![]() |
![]() |
|
|
MÜNAFİQLƏRİN 30 ƏLAMƏTİ
1. Yalan danışmaq və yalan uydurmaq 2. Xainlik, satqınlıq 3. Mübahisə zamanı hayasızlıq və əxlaqsızlıq nümayiş etdirmək 4. Sözünün üstündə durmamaq 5. İbadətdə tənbəllik göstərmək
6. Riyakarlıq etmək, özünü göstərmək 7. Allahı zikr etməmək 8. İbadət etdikdə, namaz qıldıqda (tez qurtarmaq üçün) tələsmək 9. Möminlər və salehlər arasından özlərini saleh, yaxşı əməllər etməyə həsr edənlərə böhtan atmaq və şərləmək 10. Quran, Sünnə və Allah Rəsuluna sallallahu aleyhi və səlləm lağ etmək, istehza etmək
11. Özlərini (mənfur niyyətlərini) qorumaq üçün yalandan and içmək, andlarını pərdə etmək 12. Allah yolunda xərcləməkdən, sədəqə verməkdən xoşlanmamaq 13. Müsəlmanları tərk etmək 14. Yalan şayiələrə başlanğıc vermək və qiyama çağırmaq, fitnə-fəsad yaymağa səbəb olmaq 15. Allahın əmrlərində xəta, səhv axtarmaq
16. Saleh insanların şərəfini ləkələmək, aşağı salmaq 17. Camaat namazlarından uzaqlaşmaq 18. Sülh, islah, əmin-amanlıq yaratdıqlarını iddia edərək fitnə-fəsad yaratmaq 19. Zahiri davranışlarının daxil ilə ziddiyyət təşkil etməsi 20. Başlarına gələcək xoşagəlməz hallar, hadisələrdən (islamın güclənməsi) qorxu içində olmaları
21. Yalan, batil üzrlər irəli sürmək 22. Şərri, pisliyi yaymaq və yaxşılığın, islah etmənin qarşısını almaq, ondan çəkindirmək 23. Xəsislikdən əllərini bağlamaq 24. Allahı unutmaq 25. Allah və Rəsulunun sallallahu aleyhi və səlləm vədlərini inkar etmək, qəbul etməmək
26. Zahiri görünüşləri haqqında daha çox narahat olmaları və daxili (qəlbin) hallarına etinasız, laqeyd yanaşmaları 27. Bəlağətli nitq, gözəl danışıq nümayiş etdirərək özünü öymək və lovğalanmaq 28. Din barəsində anlayışsız, qafil qalmaları 29. İnsanların qarşısında günah etməkdən çəkinmələri (insanların onların bu günahlarını görəcəklərindən dolayı), lakin gizlində qaldıqda Allaha qarşı əxlaqsızlıq, cəsarət göstərərək günah etmək 30. Möminlərin başına bəla gəldikdə onların bəlasına sevinmək və möminlər sevindikdə, şənləndikdə onların bu sevinclərinə görə kədərlənmək
ALLAH TƏALA DAHA YAXŞI BİLİR Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun. |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2007 | ![]() |