![]() |
![]() |
|
İTİRİLMƏK ÜZRƏ OLAN İLAHİ SƏADƏT (Bir ziyarətçi yazısı)BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM Salam əziz müsəlman bacı və qardaşlarım. Ola bilərki bu mövzu haqqında çox oxumusunuz və indiyənə kimi bu mövzuya aid bir çox məqalələr hazırlanıb. Ancaq çox çalışmışamki, indi oxuyacağınız mövzu bu haqda indiyənə kimi yazılan və bu haqda oxuduğunuz movzulardan daha fərqli olsun. Buna artıq siz qərar verərsiniz. Sizində bildiyiniz kimi Azərbaycanda islam dini çox zəifdir. Bunun ən böyük səbəblərindən biri isə ölkəmizin 70 ildən çox Rusiyanın işğalı altında olmasıdır. O zamanlar Azərbaycanda islam dini sıxışdırılır, Allaha ibadət edən insanlar təqiblərə məruz qalır və xalqın adət-ənənələri unutdurulmağa çalışılırdı. Hal-hazırda isə şükürlər olsun ki, bütün bunlara son qoyulub və Uca Rəbbimizə ibadət edənlərin, yerin və göylərin tək yaradıcısı ulu rəbbimizə gedən yolun haqq yolu olduğunu dərk edənlərin sayı qat-qat artıb. Buna baxmayaraq hələ də, dinimizin gözəlliyindən, uca rəbbimizin qüdrətindən və rəhmindən xəbərdar olmayanlar da, az deyil. Cəmiyyətdə namaz qılmaq və Allaha ibadət etməyi vacib bilməyən insanlarda mövcuddur. Elə insanlar ürəyin təmiz olması kifayətdi deyir və belələri söyləyirki mən Allaha inanıram və müsəlmanam. O zaman sualım sizədir ey müsəlmanam deyənlər, lakin ibadət etməyənlər: Heç olmazsa kəlimeyi-şəhadəti ("Əşhədu Ənla İlahə İlləllah, Əşhədu Ənnə Muhammədən Rəsulullah") bilirsinizmi? Deyirsinizki Allaha inanıram. Sizcə bunu yalnızca sözlə demək kifayətdirmi? Bizim hamımızı şəriki olmayan uca Allah yaradıb və bizə bütün nemətləri bəxş edib. Şəxsən sən, bunun müqabilində uca rəbbimiz üçün neyləmisən? - İbn Ömər rəvayət edir ki, Peyğəmbərimiz (s. ə. s) belə buyurur: "İslam beş dayaq üzərində qurulmuşdur: "1-Allahdan başqa (ibadətə layiq olan) ilahın olmamasına və Məhəmmədin Onun qulu və elçisi olduğuna şəhadət gətirmək (Kəlimeyi-Şəhadət), 2-namazı qılmaq, 3-zəkat vermək, 4-Kəbəni ziyarət etmək və 5-Ramazan orucunu tutmaq» "Səhihul Buxari, 8» "Səhih Muslim, 16» Aləmlərin Pərvərdigarı uca rəbbimiz Qurani-kərimdə buyurur: - Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl ! (Taha surəsi, 14) - Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun! (Ən-Nur surəsi, 56) Qiyamət günü cəhənnəm əhlindən soruşulacaq. - "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?” - Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik; - Yoxsulu da yedirtməzdik; - Batilə(harama) dalanlarla birlikdə biz də dalardıq; - Haqq-hesab gününü yalan sayardıq. - Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq) - Şəfaət edənlərin şəfaəti onlara fayda verməz! - Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar). - Onlar sanki vəhşi eşşəklərdir. - (O eşşəklər ki) aslandan hürküb qaçarlar! (əl-Muddəssir 42-51) - Xeyr, daha doğrusu, onlar axirətdən qorxmazlar! - Xeyr, bu (Quran) bir öyüd-nəsihətdir!