İŞ SAATLARIM TƏRAVİH NAMAZLARI İLƏ DÜZ GƏLMİR-NƏ ETMƏLİDİR?



      Sual 3: Mənim iş saatlarım imam təravih namazını qurtardıqdan əvvəl başlayır və işə getməyə məcbur oluram. Nə edim?

      Cavab: Həmd Allaha məxsusdur.

      Camaatla təravih namazından bacardığın qədər qıl. İki, üç və yaxud dörd rəkətdən və s. sonra namazdan ayrılmağında heç bir şey olmaz. Sonra namazı evində tamamla və axırda isə vitr namazını qıl.

      Təravih namazının tez qılındığı məscid tapsan və onlar ilə namazı tamamlayıb sonra işə getmək mümkündürsə bu daha yaxşıdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: “Kim imam ilə o (imam) qiyamı qurtarana kimi namaz qılarsa, ona bütün gecəni namaz qıldığı yazılar”. Tirmizi rəvayət edir, 806; Şeyx Albani rahiməhullah Sa`hih əl-Tirmizidə hədisə səhih demişdir.

     ALLAH DAHA YAXŞI BİLİR.
Copyright.SelefEqidesi.com, 2007