Elm əhli kimlərdir və onları pisləyənlərə qarşı münasibət.


      Ubada bin Samittən, radiAllahu ənhu, rəvayət olunur ki, Allah rəsulu (s.ə.s), dedi: "Böyüklərə hörmət etməyən, kiçiklərə rəhm etməyən, elm əhlinin haqqını verməyən bizim ümməttən deyil". (Əhməd, əl-Həkim, ət-Təbərəni, hədis həsəndir "Səhih əl-Cəmi" 5443.)
      İmam əl-Mənavi, rəhmətullahi aleyh deyir: "Elm əhlinin haqqı – onların eliminin haqqını vermək, və Allahın onlara bəxş etdiyi fəziləti və dərəcəni bilməkdir". Bax: "Fayd əl-Qadir" 5/389.
      Əfsuslar olsun ki, müsəlmanların arasında elələri var ki, Allah və rəsulunun (s.ə.s), əmrlərini unudub, onların fikirlərinə zidd olan hər bir alimə tənə edirlər. Bəzilərini hökumət adamı, bəzilərini dəstəbaz, o birilərini isə mürciyə adlandırırlar. Onlar alimləri ləkələyərək deyirlər: "Onlar bütün günlərini kitabxanalarda keçirirlər və fikh əl-vəqidən (qerçəklik biliyi) xəbərləri yoxdur ki, bir fətva versinlər". Və ya deyirlər ki: "Onlar heyz alimləridir, cihad və camaat alimləri deyillər". Onların imamları da var, bu da Amr ibn Ubeyddir, mötəzilə başçılarından biri və o bu sözləri imam Əhməd və başqa sünnə alimlərinə aid etmişdir. Lakin bu bir zəlalət yoludur və bunların məzhəbi də birdir. Bu cür sözləri onlardan qabaq yaşayanlar da demişdir. İmam aş-Şatıbi rəhmətuLlahi aleyh deyir: "Bizə bir zəlalət əhlini kəlam elminin fiqhdən üstün olduğunu göstərmək niyyətiylə, belə dediyi çatmışdır: ""Həqiqətən Şafiinin və Əbu Hənifənin elmi heyz və nifasdan kənara çıxmır". Budur sapmışların sözləri, Allah onları məhv etsin!". Bax: "əl-İtisam" 2/239.
      Şeyx Rabi əl-Mədxəli haqqındada bu cür nalayiq sözlər deyilir. Bu alimin kim olduğunu bütün sünnə əhli bilir! Ona tən edənlər onun açıq bir səhvini qeyd edə bilməyib yalnız deyirlər: O camaat və cihadı inkar edir. Biz də sual veririk: O bunu hansı kitabında və ya xütbəsində deyir? İnşaAllah gələn məqalələrimizdə bu alimin kim olduğundan danışacağıq.
      Ey müsəlmanlar! Alimlərə böhtan atmayın! İmam ibn Asakir rəhmətuLlahi aleyh deyir: "Həqiqətən alimlərin əti zəhərlidir, və onlardan pis danışanın aqibəti pis olar". Bax "Tabayinu kəzbəl-muftara" 27. Əgər bir qardaş o biri qardaşın qeybətini edərsə, onun ətini yemiş kimi olur, alimlərin qeybətini edərsə zəhərli ət yemiş kimi olur! Və bizim hamımıza məlumdur ki, qeybət qardaşın o biri qardaşda olan bir xasiyyətindən danışmaqdır və əgər o bunu eşitsə xoşuna qəlməz. Bəs bir müsəlman qardaşından və ya alimdən onda olmayan bir xüsusiyyətdən danışmaq necə? Bəs bu alimlərə neçə-neçə onlara aid olmayan xüsusiyyətləri aid edirlər. İbn Ömər radiAllahu ənhu rəvayət edir ki, Allahın rəsulu (s.ə.s), dedi: "Kim bir möminə, ona xas olmayan bir şeyi aid etsə, Allah onu radğatül-həbələ salar. Və o orda etdiyi əməli düzəldənə qədər ya da tövbə edənə qədər qalar". (Əbu Davud 3597, Əhməd 5385. Hədis səhihdir.)
