Şaban ayının ortasını qeyd etməyin hökmü



      Həmd - dinimizi bizim üçün kamil edən və bizlərə nemətini tamamlayan Allaha məxsusdur. Allahın salamı və xeyir-duası Onun peyğəmbəri və rəsulu Muhəmmədə, şəfqət və mərhəmət peyğəmbərinə olsun.

      Allah təala buyurur:

      Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim (Maidə,3).

      Yoxsa (müşriklərin) Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır? (əş-Şura, 21)

      Səhiheyndə (Buxari və Muslim) Aişədən radiyallahu anhə Rəsulullahın sallallahu aleyhi və səlləm belə dediyi rəvayət olunur: “Hər kim bizim bu dinimizə ondan olmayan bir şey gətirərsə o rədd olunur (qəbul olunmur)”.

      Səhih Muslimdə Cabir radiyallahu anhudan rəvayət olunur ki, Rəsulullah sallallahu aleyhi və səlləm Cümə xütbələrində deyərdi: “Həqiqətən də sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin sallallahu aleyhi və səlləm yoludur. İşlərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər yenilik bidət, hər bidət zəlalət və hər zəlalət də oddadır” .

      Bunun kimi digər ayə və hədislər çoxdur.

      Bu ayə açıq-aydın göstərir ki, Allah təala bu ümmətin dinini kamil etmiş və onlara olan nemətini tamamlamışdır. Rəsulullah sallallahu aleyhi və səlləm vəhyi açıq-aydın təbliğ etdikdən və söz, əməllərə dair hər bir şeyi ümmətə anlatdıqdan sonra Allah təala onun ruhunu götürdü. Rəsulullah sallallahu aleyhi və səlləm izah etdi ki, o dünyasını dəyişdikdən sonra insanların dinə əlavə etdikləri bidətlər (yeniliklər), İslam dininə istinad etdikləri bütün söz və əməllər, bunların hamısı hətta bu bidətləri edənlərin niyyəti yaxşı olsa da qəbul olunmayacaq və rədd olunacaqdır. Allah Rəsulunun sallallahu aleyhi və səlləm səhabələri, həmçinin onlardan sonra alimlər də bu məsələni bilirdilər. Onlar bidəti ifşa etmiş və ondan çəkindirmişdilər. İbn Vaddah, əl-Tərtuşi, İbn Şa`mah və digərləri tərəfindən Sünnəni yüksəltmək və bidətdən çəkindirmək ilə əlaqədar yazılan kitablarda alimlərin sözləri orada öz əksini tapmışdır.

      Bəzi insanlar tərəfindən uydurulan bidətlərdən biri də Şaban ayının ortasını qeyd etmək və həmin günü oruc tutmaqla xüsusiləşdirməkdir. Bununla əlaqədar etibarlı hesab edilə bilən dəlil yoxdur. Onun fəzilətləri ilə əlaqədar bəzi zəif hədislər rəvayət olunmuşdur, lakin biz onları etibarlı hesab edə bilmərik. Bu münasibət ilə həmin gün namaz qılmağa dair rəvayət olunan hədislərin hamısı alimlərin çoxları tərəfindən bildirildiyi kimi (mavdu) uydurmadır. İnşallah aşağıda alimlərin bəzi şərhlərindən sitatlar gətirəcəyik.

      Bu məsələ barəsində Suriyada sələflərin bəzilərindən və digərlərindən bəzi hədislər rəvayət olunmuşdur. Alimlərin əksəriyyətinin bu məsələ haqqında rəyi - bunu qeyd etməyin bidət olması rəyidir və bu günü qeyd etməyin fəzilətləri ilə əlaqədar varid olan hədislərin hamısı zəifdir və bəziləri də uydurmadır. Hədislərin zəif və uydurma olduğunu Lət`aif əl-Ma`rif kitabında və digər kitablarında qeyd edən alimlərdən biri Əl-Ha`fiz ibn Rəcəbdir. Zəif hədislərdə varid olan ibadət əməlləri ilə yalnız həmin əməllər səhih dəlillərlə təsdiq olunduqda əməl olunur. Şabanın ortasının qeyd olunmasına dair heç bir səhih əsas yoxdur, ona görə də biz zəif hədis ilə əməl edə bilmərik.

      Bu mühüm prinsip İmam Əbu`l-Abbas Şeyxu`l-İslam İbn Teymiyyə rahiməhullah tərəfindən qeyd olunmuşdur.

