ÜÇÜNCÜ ŞÜBHƏ: TƏVƏSSÜL BARƏDƏ ZƏIF HƏDISLƏR


     
Bidətçi təvəssülü mümkün hesab edənlər çoxsaylı hədislərə əsaslanırlar. Bu hədislərlə yaxından tanış olduqda onları iki növdən ibarət olduğunu görə bilərik.: Peyğəmbərə (s.s) mənsubiyyəti sübut edilən, lakin kor kişinin hədisi kimi bidətçilərin istəklərinə cavab verməyən və onların iddialarını dəstəkləməyən hədislər. Bu növ barədə artıq danışmışıq. Ikinci növə həmçinin Rəsulullaha (s.s) mənsubiyyəti sübut edilməyən, bəziləri onların istəklərinə cavab, bəzilərisə verməyən hədislər daxildir. Bu hədislər əksər hallarda səhih olmur, Onların ən məşhurlarını qeyd etməklə kifayətlənək.
      Birinci hədis:
      Əbu Səid əl-Xudridən rəvayət olunan hədis: «Namaz qılmaq məqsədilə evindən çıxan kəs deyir: «Ilahi, mən Sənə yalvaranların haqqı ilə, getdiyim yolun haqqı ilə yalvarıram. Mən nə təkəbbür, nə də lovğalıq göstərirəm… «Allah ona üz tutar». Bu hədisi Əhməd rəvayət etmişdir (3/21. Mətn onundur). Həmçinin ibn Macə də «Zəif hədislər silsiləsi» ndə (24 saylı hədis) ondan müfəssəl şəkildə bəhs edir. Zəif istinadlı hədisdir. Bu hədisi Ətiyyə Övfi Əbu Səid əl-Xudridən rəvayət etmişdir. Ətiyyənin hədisi zəifdir.
      Ikinci hədis:
      Sadiq xanın qeyd etmiş olduğu Bilalın hədisi. O demişdir: «Peyğəmbər (s.s) namaza çıxanda deyərdi: «Bismillah! Allaha iman gətirdim, Allaha təvəkkül etdim. Allahdan başqa güc və qüdrət yoxdur. Ilahi, Sənə yalvaranların haqqı ilə, çıxdığım bu yolun haqqı ilə . Mən nə təkəbbür, nə də lovğalıq göstərirəm…» Bu hədisi Ibn Sunni «Bu günün və gecənin işi» (99 saylı) əsərində Vazi ibn Nafi Üqeyli vasitəsilə Əbu Səlma ibn Əbdürrəhman və Cabir ibn Abdulladan rəvayət edir.
      Mən deyirəm: Bu istinad çox zəifdir. Bunu Vazi də hiss etmişdir. O yalan deyə bilməzdi. Bu, «Zəif hədislər silsiləsi»ndə açıqlanır. Yoxsa ən-Nəvəvi «Zikrlər» əsərində deməzdi: «Hədis zəifdir, onu rəvayət edənlərdən biri Vazi ibn Nafi Üqeylə də onun zəifliyi ilə razıdır. Bu hədisi o da inkar etmişdir».
      Hər iki hədis zəif olmaqla bərabər, insanlar vasitəsilə təvəssülə qətiyyən dəlalət etmir, yuxarıda qeyd edilən və şəriətlə icazə verilən təvəssül növlərindən birinə aiddir. Bu növə Allah-təalanın mübarək sifətlərindən biri ilə Qüdrət və Cəlal sahibinə təvəssül daxildir. Çünki hər iki hədisdə Allaha yalvaranların və namaz qılanların getdikləri yolun haqqı ilə təvəssül ifadə edilir. Yalvaranların Allah üzərində haqqı nədir? Şübhəsiz ki, bu haqq onların dualarına cavab verməkdir. Allahın bəndələrinin duasına cavab verməsi Qüdrət və Cəlal sahibinin sifətlərindən biridir. Məscidə gedən müsəlmanın haqqı isə Allahın onu bağışlaması, onu Cənnətə daxil etməsidir, həm də Allah-təalanın məğfirəti (bağışlaması), mərhəməti və ona itaət edən bəzi məxluqlarını Cənnətə daxil etməsidir. Bütün bunlar Təbarəkə və təalanın sifətləridir.