      İbn Məcənin rəvayətində isə deyilir: "Radğatül-həbəl nədir?" soruşulduqda, Allah rəsulu (s.ə.s) dedi: "Cəhənnəm əhlinin irini və təri".
      Elə isə qorxun Allahdan və onun düşmənlərindən olmayın! Allah rəsulu (s.ə.s) demiştir: "Allah Subhənə və Təalə deyir: "Mən, Mənə yaxın olan kimsəyə düşmənçilik edənə, müharibə elan edərəm". (Əl-Buxari, 6502.)
      Ümmətin iki böyük imamı aş-Şafii və Əbu Hənifə rəhmətuLlahi aleyh deyirdilər: "Əgər Allaha yaxın olanlar alimlər deyillərsə, onda Allaha yaxın olanlar yoxdur". Bax "ət-Tibyən" 32.
      Daha sonra, təhqirlərlə kifayətlənmədilər, indi də özləri kimin alim olduğunu və kimin olmadığını təyin edirlər. Əgər o "hökumət" alimlərindən biri onların nəfslərinə uyğun bir fətva versə, onda onlar onun tayı bərabəri yoxdur deyərlər. Yox əgər əksinə alimin dediyi xoşlarına gəlməsə onda onu pisləyib onun haqqında yalan şayələr yayarlar. Vallahi bu yahudilərin xüsusiyətlərindəndir! Ənəs radiAllahu ənhu rəvayət edir ki, yahudi Abdullah ibn Sələm islamı qəbul edəndə peyğəmbərə dedi: "Ey Allahın rəsulu! Həqiqətən yahudilər yalançıdırlar və sən onlardan soruşmamışdan əvvəl bilsələr ki, mən islamı qəbul etmişəm, mənim barəmdə yalan danışacaqlar". Yahudilər gəldilər və peyğəmbər (s.ə.s) soruşdu: "Siz Abdullah bin Sələm haqqında nə deyə bilərsiniz?" Onlar dedilər: "O bizim aramızda ən elmli, və atası da aramızda ən elmlilərdəndir. O bizim aramızda ən əfzəli, və atası da aramızda ən əfzəl olanlardandır". Peyğəmbər (s.ə.s) dedi: "Bəs o islamı qəbul etsə nə deyərsiz?" Onlar ucadan dedilər: "Allah qorusun!". Bu zaman Abdullah onlara çıxıb dedi: "Əşhədü əllə iləhə illəLlah və əşhədü ənnə Muhammədən rəsuluLlah". Bunu eşidən yəhudilər: "O bizim aramızda ən pis olanlardandır və atası da aramızda ən pis olanlardandır" deyərək davam etdilər". (Əl-Buxari, 3329.)
      Axı əslində kimdir alimlər?
      İnsanların və ya özü özünü alim sayan hər bir insan alim olmur. Həqiqi alimlər az olublar, və peyğəmbərin (s.ə.s), vaxtından nə qədər çox vaxt keçərsə onlarda bir o qədər azalar. İbn Məsud radiAllahu ənhu dedi: “Siz elə bir zamandasınız ki, bu zamanda alimlər çox, xətiblər isə azdır; dilənçilər az, (malını Allah yolunda) xərcləyənlər isə çoxdur. Bu zamanda əməllər nəfsin istəyini idarə edir. Sizdən sonra elə bir zaman gələcək ki, o zamanda alimlər az, xətiblər isə çox olacaq; dilənçilər çox, (malını Allah yolunda) xərcləyənlər isə az olacaq. O zamanda nəfsin istəyi əməlləri idarə edəcək. Bilin ki, axır zamanda gözəl görünüşlü (əxlaqlı) olmaq, bir çox əməllərdən xeyirli olacaq”. (Əl-Buxari "əl-Ədəb əl-Mufrad" 2/258.)
