İSLAMDA FİRQƏLƏR HAQQINDA

ƏSRİMİZİN DAHİ ALİMİ ŞEYX İBN BƏZZ RAHİMƏHULLAH


Sual:

Bir çox müsəlman ölkələrində və digər yerlərdə mövcud olan çox saylı firqələr və onlar arasında baş göstərən ixtilaflar, hər bir firqənin digərini zəlalət, yolundan çıxmış kimi ittiham etdiyi səviyyəyə çatması ilə əlaqədar müsəlman alimlərinin üzərinə düşən vəzifə, məsuliyyət nədir? Sizin fikrinizcə artıq bu cür məsələlərə bənzər şeylərə aydınlıq gətirmək üçün məsələlərə girişmək və onların arasında baş verən ixtilaflarda haqqı bəyan etmək üçün münasib vaxt deyil? Çünki qorxulur ki, bu cür ixtilaflar güclənə bilər və müsəlmanlar üçün pis, arzuedilməz nəticələrə gətirib çıxara bilər?


Cavab: Peyğəmbərimiz Muhəmməd sallallahu aleyhi və səlləm müsəlmanların tabe olması və bu yolda irəliləməsini vacib edən yeganə, vahid bir yolu bizlərə açıqlamışdır. Bu Allahın düz yoludur və dosdoğru dininin metodologiyası, minhəccidir. Uca Allah buyurur:”Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın” (Ənam 6:153).

Eynilə, Qüvvət və İzzət sahibi Rəbbimiz Muhəmməd ümmətini parçalanma və ixtilaf, ikitirəlikdən çəkindirmişdir, həzər etmişdir. Çünki bunlar məğlubiyyətə düçar olmağın, müvəffəq olmamağın və (bundan istifadə edərək) düşmənlərin nəzarəti öz əllərinə almağın ən böyük səbəblərindən biridir. Qüvvət və İzzət sahibi Allah təala buyurur: “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!” (Ali-İmran 3:101).

(Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər! (Əş-Şura 42:13).


Gördüyünüz kimi, bu ayə birliyə və qəlblərin birləşməsinə nida edən İlahi çağırışdır.


İstənilən bir islam ölkəsində islah etmək və təqvanı əmr etmək üçün bir çox birliklər varsa, onların arasında yaxşı işlər görmək və Müsəlmanlarla əməkdaşlıq etməkdə fərqlər varsa-onların arasında öz havalarına, arzularına tabe olanlar, hava əhli, bidət əhli yoxdursa-o zaman bu cür hal yaxşıdır. Bu nemətdir və nəticədə böyük fayda, xeyir meydana gəlir.

Bununla belə, onlardan biri digərini yolunu azmış, zəlalət əhli elan edirsə və onların əməllərinə, hərəkətlərinə hücum edirsə, o zaman bu cür zərər olduqca böyükdür və onun şərli nəticələri çox ciddidir. Müsəlmanların üzərinə məsələlərin həqiqi vəziyyətini, həqiqətini onlara açıqlamaq və hər bir firqə ilə bunu müzakirə etmək və onların hər birinə səmimi şəkildə, ixlasla nəsihət etmək vəzifəsi düşür ki, onlar bunun səbəbilə Allah təalanın Öz qulların üçün nazil etdiyi və Muhəmməd sallallahu aleyhi və səlləmin dəvət etdiyi, çağırdığı yol üzərində (birgə) addımlasınlar.

O kəslər ki, bunlara laqeyd yanaşır, əhəmiyyət vermirlər və yaxud öz qarşdurmasına, müxalif olmasında şəxsi fayda, maraqlar və yaxud qəlbində gizlətdiyi niyyətini yalnız Allah təalanın bildiyi bir səbəbdən dolayı bunlara davam edir, o zaman haqqı, həqiqəti bilənlərin üzərinə düşən onlar haqqında həqiqəti aşkar etmək və onlara qarşı xəbərdarlıq etməkdir ki, insanlar onların yollarından çəkinsinlər. Beləliklə, onların hallarından bixəbər olan kəslər bu xətalara, hilələrə düşməkdən qorunacaqlar, nə azacaqlar, nə də Allah təalanın bizlərə tabe olmağı əmr etdiyi yoldan döndərilməyəcəklər.

Allah təala buyurur: ”Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın” (Ənam 6:153).


Şübhə yoxdur ki, ixtilaf edən firqələrin və dəstələrin islam cəmiyyətində çoxluğu ilk növbədə Şeytanın arzuladığı və ikinci növbədə insanlardan isə islam düşmənlərinin arzuladığı bir şeydir.

Çünki Müsəlmanlar arasında razılaşma və birlik, onlar özləri və etiqadları üçün təhlükəli olan məsələlər haqqında xəbərdar olmaları bu cür təhlükələri rədd etmək və təkzib etməkdə, qarşısını almaqdan onları ayıq-sayıq, fəal edəcəkdir. Müsəlmanların məsləhəti, xeyri naminə birləşmiş şəkildə hərəkət edəcəklər və beləcə də dinləri, torpaqları həmçinin onların qardaşları üçün meydana gələcək təhlükəni özlərindən sovuşduracaqlar.


Bu elə bir şeydir ki, insanlardan və cinlərdən olan düşmənlər belə bir şeyin olmasını arzu etmirlər, narahatdırlar.


Ona görə də, onlar çox istəyirlər, arzulayırlar ki, Müsəlmanları parçalasınlar, onların birliyini dağıtsınlar və onların arasında düşmənçilik və fikir ayrılığı, ixtilaf, parçalanma toxumlarını səpsinlər.

Allahdan diləyimiz budur ki, O müsəlmanları haqq üzərində cəm etsin və onların cəmiyyətindən hər cür zəlaləti və hər cür ixtilafı uzaqlaşdırsın. Həqiqətən də O bunu etməyə Qadir olandır. Məcmuu Fətaava vəl-Məqaaləətul-Mutanavviəh (5/202-204)


ALLAH TƏALA DAHA YAXŞI BİLİR
Müvəffəqiyyət Allahdandır.
Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Copyright.SelefEqidesi.com, 2007