Duha namazı


          'Duha' – səhər, gündüzün başlanğıjına deyilir.( 'əl-Mu'jəmu-l-Vasit' səh: 535)
          Duha namazı iki rək'ət və daha çox jüt sayda qılınan sünnət namazıdır. Bu namazın neçə rək'ət qılınmasına heç bir məhdudiyyət yoxdur.( 'əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi' 4/117-119.)
          Əbu Zər (r.a) rəvayət edir ki, 'Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: 'Hər biriniz bədən sümüklərinin və oynaqlarının haqqını ödəməlidir. Hər bir təsbih ('Subhanəllah' - demək;), hər bir təhmid ('Əlhəmdulilləh' - demək), hər bir təhlil ('Lə iləhə illəllah' - demək;), hər bir təkbir ('Allahu Əkbər' - demək) sədəqədir. Yaxşı işləri əmr etmək və pis işlərdən çəkindirmək sədəqədir. Duha namazı isə bunların hamısını əvəz edir!' (Səhih Muslim, 1668)
          Əbu Hureyrə (r.a) rəvayət edir ki, 'Peyğəmbər - səllallahu aleyhi və səlləm - üç şeyi mənə nəsihət etdi: Hər ayın üç gününü oruj tutmağı, iki rək'ət Duha namazı və yatmazdan əvvəl Vitr namazını qılmağı!' (Səhih Muslim, 1669)
          Ummu Hani (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - Məkkənin fəthi günü səkkiz rək'ət Duha namazı qıldı' (Səhihu-l-Buxari, 1176; Səhih Muslim, 1664; 'Zadu-l-Məad' 1/342)
          Aişə (r.a) rəvayət edir ki, 'Peyğəmbər - səllallahu aleyhi və səlləm - Düha namazını daima qılmazdı ki, ümmətinə fərz buyrulmasın.' (Səhih Muslim, 1659)
          Aişə (r.a) rəvayət edir ki, 'Peyğəmbər - səllallahu aleyhi və səlləm - dörd rək'ət Duha namazı qılar və istədiyi qədər rək'ətlərin sayını artırardı.' (Səhih Muslim, 1662)
          Duha namazının vaxtı: Günəş üfüqdən bir nizə hündürlüyündə qalxdıqdan sonra (yəni, təqribən günəş çıxdıqdan on beş dəqiqə sonra) günəş səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələdək (təqribən on dəqiqə qabaq). ('əş-Şərhu-l-Mumti alə Zadu-l-Mustəqnəi' 4/122-123)
         
Copyright.SelefEqidesi.com, 2007