![]() |
![]() |
|
|
Peyğəmbər (s.ə.s)-dən keçirilməsi haqqında səhih bir məlumat sabit olmayan və əsasən İslam aləmində və xüsusilə də ölkəmizdə keçirilən bəzi kandil gecələri haqqında, müsəlmanları oyandırmağı özümə borc bilərək bu araşdırmanı etdim. Allahdan bütün müsəlmanlar üçün faydalı olmasını istəyirəm. İndi isə bu kandil gecələrin tərtib ilə düzüb, onları bayram kimi keçirmənin icazəli və ya qeyri icazəli olması barəsində İslam alimlərinin fikirlərini də zirk edəcəyik. 1) Mövlud kandili Adından göründüyü kimi Peyğəmbər (s.ə.s)-in doğulduğu gecədir. Rəbiyul Əvvəl ayının on ikinci gecəsinə düşür. Bu gecənin nə fəziləti, nə də bayram kimi keçirilməsi barəsində heç bir rəvayət sabir olmamışdır. Yəni, Peyğəmbər (s.ə.s) doğum gecəsini nə özü, nə səhabələri, nə də sələfi salhi bayram kimi keçirməmişdir. Buna görə elm əhli bu gecəni o məqəsədlə dirildib bayram kimi xüsusi olaraq keçirmələrini bir bidət saymışlar. O gündə oxunan mövlud qəsidələri və s. bu növdən olub bidətdir. 2) Rəqaib kandili Bu gecəni xüsusiləşdirib keçirmək məqsədilə Rəcəb ayının ilk Cümə gecəsi, yəni məğriblə işa namazı arasında qılınan on iki rükətlik namazın və bu gecənin fəziləti haqqında dəlil gətirdikləri rəvayət budur: Ənəs ibn Malik (r.a) Peyğəmbər (s.ə.s)-in belə dediyini rəvayət etmişdi: «Rəcəb ayında orucun fəzilətini zikr etdikdən sonra davam edərək: «O ayda olan ilk Cümə gecəsindən qafil olmayın. Çünki o, mələklərin rəqaib deyə adlandırdıqları gecədir. Kim rəcəb ayının ilk Çərşənbə günü oruc tutsa və o günün məğriblə işa namazı arasında on iki rükət namaz qilsa, Allah o kimsənin günahlarını bağışlayar» İbnul Couzi bu hədis barəsində bunu deyir: «Bu hədis, Allah Rəsulunun adına uydurmadır. Ali ibn Abdullah ibn Cahdami bu rəvayətilə elm əhli tərəfindən ittiham olunub yalançı sayılmışdır. Şeyximiz Hafiz Abdulvahhabın belə dediyini eşitdim: Bu hədisin rəvayətçiləri məchuldur (bilinmir) Rəvayətçilərə aid bütün kitablarda onları axtardım və tapa bilmədim» (İbnul Couzi, əl Mouduat, c 2/125-126) İbnul Couzi sözünə davam edərək belə deyir: «Bu hədisi uyduran kimsə bidətində çox azğınlığa gedmişdir. Çünki bu namazı qılan adam əvvəlcə gündüz oruc tutacaq. Bəlkə də o günün gündüzü çox istidir, oruclu olunca da axşam namazından sonra, bu namaz üçün uzun qiyamda və səcdədə duracaq və əziyyət çəkmiş olacaq. Mən doğrusu ramazan və təravih namazlarına nəzərən insanların bunda, necə izdihamlaşdıqlarına qısqandım. Çünki bu namaza digər beş vaxt namaza gəlməyənlər gəlirlər» Hafiz Əbul Hatib belə deyir: «Rəqaib namazını uydurmaqla ittiham olunan kimsə Əli ibn Abdullah ibn Cahdamidir. Məchul olan rəvayətçilər ilə uydurmuşdur. Onların adları heç bir kitabda mövcud deyil» (Əl Bais ala inkaril Bida vəl Həvadir, 40) Hafiz əl İraki belə deyir: «Rəzzin, kitabında bunu inkar etmişdir. O uydurma bir hədisdir» (əs Sünən vəl mubiədə, 140) İmam Tartuşi bu sözünü əlavə edir: «Rəcəb ayında rəqaib namazı isə, Beytul Müqəddəsdə, bizim olduğumuz yerdə ancaq hicrətin 480-ci ilində uydurulmuşdur. Bundan əvvəl bu namazı nə gördük, nə də eşitdik» (əlHəvadis, vəl bidə, 123) 3) Mirac kandili Rəcəb ayının iyirmi yeddinci gecəsidir. Sünnə və bidətlər kitabının müəllifi Şukeyri rəcəb ayındakı bidətlər bölümündə bunları deyir: «Mirac hekayəsini oxuyub rəcəb ayının iyirmi yeddinci gecəsini bayram kimi keçirmək və bəzi insanların bu gecəyə xas bəzi zikirlər və ya ibadətlər etmələri bidətdir. Rəcəb, Şaban və Ramazan aylarında oxunan – qeyri sabit – dualar bidət və uydurmadır, əgər bunlarda bir xeyir olmuş olsaydı bizdən əvvəlkilər bunda bizləri keçərdilər. İsra, Miracda bayram keçirməyə aid heç bir dəlil yoxdur» (əs Sünən, vəl Mubtədə, 143) Şeyxulislam ibn Teymiyyə də Rəcəb ayının iyirmi yeddinci gecəsi ilə bağlı olan namaz haqqında belə deyir: «Mötəbər alimlərin göstərdiyi kimi, İslam alimlərinin ittifaqı ilə bu (namaz) şəriətlə icazəli deyil. Bu ancaq cahil və bidətçi kimsə tərəfindən olar» (əs Sünən, vəl Mubtədə, 143) Bu gecədə də mövlud oxumaq adət halını almışdır. Beləliklə bir bidətə digər bidət əlavə olunmuş olur. 4) Bəraət kandili Bəraət kandili isə Şaban ayının ortasında olan gecədə olur. Bu gecənin fəzilətinə aid bəzi rəvayətlər gəlmişdir. Misal olaraq bir neçəsini zikr edək: Əli (r.a)-dan Peyğəmbər (s.ə.s) bunu demişdir: «Şaban ayının ortasında olan gecə olanda, gecəsini yatmayıb keçirən gündüzünü də oruclu keçirsin» (Beyhaki, 24; İbn Macə, 1388) Başqa bir rəvayətdə isə belədir: «Əbu Musa əl Əşari (r.a)-dan Peyğəmbər (s.ə.s) belə demişdir: «Şaban ayının ortasında olan gecədə Allah Təala məxluqatına nəzər edər. Müşrik ilə paxıl müstəsna olmaqla bütün məxluqatını bağışlayar» (Misbatuzzucacə fi zavaid İbn Macə, cild 2/10) Yenə başqa bir rəvayətdə isə belədir: Aişə (r.a)-dan Peyğəmbər (s.ə.s) belə demişdir: «Bu gecədə Adəm oğlundan hər doğulacaq və öləcək olan yazılır. Və yenə bu gecədə onların əməlləri yüksəlir və rizqləri enir» (əl Baid ala inkar bida val havadis, 35) Ancaq bu rəvayətlərdən heç biri səhih deyil. İmam Buseyri belə deyir: «Bu rəvayətin sənədində İbnu Əbu Səburə var. Əsl adı Əbu Bəkr ibn Abdullah ibn Muhammad ibn Əbu Səburədir. İmam Əhməd ibn Hənbəl və Yəhya ibn Main bu adamın hədis uyduran bir kimsə olduğunu söylədilər» (Buseyri, 2/10) İkinci rəvayətə gəlincə isə, bu Əbu Musa əl Əşarinindir. İmam Buseyri deyir ki : «Əbu Musaya aid hədisin sənədi zəifdir. Bu da Abdullah ibn əbu Ləhiyənin zəif rəvayətçi olmasına görədir. Bir də Vəlid bin Muslim tədlis edəndir» (Buseyri, 2/10) Digər rəvayət də Aişə (r.a)-dandır. Aişə (r.a)-nın Əbu Musanın rəvayətinə bənzəyən başqa bir hədisi daha var. İmam Beyaki, iki rəvayəti də