ETİKAFIN SAVABI

Sual: Etikafa görə savab nədir?

      Cavab: Həmd Allaha məxsusdur.

     Birincisi: Etikaf İslamda (məşru) icazə verilən ibadətlərdəndir və insanın Allaha daha da yaxınlaşması üçün edilən ibadətdir.

      Bu ibadət şəriətimizdə sabit olduğundan, nafilə ibadətlər etməklə Allah təalaya daha da yaxınlaşmaq üçün bizləri həvəsləndirən, təşviq edən bir çox hədislər var. Bu hədislərin ümumi mənası bütün ibadətlərə, o cümlədən etikafa şamil edilir.

      Məsələn, bir hədisi qüdsidə Allah təala buyurur: "Qulum mənə, ona fərz etdiyim ibadətlərdən sevimli olan heç bir şeylə yaxınlaşmamışdır. Qulum mənə nafilə ibadətlərlə də yaxınlaşmaqda davam edərsə, mən onu sevərəm. Elə ki onu sevdim, onun eşidən qulağı, görən gözü, tutan əli və gəzən ayağı olaram. Məndən nə istəyərsə, (istədiyini) mütləq verərəm. Əgər Mənə sığınarsa, Mən onu mütləq qoruyaram" (Buxari, 6502).

      İkincisi: Etikafın fəzilətindən söz edən və savabını bəyan edən hədislər varid olmuşdur. Lakin onların hamısı zəif və yaxud (mavdu)uydurmadır.

      Əbu Da`vud deyir: Mən Əhməddən (İmam Əhmədi nəzərdə tutur)soruşdum: Sən etikafın fəzilətinə dair bir şey bilirsənmi? O dedi: Xeyr, sadəcə zəif bir şeylər bilirəm. Məsə`il Əbi Da`vud, səh.96.

      Hədislər aşağıdakılardan ibarətdir:

     1. İbn Ma`cəh (1781) İbn Abbasın radiyallah anhu Allah Rəsulundan sallallahu aleyhi və səlləm etikaf edən şəxs haqqında belə dediyini rəvayət etmişdir: " O günahdan çəkinir (mane olur) və o kəsə bütün saleh əməlləri edən kimi savab veriləcəkdir". Şeyx Alba`ni rahiməhullah Dai`f İbn Ma`cədə hədisin zəif mərtəbəsinə olduğu söyləmişdir.

      2. Əl-Təbarani, əl-Ha`kim və əl-Beyhaqi aşağıda qeyd olunan hədisi İbn Abbasdan rəvayət etmişdirlər və hədisə zəif hökmünü vermişdirlər. Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: "Kim Allahın Üzünü istəyərək bir gün etikaf edərsə, Allah onunla cəhənnəm arasına genişliyi şərq ilə qərb arasındakı məsafədən böyük üç xəndək qoyar. Şeyx Alba`ni rahiməhullah əl-Silsiləh əl-Dai`fəh (5345) əsərində hədisin zəif mərtəbəsində olduğunu söyləmişdir.

      3. Əl-Deyləmi Aişənin radiyallahu anhə Peyğəmbərdən sallallahu aleyhi və səlləm belə dediyini rəvayət etmişdir: "Hər kim imanla və savabını umaraq etikaf edərsə, onun keçmiş günahları bağışlanar". Şeyx Alba`ni rahiməhullah Dai`f əl-Ca`midə (5442) hədisin zəif mərtəbəsində olduğunu söyləmişdir.

      4. Əl-Beyhaqi aşağıdakı hədisi Huseyin ibn Əlidən radiyallahu anhu rəvayət etmişdir və hədisə zəif hökmünü vermişdir. Allah Rəsulu sallallahu aleyhi və səlləm demişdir: "Hər kim Ramazanda on gün etikaf edərsə, bu onun üçün iki Həccə və iki Ümrəyə bərabər olar". Şeyx Alba`ni rahiməhullah Əl-Silsiləh əl-Dai`fəh (518) əsərində bu hədisi qeyd etmişdir və mavdu (udyurma) mərtəbəsində olduğunu söyləmişdir.

     

ETİKAFIN ŞƏRTLƏRİ



      Sual: Etikafın şərtləri nədir? Oruc etikafın şərtlərindən sayılırmı? Mutakifə (etikad edənə) xəstəni ziyarət etmək, dəvətə icab etmək, ailəsinin ehtiyaclarını qarşılamaq və ya cənazədə iştirak etmək , işə getmək olar?

      Cavab: Həmd Allaha məxsusdur.

      Etikafı camaat namazının qılındığı məsciddə etmək olar. Əgər mu`takif (etikaf edən) cümənin ona fərz olduğu şəxslərdən isə və etikaf müddəti Cümə namazını da ehtiva edirsə, əfzəl olan Cümə namazının qılındığı məsciddə qalmaqdır.

