İslam Daimi Elmi Araşdırmalar və Fətvalar Mərkəzi Tərcüməçinin sözü:
Əziz müsəlman qardaş və bacılar! Məqalələrimizdə istifadə olunan ədəbiyyatlarda tez-tez LƏCNƏ və yaxud İslam Elmi Ararşdırmalar və Fətvalar Mərkəzi sözünə rast gəlirsiniz. Oxucularımıza qısaca da olsa bu mərkəz haqqında məlumat verməyi özümüzə borc bildik. Bu səbəbdən də bu kiçik bir səhifəlik məqaləni sizin diqqətinizə çatdırırıq. Onu da qeyd edək ki, İslam Elmi Araşdırmalar və Fətvalar Mərkəzi Səudiyyə Ərəbistanında yerləşir. Onun üzvləri ümmətin böyük alimləridir. Bütün dünya müsəlmanlarının əhvalları, halları ilə əlaqədar müraciət olunan suallara cavab vermək üçün bu mərkəz yaradılmışdır. Məqalədə sadəcə mərkəzin nə zaman, kimin tərəfdən və nə məqsədlə yaradılması haqqında məlumat verilir.

Böyük Alimlər Heyətinin təsis olunması barəsində 29/08/2007-ci il tarixli 137/1 nömrəli Kral Fərmanı qüvvəyə minmişdir. Bu fərmanın dördüncü fəslində bildirilir:

“Daimi Mərkəz Kralın Fərmanına müvafiq olaraq Heyətin (Böyük Alimlər Heyətinin) üzvləri arasından öz üzvlərini seçməklə vəzifələndirilmişdir. Mərkəzin məqsədi heyət arasında müzakirəyə qoyulmaq məqsədilə tədqiqat sənədlərinin hazırlanması və fərdi məsələlərlə ilə əlaqədar fətvalar dərc etməkdir. Əqidə, ibadət və ictimai məsələlər sahəsində suallara fətvalar axtaran insanlara cavab verməklə bu iş həyata keçirilir. Müəssisənin adı: İslam Daimi Elmi Araşdırmalar və Fətva Mərkəzi adlandırılsın.

Həmçinin, Kral Fərmanına edilən əlavənin səkkizinci bölməsində bildirilir:

“Məsələlər ilə əlaqədar heyət üzvlərinin yekdil mütləq rəyi olmadan Daimi Mərkəz tərəfindən heç bir fətva dərc edilməyəcəkdir. Belə ki, hər bir fətvanı oxuyan alimlərin sayı Mərkəzin üç üzvündən az sayda olmamalıdır. Bərabər səs vermə olduğu halda (rəy vermək), Mərkəzin prezidentinin qərarı həlledici xarakter daşıyacaqdır.

Daimi Mərkəzin hal-hazırki üzvləri:
Rəhbər: Şeyx Abdul Əziz Ə`li Əş-Şeyx
Rəhbər müavini: Şeyx Abdullah ibn Ğudayyan
Üzv: Şeyx Abdullah ibn Qu`ud
Üzv: Şeyx Abdullah ibn Munay
Üzv: Şeyx Saalih ibn Favzan
Üzv: Şeyx Bəkr Abdullah Əbu Zeyd

Dünyasını dəyişmiş digər üzvlər:
Şeyx İbrahim ibn Muhəmməd Ə`l əş-Şeyx
Şeyx Abdul Əziz ibn Bəzz
Şeyx Abdur Rəzzaq ibn Əfifi

Daimi Mərkəzin yaradıldığı zaman tətbiq olunan qaydalardan biri yekdil rəyə verilən əhəmiyyətdir və sözsüz ki, bu qayda hər bir fətvaya elmi-əsaslı təsir qüvvəsi bağışlayır. Çünki, əlbəttə rəylərin qarşılıqlı mübadiləsi düzgün nəticəyə nail olmağı asanlaşdırır. Ona görə də qeyd edərək bildirik ki, Mərkəzin izlədiyi yol Sünnədən çıxarılan dəlilin səhih hədislər olması hesaba alınmaqla rəylərin dəlillərə əsaslanmasından ibarətdir. Bu məsələdə hörmətli Şeyx Abdul Əziz ibn Bəzz hədis sahəsində özünün geniş elmindən bəhrələnərək öz köməyini göstərmişdir. Eynilə, müxtəlif firqələr və əqidəyə dair ixtilafların olduğu dövrümüzdə bu sahədə geniş elmə sahib olan Şeyx Abdur Rəzzaq ibn Əfifi verilən hər bir fətvaya elmi əsaslı bir ünsur əlavə etmişdir.


ALLAH TƏALA DAHA YAXŞI BİLİR
Müvəffəqiyyət Allahdandır.
Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Copyright.SelefEqidesi.com, 2007