![]() |
![]() |
|
QURANI XƏTM ETDİKDƏN SONRA SÜNNƏDƏ BUNA DAİR OXUNACAQ BİR DUA VARMI?Sual: Ümid edirəm ki, Quranı tamamladıqdan sonra Peyğəmbərin sallallahu aleyhi və səlləm sünnəsində varid olan duanı mənə göndərəcəksiniz. Cavab: Həmd Allaha məxsusdur. Quranı xətm etdikdən sonra xüsusi bir duanın oxunması nə Peyğəmbərin sünnəsində və nə də Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrindən və yaxud məşhur imamlardan gəlməmişdir. Bu məsələ ilə əlaqədar ən məşhur dualardan biri, bir çox müshəflərin (Qurani Kərim) axırında yazılan və Şeyxu`l İslam İbn Teymiyyəyə rahiməhullah nisbət edilən, lakin bu barədə heç bir dəlilin olmadığı duadır. Bax Fəta`va əl-Şeyx ibn Useymi`n, 14/226. Quranı xətm etdikdən sonra dua ya namaz əsnasında xətm etdikdən sonra və yaxud namazın xaricində oxunur. Namaz əsnasında Quranı xətm etdikdən sonra dua oxunmasına dair əsas, dəlil yoxdur. Namazın xaricində Quranı xətm etdikdən sonra dua oxunmasına gəldikdə isə, bu barədə Ənəsin radiyallahu anhu belə etdiyi varid olmuşdur. Şeyx ibn Useymi`ndən rahiməhullah soruşdular: Ramazanda gecə namazında Quranı xətm etdikdən sonra dua etmənin hökmü nədir? O belə cavab verdi: Nə Peyğəmbərin sünnəsində sallallahu aleyhi və səlləm, nə də onun səhabələrindən Ramazanda gecə namazlarında Quranı xətm etdikdən sonra hər hansı bir duanın oxunması mənə məlum deyil. Bu barədə ən çox rəvayət olunan budur ki, Ənəs bin Ma`lik radiyallahu anhu Quran oxumağı tamamladıqdan sonra, o öz ailəsini toplayar və dua edərdi. Bu namazın xaricində dua oxumağa aiddir. Sitatın sonu. Fəta`va Ərkə`n əl-İsləm, səh.354. Şeyx Bəkr Əbu Zeyd bu məsələ haqqında faydalı risalə yazmışdır və risalənin sonunda deyir: Əvvəlki iki fəsillərdə qeyd olunan sitatlardan aşağıdakı iki nəticəyə gəlmək olar: Birinci məqam: Quranı xətm etdikdən sonra ümumi olaraq dua oxunması: Bu barədə xülasə aşağıdakı kimidir: Birincisi:Yuxarıda bizim bildirdiklərimiz Quranı xətm etdikdən sonra ümumi olaraq edilən dua ilə əlaqədardır. Peyğəmbərin sallallahu aleyhi və səlləm bunu etməsinə dair heç bir dəlil gəlməmişdir, daha doğrusu bu rəvayətlər ya mavdu (uydurma), ya da onları gücləndirən heç bir rəvayət olmayan daif (zəif) hədislərdir. Bu məsələdə etimad olunacaq heç bir mərfu hədisin olmaması demək olar ki qətidir, çünki Quran elmləri və Quran ilə əlaqədar oxunacaq zikrlər haqqında ətraflı yazan əl-Nəvəvi, ibn Kəsi`r, əl-Qurtubi və əl-Suyuti kimi bütün alimlər yuxarıda qeyd etdiklərimizdən başqa heç bir şey rəvayət etməmişdirlər. Əgər onlarda isnadı daha güclü olan rəvayətlər olsaydı, onu qeyd edərdilər. İkincisi: Ənəs ibn Ma`likin radiyallahu anhu Quranı xətm etdikdən sonra dua etməsi və ailəsini və uşaqlarını bunun üçün bir yerə toplaması haqqında səhih rəvayət var. Mucahid ibn Cəbrin əsərində qeyd olunduğu kimi Tabiinlərdən bəzi camaat rahiməhumullah bu məsələdə ona tabe olmuşdurlar. Üçüncüsü: İmam Əbu Hənifə və İmam əl-Şa`finin rahiməhumullah mətnlərində bu əməlin İslamda əmr olunduğuna dair işarə yoxdur. İmam Ma`likdən rahiməhullah rəvayət olunan budur ki, bunu camaat etməmişdir və Ramazanda gecə namazlarında Quranı xətm etmək sünnət deyil. Dördüncüsü: Quranı xətm etdikdən sonra edilən duanın müstəhəb olması rəyi İmam Əhməddən rahiməhullah rəvayət olunub. Belə ki, Hənbəli alimləri ondan rəvayət etmişdir və üç məzhəbin bəzi sonra gələn alimləri bunu təsdiqləmişdir. İkinci məqam Namaz əsnasında Quranı xətm etdikdən sonra edilən dua Bu məsələdə xülasə belədir: Birincisi: Öncə keçənlərdən məlum olur ki, Peyğəmbərdən sallallahu aleyhi və səlləm və yaxud onun səhabələrinin heç birindən Quranı xətm etdikdən sonra namazda, rukudan əvvəl və ya sonra imam və ya fərdin dua oxumasının caiz olmasına dair heç bir hərf belə yoxdur. İkincisi: Bu məsələyə dair ən yaxın rəy alimlərimizin İmam Əhmədin rahiməhullah Hənbəl, əl-Fadl və əl-Hərbidən gətirdiyi rəvayətlərdə- isnadını biz tapa bilmədik-təravih namazında rukuya getməmişdən qabaq Quranı xətm etdikdə söylənilən duaya dair rəvayətdir. Ondan edilən digər rəvayətə əsasən-təxrici (mənbəyi) bilinmir-o vitrdə edilən duada bunun edilməsinə icazə vermişdir. Bax: "Mərviyyə`t Duə Xətm əl-Quran". ALLAH DAHA YAXŞI BİLİR. |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2007 | ![]() |