- İstəyənlər ondan öyüd alar. - Bununla belə, Allah istəməsə, onlar əsla öyüd ala bilməzlər. Qorxub çəkinməyə də, bağışlamağa da layiq olan ancaq Odur (Uca Allah)! (əl-Muddəssir 53-56). Bizim Rəbbimiz, yerin və göylərin yaradıcısı, rəhminin və səbrinin həddi hüdudu olmayan ulu Allah ona iman gətirib ibadət edənləri bağışlayan, kafirləri və ömrü boyu ibadət etməyib, ölümün gəlişini hiss etdikdə tövbə edənlərin tövbəsini qəbul etməyən və onları sonsuza qədər cəhənnəm əzabına məhkum edəndir. İngiltərənin məhşur Britiş muzeyində 3min il yaşı olan qeyri-adi eksponat saxlanılır. Bu Qırmızı dənizin sahilində, Cəbələyn adlı yerdə qaynar qumluqda səcdə halında donub qalmış Fironun cənazəsidir(mumiyası). O Firon ki, vaxtı ilə Musa(ə.s) və onun təraftarlarını təqib edir, müqəddəs və hər bir şeyə qadir rəbbimizin təkliyini və onun qüdrətini danırdı. Nəyayət qüdrətinin həddi hüdudu olmayan Allah təala dənizi Musa(ə. s) və ona iman gətirənlər üçün iki yerə ayıraraq onları dənizdən sağ-salamat keçirtdi. Firon isə batacağı anda iman gətirdi. Qiyamət günün tək sahibi Ulu Rəbbimiz müqəddəs kitabımızda buyurur: - İndimi? (Bütün var-dövlətin, hakimiyyətin əlindən çıxdıqdan sonramı iman gətirirsən?) Halbuki əvvəlcə (Allaha) qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun! Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni(Fironu) xilas edəcəyik (sənin cansız bədənini sahilə atacağıq). Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir! (Yunus 91-92) Sizcə bütün bunlar yerin və göylərin tək yaradıcısı Ulu Pərvərdigarımızın qüdrətinə, əzəmətinə mübarək ramazan ayında nazil etdiyi müqəddəs kitabımızın ilahiliyinə sübut deyilmi? Allah təala bütün peyğənbərlərinə və ona iman gətirənlərə, müsəlmanlara namazı vacib bilmişdir. Rəbbimiz Qurani kərimdə Məhəmməd Peyğənbərə (s. ə. v) buyurur: - Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud çətinliklərə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir! (Taha 132) Əziz müsəlman bacı və qardaşlarım! Namaz qılmaq hər bir müsəlmana vacibdir. Gündəlik 5 vaxt namaz 24 saatdan cəmi 24 dəqiqə vaxt aparır. Adətən şeytan namaz qılmaq istəyən şəxslərə deyir: "Hələ tezdir, qocalanda qılarsan», "namaz qılmaq çox çətindir, sən onun öhdəsindən gələ bilməzsən», "namaz qılmaq vacib deyil, əsas insanın qəlbinin təmizliyidir», "namaz qılsan, gör nə qədər işlərdən çəkinməli olacaqsan», "namaz qılsan, sənə gülərlər», "onsuz da Allah səni bağışlamayacaq, çünki sən bu vaxta qədər çoxlu günahlar etmisən»" və s. O, Həmişə insanları azdıracaq və Allahı qəzəbləndirə biləcək formada hiylələrə əl atdı. O, öz planlarını həyata keçirmək üçün Allahdan möhlət istədi. "(İblis) dedi: "Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə) əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (insanlara) pis əməllərini, günahlarını yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam! Yalnız Sənin sadiq bəndələrindən başqa!” (əl-Hicr, 39-40) -"Həqiqətən namaz çirkin və pis əməllərdən çəkindirir. " (əl-Ənkəbut/45) Bütün müsəlmanların bildiyi kimi gündəlik vacib namazlarin sayı 5-dir. Ərəb dilində həmin namazların adları ardıcıl olaraq belədir. 1) Fəcr (sübh çağı deməkdir). Bu namaz sübh vaxtı qılındığı üçün onu belə adlandırmışlar. 