![]() |
![]() |
|
YALNIZ YAXŞI ƏMƏLLƏR ALLAHA YAXINLAŞDIRAN VASITƏLƏRDIRQəribədir ki, elm iddiasında olan bəziləri yuxarıdakı iki ayəni çoxlarının adət etdiyi peyğəmbərlərin zatı, haqqı, hörməti və ya gücü ilə təvəssülə dəlil gətirirlər. Bunlar yalançı dəlillərdir, ayələri onlarla bağlamaq olmaz. Çünki bu cür təvəssülün məqbul və qanuni olması şəriətlə sübut edilməmişdir. Buna görə də əməli-saleh sələflər bu cür dəlili nə qeyd etmiş, nə də bu cür təvəssülü bəyənmişlər.Onlar bu iki ayəni yalnız aşağıdakı şəkildə başa düşmüşlər: Allah təbarəkə və təala bizə tam istəklə Ona yaxınlaşmağı, tam yaxınlıq üçün Ona doğru getməyi, bütün vasitələrlə Onun rizasını qazanmağı əmr etmişdir. Allah –təala çoxsaylı başqa ayələrdə bizə öyrədir ki, əgər biz Ona yaxınlığı istəyirirksə, Ona xoş gələn və Onu razı salan yaxşı əməllərimizlə Ona üz tutmalıyıq. Allah bu əməlləri bizə tapşırmış, onları müəyyənləşdirməyi bizim ağlımızın və zövqümüzün öhdəsinə buraxmamışdır. Əks təqdirdə, bu əməllər bir-birindən fərqlənir, cinlər, bir-birinə qarışar və zidd gələr. Sübhanəhu bu işdə yalnız Ona müraciət etməyi, yalnız Onun göstərişlərini və əmrlərini yerinə yetirməyi buyurmuşdur. Çünki nəyin Qüdrət və Cəlal Sahibini razı saldığını yalnız Onun Özü bilir. Buna görə də Allaha yaxınlaşdıran vasitələri bilmək üçün hər bir məsələdə Allah-Sübhanəhunun şəriətinə, Onun Peyğəmbərinin (s.s.) izahlarına müraciət etmək bizə vacibdir. Bu o deməkdir ki, Allahın Kitabına, Peyğəmbərin (s.s.) Sünnəsinə müraciət etməliyik. Peyğəmbərimiz (s.s) bizə bunu nəsiyyət edərək demişdir: «Sizə iki şeyi qoyub gedirəm. Onlara bağlansanız yol azmazsınız: Allahın Kitabı və Peyğəmbərinin Sünnəsi». ƏMƏL NƏ VAXT YAXŞI OLUR? Kitab və Sünnədən aydın oldu ki, əməlin yaxşı, əqbul və Allah-sübhanəhuya yaxınlaşdıran olması üçün onun iki mühüm və böyük şərti ödəməsi vacibdir. Bunlardan birincisi mal sahibinin həmin əməllə Allahın mübarək camalına üz tutmasıdır. Ikincisi bu əməlin Allah təbarəkə və təalanın Kitabında buyurduğu şəriətə, yaxud Onun Peyğəmbərinin (s.s) öz Sünnəsində açıqladığı izahata uyğun gəlməsidir. Bu iki şərtdən birinin pozulması əməlin yaxşı və məqbul olmaması deməkdir. Təbarəkə və təalanın bu kəlamı deyiləni sübut edir: «Rəbbi ilə görüşü arzulayan yaxşı əməl sahibi olmalı, ibadətdə Rəbbinə heç nəyi şərik qoşmamalıdır» (əl-Kəhf,110). Sübhanəhu bizə əməlin yaxşı, yəni Sünnəyə müvafiq olmasını buyurur. O, həmçinin buyurur ki, bu əməl sahibi yalnız Allaha məxsus etməli, başqasını nəzərdə tutmamalıdır. Hafiz ibn Kəsir təfsirində yazır: «Məqbul əməlin iki əsası bunlardır: əməlin tamamilə Allaha aid edilməsi və Peyğəmbərin (s.s.) Sünnəsinə uyğun gəlməsi». Belə bir fikir qazi Iyazdan (Allah ona rəhmət eləsin!) və başqalarından da rəvayət edirlir. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |