1. Sələfiyyə sözü bidət deyil

     «Sələfiyyə» sözü Allah Rəsulu (s.ə.s) və səhabələrin (Allah onların hamısından razı olsun) dövrlərində istifadə olunmamışdır. O dövrdə müsəlmanlar Islamı doğru anladıqları üçün «Sələfiyyə» kimi bir sözə ehtiyacları yox idi. Ama fitnə dövrü başlandığında və firqələr çoxaldığında ümmətin alimləri haqqa tabe olanlarla həva və həvəslərinə tabe olub bidət və xətaya düşənləri ayırmaları lazım idi. Bu səbəbə görə «Əhli Hədis» və «Sələf» kimi sözlər istifadə olunmağa başlandı. Hicrətin 150-ci ilində vəfat edən Əbu Hənifə (rh) deyir ki: «Rəvayətlərə və sələfin yoluna sım-sıx bağlanın və yeni icad edilən şeylərdən qaçın, çünki bunların hamısı bidətdir» (Suyuti tərəfindən «Seun əl Muntək vəl Kəlam» adlı kitabı, səhifə 32)
      Bunun üçün «Sələfiyyə» (Sələfilər) səhih rəvayətlərdən anlaşıldığı kimi Allah Rəsulu (s.ə.s) və səhabənin (Allah onların hamısından razı olsun) yolu olan həqiqi Islamı mənimsədiklərinə görə özlərini bütün Islam firqələrindən ayırırlar.
      Bu məsələyə əlavə olaraq «sələf» sözü Allah Rəsulu Məhəmməd (s.ə.s) tərəfindən birbaşa istifadə olunmuşdur. (Sələf sözü lüğətdə qabaqda olan və ya əvvəlcədən keçib gedən mənalarına gəlir) Peyğəmbər (s.ə.s) qızı Fatimə (r.a)-ya belə buyurur: «Ni məs sələf ənə ləki» «Mən sənin üçün nə gözəl sələfəm» (Səhih Muslim, 2450)
      Imam Muslim (rh) tərəfindən «Səhih» kitabının müqəddiməsində (16-cı səhifədə) Abdullah ibn Mubarak (rh)-ın bu sözü nəql edilir: «.... bütün insanların önündə belə deməsi adəti idi: «Amr ibn Sabitin (rəvayət etdiyi) hədislərə fikir verməyin, çünki o sələfi pis anardı»
      Şeyx Saleh ibn Fouzan deyir ki: «Sadəcə sələfin məzhəbini təqib etməkdən başqa bir mənaya gəlməyən bu anlayış (yəni sələfilik, sələfiyyə) necə bidət ola bilər?» (Əl Bəyan, 156) Insanın özünü sələfə və ya sələfiliyə aid etmək bidət deyil. Əksinə hər bir müsəlman özünü (sünnə) minhəcinə və sələf əqidəsinə nisbət etmək məcburiyyətindədir. (yəni hər bir müsəlman özünü bidətçi və azğın firqələrdən uzaq tutması lazımdır) belə də deyilə bilər: «Əgər sələfilik sözü bir bidətdirsə, onda Əhli Sünnə vəl Cəmaə kəlməsi də bidətdir (Çünki bu kəlmə də Peyğəmbər (s.ə.s)-dən sonra istifadə olunmağa başlandı)» Amma hamı tərəfindən bilinir ki, bu belə deyil. Təəssüflər olsun ki, «Əhli Sünnə vəl Cəmaə» sözü haqqı (yəni insanların hansı qrupa aid olduğunu) tam bildirə bilmir. Çünki demək olar ki, bütün firqələr özlərini Əhli Sünnəyə nisbət edirlər.
     

     2. Şeyx Albaninin söhbəti
      Şeyx Albani (rəhiməhullah) bu mövzunu «Ənə Sələfi» «Mən Sələfiyəm» adlı kasetində gözəl bir şəkildə açıqlamışdır. Buna keçməkdən əvvəl Şeyx Albani haqqında qısa məlumat vermək istərdim. Bir neçə il əvvəl vəfat edən Şeyx Muhammad Nasiruddin əl Albani əsrimizin ən güclü mühəddisi (hədis alimi) idi. Islam tarixindəki hədis və sünnə çalışmalarında demək olar ki, bütün əsərləri incələmişdi. Islam aləminin ən məşhur Namaz kitabı olan «Peyğəmbər (s.ə.s)-in namazı, təkbirdən təslimədək» kitabı şeyxin həyatının əsəridir. Allaha şükürlər olsun ki, bu kitab doğma dilimizə tərcümə olunmuşdur və bu kitabı siz bizim saytdan tapıb oxuya bilərsiz.
      Indi isə Şeyx Albaninin «Mən Sələfiyəm» mövzusu barəsində söhbətinə göz gəzdirək.

