|
Oruc tutana iftar verməyin fəziləti
 
Sual: Oruc tutan insana iftar verməyin savabı nədir?
Cavab:
 
Həmd Allaha məxsusdur.
- Zeyd ibn Xalid əl-Cuheni rəvayət edir ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm dedi: “Kim oruc tutana iftar verərsə, oruc tutan kəsin əcrindən ən az (cüzi şəkildə) belə əksilməməklə ona da eyni əcr verilir". Əl-Tirmizi, 807. İbn Ma`cəh, 1746. İbn Hibban (8/216) və Şeyx Albani rahiməhumullah (Sahi`h əl-Ca`mi, 6415) hədisə səhih demişdirlər.
 
- Şeyxu`l İslam İbn Teymiyyə rahiməhullah demişdir:
Burada ona (oruc tutana) iftar verməkdən qəsd olunan, onu (oruc tutanı) qane etmək üçün (kifayətlənməsi üçün) kifayət qədər verilən iftardır. Əl-İxtiya`rat,səh.194
 
- Saleh sələflərimiz başqalarını yemək ilə yedirtmək məsələsində həris idilər və onlar bunun ən fəzilətli ibadətlərdən olduğunu düşünürdülər.
 
- Sələfdən bəziləri demişdir: On dostumu dəvət edib onları xoşladıqları yeməklə yedirtməyim mənə İsmayıl ovladlarından on qul azad etməkdən daha sevimlidir.
 
- Sələfdən bir çoxu özləri oruc olduqları halda iftarı digərlərinə üstün tutardılar (buraxardılar). Abdullah ibn Ömər radiyallahu anhumə, Da`vud əl-Ta`i, Ma`lik ibn Ömər və Əhməd ibn Hənbəl onlardandır. İbn Ömər öz orucunu yalnız yetimlərlə, miskinlərlə (ehtiyacı olanlar, kasıblar) açardı.
Sələfdən özləri oruc olduqları halda öz qardaşlarına yemək yedirənlər var idi və oturub qardaşlarına xidmət edərdilər. Əl-Həsən və İbn əl-Mubarək onlardan idi.
 
- Əbu əl-Siva`r əl-Ədəvi demişdir: Ədiyy oğullarından kişilər bu məsciddə namaz qılardılar və onlardan heç biri orucu tək başına qəti açmazdı; əgər onlara qoşulmaq üçün adam tapsaydılar onunla birlikdə yeyərdilər, əks halda onlar yeməklərini məscidə aparıb camaat ilə yeyərdilər və camaat da onlarla yeyirdilər.
 
“(İnsanlara) yemək yedirmək ibadəti"ndən: yemək verilənlərə qarşı sevgi və dostluq yaranması kimi digər ibadətlər doğur ki, bu da Cənnətə daxil olmaq üçün səbəbdir.
 
Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: “Həqiqi iman gətirmədikçə cənnətə daxil olmazsınız, bir-birinizi sevmədikçə həqiqi iman gətirməzsiniz". Muslim, 54.
 
Həmçinin bu əməl; saleh insanlar ilə oturmaq və sizin yeməyinizi yeməklə onların ibadət etməklərinə kömək edərək bu əməlin savabını ummağı tərbiyə edir, həvəsləndirir.
|
|