      Bir nəfər imam aş-Şabiyə rəhmətuLlahi aleyh dedi: "Ey alim!" İmam bu sözə: "Həqiqətən alim o kəsdir ki, Allahdan qorxa" dedi. Bax "az-Zühd" 15.
      İmran əl-Munkari nəql edirki, bir gün əl-Həsəndən rəhmətuLlahi aleyh nəsə soruşdum və dedim: "Məgər fəqihlər belə demir?" O cavab verdi: "Vay sənin halına! Sən fəqih görməmisən! Fəqih bu dünyadan imtina edib, axirətdən qorxandır, və daima öz Rəbbinə ibadət edəndir". Ad-Darimi 302; Abu Nuaym 2/147, isnadı səhihdir.
      İshak ibn Rahaviyə rəhmətuLlahi aleyh demiştir: "Mən əlli ildir Muhəmmhəd ibn Əsləmdən daha çox peyğəmbərin (s.ə.s) sünnəsini təqib edən alim görmədim". Bax "əl-İtisam" 1/778.
      İbn əl-Qeyyim rəhmətuLlahi aleyh bu sözlər hakkında demiştir: "Vallahi o dediyi həqiqətdir". Bax "İləm əl-muaqqiin" 3/397.
      İshak ibn Rahaviyənin sözlərinə nəzər yetirin, o peyğəmbərdən (s.ə.s) sonra ikinci nəsildə yaşamışdır və onun vaxtı bu ümmətin böyük imamlarının vaxtı idi!
      Beləliklə bizə aydın olduki hər bir dində səthi biliyə malik olan insan alim deyil!

      Alim meyarı.
      Alim odur ki, ona elm əhlindən olan böyük alimlər təzqiyə (xüsusi icazə) verib, onu alim kimi qəbul edib, ondan elm tələb etməyi və ona fətva verməyi caiz görüblər.
      Peyğəmbər (s.ə.s) özü tez-tez təzqiyə verərdi. Məsələn o deyərdi: "Quranı dörd nəfərdən öyrənin: İbn Məsud, Ubey ibn Kəəb, Muaz ibn Cəbəl və Əbu Huzeyfənın azad olunmuş köləsi Səlimdən". (Əl-Buxari 3/299; Müslim 7/149.)
      Ayşə radiAllahu ənhu rəvayət edir ki, peyğəmbər (s.ə.s) dedi: "Mən elə güman edirəm ki, filankəs və filankəs bizim dindən heç bir şey bilmirlər". (Əl-Buxari 6068.)
      Alimlər bir birilərinə təzqiyə verir, və bu da peyğəmbərin (s.ə.s) səhabələrindən başlayır və onlarada peyğəmbər (s.ə.s) özü təzqiyə verib. Sahabilər təbiinlərə, təbiinlər isə öz ardıcıllarına təzqiyə verib və beləliklə bu silsilə davam edib. Malik imam Şafiiyə, Şafii isə imam Əhmədə təzqiyə verib. Beləliklə bu günümüzə qədər davam edir və qiyamətə qədər davam edəcək, hətta İsa, əleyhissəlam, Mehdiyə təzqiyə verəcək. Bax "Kauaşiful cəliyə" 230.
      İmam aş-Şatıbi rəhmətuLlahi aleyh demiştir: "Əgər elm əhli bir alimin onun alim olduğunu təsdiq etməzsə, təsdiq etməyənə qədər ona alim deyilməz". Bax "əl-İtisam" 2/738.
      İmam Malik rəhmətuLlahi aleyh belə demiştir: "Elm əhlindən olan 70 nəfər mənə icazə verməyincə mən fətva vermədim". Əbu Nuaym 6/316.
