![]() |
![]() |
|
Ramazanda işa namazını gecikdirmək  Sual: Məscidimizin imamı Ramazan ayında işa namazını demək olar ki, bir saat gecikdirir. Belə etmək olar?   Cavab: Həmd Allaha məxsusdur.   İşa namazının vaxtı günəş batdıqdan sonra səmada qırmızı axşam şəfəqi yoxa çıxdıqdan sonra başlayaraq gecənin yarısına kimi davam edir.   Camaat üçün çətinlik olmazsa, işa namazını gecikdirmək əfzəldir. Əbu Hureyra radiyallahu anhu rəvayət edir ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm dedi: "Ümmətim üçün çox çətin olmayacağını bilsəydim, işa namazını gecənin üçdə biri və yaxud yarısı keçdikdən sonraya qədər gecikdirməyi əmr edərdim". Əl-Tirmizi,167 rəvayət edir,.   Bu hədis dəlalət edir ki, camaata çətin olmazsa işa namazını gecikdirmək müstəhəbdir. Lakin onlar üçün çətin olarsa, o zaman namaz tez qılınmalıdır.   Aişə radiyallahu anhu rəvayət edir ki: "Peyğəmbər sallallahu aleyh və səlləm gecənin birində hətta gecənin çox hissəsi keçənə qədər və məsciddəki camaat yatdıqdan sonraya kimi qaldı. Sonra (bayıra) çıxdı, namaz qıldı və dedi: "Ümmətim üçün çətin olmasaydı, (işa namazının) vaxtı bu cür olardı". Muslim, 638 təxric etmişdir.   Cabir radiyallahu anhu Peyğəmbərin sallallahu aleyhi və səlləm namazının vaxtlarını zikr edərkən demişdir: "O sallallahu aleyhi və səlləm bəzən işa namazını gecikdirir, bəzən onların (camaatın) toplandığını gördüyü zaman tez qılardı. Lakin (camaatın) onların gec gəldiyini görsəydi, (namazı) gecikdirərdi". Əl-Buxa`ri, 1/141; Muslim, 646 təxric etmişdir. Bax Mə`rifətu Əvqə`t əl-İbə`dət Xa`lid əl-Muşəyqih, 1/291.   Bəzi ölkələrdə camaat işa namazını yarım saat və ya vaxtı girdikdən sonra bir müddət gecikdirirlər ki, insanlar oruclarını rahat açsınlar və işa, təravih namazlarına hazır olsunlar.   Bu cür etməkdə heç bir şey yoxdur, lakin bir şərtlə ki, yuxarıda qeyd etdiyimiz kimi imam camaata çətin olmaması üçün namazı çox gecikdirməməlidir.   Bu məsələdə ən yaxşısı məscidə gələn insanlara üz tutmaq, namazın (qılınma) vaxtı barəsində onlar ilə razılığa gəlməkdir. Çünki, onlar özləri üçün münasib vaxtı daha yaxşı bilirlər.   Allah daha yaxşı bilir.   |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2007 | ![]() |