      Oruclu olmaq kişi və ya qadın üçün şərt deyil.

      Mu`takif (etikaf edən)üçün sünnət budur:

     1. Etikaf əsnasında heç bir xəstəni ziyarət etməməli

      2. Dəvətə icab etməməli

      3. Ailəsinin ehtiyacını qarşılamamalı

      4. Cənazədə iştirak etməməli

      5. Məsciddən çıxaraq işə getməməli

      Belə ki, Aişənin radiyallahu anhə belə dediyi sabit olmuşdur. Aişə radiyallahu anhə demişdir: "Eitkaf edən üçün sünnət budur ki, o heç bir xəstəni ziyarət etməməli, cənazədə iştirak etməməli, qadına toxunmamalı və ya cinsi əlaqədə olmamalı, zərurət halları istisna olmaqla hər hansı bir səbəbdən dolayı bayıra çıxmamalıdır". Əbu Da`vud (2473) rəvayət etmişdir.

      Daimi Elmi Araşdırmalar Mərkəzi, Fəta`va əl-Ləcnəh, 10/410

     

ETİKAF ÜÇÜN ƏN AZ ZAMAN MÜDDƏTİ NƏ QƏDƏRDİR



      Sual: Etikaf üçün ən az zaman müddəti nə qədərdir? Etikafı qısa müddət etmək olar, yoxsa etikaf mütləq bir neçə gün yerinə yetirilməlidir?

      Cavab: Həmd Allaha məxsusdur.

      Alimlər etikafın ən az zaman müddəti barəsində ixtilaf etmişdirlər.

      Alimlərin cumhuru ən az zaman müddətinin "bir an" olması rəyini qəbul etmişdirlər. Bu Əbu Hənifə, Şafi və Əhmədin rəyidir. Bax əl-Durr əl-Muxta`r (1/445); əl-Məcmu, 6/489; əl-İnsa`f, 7/566

      Əl-Nəvəvi əl-Məcmuda (6/514) deyir:

      Etikafa dair ən az zaman müddəti barəsində alimlərin cumhuru etikafın məsciddə edilməsini şərt qoymuşdurlar . Çox və ya az, hətta bir saat və yaxud bir an edilməsinin icazəli olduğunu söyləmişdirlər.

      Buna dair bir neçə dəlil gətirmişdirlər:

      1. Etikaf ərəb dilində "iqamə etmək (qalmaq)" mənasını ifadə edir və bu kəlimə həm uzun zaman müddəti və yaxud qısa zaman müddəti kimi də işlənə bilər; Şəriətdə bunun müəyyən bir zaman müddəti ilə məhdudlaşdırdığını ifadə edən rəvayət yoxdur.

      İbn Hazm deyir: Etikaf ərəblərin dilində "iqamə (qalmaq)"... mənasını ifadə edir. Allah təalaya daha da yaxınlaşmaq niyyəti ilə Allah rzası üçün məsciddə edilən bütün iqamətlər (qalmaq) etikafdır...istər bu qalmaq qısa və yaxud uzun zaman olsun, çünki Quran və Sünnə nə bir ədəd və yaxud nə bir zaman müddəti müəyyən etməmişdir. Əl-Muhəllə, 5/179.

      İbn Əbi Şeybə Ya`la ibn Umeyyənin radiyallahu anhu belə dediyini rəvayət etmişdir: Mən məsciddə bir saat qalacam və mən yalnız etikaf etmək üçün qalıram. İbn Hazm bunu əl-Muhəllə (5/179) əsərində dəlil olaraq sitat gətirmişdir; Əl-Hə`fiz əl-Fəth əsərində bunu şərhsiz sitat gətirmişdir. "Saat" burada müəyyən bir zaman müddətinə (parçasına)aiddir, şəriətdə (mustalahda) hal-hazırda işlənən"altmış dəqiqə" mənasını ifadə etmir.

      Bəzi alimlər etikaf üçün ən az zaman müddətinin bir gün olduğu rəyini qəbul etmişdirlər. Bunu Əbu Hənifə rəvayət etmişdir və bəzi Malikilərin rəyidir.

      Şeyx İbn Bəzz rahiməhullah Məcmu əl-Fəta`vada (15/441) deyir:

      "Etikaf Allaha ibadət, itaət etmək üçün məsciddə qalmaq mənasını ifadə edir, fərqi yoxdur istər uzun zaman müddəti olsun və ya qısa müddət. Çünki mənim bildiyim qədəri ilə müəyyən bir zaman müddəti- istər bir və yaxud iki gün, ya da çox olsun- ilə məhdudlaşdırılmasına dəlalət edən rəvayət yoxdur. Bu İslamda icazə verilən ibadətdir. Lakin bir kəs bunu etməyi nəzir etsə, o halda bu fərz olur. Bu eynilə həm kişilərə və qadınlara aiddir.
Copyright.SelefEqidesi.com, 2007