ÖNCƏ ƏQİDƏ GƏLİR!

Müəllif: Şeyx Sa`lih əl-Favzan

      Məlumat mənbəyi: www.almizaanpubs.com

      ƏQİDƏ NƏ ÜÇÜN ÖNCƏ GƏLMƏLİDİR?

      Əqidə öncə gəlməlidir, çünki bu peyğəmbərlərin dəvətinin əsasıdır. Necə ki , Uca Allah qövmlərinə (xalqlarına) göndərdiyi hər bir peyğəmbərinin dilindən bunları buyurur: "Mədyən əhlinə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız (ibadətə layiq haqq məbud) yoxdur" (Hud, 84).

      Əqidə öncə gəlməlidir, çünki bu Cəhənnəm odunda (əbədi) qalmaqla, ondan xilas olmaq arasında həlledici bir fərqdir.

Məgər Uca Allahın bu kəlamını eşitməmisən:



      "Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan aşağı olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur" (Nisə, 48).

      Şirk, sağlam əqidənin əsası olan insanın Tövhidini (ibadətdə Ona heç bir şeyi şərik qoşmayaraq yalnız Allaha ibadət) naqislik gətirən və batil edən şeylərin ən böyüyüdür.

      Əqidə öncə gəlməlidir, çünki Allaha şərik qoşmaq Uca Allahın buyurduğu kimi zülmün ən böyüyüdür: "(Ya Rəsulum!) Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!)" (Loğman, 13).

      Əqidə öncə gəlməlidir, çünki islam dünyasında ixtilaf və həlakın əsas həqiqi səbəbi saf əqidənin olmamasıdır. Həqiqətən də, bu gün bir çox müsəlmanların əqidəsi qəbirlərin ətrafında tavaf etmək (qəbirin ətrafında dolanmaq), qəbirlərin içində olan olü insanlardan kömək istəmək, ölülərdən onların ehtiyaclarını və işlərini yerinə yetirməyi istəmək kimi böyük şirk səbəbindən dolayı pozulmuşdur. Beləcə, onlar ilk cahiliyyət dövrünə (islamdan əvvəlki cahiliyyət dövrü) qayıdırlar və sanki onlar Uca Allahın bu sözünü eşitməmişdirlər: "Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah) kimi xəbər verə bilməz!" (Fatir, 14).

      Həmçinin sizləri Sufilərin bidətlərindən (dinə edilmiş əlavələr) çəkindiririk. Belə ki, müsəlmanların sadə kütləsinin bir çoxu bu bidətləri elə bir maarifləndirici səviyyəyə çatdırmışlar ki, bütün ölkələr bu bidətləri (Peyğəmbərə sallallahu aleyhi və səlləm ad günü keçirmək kimi bidətlər) adət-ənənə etmişlər. Həmçinin bu bidətlərə Nəsranilərin bayramlarında iştirak etmək daxildir. Hələ müamilə və davranışlar, bunlardan başqa digər bidətlərdən danışmırıq! O bidətlər ki, ölkələri Kitab (Quran) və səhih sünnədən Qüdrətli və Uca Allahın izni ilə ayırmışdır.

      Və sonda mənim əziz qardaşlarım, bununla biz sizlərə əqidə öncə gəlməlidir sözümüzün doğruluğunu göstəririk.

     
Copyright.SelefEqidesi.com, 2007