     Şeyx əl Albani : «Əgər sənə «Məzhəbin nədir?» deyə soruşulsa cavabın necə olar?»
     Sualı verən (adı çəkilən kasetdə şeyxə mövzu ilə əlaqədər çoxlu suallar vermişdi): «Mən bir müsəlmanam»
      Şeyx əl Albani : «Bu yetərli deyil»
      Sualı verən : «Allah Təala bizə müsəlman adını qoymuşdur» və bu ayəni oxuyur: «(Ey Muhəmməd ümməti!) Allah bundan (Qur’an nazil olmamışdan) əvvəl də, bunda (Qur’anda) da sizə müsəlman adını verdi» (Həcc surəsi, 78)
      Şeyx əl Albani: «Bu cavab Islamın ilk dövründə, müxtəlif firqələrin ortaya çıxmadığı və yayılmadığı zamanda yaşadığımızda verilsəydi doğru olardı. Günümüzdə isə (əqidələri bizim əqidəmizdən fərqli olan) bu qruplardan bir müsəlmana bu sualı versək, cavabı sənin verdiyin cavabdan daha fərqli bir cavab olmayacaq. Hamsı, rafizi şiyələri, xavariclər, ələvilər və s. deyəcəklər ki, «Mən müsəlmanam» Ancaq belə demək indiki zamanda kifayət eləmir. (Allah Şeyx Albaniyə rəhm eləsin. Burada ən azğın qrupları zikr etmişdir. Onlar «mən müsəlmanam» deməkdədirlər. Ancaq rafizi şiyələri Quranın təhrif olunduğuna, səhabələrin bir neçəsi müstəsna hamısının kafir və münafiq olduğuna inanırlar. Xəvariclərin zamanımızdakı kökləri müsəlmanları kafir görüb onların qanlarını və mallarını halal bilirlər. Aləvilər isə tamam fərqli bir dinə inanırlar)
      Sualı verən: «Mən Quran və sünnəyə görə əməl edən bir müsəlmanam»
      Şeyx əl Albani : «Bu da kifayət deyil»
      Sualı verən : «Niyə?»
      Şeyx əl Albani : «Bu adı çəkilən firqələrdən hər hansı birinin belə dediyini mənə göstərə bilərmisən: «... mən Quran və sünnəyə tabə olmayan bir müsəlmanam»? Doğrusu isə onlar belə deyərlər: «Mən Quran və sünnəyə tabeyəm!» Sonra Şeyx əl Albani Quran və sünnəyə tabə olmağın ancaq sələf salihin anlayışı ilə olması lazım olduğunu göstərir.
      Sual verən: «Onda mən Quran və sünnəni sələf salihin anlayışı ilə təqib edən bir müsəlmanam»
      Şeyx əl Albani: «Biri səndən məzhəbini soruşsa cavabin belə olacaq?»
      Sual verən: «Bəli»
      Şeyx əl Albani: «Onda bu tərifi qısa sözlərin daha əhatəli və izahlı olduğunu nəzərə alaraq bir az qısaldıb «... mən sələfiyəm» demək olmazmı?»

     Müsəlman və Əhli Sünnə kimi sözlər bütün firqələr tərəfindən istifadə olunduğu üçün günümüzdə kifayət eləmir. Şeyx əl Albani bunu əqidə və minhəcin təməli olan həqiqəti azğınlıqdan ayırd etməyə görə demişdir.

     3. «Sələfi» sözü özü özlüyündə insanı təmizə çıxarmadır, öyməkdir
     Buna cavab, Səudiə Ərəbistanın əvvəlki baş müftisi Şeyx Allamə ƏbdulƏziz ibn Baz (rahimahullah) tərəfindən (mövzu ilə əlaqəli) bir sualdan sonra verilir: «Siz özünü «sələfi» və ya «əsəri» deyə adlandıran bir insan haqqında nə deyirsiniz? Bu özü özünü təmizə çıxarma mənasına gəlmir ki?» O belə cavab verir: «Əgər (bu adlandırılmasında) səmimidirsə, (yəni həqiqətən) bir «sələfi» və ya bir «əsəri»-dirsə, buna qarşı söyləniləbiləcək bir şey yoxdur. Buna bənzər bir şəkildə sələfimizdə belə deyərdi: «Flankəs sələfidir və ya filankəs əsəridir. Bu «özünü təmizə çıxarma» lazımdır, hətta zəruridir» (Haqq əl Muslim adlı dərs kasetindən)
     
