![]() |
![]() |
|
|
Əsrimizin böyük alimi Şeyx Abdul Muhsin ibn Hammad əl-Abbad
Mən Allaha möhtac olan, Abdul Muhsin ibn Hammad ibn Abdul Muhsin ibn Abdullah ibn Hammad ibn Osman Aal-Badaram . Badar əl-Ədnəniyyə qəbiləsindən biri olan Unzah qəbiləsindən əl-Calaasdan. Abbad adını babam Abdullah əlavə etmişdir və onun bəzi övladları sonra bu ad ilə tanınmışdırlar. Anam atam Əbu Suleyman ibn Abdullah Aal-Bədərin əmisi qızı idi. İşə namazından dərhal sonra şənbə gününün gecəsi 1353-cü il Ramazan ayının 3-nə təsadüf edən gündə Riyad şəhərinin şimalından 300 km məsafədə yerləşən əz-Zulfə şəhərində anadan olmuşam. Abdullah ibn Əhməd əl-Munay və sonra Zeyd ibn Muhəmməd əl-Muneyfi, sonra Abdullah ibn Abdur Rəhman əl-Ğays kimi dahi müəllimlərin yanında oxumağı və yazmağı öyrəndim. Bu müəllimlərin yanında Quranı tamamladım. Sonra isə Faalih ər-Ruminin yanında dərs aldım. Hicrətin 1368-cı ilində əz-Zulfə şəhərində ibtidai məktəb təsis olunduqdan sonra, ikinci ildə təhsilimi davam etdirmək üçün oraya nəql olundum. Hicrətin 1371-ci ilində ibtidai təhslimi başa vurduqdan sonra, növbəti il Riyad şəhərində Məhəd əl-İlm (təhsil ocağı) nəql olundum. Sonra Şəriət fakultəsinə nəql olundum. Oxuduğum fakultənin son kursunda hicrətin 1379-ci ilində Cumada əl-Uulə ayının 13-də Bureydədə Məhəd əl-İlmə müəllim təyin olundum. Akademik ilin sonunda, fakultə üzrə son imtahanları vermək üçün Riyada qayıtdım. Allah təala məni yüksək qiymətlərlə məzun olmaqla nemətləndirdi və ümumi sayı 80 nəfər olan tələbə yoldaşlarım arasında birinci yeri tutdum. Onlar şəriət fakultəsində dördüncü kurs məzunları idilər. Eynilə, öncəki üç ilin hamısında birinci yer tutdum. Hicrətin 1380-cı ilində Riyadda Məhəd əl-İlm təhsil ocağından şəhadətnamə aldım. Riyadda Məhəd əl-İlmdə dərs vermək üçün ora qayıtdım. Mədinə şəhərində əl-Cəmiə əl-İsləmiyyə (İslam universiteti) təsis olunduqdan sonra, hörmətli Şeyx Muhəmməd ibn İbraahim Əəl əş-Şeyx tərəfindən orada dərs demək üçün seçilənlər arasında Allah təala mənim də olmağımı diləyərək mənə bu neməti bəxş etdi. Əsası qoyulan ilk fakultə Şəriət fakultəsi idi. Hicrətin 1381-ci ilində Cumada əs-Səəniyyə ayının 2-də Bazar günü dərslər verilməyə başladı. Allahın mənə bəxş etdiyi nemətlərdən biri həmin günü universitetdə ilk dəfə dərs verənin mənim olmam həqiqəti idi. O zamandan indiyə kimi universitetdə dərs demişəm və universitet təsis olunandan indiyə kimi məndən daha uzun müddətdə dərs verən olmamışdır. Hicrətin 1393-cü ilində Rəcəb ayının 30-da Kral Feysəl tərəfindən bu vəzifə üçün seçildikdən sonra İslam Universitetinin rəhbər müavini təyin olundum. Şeyx Abdul Əziz ibn Abdullah ibn Bəzz tərəfindən bu vəzifə üçün təklif olunan üç nəfərdən biri idim. İbn Bəzz o zaman universitetin rəhbəri idi. Bu vəzifədə hicrətin 1399-cu ili Şəvval ayının 26-na qədər çalışdım. Sonra bu altı ilin ilk iki ilində vəzifəcə ikinci şəxs olduğum zaman, özümdə istək hiss edərək bu vəzifədən məni azad etmələrini istədim. Şeyx Abdul Əziz ibn Abdullah ibn Bəzz Elmi Araşdırmalar və Fətvalar Mərkəzinin rəhbərliyi vəzifəsinə keçdikdən sonra unversitetdə birinci rəhbər vəzifəli şəxs oldum. Bu altı il ərzində, Şəriət fakultəsində dördüncü sinif tələbələrinə həftədə sadəcə 2 dəfə dərs keçə bilirdim. Bu müddət ərzində özümdə (universitetin rəhbəri kimi bir vəzifədə işlədiyim üçün) çox böyük məsuliyyət və ağır bir yük hiss edirdim. O qədər səy göstərdim ki, ümid edirəm ki, inşallah Allah təalanın yanında bu əməllərim çox mükafatlandırılacaqdır. O altı ildə universitetdə yeni siyasətin həyata keçirilməsinə nəzarət edərək həyata keçirdik. Belə ki, universitet bir hökumət idarəsi olmaqdan başqa bir müəssisəyə çevrildi. Sonra isə Magistratura və Doktorantura proqramları üzrə Yüksək Təhsil Departamentinə dəyişdi. Müqəddəs Quran və İslami Araşdırmalar, Hədis və İslami araşdırmalar fakultəsi, Ərəb dili fakultəsi yaradıldı. Bu müddətdə universitet üçün ayrılmış torpaq sahəsinin ərazisi qat-qat artırıldı. Fakultələrə