Davutul Kəbir kitabında rəvayətçilərinin silsiləsini təxric edib çıxartdıqdan sonda belə deyir: «Bu hədisin və əvvəlkinin isnadlarında məchul olan kimsələr var. Digəri birinə əlavə edilincə bir az qüvvət qazanır» Bidətə aid əsərində bu rəvayətləri sıralayan Əbu Şəmə bunu deyir: «Bu rəvayətlərdə xüsusi bir namazın bəyanı yoxdur. Ancaq bu gecənin fəzilətini bildirməkdədir. Gecəni yatmamaq isə bütün ilin gecələrində olduğu kimi müstəhəbdir. Münkər olan şey, bəzi gecələri xüsusi bir keyfiyyətlə, xüsusi bir namazla xüsusiləşdirmək, Cümə, Bayram və Təravih kimi və bunu da islamdan olan ibadətlər kimi izhar göstərməkdir» (Ala inkar bida val havadis, 35) Bəraət kandilində qılınan namaz Əli ibn İbrahim bu namaz haqqında belə deyir: «Şaban ayının ortasında gecə qılmaq üçün uydurulan, on dəfə ixlas surəsi oxumaq surətilə camaatla qılınan Cümə və bayramlardan daha çox əhəmiyyət verilən yüz rükətlik namaza gəlincə, haqqında ancaq ya zəif, ya da uydurma xəbər və ya əsər gəlmişdir. » (Təzkiratul mouduat, 45) Hafiz İraqi belə deyir: «Bəraət namazı haqqındakı hədis batildir» (əs sunən vəl mubtədəa, 144) İbnul Couzi belə deyir: «Şübhəsiz bu uydurmadır» (Mouduat, 127) Şeyxulislam İbn Teymiyyə də buna bənzər söz demişdir (İtikatul siratul Mustakim, 2/632-639) Bu namazın çıxdığı tarix: İmam Tartuşi belə deyir: «Mənə əbu Muhammad əl Məkdisi xəbər verərək dedi ki : «Bu bizdə, ilk olaraq hicrətin 448-ci ilinin əvvəlində uyduruldu. Nablus şəhərində İbnu Əbi Hamra adı ilə tanınan birisi Beytul Muqəddəsə gəldi. Gözəl tilavəti var idi, qalxdı və Məscidi Əqsada Şaban ayının ortasında (15-ində) olan gecədə namaz qıldı, arxadan ona bir nəfər tabe oldu, sonra bir digəri əlavə oldu, nəticədə namazı qurtarana qədər bir camaat şəklinə gəldi. Növbəti il yenə gəldi və arxasında bir çox insan bu namazı qıldı. Məsciddə bu yayıldı. Beləliklə Məscidi Əqsada və insanların evlərində bu namaz yayıldı. Daha sonra bir sünnət kimi indiyə qədər bu namaza davam edilir» (əl Havadis vəl bidə, 132) Necə ki, eyni şəkildə bu gecənin oyaq qalması üçün məscidlərdə mövlud qəsidələri və duaları oxunur. Bunun səbəbi isə şeytanın bu cahillərə, əməllərini bəzənmiş və icazəli göstərməsidir. Bəzi kimsələr insanların mənəvi qidalarını tıxadığımız iddiası ilə bu məqaləni yaxşı görməyə bilərlər. Ancaq bu kimi qardaşlarımıza Peyğəmbər (s.ə.s)-in Aişə (r.a)-dan gələn səhih bir hədisi xatırlamaq istərdim: «Kim, bizim üzərində olmadığımız bir əməli işləsə, o əməl rədd olunur» (Buxari, Muslim) Səhih dəlillərə dayanmayan hər hansı bir əməl mənəvi bir qida deyil Allah bizim hamımıza haqqı haqq kimi bilib ona tabe olmağı və batili də batil kimi bilib ondan çəkinməyi nəsib eləsin və bizləri Onun razılığına uyğun əməllər işləməyi nəsib eləsin. Amin |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2006 | ![]() |