      Bununla bildik ki, bidətçilərin əsaslandığı bu hədis onların özünə qarşı çevrilir və düzgün dərk edildikdən sonra əlimizdə onlara qarşı dəlil (arqument) olur. Bəxş etdiyi uğura görə Allaha həmdü-səna olsun!
      Üçüncü hədis:
      Əbu Imamədən belə rəvayət edilir: «Peyğəmbər (s.s) səhər və axşam vaxtları bu duanı oxuyardı: «Ilahi, Sən zikr edilməkdən də böyük haqqa maliksən, ibadət edilməkdən də böyük haqqa maliksən…. Səmaları və yeri işıqlandıran mübarək sifətinin (üzünün) nuru ilə, sənə məxsus bütün haqq ilə, Sənə yalvaranların haqqı ilə yalvarıram».
      Heysəmi «Məsmə əz-Zəvaid» (10/Y17) əsərində yazır: «ət-Təbərani bu hədisi rəvayət etmişdir və həmçinin Fəzzal ibn Cubeyr də onu verir. Ümumi fikrə görə, zəif hədisdir».
      Mən deyirəm: «O, çox zəif hədisdir. Ibn Hibban onu ittiham edərək demişdir: «Qoca iddia edir ki, onu Əbu Imamadən eşitmişdir, ondan ona aid olmayan hədisi rəvayət edir».
      Dördüncü hədis:
      Ənəs ibn Malik demişdir: «Əlinin anası Fatimə bint Əsəd ibn Haşim (Allah onların hər ikisindən razı olsun!) vəfat edəndə o, Üsamə ibn Zeydi, Əbu Əyyub Ənsarini və Ömər ibn Xəttabı və qəbir qazmaq üçün bir qara qulu çağırdı. Işlər qurtaranda Rəsulullah (s.s) içəri girib dedi: «Dirildən də, öldürən də Allahdır. O canlıdır, ölməzdir. Anam Fatimə bint Əsədin günahlarını bağışla, onun ehtiyaclarını ödə, Peyğəmbərinin və məndən qabaqkı Peyğəmbərlərin haqqı ilə onun qəbrini genişləndir. Sən ən mərhəmətlisən».
      Heysəmi «Məcmə əz-Zəvaid» əsərində (9/257) yazır: «Bu hədisi ət-Təbərani verir. Ibn Səlah da onunla razıdır. Ibn Hibban və əl-Hakim ona etimad edirlər. Hədisdə zəiflik vardır».
      Beşinci hədis:
      Ümeymə ibn Abdulla ibn Xalid ibn Əsyəd demişdir: «Peyğəmbər (s.s) mühacir səluklar (kasıblar,yoxsullar – tərc.) vasitəsilə qələbə diləyərdi».
      Əleyhdarlarımızın fikrincə, bu hədis göstərir ki, Peyğəmbər salavatullah Alla-təaladan mühacirlərdən olan kasıblar və yoxsullar vasitəsilə ona kömək etməyi, zəfər qazandırmağı rica edərmiş. Onlar iddia edirlər ki, mübahisəli təvəssüldür. Bu iddiaya iki nöqteyi-nəzərdən cavab vermək olar:
      Birincisi, hədis zəifdir. Ümeyyənin əshabə olması da sübut edilməmişdir.
      Ikincisi, hədis hətta səhih olsa belə, heç də əməli-saleh adamların özü ilə təvəssülə dəlalət etmir. Zəfər qazanmaq istəyi əməli – saleh adamların özləri ilə deyil, duaları ilə ifadə edilir.