      İnsanların ixtilafda olduqları məsələlərdə Allahın Kitabı və Rəsulullahın sallallahu aleyhi və səlləm sünnəsinə baş vurmasının vacib olmasında alimlər yekdil rəyə gəlmişlər. Quran və Sünnənin gətirdiyi istənilən hökm şəriətdir və hər ikisinə tabe olmaq vacibdir, onlara müxalif olan (Quran və Sünnə) hər bir şey rədd olunur. Quran və Sünnədə zikr olunmayan istənilən ibadət ona görə də bidət sayılır və onlarla əməl etmək caiz deyil, hələ başqa insanları onunla əməl etməyə dəvət etmək və yaxud onların bu əməllərini təsdiq etməkdən danışmırıq.

      Allah təala buyurur:

      Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır (Nisə, 59)

      Siz nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir (əş-Şura, 10).

      (Ya Rəsulum!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!”(Ali İmran, 31).

      Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar (Nisə, 65).

      İxtilaflı məsələlər zamanı Quran və Sünnəyə müraciət etməyi açıq-aydın şəkildə göstərən və verilən hökmün qəbul edilməsinə dair çoxlu buna bənzər ayələr var. Bu imanın tələblərindəndir, dünya və axirətdə insanlar üçün ən xeyirli olandır. Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır (Nisə 49) yəni axirətdə.

      Əl-Ha`fiz ibn Rəcəb rahiməhullah Ləta`if əl-Ma`rif kitabında -öncə bu məsələni müzakirə etdikdən sonra- bu məsələdən danışır. “Leylət əl-Nusf min Şa`ban (Şabanın ortası) Şam camaatı arasında Xalid ibn Midaan, Məkhuul, Loğman ibn Aamir kimi Tabiinlər və digərləri tərəfindən hörmətlə qarşılanırdı və bu gecə onlar ibadət etmək üçün səy göstərirdilər. İnsanlar bu gecənin fəzilətli olması anlayışını və ona hörmət göstərilməsini həmin insanlardan götürmüşdürlər. Deyilənə görə onlar bu məsələni İsrailiyyat (Yəhudi qaynaqlarından gələn rəvayətlər) rəvayətlərindən eşitmişdirlər. Hicaz alimlərinin əksəriyyəti, onlardan Ata və ibn Əbi Məlikə`h bunları ifşa edərək rədd etmişdir. Abd əl-Rəhman ibn Zeyd ibn Əsləm bu rəyi Mədinə faqihlərindən rəvayət emişdir və bu rəy Maliki məzhəbinin ardıcıllarının və digərlərinin rəyidir. Onlar belə buyurmuşdurlar: Bunların hamısı bidətdir…İmam Əhməddən Şaban ayının ortasında gecəyə dair heç bir açıqlama gəlməmişdir…Şaban ayının ortasında gecənin ibadətlə keçirilməsinə dair Rəsulullah sallallahu aleyhi və səlləm və onun səhabələrindən heç bir səhih hədis varid olmamışdır.

      Bunlar əl-Haafiz ibn Rəcəbin rahiməhullah söylədikləridir. O açıq-aydın bildirir ki, Rəsulullahdan sallallahu aleyhi və səlləm və onun səhabələrindən ridvanallahu aleyhim Şaban ayının ortasına dair heç bir səhih rəvayət yoxdur.

      Hər bir halda, İslamda bir məsələnin buyurulmasına dair heç bir şəri dəlil olmadığına görə, Peyğəmbərdən sallallahu aleyhi və səlləm varid olan hədisin: “Hər kim bizim bu dinimizə ondan olmayan bir şey gətirərsə o rədd olunur (qəbul olunmur)”- ümumi mənasına əsaslanaraq Allahın dininə yeniliklər gətirmək müsəlmana haramdır, istər şəxsi əməllər olsun və yaxud camaat şəklində, istər həmin əməl gizli və yaxud açıq olsun fərqi yoxdur. Həmçinin bidətin ifşa olunaraq rədd olunması və bidətdən çəkindirməyə dair digər başqa dəlillər mövcuddur.

      İmam Əbu Bəkr əl-Tərtuşi rahiməhullah əl-Həvə`dis və əl-Bidə adlı kitabında deyir: “ İbn Vaddah rəvayət edir ki, Zeyd ibn Əsləm dedi: “Şeyxlərimiz və faqihlərimiz arasında Şaban ayının ortaları və yaxud Məkhulun hədisinə diqqət yetirən və ya bu gecənin digər gecələrdən xüsusi olduğunu düşünən heç kəsə rast gəlmədik. İbn Əbi Məli`kəyə Zeyd əl-Numeyrinin: “Şaban ayının ortalarının savabı Qədir Gecəsinin savabı kimidir” söylədiyini xəbər verirlər. O belə deyir: Mən onun elə dediyini eşitsəydim, əlimdə olan bu çubuqla onu döyərdim. Ziyad nağıl söyləyən idi.