2) Zöhr (günorta deməkdir). Bu namaz günorta vaxtı qılındığı üçün onu belə adlandırmışlar. 3) Əsr (axşam çağı deməkdir). Bu namaz axşam çağı qılındığı üçün onu belə adlandırmışlar. 4) Məğrib (günün batması deməkdir). Bu namaz günün batmağa meyl etdiyi vaxt qılındığı üçün onu belə adlandırmışlar. 5) İşa (gecə deməkdir). Bu namaz gecə vaxtı qılındığı üçün onu belə adlandırmışlar. O insanları başa düşə bilmirəmki onlar bu fani dünyanı əbədi cənnətdən, Allahın sevgisindən və Allahdan üstün tuturlar. Allaha ibadət etməyənlər, namazlarında qafil olanlar(namazlarını vaxtlı vaxtında qılmayanlar), namaz qılıb Allahın əmrlərini yerinə yetirməyənlər, küfr edib yalan danışanlar, başqalarının haqqını yeyənlər, zinakarlar siz qorxmursunuzmu ki, yerin və göyün tək yaradıcısı, qiyamət gününün tək sahibi Uca Rəbbimiz sizi tərk edə? Qorxmursunuzmu ondan sonra nə qədər dua edib tövbə etsənizdə xeyri olmaya? Düzdür Allah tövbələri qəbul edən və bagışlayandır. Yetərki siz gecikməyin və tövbə edin. Tövbə edin, Allahdan bağışlanma diləyin, Allaha ibadət edin ki, bəlkə Allah sizi bağışlaya. Yetərki, bunları bütün qəlbinizlə edin. Bağışlama və rəhm sahibi olan rəbbimiz qurani-kərimdə buyurur: Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. O, ürəklərdə olanları da biləndir! (Fatir surəsi 38) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) (əş-Şuəra) Sizə onuda deyim ki, namaz qılmaq hələ hər şey demək deyil. Namaz qılırsansa Allahın əmrlərini yerinə yetirməli, qiybətdən, zinadan(zina-eyş-işrət, gözlə zina-kiməsə pis niyyətlə baxmaq), haramdan uzaq olmalı, müsəlman bacı və qardaşlarına yararlı olmalı, rəhmli və xeyirxah olmalı, həmçinində riyakarlıqdan(Allaha görə yox kiməsə görə ibadət etmək, və ya cəmiyyətdə hörmətinin, ona diqqətin artması üçün namaz qılmaq) uzaq olmalısan. Namazdan qalxdıqdan sonra belə Allahı çoxlu-çoxlu zikr edin. Uca rəbbimizin əsl möminləri o kəslərdir ki, rəbbi üçün namaz qılar, zəkat verər, insanları haqqın yoluna, Rəbbimizin yoluna dəvət edər, Allahı çoxlu-çoxlu zikr edər(xatırlar) və haramdan uzaq olar. Rəbbimizin kitabi qurani-kərimdə buyrulur: - İnsanlar (möminlər) yalnız: "İman gətirdik!” – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? (Xeyr, iman gətirmək şəhadət kəlməsini təkcə dillə demək deyildir. Biz onları yeri gəldikcə malları, övladları və canları ilə sınayacağıq ki, hansının həqiqi, hansının yalançı mömin olduğunu ayırd edib bilək!) (əl-Ənkəbut surəsi 2) Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı (öz qaydasınca) qılın!Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir. (Ən-Nisa surəsi 103) Allaha min şükürlər olsun ki, Kişilərlə yanaşı artıq qadınlar və qızlarda Uca rəbbimizin yolunun haqq yolu olduğunu dərk edir və Allahın əmrlərindən biri olan namazı özlərinə vacib bilirlər. Müasir dövrdə hicablı və örtüklü qadınlarada artıq tez-tez rast gəlmək mümkündür. Onlar başa düşürlərki hicab və örtük qadınlara Allahın əmri və məsləhətidir. Qurani-kərimdə buyrulur: - Onlara (Peyğəmbərin və möminlərin övrətlərinə) ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, öz (müsəlman) qadınları, sahib olduqları kölə və cariyələr barədə (onlara hicabsız görünmək, onlarla söhbət etmək xüsusunda) heç bir günah yoxdur. (Siz ey qadınlar!) Allahdan qorxun! (Onun sizə buyurduqlarına əməl edin!) Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (əl-əhzab 55) Bir zamanlar yəhudilər və xaçpərəstlərdə uydurmalar, yəni özlərinə sərf edənləri danışırdılar. Hər bir şeyə qadir olan və şəriki olmayan uca rəbbimiz onlara cavab olaraq buyurur: - (Yəhudilər və xaçpərəstlər) dedilər: "Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: "Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!” (əl-Bəqərə 111) Cəmiyyətdə elə qadınlarda mövcuddur ki, hicabın vacibliyini bilmir və ya dərk etmir. Bəziləri söyləyir ki, hicab vacib deyil və ya özümü hələ hazır hiss etmirəm. O zaman dediklərinizə hər hansı bir dəliliniz varsa sizdə öz dəlilinizi gətirin. Siz bilirsinizmi ki, Uca rəbbimizin əmrlərinə biganə yanaşanlara rəbbimiz özüdə biganə yanaşır. Düzdür aləmlərin pərvərdigarı Ulu Allahımızın rəhminin və səbrinin həddi hüdudu yoxdur, ancaq siz qorxmursunuzmu ki, rəbbimizin əmrlərinə biganə yanaşaraq onu qəzəbləndirə bilərsiniz. Ola bilər elə düşünürsünüzki mənim ətrafımda heç bir qız hicab taxmır və mən hicab taxsam hər an onu çıxarmaq istəyəcəm. Bir məsələdə hamıya yaxşı məlumdur ki, bəzi iş yerlərində hicablı qadınları işə götürmürlər. Əgər siz özünüz hicab taxmamağınızın səbəblərini düşünsəniz görərsiniz ki, həqiqətən heç bir səbəb və bəhanə bütün nemətləri bizə bəxş edən uca rəbbimizin əmrlərinə biganə qalmağa sizə bəraət qazandıra bilməz. Rəbbimiz buyurur: -Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir (əl-əhzab 59). - Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!) (ən-Nur 31) Mən molla nəsirəddinçi deyiləmki rüşvətdən, ikiüzlülükdən və xalqımızın çarəsi olmayan dərtlərindən danışım. Mən adi vətəndaşam. Sizin kimi vətəndaş. Qarabağın əlimizdən getdiyini sizin kimi uzaqdan seyr etməyə məruz qalan, küçədə gedərkən yarı çılpaq gəzərək müqəddəs dinimizi ləkələyən qızlara acıyan, sizin kimi vüşvəti pisləyən, lakin məlum məsələlərə görə hərdən özü vüşvət verən bir vətəndaş. Hamımız bilirik ki, öz günahımıza görə cənubi Azərbaycanı itirdik, İrəvanı öz əlimizlə tarix boyu ən qəddar və qorxaq düşmənimiz ermənilərə hədiyyə verdik, daha sonra isə Qarabağıda çaqqal kimi qorxaq, sədaqətsiz və hiyləgər olan ermənilərə satdıq. Bütün bu olanları hamımız yaxşı bilirik. Tarix boyu hər şeyimizi itirə-itirə gəlmişik. Gəlin heç olmazsa dinimizi, Yerin və göylərin tək yaradıcısı ulu rəbbimizin sevgisini, mərhəmətini və nəhayət rəbbimizin özünü itirməyək (rəbbimiz bizi tərk etməsin). Aləmlərin pərvərdigarına ibadət edək, namaz qılaq, oruc tutaq və Allahın haram buyurduğu şeylərdən uzaq olaq. - (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər" (Əl-bəqərə 186) - İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!( Əl-bəqərə 277) |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2006 | ![]() |