MƏMUMUN (İMAMIN ARXASINDA OLANLARIN)TƏRAVİH NAMAZLARINDA MÜSHƏFİ (QURANİ KƏRİMİ) ƏLİNDƏ TUTMASININ HÖKMÜ



      Sual: Məmum (imamın arxasında olanlar)təravih namazlarında imamın arxasında müshəfi tutaraq namaz qıla bilər?

      Cavab: Həmd Allaha məxsusdur.

      Bunu etməmək və imamın qiraətinə diqqətlə qulaq asmaq daha yaxşıdır.

      Şeyx Abdu`l Əziz ibn Bəzzdən rahiməhullah soruşdular: "Təravih namazlarında imamın arxasında müshəfi tutaraq namaz qılmağın hökmü nədir?

      O cavab verdi: Mən bu məsələdə hər hansı bir əsasın olduğunu bilmirəm. Zahir olan budur ki, o kəs xuşulu olmalı (bütün diqqətini cəm etməli), mutmain olmalı və müshəfi əlində tutmamalıdır. Əksinə sünnə olduğundan sağ əlini sol əlinin üzərinə qoymalıdır. Sağ əlini sol biləyinə, bazu önünə, onları da sinəsinin üzərinə qoymalıdır. Bu ən üstün və ən əfzəldir. Müshəfi əldə tutmaq onu bu sünnətlərdən yayındırır və həmçinin onun qəlbi, gözləri səhifədəki sözləri təqib etməklə məşğul olur, bu da onun imama qulaq asmasına mane ola bilər. Mənim rəyimə görə bunu tərk etmək sünnədir, o kəs diqqətlə qulaq asmalı, susmalı və müshəfdən istifadə etməməlidir. Onun elmi varsa o imama yerindən deyəcək (xəbərdar edəcək), əks halda digərləri imamın yadına salacaqlar. İmam xəta etsə və onun xətası düzəldilməsə (Fatihən surəsini çıxmaq şərtilə) heç bir şey olmaz, daha doğrusu bu sadəcə Fatihə surəsinə aiddir. Çünki Fatihə surəsi namazın ruknlarındandır və vacibdir. Lakin Fatihədən başqa ayələri tərk edərsə, imamın arxasında onun xatasını düzəldən bir kəs olmasa, heç bir şey olmaz. Əgər bir kəs zərurət halında imamın xətasını düzəltmək üçün əlində müshəfi tutarsa, o halda belə etməkdə heç bir şey yoxdur. Lakin hər bir kəsin müshəfi tutmasına gəldikdə isə, bu sünnəyə ziddir. Sitatın sonu.


      Həmçinin ondan rahiməhullah soruşdular:

      Camaatdan bəziləri imam Quran oxuyanda müshəf ilə onu izləyirlər. Bunu etməkdə bir xəta varmı?

      O cavab verdi: Mənim rəyim budur ki, bu cür edilməməlidir. Namazda fikrini cəm etmək və xuşulu olmaq, əlləri sinəyə qoymaq, imamın oxuduğu üzərində düşünmək daha yaxşıdır.

      Çünki Allah təala buyurur: "Quran oxunan zaman onu dinləyin və susun ki, (onun sayəsində) sizə rəhm olunsun!" (Əraf, 204).

      Allah təala buyurur: "Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)" (Muminun, 1).

      Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur:

      "İmam ona tabe olmaq üçün təyin olunmuşdur, ona görə də o təkbir gətirəndə, siz də təkbir gətirin, o oxuyanda, o zaman diqqətlə qulaq asın". Sitatın sonu.

      Məcmu Fəta`va əl-Şeyx ibn Bəzz, 11/340-342.

      ALLAH DAHA YAXŞI BİLİR.
Copyright.SelefEqidesi.com, 2007