      Allamə əl-Şavka`ni rahiməhullah Əl-Fəva`id əl-Məcmu`ə¬-də buyurur:

      “Ey Əli, kim Şaban ayının ortasında yüz rükət namaz qılsa, hər rükətdə Kitabın Açılışını (Fatihə surəsini) oxusa və Qul Huva Allahu Əhəd on dəfə söyləsə, Allah onun bütün ehtiyaclarını yerinə yetirər…” hədisi. Bu hədis uydurmadır (mavdu) (yəni yalandan Peyğəmbərə sallallahu aleyhi və səlləm isitnad edilmişdir). Hədisin sözləri açıq-aydın göstərir ki, bununla əməl edən şəxs həmin savaba nail olacaqdır və sağlam fikrli olan hər kəs bu hədisin uydurma olduğunda şübhə etməz. Həmçinin, hədisin isnadında olan ravilər məchuldurlar (məlum deyirlər). Həmçinin başqa bir isnad ilə rəvayət edilmişdir, onların hamısı mavdu (uydurmadır) və bu hədisi rəvayət edən ravilərin hamısı məchuldur (məlum deyil).

      Əl-Muxtəsər əsərində deyir: Şaban ayının ortasında namaz qılmaq hədisi yalandır və İbn Hibbanın rəvayət etdiyi “Şabanın ortası gecə olanda həmin gecəni namaz və orucla keçir”- hədisi zəifdir

      Əl-Lə`əli əsərində deyir: Şabanın ortasında yüz rükət , İxlas surəsini hər rükətdə on dəfə oxumaq…(bu hədis) mavdu (uydurmadır) və bu üçünün isnadında bütün ravilər məchuldur (məlum deyil) və zəifdir. O deyir: və on iki rükət, İxlas surəsini hər rükətdə otuz dəfə oxumaq. Bu mavdudur ; və on dörd rükət, bu (mavdudur) uydurmadır.

      Bir qrup fəqihlər (fiqh elmi məşğul olan alimlər) Əl-İhyanın müəllifi və digərləri, bəzi müfəssirlər kimi bu hədisdən aldanmışlar. Bu gecədə namaz-Şabanın ortası¬¬¬-müxtəlif yollarla təsvir olunmuşdur, onların hamısı yalan və uydurmadır.

      Əl-Ha`fiz əl-İra`qi deyir: “Şabanın ortasında gecə namaz qılmaq hədisi uydurmadır və Allahın Rəsuluna sallallahu aleyhi və səlləm yalandan istinad edilmişdir.

      İmam əl-Nəvəvi əl-Məcmu kitabında buyurur: Rəcəb ayında birinci Cümə gününün gecəsində Məğrib ilə İşə arasında on iki rükət qılınan Əs-Salat əl-Rağaaib (Rakaaib Namazı) kimi bilinən namaz və Şabanın ortasında gecə-yüz rükət qılınan bu iki namaz məzəmmət olunan bidətlərdir. Heç kəs bunların Quut əl-Quluub və İhyaa Uluum əl-Diin kitablarında zikr olunmasından və yaxud bu iki kitabda qeyd olunan hədislərdən aldanmamalıdır. Bunların hamısı yalandır. Həmçinin bu məsələdə bəzi imamların çaşqınlığa düşməsindən və bu namazların müstəhəb olmasını bildirən bir neçə səhifə yazmalarından heç kəs aldanmamalıdır, çünki onlar bu məsələdə xata etmişlər.

      Şeyx əl-İmam Əbu Muhəmməd Abd əl-Rəhman ibn İsmaail əl-Maqdisi bunların (rəvayətlərin) batil olduğunu sübut edən çox dəyərli kitab yazmışdır və çox gözəl iş görmüşdür. Bu məsələ haqqında alimlər ətraflı danışmışdır və məsələyə dair mütailə etdiklərimizin hamısını sitat gətirsəydik, bu məsələ olduqca uzanacaqdı. Ola bilsin ki, artıq qeyd etdiklərimiz haqqı axtaranları inandırmaq üçün kifayətdir.

      Yuxarıda istinad olunan ayələr, hədislər və alimlərin rəylərindən haqqı axtaranlara aydın olur ki, Şabanın ortasını həmin gecə namaz qılmaq və yaxud digər şəkildə qeyd etmək və yaxud həmin günü oruc tutmaqla xüsusiləşdirmək alimlərin əksəriyyəti tərəfindən rədd olunan bidətdir. Saf şəriətdə onun heç bir əsası yoxdur; əksinə Səhabələrin dövründən sonra İslama daxil edilən yeniliklərdən biridir. Bu və digər halda, haqqı axtaranlar üçün Allahın kəlamlarını: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim (Maidə,3). və digər bənzər ayələri; Peyğəmbərin sallallahu aleyhi və səlləm sözünü: “Hər kim bizim bu dinimizə ondan olmayan bir şey gətirərsə o rədd olunur (qəbul olunmur)” və digər bənzər hədisləri bilmək kifayətdir".