ən yüksək öncəlik verilməklə yeni fakultələrə dair memarlıq planları tamamlandı. universitetdə təhsil alan tələbələrin sayı artaraq 20000 nəfərə çatdı. Bu planlar müxtəlif fakultələrin, şöbələrin və mərkəzlərin, tələbə yataqxanasının inşası və xidmətlərin göstərilməsi ilə bu qədər böyük tələbələrin bütün ehtiyacları nəzərə alınmaqla yerinə yetirilmişdir. Bu müddət ərzində universitetdə həmçinin çap mətbəəsi təsis olundu. Əz-Zulfə şəhərinin xaricinə ilk səfərimi hicrətin 1370-ci ilində Məkkəyə həcc ibadətini yerinə yetirmək üçün etdim. Oradan Riyada Məhəd əl-İlmdə elm tələb etmək üçün yollandım. Hələ də ibtidai sinifin ikinci ilindən təhsilim sonuna qədər müxtəlif illərə dair yazdığım qeyd kitabçalarım mövcuddur və bunlar mənim əlimdə olan ən sevimli və ən qiymətli şeylərdir. Şəxsi kitabxanamda olan ilk yeganə kitabım Hafiz ibn Həcər əl-Əsqalaninin (Buluğ əl-Məraam) kitabının əl yazması (nüsxəsi) idi. Hələ ibtiadi sinifə başlamazdan əvvəl bunları əldə etmişdim. Kitabda öz əl yazım ilə “1368-ci il Muhərrəm ayının 6-ı” sözünü yazmışdım. Həmçinin bütün şeylər içində mənim üçün ən çox sevimli şey Allah Rəsulunun sallallahu aleyhi və səlləm səhabələrinə qarşı bəslədiyim sonsuz sevgim və ona nifrət edənlərə qarşı mənim nifrətimdir. Allah təala mənə oğlanlar və qız övladları bəxş etməklə nemətləndirmişdir. Oğlanlarımın dördünün adını Rəşidi Xəlifələrin adlarını qoymuşam. Öncə onlardan birinin adını Peyğəmbərimizin adını qoymuşdum. Onlardan birinin adını mömin qadınların seyyidi Fatimə qoyduqdan sonra, qız övladlarımdan bəzilərin adlarını möminlərin analarının adlarını qoymuşam. Bunlar mənim özüm haqqımda xatırladığım bəzi şeylərdir. Bunları sadəcə Allah təalanın mənə olan nemətini xatırlamaq, necə naqis olduğumu və axirət üçün nə qədər az iş gördüyümü xatırlamaq üçün qələmə almışam. Allah təaladan diləyim budur ki, sözümdə sadiq və əməllərimdə ixlaslı olmaq, bunlara müvafiq olaraq faydalı elmə və əməllər nail olmaq üçün məni bu işdə müvəffəq etsin. Həqiqətən də, O hər şeyi Eşidən və Mucibdir.
QEYD: Mən, Abu Abdullah, indiyə kimi hörmətli Şeyx Abdul-Muhsin əl-Abbadın tərcümeyi halını bir müddət axtarmışdım. Nəhayət, şeyxin özünə yaxınlaşdım ki, baxım görüm bəlkə o özü məni hər hansı bir mənbədən faydalanmağa istiqamətləndirsin. O sadəcə bunu qəbul etmədi və dedi: “...ehtiyac yoxdur, lazım deyil”. Mən inad etdim, dedim ki, bizim məqsədimiz sadəcə dövrümüzün alimləri barəsində İngilis dilində danışan Müsəlman qardaşlarımıza məlumat verməkdən ibarətdir. Buna baxmayaraq o hələ də təkid etdi və dedi: “...ehtiyac yoxdur”. Bundan sonra mən şeyxin oğlu Şeyx Abdur Rəzzaq əl-Abbada yaxınlaşmaq qərarına gəldim. O məni sadəcə nəşr olunmuş bir mənbədən istifadə etməyə istiqamət verdi. Həmin mənbədə şeyxin tərcümeyi halı yazılmışdı.Kitabın adı: Ər Radd alə mən kəzzəbə bil əhəədiis əs-Sahihə əl-vaaridə fil Mehdi (Mehdi barəsində varid olan səhih hədisləri inkar edənlərə rəddiyyə). Bu kitab artıq çap olunduğundan, kitabı bir müddət axtardım. 2002-ci il noyabr ayının 3-də bazar günü bir nüsxəsini əldə etdim. Hörmətli şeyximizin tərcümeyi halını nəşr etdirməkdə olan həyəcan və həvəsimlə dərhal onu tərcümə etməyə başladım. Şeyx 1402-ci ildə, 20 il bundan əvvəl yuxarıda yazılan tərcümeyi halını qələmə almışdır. Hələ indiyə kimi şeyx universitetin 3-cü kurs tələbələrinə şəriət fakultəsində tövhiddən dərs demək üçün dəvət olunur. Mən buna şahidlik edirəm. Bizim sinifdə dərs verdiyi üçün mən çox xoşbəxtəm. Həmçinin bunu da qeyd etmək lazımdır ki, şeyx artıq uzun müddətdir ki, təyin olunan icbari təqaüd yaşını ötüb keçmişdir. Bununla belə, şeyx hələ də universitetdə ücrətsiz dərs deməyi seçmişdir. Allahdan diləyimiz budur ki, hörmətli, fəzilətli şeyximiz Abdul Muhsin əl-Abbada xeyir-dua bəxş etsin və onun səhhətini yaxşılaşdırsın.
ALLAH TƏALA DAHA YAXŞI BİLİR Müvəffəqiyyət Allahdandır. Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun. |
||
![]() |
Copyright.SelefEqidesi.com, 2007 | ![]() |