      Altıncı hədis:
      Ömər ibn Xəttabdan rəvayət edilir: «Adəm günah işlətdikdə demişdir: «Ya Rəbb! Sənə Məhəmmədin haqqı ilə yalvarıram ki, məni bağışlayasan». Rəbb ondan soruşdu: «Ey Adəm! Mən Məhəmmədi hələ yaratmamış, sən onu necə tanıdın?» O deyir: «Ya Rəbb! Sən məni əllərinlə yaradanda, mənə ruhunla üfürdükdə başımı qaldırdım. Ərşinin dayaqlarında bu yazını gördüm: «La ilahə illəllah, Mühəmməd rəsulullah». Mən bildim ki, Sən adına yalnız on çox sevdiyi adamın adını əlavə edirsən. Təala buyurdu: «Səni bağışladım. Əgər Məhəmməd olmasaydı, mən heç səni də yaratmazdım».Bu hədisi əl-Hakim «əl-Müstədrək» də verir (2/615) və deyir: «Istinadı səhihdir. Bu kitabda verilən və Əbdürrəhman ibn Zeyd ibn Əsləmə məxsus ilk hədisdir». Bu sözlərin ardınca əz-Zəhəbi də deyir: «Mən deyirəm: Amma qondarmadır. Əbdürrəhman zəif rəvayətçidir. Abdullah ibn Əsləm fəhrini heç tanımıram. Bu hədisi rəvayət edən əl-Hakimin nöqsanlarından biri də odur ki, elə həmin «əl-Müstədrək»də başqa bir hədis (3/332) verir. O da Əbdürrəhmana məxsusdur. Bu hədisin səhihliyini təsdiq etməyən əl-Hakim deyir: «hər iki şeyx (əl-Buxarı və Müslim – tərc.) Əbdürrəhman ibn Zeydə əsas lanmışlar».
      Mən deyirəm: «Fəhrini əz-Zəhəbi «əl-Mizan»da verir, ona bu hədisi şamil edir və deyir: «Cəfəng məlumatdır».
      Hafiz ibn Həcər «əl-Lisan» əsərində (3/360) Fəhri barədə yazır: «Mən onun bu hədisi qəbul etməsini istisna etmirəm, bu hədis onun qoyduğu bəlküyə uyğundur». Mən deyirəm: «Bu hədisi Abdulla ibn Müslim ibn Rüşeyd qəbul etmişdir». Hafiz demişdir: «Bu hədisi ibn Hibban qeyd etmişdir. Bu hədisi qondarmaqda Leysi, Maliki və Ibn Ləhiəni ittiham etmişdir. O yeni kitablarda verilmir. Ibn Hüdbədən də bu rəvayət edilmişdir. Qondarma olması görünür».
     
BU HƏDISIN QURANA ZIDD OLMASI
     
Alimlərin bu hədisi qondarma və cəfəng olması barədə fikrini onun iki məqamda Qurani-Kərimə zidd olması dəstəkləyir: Birincisi, hədisə görə, Allah-təala Adəmi onun Məhəmməd (s.s) vasitəsilə təvəssül etdiyinə görə bağışlayır. Allah-təala buyurmuşdur: «Adəm Rəbbindən bəzi sözlər öyrənərək tövbə etdi. Doğrudan da, O, mərhəmətli, tövbə qəbul edəndir» (əl-Bəqərə,37).
      Bu sözlərin təfsirini Quranın şərhçilərindən biri olan Ibn Abbas (Allah ondan da, atasından da razı olsun!) verir. Onun təfsiri də bu hədisə ziddir. Rəvayəti verən Hakim yazır (3/545): «Adəm Rəbbindən bəzi sözlər öyrənərək deyir: «Ey Rəbb! Məni əllərinlə yaratmısanmı?» Rəbb deyir: «Bəli». Adəm deyir: «Oz ruhundan mənə üfürmüsənmi?» Deyir: «Bəli». Adəm deyir: «Ey Rəbb! Məni Cənnətə sakin etməmisənmi?» Rəbb deyir: «Bəli». Adəm deyir: «Mənim tövbə etdiyimi, düzəldiyimi gördünmü? Məni Cənnətə qaytararsanmı?» Deyir: «Bəli». Rəbbin sözləri budur: «Adəm Rəbbuindən bəzi sözlər öyrənərək tövbə etdi». Əl-Hakim deyir: «Istinad səhihdir». Əz-Zəhəbi də bu fikirlə razıdır. Ibn Abbasın hədisi onların dedikləri kimi səhihdir.