      Alim o kəsdir ki uzun illər boyu elm tələb edər, və 5 ya 10 illə kifayətlənib öz vətəninə qayıdmaz.
      Səid ibn Cubeyr rəhmətuLlahi aleyh demiştir: "İnsan elm tələb edənə qədər alim qalır. Əgər kifayətlənib və daha elmə ehtiyacı olmadığını zənn edərsə, o ən böyük cahillərdən olar". Bax "Təzkirutu-ssəmi" 116.
      Abu Asım Ən-Nəbildən rəvayət olunurki, bir gün Sufyan əs-Saurinin rəhmətuLlahi aleyh məclisindəidi və elm əhlindən olan bir cavan oğlan özündən yaşlı nəslin yanında özünü elminə görə tərifləməyə başladı. Sufyan qəzəblənib ona dedi: "Sələf belə olmayıb. Onlardan heç biri 30 il elm tələb etməyincə imamlığa özünü layiq görməmiş və şərəfli yerdə oturmamışdır. Sən isə ozündən yaşda böyük olanların yanında özünü tərifləyirsən. Mənim məclisimi tərk et, mən burada səndən zəif olanını görmürəm". Bax "əl-Mədhəl ilə sunanil-kubra lil Beyhəqi" 1/388.

      Alim cavan olmamalıdır.
      Peyğəmbər (s.ə.s) demişdir: "Qiyamətin əlamətlərindən biri odur ki, insanlar balacalardan (cavanlardan) elm alacaqlar". (Ət-Təbərani, hədis səhihdir "Səhih əl-cəmi" 2207.)
      İbn Məsud, radiAllahu ənhu demiştir: "İnsanlar Məhəmmədin sahabilərindən və böyük alimlərdən elm alana qədər əminamanlıqda olacaqlar. Elə ki, onlar elmi cavanlardan almaqa başlayacaqlar, öz nəfslərinə uyub ziddiyyata düşəcək və sonra həlak olacaqlar". Ət-Təbərani 8589; AbdurRazzaq 11/249; hafiz İbn Həcər əsərin səhih olduqunu bildirib.
      İmam ibn Kuteyba rəhmətuLlahi aleyh dedi: "O demək istəyirdi ki, insanların əminamanlığı onlar yaşlı şeyxlərdən elm tələb edənə qədər davam edəcəktir. Çünki şeyx cavanlıq zövqünü və cavanlıqa xas olan coşqunluğu, tələsikliki və düşüncəsizliyi unudub, əvəzində elm və təcrübəyə nail olub. Elm cəhətindən ona şübhə gəlməz, o nəfsinə və istəklərinə uymaz, və şeytan onu cavanlıqdakı kimi səhv etməyə məcbur edə bilməz. Yaş artıqca təmkinlik, böyukluk və ehtiramda artar. Şeyxlərdən yan keçən bu qüsürlar, cavanlara xasdır, və əgər bu qüsürlar onları əhatə edərsə, və bu vəziyyətə olaraq onlar fətva verərlərsə, özlərinidə başqalarınıda məhv edərlər". Bax "Nəsıhətu əhlil hədis", 93.
      Cavan, ancaq böyük alimlərin fətvalarını insanlara çatdıra bilər. İmam ibn al-Mubarak rəhmətuLlahi aleyh demiştir: "Əgər cavan böyük alimlərin fətvalarını insanlara çatdırırsa, o kiçiklərdən sayılmaz". Bax "əz-Zühd" 31.

      O dini yaxşı bilməlidir!
