ŞEYX ABDULƏZİZ İBN ABDULLAH
İBN ABDURRƏHMAN İBN BƏZZ
Müəllifimiz mübarək dəvətdə təxminən 60 il çalışan dahi, hörmətli alim Şeyx ibn Bəzzdir. Abu Abdullah Şeyx AbdulƏziz ibn Abdullah ibn AbdurRəhman Əəl Bəzz hicrətin 1330-cu ilində (miladi ili ilə 1909) Zul Hiccə ayında Riyad şəhərində anadan olmuşdur.

Erkən yaşlarında Qurani Kərimi əzbərləmişdir və daha sonra Səudiyyə Ərəbistanında böyük alimlərin çoxundan elm əldə etdi. Müəllimlərindən bəziləri bunlardır:


  • Şeyx Muhəmməd ibn AbdulLətiif Əəl Şeyx
  • Şeyx Saalih ibn AbdulƏziz Əəl Şeyx
  • Şeyx Muhəmməd ibn İbraahim Əəl Şeyx.
  • Şeyx Sad ibn Hamad ibn Atiiq
  • Şeyx Sad Vaqqas əl-Buxari

Fəzilətli Şeyx Muhəmməd ibn İbraahim Əəl Şeyx öz dövründə Səudiyyə Ərəbistanın müftisi idi. Şeyx İbn Bəzz hörmətli şeyxin yanında olmuş, onu müşaiyət etmiş və təxminən on il ondan dərs almışdır. Beləliklə, İmam Muhəmməd ibn AbdulVahhab ailəsindən dini təhsilini almışdır.

Sonralar Şeyx ibn Bəzz qazi (hakim) təyin edilmiş və təhsil fakultəsində işləmək üçün səlahiyyət verilənə qədər on dörd il bu vəzifədə işləmişdir. Riyad İslam Hüquq Kolleci, Riyad Dini İnstitutunda doqquz il dərs deməyə davam etmişdir. Sonra Mədinə İslam Universitetinin rektor müavini vəzifəsinə təyin edilmişdir. Lakin bundan qısa bir müddət sonra bütün inzibati səlahiyyətlərə nəzarət edən rektor vəzifəsinə təyin edilmişdir. Daha sonra Səudiyyə Ərəbistanı Krallığının İslam Araşdırma, Fətva, Dəvət və Təbliğ üzrə Baş Prezidentliyin rəhbəri təyin olunmuşdur.

Səudiyyə Ərəbistanın Baş Müftisi, bir çox İslam Heyətləri və Şuralarının rəhbəri kimi bir çox vəzifələrdə çalışmışdır. Bu vəzifələrdən ən məşhurları bunlardır:


  • Səudiyyə Ərəbistanı Böyük Alimlər Heyəti,
  • İslam Daimi Elmi Araşdırmalar və Fətvalar Mərkəzi,
  • Müsəlman Dünya İttifaqı nəznində Təsisat Komitəsi,
  • Məscidlərə dair Ümumdünya Ali Şurası,
  • Məkkədə İslam Hüquq Məclisi (Assembleyası), Mədinə İslam Universiteti Ali Şurasının üzvü.

Daha sonra müxtəlif islam elmlərini öyrənməyə davam etmiş və aşağıda qeyd olunan elm sahələrində müvəffəqiyyət qazanmış və seçilmişdir:

• Etiqad elmləri (əqidə)
• Fiqh
• Usulu fiqh
• Hədis
• Quranın təfsiri
• Təcvid
• İlmus suluuk (davranış və əxlaq elmləri)
• Nəhv (Qrammatika)
• Sarf (Morfologiya)

Elm təhsil etdiyi zaman ilk əvvəllər normal görmə qabiliyyəti var idi. Lakin hicrətin 1346-cı ilində xəstəliyə tutulmuş və bu xəstəlik onun görmə qabiliyyətini zədələmişdir. Dörd il sonra, 20 yaşında şeyx kor olmuşdur. Bununla belə, bu xəstəlik şeyxin elm tələb etməsinin qarşısını almamışdır.

Şeyx rahiməhullah təbiəti etibarilə yumşaq və səbrli idi. Davranışında zahid, haqqı söyləməkdə sabit və hikmətli idi. Həyatını dəvətə həsr etmişdi, insanlara dini öyrədir və özünü onların xidmətinə qoymuşdu. Həqiqətən də, onun davranışı, rəftarı və dərin elmi-Allahın neməti sayəsində- dünyanın bütün bucaqlarında olan saysız-hesabsız insanlar üzərində böyük təsir yaratmışdı. Onun yazıları və ümmətin əhvalları ilə əlaqədar fətvaları şeyxin dərin elminə, İslamın rifahı üçün narahatçılığına və agah olduğuna dəlalət edir. Həqiqətən, müsəlmanların vəziyyəti və islam düşmənlərinin hilələri ilə əlaqədar məlumatlı olması, Şəriətdə əsaslandırılmış qaydalara müvafiq olaraq bu cür hilələrin ifşa edilməsi və rədd edilməsi-fərqi yoxdur yazı ilə, danışmaqla və yaxud digər vasitələrlə- müsəlmanların üzərinə düşən fərzi kifayədir(kollektiv məsuliyyət). Hər kim özünü bu mübarək dəvət ilə məşğul edərsə o tərifə, təşəkkürə layiqdir və vallahi ki, Allah tərəfindən mükafatlandırılacaqdır. Bu, cihadın qapılarındandır, ona görə də hər kim bu dəvəti etmək üçün ayağaq qalxarsa, həqiqətdə müsəlmanların döyüş sıralarında mövcud olan boşluqları mühafizə edir.

Ümmətin vəziyyəti ilə əlaqədar fətvaları və bəzi əlyazmaları-əqidəyə dair bir çox əlyazma və fətvaları ilə yanaşı-Məcmuu Fətaavaa va Məqaaləət Mutanavviəh başlığı altında cəm olunmuşdur. Hal-hazırda yeddi cilddən ibarətdir.

Onun bəzi əlyazmaları:

Ərəb milliyyətçiliyinin tənqidi (1/284)

Ateizm, kapitalizm və masonluğun dağıdıcı ideologiyalarına qarşı mübarizədə elmli olmağın əhəmiyyəti (4/59)

Hindistanda Babir Məscidi və müsəlmanların hisslərinə hörmət (7/349)

Avropada və Amerikada müsəlman azlıqlar və onlara yardım etməyə, dəstəkləməyə olan ehtiyac (2/370)

Düşmənləri qarşısında müsəlmanların zəifliyinin səbəbləri və bunu müalicə etmək üçün çarələr (5/101)

Xristianlar, sionistlər və komunistlət tərəfindən ideoloji hücumlar və onlar tərəfindən işlənən, istifadə olunan metodlar (3/438)

Şeyx hicrətin 1420-ci ilində Muhərrəm ayının 27-də (miladi tarix ilə 1999-cu il, may ayının 13-ü), cümə axşamı dünyasını dəyişdi. Allah şeyximizə rəhmət etsin. Amin.


ALLAH TƏALA DAHA YAXŞI BİLİR
Müvəffəqiyyət Allahdandır.
Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və səhabələrinin üzərinə olsun.

Copyright.SelefEqidesi.com, 2007