, bu zöhrdür, yəni zöhr vaxtı qılınmalıdır. Elə onnansa gündə 3 dəfə olub əsrdə 4 rükət yox 8 rükət qılınardı. Əgər zöhr adı varsa, deməli zöhr vaxtı qılınmalıdır 12. Yazmısan Əbu Bakrın ömrünün yarısı bütpərəst olub. Allah sənə hidayət versin. Tarixdən savadın yoxdur. Əbu Bəkr bütpərəst olub? Lap tutaq ki, olub. O İslama girəndən sonra Allah onun bütün günahlarını bağışlamadımı??? Peyğəmbər (s.ə.s) onun qızını almadımı? Onu özünə yaxın dost etmədimi??? Qurani Kərimdə mağarada iki dostun (Peyğəmbər (s.ə.s) və Əbu Bəkrin) hadisəsi anılmadımı. Uca Allah Quranda Tövbə surəsi 40-cı ayəsində gör nə buyurur: "Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikincisinin ikincisi) olaraq çıxartdıqları, hər ikisinin mağarada olduğu və öz dostuna (Əbu Bəkrə) "Qəm yemə Allah bizimlədir" dediyi zaman" Fikir ver! Vasim Məmmədəliyevin tərcüməsində mötərizənin içərisində Əbu Bəkr sözü yazılıb! Uca Allah burada Əbu Bəkrə Peyğəmbər (s.ə.s) dostu deyir! Allahu Akbar! Bu dəlildən sonra da sən Əbu Bəkrə pis gözlə baxırsansa vay olsun sənin halına 13. Hardan bilirsən ki, Peyğəmbər (s.ə.s) o vərəqə Əli (r.a) yazacaqdı? Onu Ömər ibnul Xattab deməyib, orada olanlardan deyiblər. Oxuyanda və ya eşidəndə diqqətli ol. Amma səhih hədis var ki, Peyğəmbər (s.ə.s) Aişə (r.a)-dan özündən sonra xəlifənin Əbu Bəkr olmasını istəmək üçün yazmasını istəyir, sonra bunun açıq yadın olduğunu görüb yazmır . Güman edirəm ki, bu yazdıqlarım inşallah sənə fayda verər. Çalış bunları diqqətlə oxu. Və gələn dəfə sual yazanda və ya fikir bildirəndə e-maili də qoy. Birbaşa sənə göndərim. Sənə və sənin kimilərinə başqa nəsihətlərim də var 1. Çalış məsələləri diqqətli öyrən, bir çox kitaba müraciət et 2. Çalış heç bir alimi təqlid eləmə 3. Çalış bilmədən heç kimə böhtan atma (sən bu yazınla mənə, Əbu Bəkrə, Ömərə böhtan atdın) Uca Allah buyurur ki "Xatırlat, həqiqətən xatırlatma möminlərə fayda verir" Allah amanında Biz çalışır ki, Əhli Sünnə qardaş və bacılarımızın fiqhi və digər suallarına cavab verək. Çalışırıq belə mübahisələrdən uzaq duraq. Ancaq bizə yazılmış bu suala qarşı belə cavab hazırlanmasına məcbur idik. Burada olan suallar digər üzvlərimizə də yönəldilə bilər. Qoy onlar da cavabı oxuyarkən bu suallar qarşısında özlərini itirməsinlər. Və eləcə də güman edirik ki, bu sual göndərən qardaşımız və onun fikrində olanlara bu yazı inşallah fayda verər. Sual göndərən qardaş əgər e-mailini göstərsəydi, biz bu sualın cavabını ana səhifəmizə qoymayacaqdıq |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2006 | ![]() |