Qurbanlıq və onun əhkamları!
     
      Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfislərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə, o doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidluk edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidluk edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
     
      Allah subhanahu təala insanı uca bir məqsəd üçün yaratmışdır. O da Allah təalaya həqiqi şəkildə bir qul olmaq və bütün ibadətləri yalnız Ona etməkdir. İbadət Allah təalanın razı qaldığı, sevdiyi zahir (namaz, zəkat, həcc və s.) və batin (təvəkkül, ixlas, niyyət, iman, məhəbbət, nifrət, ümid etmək və s.) söz və əməllərdən ibarətdir. İbadət yalnız namaz qılmaq, oruc tutmaq, zəkat vermək kimi fərz ibadətlər deyildir. İbadət insanın bütün həyat fəaluyyətlərini əhatə edən bir məfhumdur. Bura: Kəlumeyi şəhadət, namaz, oruc, zəkat, həcc, qurban, dua, nəzir, and içmək, gözəl söz, qohumluq və qonşu əlaqələri, ana və ataya gözəl münasibət, evlənmək, uşaqlara İslam tərbiyəsi vermək, xəstə ziyarəti və s. Allah üçün edilən hər bir şey daxildir. Lakin bütün bunlar yalnız Allah üçün edilməludir. Allah təala buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!» (Zariyat, 56).
     
      İbadətin qəbul olunması üçün iki böyük şərt vardır.
     
      Birincisi: İxlas-İbadəti yalnız Allaha məxsus edərək yerinə yetirmək.
     
      Allah təala buyurur: “Rəbbin yalnız Ona ibadət etməyi buyurmuşdur. (İsra, 23).
     
      Allah təala hər kəsin bildiyi Quranın anası adlandırılan Fatihə surəsində qullarının hər namazda belə buyurmasını əmr edir: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! (əl-Fatihə, 5).
     
      Digər ayədə buyurur: “Halbuki onlara əmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək ibadət etsinlər». (Bəyyinə, 5).
     
      Allah təala buyurur: “De: Mənim namazım da, qurbanım (ibadətim) da, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam». (Ənam, 162).
     
     
      İkincisi: İbadəti Rəsulullahın sallallahu aleyhi və səlləm göstərdiyi kimi yerinə yetirməkdir.
     
      Qurban da Allah təalanın sevdiyi, razı qaldığı zahir əməllərdən olduğundan ən möhtəşəm ibadətlərdəndir. Ona görə də yalnız Allah adına kəsilməlu, Rəsulullahın sallallahu aleyhi və səlləm etdiyi kimi olmalıdır. Allah təala buyrurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətludir (Həşr, 7).
     
     
      Allah təala buyurur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir)»
(əl-Həcc: 37).
     
      Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!»
(əl-Kövsər: 2).
     
     
      Qurban nədir?
      Qurban, Zül-hiccənin 10-u bayram namazından sonra Allaha yaxınlaşmaq niyyəti ilə kəsilən heyvandır.
     
      Qurbanın hökmü!
      Qurban kəsmək təkid olunmuş sünnədir. Bu, Qurban namazından sonra, Allaha ən sevimlu olan əməllərdəndir.
     
      Qurbanın fəziləti!
      Qurban kəsən adam kəsdiyi heyvanın hər tükünə görə savab qazanır. Hər savab isə on qat artırılır. Allah istədiyi şəxsin savabını artırar. Qurbanın ilk damla qan axanda onu kəsənin günahı bağışlanır.
     
      Qurbanın hikməti!
      Allaha yaxınlıq
      Atamız İbrahimin sünnəsini diriltmək. O, öz oğlu İsmail üçün qoyun kəsmişdir.
      Bayran günü ailə üçün rahatlıq, kasıb və fağırlar arasında mərhəmət və müsəlmanların birinin digərinə köməyi
      Bu heyvanları insanlar üçün ram etdiyinə görə Allaha şükr etmək.
     
      Qurbanlıq heyvanın növləri və yaşları!
      Qoyun və ya qoç: Altı aydan böyük olmalıdır.
      Keçi: Bir yaş və ya çox.
      İnək: İki yaşı tamamlanmalıdır.
      Dəvə: Dörd yaşı tamam olmalıdır.
     
      Qurbanlıq heyvanın şərtləri!
      Qurbanlıq heyvanda heç bir eyib olmamalıdır. Məsələn, bir gözü kor, ayağı axsaq, arıq, halsız, xəstə, buynuzu dibindən sınmış və ya qulağı dibindən kəsilmiş. Lakin buynuzda olan az sınıq və qulaqda olan az kəsiyin eybi yoxdur.
     
      Qurbanı kəsməyin vaxtı, bayram namazından sonra bayramın dördüncü günü əsr namazına qədər davam edir.
     