      Səhih Muslimdə Əbu Hureyra radiyallahu anhu rəvayət edir: “Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: Qiyam namazını qılmaq üçün Cümə gününün gecəsini xüsusiləşdirməyin və sizlərdən biriniz davam edərək daima tutduğu oruc istisna olmaqla Cümə gününü oruc tutmaq üçün xüsusiləşdirməyin”.

      Xüsusi ibadət üçün istənilən gecəni ayırmağa icazə verilsəydi Cümə gününün gecəsi ən münasib olardı, çünki Cümə günü Allahın Rəsulundan sallallahu aleyhi və səlləm rəvayət olunan səhih hədisdə bildirildiyi kimi günəşin üzərinə doğduğu ən yaxşı gündür. Peyğəmbər sallallahu aleyhi və səlləm həmin gecəni qiyam qılmaq üçün xüsusiləşdirməkdən çəkindirdiyinə görə, bu göstərir ki, digər gecələri ibadət üçün xüsusiləşdirməyin qadağan olunması daha şiddətlidir. Xüsusi bir gecəni ibadət üçün ayırmağı göstərən səhih dəlil gələrsə bu hal istisnadır.

      Qədir Gecəsi və Ramazanın digər gecələrini ibadətlə keçirmək Şəriətdə varid olduğundan, Peyğəmbər sallallahu aleyhi və səlləm buna diqqət çəkmiş və öz ümmətini o gecələrdə qalxaraq ibadət etməyə həvəsləndirmişdir. Əl-Səhiheyndə göstərildiyi kimi bunu həmçinin özü etmişdir. Hədisdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “Kim Ramazanı qiyamla və savabını umaraq ibadət edərsə Allah onun keçmiş günahlarını bağışlayar” və “Kim Qədr Gecəsini imanla və savabını umaraq ibadət edərsə Allah onun keçmiş günahlarını bağışlayar”.

      Şabanın ortalarının gecəsini və yaxud Rəcəb ayında birinci Cümənin gecəsini və ya İsra və Merac gecəsini hər hansı xüsusi ibadətləri etməklə qeyd etmək üçün ayırmaq əmr olunsaydı, o zaman Peyğəmbər sallallahu aleyhi və səlləm öz ümmətinə bununla əməl etməyi öyrətmiş olardı və bunu özü edərdi. Bu cür bir şey baş versəydi, onun səhabələri ridvanallahu aleyhim bunları ümmətə çatdırardı; onlar bunları ümmətdən gizlətməzdi, çünki onlar ridvanallahu aleyhim Peyğəmbərlərdən sonra insanların ən xeyirlisi və ən ixlaslılarıdırlar.

      İndi yuxarıda sitat gətirilən alimlərin sözlərindən bizə məlum oldu ki, Rəcəb ayında Cümənin ilk gecəsi, Şabanın ortalarında gecənin fəzilətinə dair Allahın Rəsulundan sallallahu aleyhi və səlləm, onun səhabələrindən heç bir rəvayət gəlməmişdir. Beləliklə biz bilirik ki, bu cür günləri qeyd etmək İslama sonradan daxil edilən bidətlərdir və bu günləri xüsusiləşdirmək məzəmmət olunan bidətdir. Eyni hökm Rəcəb ayının iyirmi yeddinci gecəsinə də aiddir. Bəzi insanlar həmin günü İsra və Merac olduğuna inanırlar; Bu tarixi, ibadət ilə xüsusiləşdirmək və yaxud bu günü qeyd etmək yuxarıda istinad edilən dəlillərə əsasən haramdır. İsra və Meracın dəqiq günlərinin bilindiyini iddia edərək bu günləri qeyd edənlər üçün bu hökm onlara aiddirsə, alimlərin üstün rəyinə görə bu günlərin tarixlərinin məlum olmaması həqiqətinə nə deyirsiniz! Rəcəb ayının iyirmi yeddinci gecəsinin bu gün olduğuna dair rəy heç bir səhih hədisdə varid olmayan əsassız batil rəydir. Doğrudan da yaxşı söyləmişlər: “İşlərin ən xeyirlisi sələfin hidayət yoluna tabe olan və ən şərrlisi isə (dində) yeni ixtira olunmuş şeylərdir”.

      Allahdan bizləri və bütün Müsəlmanları Sünnədən möhkəm tutmağa və sünnəyə müxalif olan hər bir şeydən çəkindirməyə kömək etməyi istəyirik, həqiqətən də O Çox Səxavətli və çox Rəhmlidir.

      Məcmu’ Fətaava Səməhəəti əl-Şeyx ‘Abdul-‘Əziz ibn Baaz, 2/882

     

     
Copyright.SelefEqidesi.com, 2007