      İmam aş-Şafii rəhmətuLlahi aleyh demiştir: "Heç kim Allahın dinində fətva verə bilməz, bir nəfər istisna olmaqla, o da gərək Allahın Kitabını, nəsh və mənsuh ayələrini, möhkəm və mütaşabih ayələrini və ayələrin təfsirini bilməlidir, ayələrin hansıları Mədinə və hansıları Məkkədə nazil olub, və o ayələr nəyi qəsd etdiyini və onların nazil olma səbəblərini bilməlidir. Həmçinin o peyğəmbərin (s.ə.s) hədislərini, nəsh və mənsuh edən hədisləri bilməli, və dilidə bilməlidir. Bununla belə o adil və qərəzsiz şəxs olmalı, uzun sözlü olmamalı, baş verən ixtilafdan məlumatı olmalı, həmçinin istedadlı və zəkalı olmalıdır. Və əgər belədirsə onda o halal və haramdan danışa bilər və fətva verə bilər, belə olmayan isə fətva vermir". Əl-Hatib "əl-fiqh vəl-mutafəqih" 2/330.
      Bunlar bizim ümmətin imamlarının qoyduğu məyarlardır! İndiki günümüzdə isə hər bir balaca özünü alim görərək müsəlmanların problemlərinin həllini öz üzərinə götürür! Allahın rəsulu (s.ə.s) demiştir: "Həqiqətən elə bir vaxt gələcək, yalançılara inanıb, düzgün olanları yalançı hesab edəcəklər, xainlərə etibar edib, etibara layiq olanları isə xain hesab edəcəklər, söz (hökm) də rəzil insandan asılı olacaq". "O rəzil kimdir?" - deyə soruşdular. "Ümumxalq işlərini həll edən səfeh" - deyə cavab verdi". (Əhməd 2/291; İbn Məcə 4036; şeyx Əhməd Şakir və əl-Albani hədisi həsən hesab etmişlər)
      Məhz bunu biz indiki zamanlarda görürük. Və bu risalədə yekunu alimlərə tən edənlər haqqında sünnə imamlarının sozləri ilə vurmaq istərdik. Bəlkə onlar bu sözləri eşidib Allahdan qorxarlar!
      İmam Əbu Hatim rəhmətuLlahi aleyh demiştir: "Sələf alimlərini pisləmək bidət əhlinin əlamətlərindəndir". Əl-Lələkai 1/179.
      İmam ət-Təhəvi rəhmətuLlahi aleyh demiştir: "Birinci və sonrakı nəsillərdən olan alimlər, nemət sahibləri və düz yolda olanlardır, fiqh və ixtilafı bilənlərdir, və biz onları yalnız xoş sözlə yad edirik, onlardan pis danışan doğru yoldan azmışdır". "Əqidə ət-Təhəviyyə" 24.
      Şeyx ƏbdülLətif ali əş-Şeyx rəhmətuLlahi aleyh demiştir: "Bidət əhlinin adətlərindəndirki, onların dəlilləri bittikdə və onlar çıxılmaz vəziyyətə düşdüktə, özlərini öyüb sünnə əhlini isə pisləyərlər". Bax "Sənəül-bədi" 65.
      Vallahi şeyx həqiqəti dedi bizdə buna şahidik!
      Bir gün imam Əhmədə rəhmətuLlahi aleyh dedilər: "İbn Əbu Qüteylə hədis əhlini pisliyir". İmam Əhməd çox qəzəbli bir halda: "Zındıq, zındıq" dedi. Əz-Zəhəbi "əs-Sir" 11/299.
      İmam əs-Səfərini rəhmətuLlahi aleyh demiştir: "Həqiqətən alimlərin xidmətləri məlumdur və fəzilətləridə böyüktür, kim onların fəzilətlərini alçaldarsa o ən rəzil və alçaq insandır, və kim onlara qarşı nifrət hissi duyarsa o İblisin partiyasındandır". "Ləuhul anvar" 2/355.
      İmam Əbu Hatim rəhmətuLlahi aleyh demiştir: "Əgər sən ər-Razini və yaxud ƏbuZürəyə nifrət edən başqa birisini görsən, bil ki o bidət əhlindəndir". "Tarixul Bağdad" 10/329.