      Mən deyirəm: «Ibn Abbasın bu hədisində iki məsələ qoyulur.
      Birincisi, bu qeybə aid iş olduğu üçün sadəcə olaraq mücərrəd rəyə əsasən irəli sürülmüş və bu məsələ ayənin təfsirində şərh edilir. Öz yerində olduğu kimi bu məsələ qoyulmur. Xüsusilə əgər bu fikir böyük şərhçi Abdulla ibn Abbasa (Allah onların hər ikisindən razı olsun!) məxsusdursa, Ibn Abbas barədə Peyğəmbər (s.s) demişdir: «Ilahi, onu dində faqih , şərhdə bilik sahibi et!»
      Ikincisi, sonda deyilən «Əgər Məhəmməd» olmasaydı, Mən heç səni də yaratmazdım» elə böyük və həssas məsələdir ki, ya hamının razılaşdığı mətnlərlə sübut edilir, ya da başqalrı tərəfindən səhih hesab edilir. Əgər bu hədis səhih olsaydı, o, Kitab və səhih Sünnədə verilərdi. Onun həqiqətdə səhihliyini fərz etməklə əsas mətnin olması Təbarəkə və Təalanın bu kəlamına ziddir: «Zikri biz nazil etmişik, heç şübhəsiz ki, biz də onu qoruyacağıq» (əl-Hicr,9).
      Bu mətndə zikr bütünlüklə həm Qurani-Kərim, həm də Sünnə daxil olmaqla bütövlükdə şəriət deməkdir. Bu fikri Ibn Hazm də təsdiq edərək öz «əl-Əhkam» əsərində yazır ki, Allah-təbarəkə və təala Adəmi və onun zürriyyətini yaratmış olduğu hikmət barədə bizi xəbərdar edərək buyurur: «Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratmışam» (əz-Zariyat,56).
      Bu hikmətdən fərqli olan və ya ona əlavə olan hər bir şey yalnız səhihliyi məsum Peyğəmbərin (s.s) təsdiq etdiyi və bu batil hədisə zidd olan bir fikir kimi qəbul edilə bilər. Buna misal olaraq adamlar içində geniş yayılmış «Sən olmasaydın, sən olmasaydın, fələklər xəlq edilməzdi» sözlərini göstərmək olar. Bu sözlərin batilliyini şəriət alimləri Sənanı və Şövkanı sübut etmişdir.
      Yeddinci hədis:
      «Mənim yerimlə təvəssül edin, yerim Allah dərgahında böyükdür»
      Bəziləri onu belə rəvayət edirlər: «Allaha yalvarsanız, ona mənim yerimlə yalvarın. Allah dərgahında yerim böyükdür». Bu batil bir hədisdir, heç bir əsası yoxdur. Yeni kitablarda verilmir. Onu yalnız bəzi cahillər rəvayət edirlər.Bu fikri şeyxülislam Ibn Teymiyyə (Allah ona rəhmət eləsin!) özünün «əl-Qəvaid əl-cəlilə» (səh,132 və 150) kitabında təsdiq edir.