      Şeyx Salih bin Fouzandan belə soruşdular: «Bir insan özü özünü «sələfi» deyə vəsf etsə, yeni bir firqəni yaradmış sayılırmı?» O belə cavab verir: «Həqiqətən doğru söyləyir və özünü Sələfiyyə (və ya Sələfilik) ilə vəsfləndirirsə buna etiraz ediləcək bir şey yoxdur. Amma sadəcə bu quru bir iddia olub, başqa bir minhəcə yönələrsə, özünü sələfiyyəyə mənsub olduğunu söyləməyə haqqı yoxdur» (Əl Əcvibu əl Mufidah, 16)
      Bir insanın özünü sələfə nisbət etməyi öyünmə olduğunu iddia edib, insanları bundan çəkindirərsə, bunların fitnələri bizə gizli qalmır. Şeyxulislam Ibn Teymiyyə (rahimahullah) bu iddianı yüzillər əvvəl çürüdmüş və özünü sələfə nisbət edənlərin hərkəs tərəfindən qəbul edilməsinin lazımlı olduğunu bəyan etmişdir. Hətta sələf əqidəsinin və mənhəcinin haqqdan başqa bir şey olmadığı üçün bu mövzuda icma olduğunu vurğulamışdı.
      Səhf və azğın iddialarda olanların, öz xətaları ortaya çıxacağı üçün, özünü sələfə nisbət edənləri sevməməyi çaşdırmasın.

     4. Sələfiyyə bölünmə səbəbi deyil
      Əgər Sələfiyyə bu ümmətin sələfinin Quran və sünnəni anladığı kimi anlamanın yoludursa və Allah Rəsulu (s.ə.s) belə buyurdusa: «... ümmətim 73 firqəyə ayrılacaq. Bunlardan bir firqədən başqa hamsı atəşdədir» (Səhabə (Allah onlardan razı olsun) : «O (qurtulan firqə) hansıdır?» (deyə soruşunca O (s.ə.s)) belə buyurdu: «Mənim və səhabənin (olduğu yol) üzrə olanlar» (Hədisi Tirmizi rəvayət etmişdir və əl Albani səhih olduğunu söyləmişdir) Və bölünmək, doğru anlayışı tərk etməyə görə ortaya çıxırsa Sələfiyyə bölünmənin və qruplaşmanın əksinə ittifaq etmənin yolundan başqa bir şey deyil. Şeyx Saleh əl Fouzanın dediyi kimi : «Sələfiyyə «firqatun naciyə»dir (qurtuluş firqəsidir) və onlar Əhli Sünnə vəlCəmaədir. Onlar hizbilər (firqələr) deyə adlandırılan dövrümüzdəki camaatlardan bir camaat deyil. Sələfiyyə Allah Rəsulu (s.ə.s)-i, səhabələr (r.a)-u və sələf məzhəbini təqib edən bir topluluqdur. Günümüzdəki camaatlardan heç birindən deyillər («Təhzir min əl Bidə» kasətindən)
      Buna görə Sələfiyyə Allah Rəsulu (s.ə.s)-in ümmətinə gecəsi gündüz kimi olan, aydınlıq və açıq mirasdır və bundan ayrılan həlak olmuşdur. Sələfiyyə Allah Rəsulu (s.ə.s)-ə və səhabəsinə dönüş çağrısıdır və heç bir zaman təfriqətçilik olaraq qiymətləndirilməməlidir.

     Bilmək lazımdır ki, sələfin əqidəsi, mənhəci və üsulu bütün dövrlərdə eyni olmuşdur. Bu mövzularda (sələf) icma halındadır. Buna görə özünü sələfə aid edən və bunu əməlinə çevirib əməllərində göstərən, elmdə və əməldə bunları təqib edən bir «sələfi» tam olaraq haqdadır inşallah. Sələfin metodundan sım-sıx tutduğu və bununla əməl etdiyi müddətcə etdiklərinin hamısı doğru olacaq. Bütün bunlar öyrənməsindəki səmimiyyətə və elmini artırmasındakı həvəsə bağlıdır. Amma bir insanın qalxıb bütün məsələlərdə düz olmasını iddia eləmək düz deyil. Çünki keçmişdəki imamların (xəta etmədən) çata bilmədikləri mərtəbəyə onlardan sonrakılar da çata bilməyəcəklər. (bunu etiraf edən ancaq sələfilərdir. Bidət əhli imamların xəta etdiyini qəbul etməzlər. Əksinə, Allahdan ilham aldıqlarını iddia edib, bu yolla azğınlıqlarını şəriətdən hesab etdilər) Buna görə də demək olar ki, bir sələfinin ikinci planda olan məsələlərdə xəta etməsi mümkündür. Ancaq əqidəsi və mənhəci xəta deyil, çünki ümumi olaraq danışmaq lazımdırsa o yenə də 72 bidətçi və azğın firqədələrdən ayıran bir şeydən tutduğu üçün onlardan olmayacaq.

     Indi isə bəzi sələf alimlərinin bidət haqqında sözlərinə diqqət yetirək

     Ibn Abbas (r.a) deyir ki : «Allah qatında ən çox nifrət edilən şeylər bidətlərdir» (Sünənul Kubra, 4/316, Imam Beyhaki)

     Ibn Ömər (r.a) deyir ki : «Hər bidət zəlalətdir, insanlar onları gözəl görsələr belə» (əl Ibanə, 1/327-328)

     Sufyan əs Souri (rh) deyir ki : «Bidət Iblisə günahdan daha sevimlidir, çünki günahdan tövbə etmək olar, amma bidətdən tövbə etmək olmaz» (əl Hilyə, 7/26)

     Imam Şafii (rh) deyir ki : «Insanın Allahın hüzuruna şirkdən başqa bütün günahlarla çıxması, inancındakı bir bidətlə gəlməsindən daha yaxşı olar» (əl Itikad, 158)

     Leys ibn Sad (rh) deyir ki : «Bidət əhlindən bir insanı suyun üzərində gəzən görsəm belə, ondan yenə də heç bir şey qəbul etməzdim» (əl Əmru bil Ittiba, Imam Suyuti)

     Yunus ibn Ubeyd (rh) oğluna deyir ki : «Sənə zina etməyi, oğurluq etməyi və içki içməyi qadağan edirəm. Amma yenə də bu günahlarla Allahın hüzurunda durman, Amr ibn Ubeyd və ona tərəf mötəzilə əqidəli insanların əqidə və fikirləri ilə durmağından daha yaxşıdır» (əl Ibanə, 2/466) Imam Malik Amr ibn Ubeyd haqqında belə deyir: «Allah Amr ibn Ubeydə lənət eləsin. Çünki o kəlamdan bidət olan bu işi uydurdu. Əgər kəlam bir elm olsaydı, səhabələr və tabiinlər müxtəlif əhkam və şəri məsələlər haqqında danışdıqları kimi ona dair də bir şey danışardılar» (Zəmmul Kəlam, əl Hərəvi)

     Səid ibn Cubeyr (rh) deyir ki: «Mənə oğlumun sünnə əhli və günahkar olan bir nəfərlə dostluq etməsi, (özünü) təkvalı (sayan) və (bidətçilərə) təslim olmuş bir əhli bidətdən olan bir nəfərlə dostluq etməsindən daha sevimlidir» (əl Ibanə, 1/89)

     Imam Bərhəbari (rh) deyir ki : «Əgər fikirləri və hərəkətləri pis, bərbad, günahkar və asi, amma sünnə əhli olan birisini görsən onunla dost ol və onunla otur, çünki sənə zərəti toxunmaz. Əgər (bidət) ibadətlərinə düşkün, aza qənaət edən və daima xuşu içində, amma bir əhli bidətdən olan bir nəfəri görsən, onunla qəti oturma, söylədiklərini dinləmə, onunla bərabər yol gedmə, çünki onun yoluna razılıq göstərməyəcəyinə və həlaka doğru sürüklənməyəcəyinə əmin deyiləm» (Şərhus Sunnə, 149)

     Ey Sünnə əhli! Sələf salehimizin bizə miras olaraq nə vəsiyyət etdiyini və bizi necə çəkindirdiyini düşün. Əgər əqidə və mənhəcdə bidət bölünmənin və ixtilafın səbəbidirsə, cəhənnəm vəd edilən firqələrin ortaya çıxmasına səbəb olursa, şeytanın bidəti necə bəzədiyini, hidayət və nur kimi göstərdiyini düşününcə, çirkin fikirləri ilə bidət əhli tərəfdarları, əhli sünnənin günahkar tərəfdarından daha təhlükəli və ziyanlıdır.

     Müəllif : Abul Həsən əl Akdar (Şeyx Muqbilin tələbələrindən)
     Tərcüməçi : Abu Hamza

     
     
Copyright.SelefEqidesi.com, 2006