TƏRAVİH NAMAZININ VAXTI



      Sual: Təravih namazını fəcr namazının əzanından iki saat əvvəl və ya ona yaxın qılmaq olarmı? Yoxsa mütləq işa namazından sonra qılınmalıdır?

      Cavab: Həmd Allaha məxsusdur.

      Təravih namazının vaxtı işa namazından sonra başlayaraq fəcrin doğmasına qədər davam edir. Ona görə də, bu namazı qeyd olunan istənilən vaxt fasiləsində qılmaq səhihdir.

      İmam əl-Nəvəvi rahiməhullah əl-Məcmu əsərində deyir:

      "Əl-Bəğavi və digərləri qeyd etdiyi kimi təravih namazının vaxtı işa namazı qurtardıqdan sonra başlayır və fəcr doğana kimi davam edir.

      Lakin əgər bir kəs məscidə camaata imamlıq etmək üçün gedirsə, təravih namazını işa namazından sonra qılması daha yaxşıdır. İbadət edənlərə çətinlik yaratmaması üçün namazı gecənin yarısına və axırına kimi təxirə salmamalıdır. Belə ki, onlardan bəziləri yata bilərlər və namazı tərk edə bilərlər. Müsəlmanlar adətən belə edirlər. İşa namazından sonra təravihi qılır və təravihi gecikdirmirlər.

      İbn Quda`mə rahiməhullah əl-Muğni əsərində deyir:

      İmam Əhməddən rahiməhullah soruşdular: Qiyamı-təravih namazını- gecənin sonuna kimi gecikdirirsən? O dedi: Xeyr. Müsəlmanların (sünnəti) etdikləri mənim üçün daha sevimlidir.

      Lakin təravih namazını evdə qılan üçün seçim var:

      Əgər istəyirsə gecənin əvvəlində namazı qıla bilər.

      Və yaxud istəyirsə gecənin sonunda qıla bilər.

      Allah daha yaxşı bilir.
Copyright.SelefEqidesi.com, 2007