![]() |
![]() |
|
MƏSCİDU`L-ƏQSA VƏ DAŞ QÜBBƏBu yaxınlarda mənə Aqsa Məscidinin vəziyyəti və məscidin daş qübbədən fərqli olması haqqında məlumat verən elektron məktub çatıb. Mənə Məscid əl-Aqsanın Daş Qübbədən fərqli olub-olmaması haqqında məlumat verə bilərsinizmi? Nə üçün Daş Qübbənin şəkli bütün islam məkanlarında Məscid əl-Aqsaya işarə edir (onu təmsil etdiyini göstərir)? Mən və bir çox müsəlmanlar bu fərq barəsində xəbərimiz yoxdur. Cavab: Həmd Allaha məxsusdur. Əl-Məscid əl-Əqsa (Qudsdə) iki qiblənin biri (əvvəl) olmuşdur və ibadət məqsədi ilə insanların səyahət etdiyi üç məsciddən biridir. Sünən əl-Nəsaa`idə (693) sabit olduğu kimi onu Süleyman əleyhissəlam inşa etmişdir. Şeyx Albani rahiməhullah Sah`ih əl-Nəsaidə hədisin səhih olduğunu bildirmişdir. Sahiheyndə Əbu Zərrdən radiyallahu anhu rəvayət olunan dəlilə əsaslanaraq həmçinin Süleymandan əleyhissəlam əvvəl mövcud olduğu və Süleymanın əleyhissəlam onu yenidən inşa etdiyi söylənilir. Əbu Zərr deyir: “Mən dedim: Ey Allahın Rəsulu! Yer üzündə ilk inşa edilən məscid hansıdır?” O dedi: Əl-Məscidu`l-Haram (Məkkədə). Dedim: Sonra hansı? O dedi: Əl-Məscid əl-Əqsa. Dedim: Onların arasında nə qədər (zaman fərqi) var? O dedi: Qırx il. Ona görə də namaz vaxtı çatanda harada olsanız, namazı qılın, çünki orada fəzilət var (Buxari rəvayət edir, 3366; Muslim, 520). Peyğəmbər sallallahu aleyhi və səlləm Gecə Səyahətində (İsra) Beyt-ul Məqdisə getmişdi (isra-gecə getmək) və (Qüdsdə) bu mübarək məsciddə Peyğəmbərlər ilə namaz qılmışdı. Allah təala buyurur: Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, (hər şeyi) eşidəndir, görəndir” (İsra, 1). Daş Qübbə isə hicrətin 72-ci ilində xəlifə Abdul Məlik ibn Mərvan tərəfindən inşa edilib. Əl-Məvsuu`əh əl-Filəstiniyyəh (4/203) əsərində belə deyilir: “Əl-Məscid əl-Əqsanın adı tarixən bütün müqəddəs haramu şərifə və onun daxilində olan tikililərə, bunların içində ən əhəmiyyətlisi olan Daş Qübbəyə şamil edilirdi. Daş Qübbə hicrətin 72-ci ilində (Miladi təqvimlə 691-ci il) Abdu`l-Malik ibn Mərvan tərəfindən inşa edilmişdir. İslamda ən böyük tarixi əsər hesab edilir. Lakin bu gün haramın cənub sahəsində yerləşən bu ad böyük məscidə şamil edilir”. Həmçinin əl-Məvsu`əh (3/23) əsərində deyilir: “Daş Qübbənin binası, əl-Məscid əl-Əqsa sahəsinin ortasında, Əl-Qüds şəhərinin cənub şərq hissəsində yerləşir. Geniş düzbucaqlı sahədir, şimaldan-cənuba 480 metr, şərqdən-qərbə doğru isə 300 metr uzanır. Bu sahə təxminən qədim Qüds şəhərinin ərazisinin beşdə-birini tutur. Namazın əda olunduğu məscid Daş Qübbə deyil. Qübbənin şəkillərinin (dünyada) çox geniş yayılmasından dolayı, müsəlmanların əksəriyyəti bu şəkilləri görəndə bunun məscid olduğunu düşünürlər. Əslində isə belə deyil. Məscid böyük ərazinin cənub hissəsinə düşür və Qübbə sahənin ortasında yüksələn qayanın üzərində inşa edilib. Artıq məcsidin adının tarixən bütün sahəyə şamil edildiyi yuxarıda keçdi. İbn Teymiyyənin rahiməhullah Məcmu`ət əl-Rəsa`il əl-Kubra, 2-ci cild 61-ci səhifəsində ifadə etdiyi sözləri bunu bir daha gücləndirir. İbn Teymiyyə rahiməhullah buyurur: “Əl-Məscid əl-Əqsa Süleyman əleyhissəlam tərəfindən inşa edilən bütün məscidin adıdır. Bəzi insanlar məscidin qarşısında