      İmam Əbu Zürə rəhmətuLlahi aleyh isə vaxtı ikən demiştir: "Sufyən əs-Saurini pisləyən kufəlini görsən, şəkk etməki o rafizidir. Məkhül və əl-Əuzaini pisləyən Şam əhlindən olanı görsən, şəkk etməki o nəsibilərdəndir. Abdullah ibn əl-Mubarəki pisləyən Xorasan əhlindən olnı görsən, şəkk etməki o mürciyədir. Və bil ki bu firqələr birlikdə Əhməd ibn Hənbələ nifrət edir". Bax "Təbəqət əl-hənəbilə" 1/199.
      İmam Əbu Cəfər ibn Harun rəhmətuLlahi aleyh demiştir: "Əgər imam Əhməd ibn Hənbəli pisləyəni görsən, bil ki o bidət əhlindəndir". Bax "Cərh və ət-tədil", 308.
      İmam Nuəym ibn Həmməd rəhmətuLlahi aleyh demiştir: "İmam Əhmədi pisləyən İrak əhlindən olanı görsən bil ki onun dinində naqislik var. Vaxb ibn Cəriri pisləyən bəsrəli görsən bil ki onun dinində naqislik var. İshaq ibn Rahaviyəni pisləyən xorasanlı görsən bil ki onun dinində naqislik var". Bax "Tarixul Bağdad", 6/348.
      O ki qaldı alimləri küfrdə ittiham etmək məsələsinə, bu tən etməktən dahada pisdir.
      Şeyxul İslam İbn Teymiyya rəhmətuLlahi aleyh demiştir: "Alimləri küfrdə ittiham edən cahillərin özbaşınalığına gəlincə, bu ən böyük münkər işlərdəndir. Bu işlərin əvvəli xavaric və rafizilərdən gəlir, onlarki müsəlman imamlarını öz zənlərinə uyaraq və dində səhv etdiklərini iddia edərək kafir adlandırmışlar". Bax "Məcmul fətava" 35/100.
      İmam Əbu Şəma rəhmətuLlahi aleyh demiştir: "İnsanların tez tez bidətə düşmələrinin səbəbi, bir kimsəni təkvalı və elmli saymaqla onu təqib etməktir, və əslində həmin insanın təkva və elm əhlindən olmamasıdır. Belə insanlar onların sözlərinə və əməllərinə uyub onları təqib edirlər və beləliklə öz əməllirini puç edirlər". Bax "əl-Mərifə və ət-Tarix" 1/670.
      İmam aş-Şatıbi rəhmətuLlahi aleyh demiştir: "İnsanların problemləri onların alim saydıqları cahillərin ucbatındandır". "əl-İtisam" 1/145.
      Ey müsəlmanlar! Hər eşitdiyinizə inanmayın, xüsusən də internet forumlarında və xüsusən də boyük alimlərdən olan sözlərə. Uca Allah deyir: "Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" (Əl-Hucurat, 6.)
      Hər bir müsəlman bilməlidir ki, onun yalançılardan olması üçün özünün yalan danışması şərt deyil. Onun yalançılardan olması üçün, yoxlanılmamış bir məlumatı yaymaq kifayətdir. Əbu Hureyra radiAllahu ənhu rəvayət edir ki peyğəmbər (s.ə.s) demiştir: "Yalançı olmaq üçün insanın hər eşitdiyini başqalarına danışması kifayətdir". (Müslim, 1/10.)
      İbn Vaxb rəhmətuLlahi aleyh demiştir: "İmam Malik mənə belə dedi: "Bil ki, hər eşitdiyini danışan insan, nəcat tapmaz".
      Allahdan müsəlmanları islah etməsini, və düz yola yönəltməsini diləyirik!
      Allah hidayət versin!
      Amin!
      "Əd-dəuatu sələfiyyə" məqalələri silsiləsindən
      Qahirə 2006
      Rus dilindən tərcümə.