![]() |
![]() |
|
RAMAZANDA TƏRAVİH NAMAZI NƏ ZAMAN BAŞLAYIR BİRİNCİ YOXSA İKİNCİ GECƏDƏ?  Sual: Təravih namazını qılmağa nə zaman başlamalıyıq: Ramazanın birinci gecəsində (ay görünəndə və yaxud öncəki ay tamamlananda) və ya Ramazanın birinci günü işa namazından sonra?   Cavab: Həmd Allaha məxsusdur.   Müsəlmanlar təravih namazını Ramazanın birinci gecəsi işa namazından sonra qıla bilərlər. Bu təzə ayın (hilalın) göründüyü gecə və yaxud müsəlmanlar şaban ayını otuz günə tamamladıqda başlayır.   Eynilə Ramazanın sonunda, hilalın görünməsi ilə ayın sona çatması sabit olarsa və ya ramazan ayı otuz günə tamamlanmaqla təravih namazı qılınmır.   Buradan məlum olur ki, təravih namazı Ramazanda gün boyunca tutulan oruc ilə bağlı deyil, daha doğrusu başlanğıcda gecə ayın (Ramazan ayının) daxil olması və sonda isə Ramazanın son günü ilə bağlıdır.   Təravih namazı nafilə namazdır və istənilən gecə və camaatla qılmaq olar demirik, çünki təravih namazı Ramazan ayı ilə məhduddur və bu namazı qılanlar namaz qılmaqla bundan əldə olunan savabı umurlar. Təravih namazını camaatla qılmaqla digər namazları camaatla qılmaq fərqlidir. Təravihi elan etmək və digərlərini buna qoşulmağa həvəsləndirməklə Ramazanda hər gecə təravihi camaatla qılmaq olar. Təravihdən fərqli olaraq digər vaxtlarda qılınan təhəccüd namazını camaatla qılmaq üçün, əvvəlcədən buna niyyət etməmək, həvəsləndirmə və digərlərini öyrətmək şərtilə buna icazə verilir, əks halda belə etmək sünnədən deyil. Beləcə, daima belə etməklə və bunda israrlı olmadan bəzən bunu əda etmək sünnədir.   Şeyx Muhəmməd əl-Sa`lih əl-Useymi`n rahiməhullah deyir:  "Ramazanın xaricində təravih namazı qılmaq bidətdir. Məsələn, Ramazanın xaricində digər vaxtlarda insanlar məsciddə təhəccüd namazını qılmaq üçün yığışsalar, bu da həmçinin bidətdir.   Ramazanın xaricində digər vaxtlarda bəzən öz evində birinin camaatla namaz qılmasında bir şey yoxdur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm belə etmişdir. Bir dəfə o sallallahu aleyhi və səlləm İbn Abbasla, bir dəfə İbn Məs`udla və bir dəfə də Huzeyfə ibn əl-Yəmənlə öz evində namaz qılmışdır. Lakin, bunu nə davamlı qılınan sünnət etdi və nə də bunu məsciddə etdi. əl-Şərh əl-Mumti, 4/60, 61   Buna əsaslanaraq: Hər kim Ramazanın daxil olduğu sübuta yetiriləndən əvvəl təravih namazlarını qılmışdırsa, onun misalı namazı düzgün olmayan vaxtında qılan kəsə bənzəyir. Ona heç bir savab yazılmayacaq, hətta onu qəsdən edən kəsin günahından uzaq olsa da.   ALLAH DAHA YAXŞI BİLİR. |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2007 | ![]() |