      Kəsilmiş heyvanın bölünməsi!
      Yaxşı olar ki, qurbanlıq heyvanı üç hissəyə bölüb:
      1. Bir hissəsini kasıblara sədəqə olaraq paylasın
      2. Bir hissəsi kasıb yaxud varlı olmasından asılı olmayaraq yaxın qonşular, dostlar və qohumlara versin
      3. Bir hissəsini isə özü və ailəsi üçün götürsün.
     
      Qurbanın kəsənin edəcəyi müstəhəb əməllər!
      Qurban kəsmək istəyən Zül-Hiccə ayının birindən etibarən saçını və dırnaqlarını tutmamalıdır. Bacardığı qədər heyvanı özü kəsməludir. Kəsməyi bacarmayanlar həmin vaxt kəsildirdikləri heyvanın yanında olsunlar.
     
      Qurbanını qibləyə tərəf yönəldib:
      “Bismilləh, vallahu əkbər, Allahummə həzihi minkə və ləkə, Allahummə həzihi anni və an əhlu» (duanın mənası: Allahın adı ilə, Allah hər şeydən ucadır. Allahım bunu mənə Sən vermisən və mən də onu Sənin üçün kəsirəm. Allahım bu mənim və ailəmin əvəzinədir. (Yaxud: Allahım bu filankəs və onun ailəsinin əvəzinədir.)). Peyğəmbər sallallahu aleyhi və səlləm etdiyinə uyğun olaraq heyvanın qara ciyərindən yemək yaxşıdır.
     
      Diqqət!
      Bir qoyun bir nəfər və onun ailəsinin əvəzinə kəsilə bilər. Peyğəmbər sallallahu aleyhi və səlləm iki qoyun kəsir və biri haqqında deyir ki: “Allahım bu Məhəmməd və onun ailəsi üçündür». Lakin inək və dəvə isə yeddi nəfər və onların ailəsinin əvəzinə kəsilə bilər. Ölən adam vəsiyyət edibsə onun əvəzinə də kəsmək yaxşıdır. Hətta vəsiyyət etməsə də onun adını ailə ilə birlukdə hallandırmaq olar.
      Qəssaba əmək haqqı olaraq qurban əti vermək olmaz. Əmək haqqını pul verdikdən sonra sədəqə kimi ət vermək olar.
      Qurban kəsə bilməyən kasıbların əvəzinə Peyğəmbər sallallahu aleyhi və səlləm kəsmişdir. O , ikinci qoyunu kəsərkən deyir ki, “Allahım bu isə mənim və ümmətimdən qurban kəsməyənlərin əvəzinədir.»
      Qurban kəsdirməyi, yaşadığı yerdən asılı olmayaraq, başqasına tapşırmaq olar.
     
      Bəzi geniş yayılmış xətalar!
      Dişi heyvanın kişilərin əvəzinə, erkək heyvanın isə qadınları əvəzinə kəsilməsinin qadağan olunmasın etiqad etmək
      Heyvanın yalnız bir nəfəri əvəz etməsini etiqad etmək
      Qurbanın ömürdə bir dəfə vacib olmasını etiqad etmək
      Ölən adama vacib olmasını etiqad etmək
     
      Allaha yaxınlaşmaq məqsədilə bəzi yerləri (pirlər, ziyarətgahlar, qəbirlər) xüsusiləşdirib orada qurban kəsmək isə dinə sonradan əlavə edilən yenilukdir. Allah təala buyurur: “Yoxsa Allahın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır.» (Şuara, 21).Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: “Hər kim bizim bu dinimizə ondan olmayan bir şey gətirərsə o rədd olunur (qəbul olunmur)».
     
      Artıq dinimiz 1400 ilə yaxındır ki, kamil olmuşdur, Allah və Rəsulu bizlərə hər bir şeyi açıqlamışdır.
     
      Allah təala buyurur: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiluyyət dövrünün bir sıra zərərlu adətlərinin aradan qaldırılması və i. a.) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim» (Maidə, 3).
     
      Allahdan başqasının adına qurban kəsmək Allaha ibadətdə şərik qoşmaqdır və insan bunu bildikdən sonra edərsə əməlləri puça çıxır və kəsdiyi qurban Allah tərəfindən qəbul olunmur.
     
      Allah təala buyurur: (Ya Rəsulum!) Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: Əgər Allaha şərik qoşsan, bütün əməllərin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan! Xeyir, yalnız Allaha ibadət et və Onun (nemətlərinə) şükr edənlərdən ol « (Zumər, 65-66).
     
      Allah təala buyurur: “Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!» (Maidə, 72).
     
      Sonda sizlərə Allah təalanın bu ayəsini xatırladırıq. Allah təala buyurur: “Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətlu bir əzabdan həzər etsinlər!» (Nur, 63).
     
      Allah təala bizləri haqq üzrə Allah və Rəsulunun yolu ilə gedənlərdən etsin, Allah adına və Rəsulullah Muhəmməd sallallahu aleyhi və səlləmin göstərdiyi şəkildə kəsilən qurbanlarımızı qəbul etsin. Allah təala bütün müsəlmanların Qurban bayramını mübarək etsin.
     
     
Copyright.SelefEqidesi.com, 2006