Ömər ibn Xattab radiyallahu anhu tərəfindən inşa edilən ibadət məkanına əl-Əqsa adını verməyə başladılar. Ömərin radiyallahu müsəlmanlar üçün inşa etdiyi bu ibadət məkanında namaz qılmaq məscidin qalan yerlərində namaz qılmaqdan əfzəldir. Çünki Ömər radiyallahu anhu Beytu`l Məqdisi (Yerusəlimi) fəth edəndə qayanın üzərində nəhəng zibil qalağı var idi, Yəhudilərin ibadət etdikləri məkana qarşı öz nifrətlərini bildirmək üçün Nəsranilər belə etmişdilər. Beləliklə, Ömər radiyallahu anhu nəcasətin kənar edilməsinə dair əmr verir və Ka`ba radiyallahu anhu deyir: “Müsəlmanlara namaz qılmaq üçün məkanı harada inşa edilməsini düşünürsən?”. O dedi: “Qayanın arxasında”. O (Ömər ) dedi: “Ey Yəhudi qadının oğlu! Sənə Yəhudi fikirləri qarışıb (təsir edib)! Əksinə, mən onu qayanın qarşısında inşa edəcəm”. Ona görə də, bu ümmətin imamları məscidə daxil olanda, onlar gedib Ömər ibn Xattab radiyallahu anhu tərəfindən inşa edilən namazgahda namaz qılardılar. Qayaya gəldikdə isə, nə Ömər, nə də səhabələrdən heç kəs orada namaz qılmamışdır. Raşidi Xəlifələrin dövründə də onun üstündə qübbə yox idi. Ömər, Osman, Əli, Muaviyyə, Yezid və Mərvanın xəlifəliyi dövründə üzü səmaya baxırdı...Səhabələrdən elm əhli və haqq üzrə onlara tabe olanlar qayaya sitayiş etmirdilər, çünki bu qiblə nəsh (hökmü qaldırılmışdı) olunmuşdu... Yəhudilər və Nəsranilərin bəziləri ona sitayiş edirlər”. Ömərin radiyallah anhu Ka`b əl-Ahbarı radiyallahu anhu inkar etməsi və onu “Ey Yəhudi qadının oğlu” adlandırmasının səbəbi budur ki, çünki Ka`b Yəhudi ahbarı və alimlərindən idi. O vaxt ki, Ka`b radiyallahu anhu Ömərə radiyallahu anhu məscidi qayanın arxasında inşa edilməsini təklif etdikdə, bunda qayaya qarşı təzim var idi ki, müsəlmanlar namaz qılanda üzlərini ona tərəf tutardılar. Qayaya qarşı tə`zim müsəlmanların deyil ,yəhudilərin dinlərinin bir hissəsi idi. Müsəlmanların Qayanın şəklinə qarşı maraqları (riqqəti) çox güman ki, bu qübbənin inşasının gözəl olmasından dolayıdır, lakin məscid ilə onun ətrafında olan tikililər arasında fərqi seçə bilməmək ilə hər tərəfə yayılan xata onlar üçün üzr hesab edilmir. Çox güman ki, bu yəhudilərin hilə və qurmalarından biridir. Çünki onlar bu qayaya tə`zim edir və ibadət edərkən ona qarşı üzlərini çevirirlər. Və yaxud ola bilsin ki, Qayaya əhəmiyyət verirlər ki, əl-Məscid əl-Əqsanın dağıntıları üzərində güman etdikləri Süleymanın Məbədini inşa etmək arzularını həyata keçirə bilsinlər. Müsəlmanlar da “Əl-Məscid əl-Əqsa, Daş Qübbədir” zənn etsinlər. Yəhudilər əl-Məscid əl-Əqsanı dağıtmağa ayağa qalxsalar və müsəlmanlar da onların bu işlərini inkar edəndə “əl-Məscid əl-Əqsa öz yerindədir” desinlər və Daş Qübbənin şəklini onlara göstərsinlər. Bununla da, onlar öz hədəflərinə məqsədlərinə çatsınlar və müsəlmanların tənqidlərindən, ittihamlarından özlərini xilas edə bilsinlər. Allahdan istəyirik ki, müsəlmanların güclərini və izzətini yeniləsin, əl-Məscid əl-Əqsanı meymunların və donuzların qardaşlarından təmizləsin. Çünki: “Allah Öz işində (əmrində) qalibdir (istədiyini edəndir), lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Yusif, 12:21). ALLAH DAHA YAXŞI BİLİR. |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2007 | ![]() |