Qadın ilk öncə Ramazanda buraxdığı oruclarını (qəzalarını) tutmalıdır, yoxsa Şəvval ayının (müstəhəb) orucunu?
Sual: Qadın ilk öncə nə etməlidir: Şəvval ayının altı gün müstəhəb oruclarını tutmalıdır, yoxsa Ramazan ayında heyzdən dolayı buraxdığı orucların qəzasını tutmalıdır?
Cavab:      Həmd Allaha məxsusdur.

Əgər Peyğəmbərin sallallahu aleyhi və səlləm: “Hər kim Ramazan orucunu tutsa, ardınca da Şəvval ayının orucunu tutsa sanki ömür boyu oruc tutmuş kimi sayılar” (Muslim, 1984) hədisində zikr etdiyi savaba nail olmaq istəyirsə, o zaman ilk öncə Ramazan oruclarını tamamlamalı, sonra isə ardınca Şəvval ayının altı gün orucunu tutmalıdır ki, hədisin hökmü (savaba dair) ona da şamil olsun və hədisdə bildirilən savaba nail olsun.       İcazə məsələsinə gəldikdə isə, Ramazanda buraxdığı orucları qəza etməyi təxirə salmaq caizdir, bir şərtlə ki, növbəti Ramazan gəlməmişdən əvvəl buraxdığı orucları tutub qurtarmalıdır.


ALLAH TƏALA DAHA YAXŞI BİLİR
Müvəffəqiyyət Allahdandır.
Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Muhəmməd Sa'lih əl-Munəccid
Copyright.SelefEqidesi.com, 2007