![]() |
![]() |
|
BUNLARI BİLİRDİNİZMİ? (Cild 2)İslama dair maraqlı faktlar Məlumat mənbəyi: www.bakkah.net İmam Nəsa`inin rahiməhullah elm dövriyyələrində iştirakının qadağan olunduğunu bilirdinizmi?Bu həqiqətdir! Ən-Nəsa`i, Misirdə əl-Ha`ris ibn Miski`nin yanında elm almağa yollanır, lakin əl-Ha`ris və orada olanlardan bir çoxu ona elm almağı qadağan edir. Muhəmməd A`dam əl-İtyu`bi deyir: “Bunun səbəbi budur ki, əl-Ha`ris Misirdə qazi idi və onların ikisinin arasında bəzi ədavət var idi” (Şərh Sunən ən-Nəsa`i, Muhəmməd A`dam əl-İtyu`bi, 1/319). Əz-Zəhəbi qeyd edir ki, Əl-Haris qorxurdu ki, ola bilsin ki ən-Nəsa`i hakimin cəsusudur, ona görə də, onu elm dövriyyələrinə buraxmadı” (Siyaru Ə`lə`m ən-Nubələ`, 14/130). Bundan əlavə, əl-Ha`ris vəzifəyə gələndə bir sıra qəti dəyişikliklər etmişdi, bir çox müəzzinləri kənarlaşdırmış və əş-Şa`fi və Əbu Hənifənin ardıcıllarını (elm dövriyyələrində iştirak etməyi) qadağan etmişdi (ən-Nəsai Şafii idi) (Siyaru Ə`lə`m ən-Nubələ, 12/57 ). Bununla belə, ən-Nəsa`i rahiməhullah məscidin qapısından aralı oturaraq və bir təhər dərsləri dinləyərək yüksək əxlaq və səbr nümayiş etdirmişdi. O əl-Ha`risdən bir çox rəvayətlər yazmış və yüzlərlə rəvayəti öz kitablarında qeyd etmişdi. Rəsulullahın sallallahu aleyhi və səlləm bu sözü necə də möhtəşəm çıxış yoludur: “Allah rızası üçün təvazükarlıq edən elə bir qul yoxdur ki, Allah təala onu ucaltmış olmasın” ( Tirmizinin Sunən əsərində topladığı Əbu Hureyrədən radiyallahu anhu rəvayət olunan səhih hədis;Şeyx Albani Sahi`h Sunən ət-Tirmizidə (¹: 2029, 2/390) hədisə səhih demişdir. Bundan əlavə, şeyxin gizlənərək əl-Harisdən rəvayətləri öyrənməsi bir kəsin xəbəri və icazəsi olmadan ondan rəvayət etməsinin icazəli olmasını gücləndirir, belə ki, hədis alimləri bu cür rəvayətləri ondan və başqalarından qəbul etmişdirlər (Bax. Sahi`h əl-Buxa`ri, Kita`b əş-Şəhə`dəh [Şəhadət Kitabı], Fəsil Şəhə`dətul-Muxtabi , hədis ¹: 2638 və 2639). Rəsulullahdan sallallahu aleyhi və səlləm varid olan bir milyon rəvayəti əzbərləyən şəxs haqqında bilirdinizmi?Bu həqiqətdir! Onun adı Əhməd ibn Muhəmməd əş-Şeybani, həmçinin İmam Əhməd ibn Hənbəl rahiməhullah kimi tanınan şəxsiyyətdir. Əbu Zura`h ər-Ra`zi deyir: “Əhməd ibn Hənbəl bir milyon hədisi əzbərləmişdi” (Ta`ri`x Bağdad 4/419, bax. Tədri`b ər-Ra`vi əsərinin müqəddiməsinə, 1/40, Məktəbəh əl-Kausər). Bu rəqəmlər sizləri təəccübləndirə bilər, lakin, onun (İmam Əhmədin) Əhli Sünnənin İmamı adlandırılması həqiqətini nəzərə alsaq, bu heç də qəribə deyil. Onun həməsrləri və çağdaşları barəsində də eyni rəqəmlər söylənmişdir: əl-Buxari-300.000 Muslim-300.000 Əbu Da`vud-500.000 Əbu` Zura`h ər-Ra`zi-700.000 Yahya ibn Ma`in-1000.000 (Bu rəqəmlərin qeyd olunduğu xəbərlər Tədrib ər-Ra`vi, 1/40-42). Bir kəs deyə bilər ki, Rəsulullahdan yüz minlərlə hədis necə rəvayət oluna bilər ki? Bu suala bir neçə nöqteyi nəzərdən cavab vermək olar: 1. Bu rəqəmlərn mövcudluğu olduqca mümkün haldır, çünki Səhabələr Allah Rəsulunun sallallahu aleyhi və səlləm etdiyi, söylədiyi və təsdiq etdiyi hər bir şey üzərində fikirlərini, diqqətlərini cəm edir və onlar haqqında danışardılar. Onlar həmçinin onun əxlaqı və fiziki xüsusiyyətlərini təsvir edərdilər. Şeyx izah edir ki, səhabələr Rəsulullah sallallahu aleyhi və səlləm oyanan andan yatana kimi etdiyi əməllər, getdiyi yerlər, necə gəzdiyi, nə yedyi və içdiyi, necə namaz qıldığı, kimlərə nə söylədiyi və s. ilə əlaqədar hər məsələ haqqında danışardılar. Ondan gördüyü hər bir şeyi rəvayət etmişdirlər (VasiAllah Abba`s 1421-ci il Məkkədə Həramda Tədri`b ər-Ra`vi əsərini şərh edərkən dərsdə qeyd etmişdir). 2. Bu rəqəmlərə müxtəlif sənədlər vasitəsilə gələn rəvayətlər daxildir. Bir hədisin onlarla müxtəlif sənədləri ola bilər və hər biri əzbərlərənərək hədis hesab olunur. Əz-Zəhəbi, Yahya ibn Ma`inin 1000.000 hədisi əzbərləməsi barəsində belə deyir: “O təkrarları nəzərə almaqla (müxtəlif sənədləri və mətnləri olan bir hədis) bunları əzbərləmişdir. Məgər onun (Yahyanın: “Biz hədisi 50 dəfə yazmasaydıq onları bilməzdik”-dediyini görmürsünüz” (Siyaru Ə`la`m ən-Nubələ`, 11/85). 3. Bu rəqəmlərə həmçinin Səhabələrin (mavquf) və onların tələbələrinin (maqtu`ət) bir sıra söz və əməlləri də daxildir. Həmçinin soruşa bilərlər ki-Yüz minlərlər rəvayəti əzbərləmək mümkündürmü? Bu sualın cavabını sələf alimlərinin əzbər (hifz) barəsində fəhmindən əldə etmək olar. Onlardan bəziləri əzbərdən “sözbəsöz” mənsasını ifadə etdiyini başa düşmüş, digərləri isə bir kəsin öz kitabında rəvayətlərin dəqiq olaraq harada olmasını və yaxud ümumi olaraq rəvayəti bilməsi kimi başa düşmüşlər (Beyhaqiyə görə ,Tədri`b ər-Ra`vidə əs-Suyu`ti rəvayət etmişdir). Allah daha yaxşı bilir. |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2007 | ![]() |