![]() |
![]() |
|
ORUCLUĞA DAİR DAHA 5 MARAQLI SUALIN CAVABINI ÖYRƏNƏK1. Öz ailəsi birlikdə evdə Təravih namazını qılmaqSual: Bir kəs təravih namazını (Ramazanda) evdə öz ailəsi ilə qıla bilər ?Cavab: Bunda bir problem yoxdur, öncə də keçdiyi kimi bu daha yaxşıdır. Şeyx Muqbil bin Ha`di Fəda`ih va Nəsa`ih, Əl-Allə`məh Əl-Muhəddis Muqbil ibn Ha`di əl-Va`dii, D`arul-Harameyn, Qahirə, səh. 86 2. Ağır iş səbəbindən dolayı orucu pozmaqSual: Hörmətli şeyx! İşi ağır olan və nəticə etibarilə oruc tutması çətinləşən kəs barədə rəyiniz nədir? O kəs orucunu poza bilərmi?Cavab: Bu məsələdə, həmin kəs haqqında mənim rəyim budur ki, ağır iş səbəbindən dolayı orucunu pozmaq olmaz və caiz deyil. Əgər o kəs işini oruc ilə uyğunlaşdıra bilmirsə, o zaman Ramazanda tətil götürsün ki, oruc tutmaq onun üçün asan olsun. Ramazan orucu İslam dininin əsaslarından biridir və tərk etmək mümkün deyil. Şeyx Muhəmməd bin Sa`lih əl-Useymi`n, İslamın Əsasları barədə fətvalar, cild 2, səh.630 3. Oruc zamanı onun susuzluğu şiddətlənir və ona görə də içirSual: Bir nəfər Ramazanda oruc tutur və onun susuzluğu şiddətlənir, ona görə də içir. Bunun hökmü nədir?Cavab: O kəs həmin günün qəzasını tutmalı və alimlər arasında olan iki rəydən ən düzgün olanına görə kəffarə vermir. Əgər bu məsələdə o kəs diqqətsiz (laqeyd) olubsa, Allaha tövbə etməli və bununla yanaşı həmin günün qəzasını tutmalıdır. Şeyx Abdul-Aziz bin Bəzz Fəta`va İsləmiyyəh, DARUSSALAM, cild 3, səh.289 4. Orucluqda burundan qan axmanın hökmüSual: Burundan axan qan orucu pozurmu?Cavab: Burundan axan qan orucu pozmur, çünki qan axma oruc tutanın öz ixtiyarında deyil. Şeyx Muhəmməd bin Sa`lih əl-Useymi`n, DARUSSALAM, Cild 2, səh. 664 5. Bütün Ramazan ayı üçün bir niyyət?Sual: Ramazanda tutulan hər bir günün orucu üçün niyyət etmək vacibdir, yoxsa bütün ay üçün bir niyyət etmək kifayətdir?Cavab: Ramazan ayının başlanğıcında bir niyyət etmək kifayətdir, çünki hətta oruc tutan şəxs hər gecədən əvvəl hər gün üçün niyyət etməyibsə, artıq o ayın əvvəlində niyyət etmişdir. Lakin, əgər səfər və yaxud xəstəlik və buna bənzər səbəblərdən dolayı ay ərzində orucu pozubsa o niyyətini yeniləməlidir. Çünki səfər, xəstəlik və yaxud buna bənzər səbəblərdən dolayı orucu tərk etməklə onu pozmuşdur. Şeyx Muhəmməd bin Sa`lih əl-Useymi`n, İslamın Əsasları barədə fətvalar, cild 2, səh.630 |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2007 | ![]() |