|
Şəvval ayında altı gün oruc tutmağın fəziləti
Sual: Şəvval ayında altı gün oruc tutmağın hökmü nədir? Bu vacibdir?
Cavab:
 
Həmd Allaha məxsusdur.
Ramazanın fərz orucundan sonra şəvval ayında tutulan altı gün oruc müstəhəbdir, vacib deyildir. Müsəlmanın şəvval ayında altı gün oruc tutması müstəhəbdir. Bu orucu tutmaqda əzəmətli fəzilət, böyük əcr vardır. Çünki kim bu orucu tutarsa ona bir il oruc tutmuş kimi savab yazılacqdır. Necə ki, bu Mustafa sallallahu aleyhi və səlləmdən səhih olaraq varid olmuşdur. Əbi Əyyub radiyallahu anhu rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Kim Ramazan orucunu tutarsa, ona şəvval ayından altı gün əlavə edərsə sanki ömür boyu oruc tutmuş kimi sayılar”
Muslim, Əbu Davud, Tirmizi, Nəsa'i və İbn Macə rəvayət etmişdirlər.
Peyğəmbər sallallahu aleyhi və səlləm: “Kim i'd al-fitrədən (bayramdan) sonra altı gün oruc tutarsa bir ili tamamlamışdır (kim saleh əməl edərsə ona bu əməlinin on misli yazılar)”-sözü ilə bunu təfsir etmişdir. Başqa bir rəvayətdə: “Allah təala hər bir həsənət üçün (savabları) on savab təyin etmişdir, ona görə də bir ay on ay oruc tutmaq kimidir və altı gün oruc isə ili tamamlayır”
buyurmuşdur.
Nəsa'i, İbn Macə rəvayət etmişdir. Sahi'h Tərğib va Tərhib əsəri, 1/421.
İbn Xuzeymənin: “Ramazan ayının bir ay orucu on ayın savabını gətirir və altı gün oruc isə iki ayın savabını gətirir ki, bu da bütün ilin orucudur”-dediyi rəvayət olunmuşdur.
Hənbəli və Şafi fəqihləri hədisi şərh etmişdirlər ki,Ramazandan sonra şəvval ayında altı gün oruc tam bir ilin fərz orucunu tutmuş kimi sayılır. Lakin burada savabın artırılması ümumi şəkildədir. Çünki savabın artırılması hətta nafilə oruclara da aiddir. Çünki həsənətlər on misli ilə artırılır.
Həmçinin şəvval ayında tutulan altı gün orucun digər mühim faydalarından biri budur ki, Ramazan ayında yol verilən nöqsanları bu oruclar örtür. Çünki heç bir kəs nöqsanlardan və günahlardan xali (xilas ola bilməz) deyil. Bu nöqsan və günahların oruca mənfi təsiri vardır. Qiyamət günü qulun fərz ibadətlərində yol verdiyi nöqsanları örtmək üçün onun nafilə ibadətlərindən götürüləcəkdir. Necə ki, Rəsulullah sallallahu aleyhi və səlləm demişdir: “Qiyamət günü insanların ilk hesaba çəkildiyi əməl namaz olacaqdır. Rəsulullah deyir ki, Rəbbimiz azzə və cəllə ən yaxşı bildiyi halda mələklərinə: “Baxın görün qulum namazını kamil etmişdir, yoxsa naqis etmişdir”-buyuracaqdır. Əgər kamil qılmışdırsa kamil olaraq yazılacaqdır, onda nöqsan olarsa Allah təala: “Baxın görün qulumun nafilə ibadətləri varmı”-soruşacqdır. Əgər qulun nafilə ibadətləri varsa, Allah təala: “Qulum üçün fərz ibadətlərini nafilələri ilə tamamlayın. Sonra onun bütün əməlləri bu qaydada hesaba çəkiləcəkdir.
Əbu Davud rəvayət etmişdir.
ALLAH TƏALA DAHA YAXŞI BİLİR
Müvəffəqiyyət Allahdandır.
Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə,
onun ailəsinə və səhabələrinin üzərinə olsun.
Muhəmməd Sa'lih əl-Munəccid
|
|