SAVAB (ƏCR)QAZANMAQ ÜÇÜN TƏRAVİH NAMAZINI AXIRA KİMİ İMAM İLƏ TAMAMLAMAQ VACİBDİR?



      Sual: İmamlardan biri deyir ki, təravih namazını imam ilə tamamlamaq və yarıda tərk etməmək vacibdir, çünki sənin imamla qıldığın iki və yaxud dörd rəkət sənin üçün sayılmır. Bu doğrudur?

      Cavab: Həmd Allaha məxsusdur.

      Bu söz şübhə yoxdur ki, yanlışdır. Şəriətdə olmayan bir şeyi ona nisbət etmək haramdır. Allah bizlərə Onun haqqında elmsiz danışmağı haram etmişdir. Allah təala buyurur: "De: "Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zana etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur" (Əraf, 33).

      Kim imamla o namazı tamamlayana kimi əda edərsə, ona gecə namazı yazılar.

      Əbu Zərr radiyallahu anhu rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi:

      "Kim imam ilə bərabər o namazı tamamlayana kimi qalarsa, ona gecə namazı yazılar".. (Əl-Tirmizi, 806; Əbu Da`vud, 1375; əl-Nəsa`i, 1605; İbn Ma`cəh, 1327. Əl-Tirmizi, İbn Xuzeymə (3/337), İbn Hibba`n (3/340) və Şeyx Albani rahiməhullah İrva əl-Ğali`l, 447 hədisə səhih demişdir.

      Bu savaba (gecə namazının savabı) yalnız imam ilə bütün namazı, imam tamamlayana kimi əda edən kəs nail olur. Necə ki, bunu Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir.

      Lakin imam ilə bacardığı qədər namaz qılıb və imam namazı tamamlamamışdan əvvəl ayrılan kəsə yalnız qıldığı namaz qədər savab yazılır. Ona gecə namazının savabı yazılmır. Allah təala buyurur: "Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır).Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)" (Zəlzələ, 7-8).

      Ola bilsin ki, sizin imamınız bunu demək istəmişdir, lakin sözündə xəta etmişdir və ya ola bilsin ki, siz onun nə demək istədiyini əslində yaxşı başa düşməmisiniz.

      ALLAH DAHA YAXŞI BİLİR.
Copyright.SelefEqidesi.com, 2007