Qadınların uşaqları özləri ilə təravih namazı üçün məscidə aparması



      Sual: Qadınların uşaqları özləri ilə təravih namazı üçün məscidə aparmasının hökmü nədir?

      Cavab: Həmd Allaha məxsusdur.

      Ramazanda qadınların uşaqlarını özləri ilə birlikdə məscidə aparmamasına dair heç bir səbəb yoxdur. Sünnə Peyğəmbərin sallallahu aleyhi və səlləm zamanında qadınlar ın uşaqları ilə məscidə gəlməsinə dəlalət edir . Buna dəlil bu hədisdir:

      Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Mən namaz qılmağa başlayanda namazı uzatmaq istəyirəm, lakin uşaq ağlaması eşitdikdə namazımı qısa edirəm, çünki uşağın ağlamasından dolayı anasının əziyyət çəkdiyini bilirəm”. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm məsciddə camaata fərz namazını qıldıranda Umaməni (çiynində) daşıyırdı. Səcdəyə getmək istəyəndə onu yerə qoyur və ayağa duranda isə onu qaldırardı.

      Lakin onlar (qadınlar) məsciddə uşaqların yuxuya gedərək məscidi nəcasət ilə və digər şeylərlə bulaşdırmasının qarşısını almalı və diqqətli olmalıdırlar. Sitatın sonu.

      Fəta`va əl-Şeyx Muhəmməd ibn İbra`him rahiməhullah (4/214, 215)

     
Copyright.SelefEqidesi.com, 2007