      Deməli, Peyğəmbərin (s.s) Rəbbini dərgahında yeri və hörməti son dərəcə böyük olduğuna görə biz onun vasitəsilə Allah-təalaya təvəssül etməliyik, çünki bu isə Salavatullahın icazə verməsi barədə bir dəlil yoxdur. Buna belə bir məsələ də aydınlıq gətirir ki, insanların düzgün həyata keçirdikləri rüku və səcdə təzim (hörmət) əlamətidir. Onlardan bəziləri bu günün özünə də onlar üçün hörmətli olan şahlarına və rəislərinə təzim etməkdədirlər. Müsəlmanlar hamılıqla belə bir fikirdədirlər ki, Məhəmməd (s.s) onlar üçün ən əzəmətli, ən ülvi insandır. Görəsən onlar həm onun sağlığına, həm vəfatından sonra ona qiyam, rüku və səcdə edə bilərlərmi? Cavab: Bunu mümkün hesab edən şəxs mütləq onun şəriətə uyğun gəldiyini sübut etməlidir. Əgər diqqətlə baxsaq, görərik ki, səcdə və rüku yalnız Allah-sübhanəhu və təalaya aid ola bilər. Peyğəmbər (s.s) bir adamın başqasına səcdə və ya rüku etməsini yasaq etmişdir. Sünnədə həmçinin Peyğəmbərin (s.s) qiyamın insana aid edilməsinə ikrah hissi bəslədiyini görürük. Bu onun şəriətə uyğun olmadığını göstərir. Görəsən, Rəsulullaha (s.s) səcdəyə mane olduğumuzu görəndə kimsə bizim Peyğəmbərin (s.s) hörmət və yerini inkar etdiyimizi deməyəcəkmi? Yox və yenə yox!
      Həmçinin Peyğəmbərin (s.s) Allah dərgahında yerini ona səcdə və rükunu sübut etməklə sübut edə bilərmi? Yenə də deyirik: Yox,yox!
      Bu dediklərimizdən aydın olur ki, Peyğəmbərin (s.s) Allah dərgahında yerinin sübutu ilə təvəssül arasında əlaqə yoxdur, çünki bu, şəriətdə buyurulmamışdır.
      Peyğəmbərə (s.s) hörmətin ifadəsi olaraq biz ona tabe olmalı, ona itaət etməli, həmçinin Onun Rəbbinə itaət etməliyik. Peyğəmbərin (s.s) bu sözləri sübut edilmişdir: «Sizi Allaha yaxınlaşdıra bilən elə bir şey yoxdur ki, onu sizə əmr etməyim» (əş-Şafinin, ət-Təbarəninin və b. rəvayətidir). O, bu cür təvəssülü buyurmamışsa, onda deməli ibadət deyil, məhəbbət əmri vermişdir. Biz də bu işdə ona tabe olmalı, bu sahədə öz hisslərimizi bir kənara qoymalıyıq ki, Peyğəmbərə (s.s) məhəbbət bəhanəsi ilə Allahın dininə aid olmayan şeylər bu dinə daxil etməyək. Səmimi məhəbbət tabeçiliklə olur, bidətlə yox. Allah-təalanın buyurduğu kimi: «Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızdan keçsin. Allah mərhəmətli, bağışlayandır» (Ali-Imran,31).
      Şeyxülislam Ibn Teymiyyə «əl-Qəvaid əl-cəlilə» əsərində yazır (səh,19-20); «Nə Peyğəmbər (s,s), nə də ondan əvvəlki peyğəmbərlərdən biri insanlara mələklərə, peyğəmbərlərə və ya əməli-salehlərə öləndən sonra, nə də qeybə çəkiləndə dua etməyi, onlardan vasitəçilik diləməyi icazə verməmişlər. Heç kəs demir: «Ey Allahın mələkləri, mənim üçün Allah dərgahında vasitəçilik edin, Allaha bizim əvəzimizdən yalvarın ki, bizə zəfər qazandırsın, bizə ruzi versin, bizi doğru yola yönəltsin».
      Nə də ki, vəfat etmiş peyğəmbərə və ya əməli-saleh adama deyilir: «Ya Allah Peyğəmbəri! Ey Allahın valisi! (Əslində: Allahın rəsulu, elçisi) Mənim üçün Allaha dua et, Allaha yalvar. Yalvar ki, məni bağışlasın…» Həmçinin: «Mən günahlarıma, ruzimin azlığına, düşmənin mənə üstün gəlməsinə görə və ya filankəsin zülmündən Sənə şikayət edirəm» demir. Belə də demir: «Mən Sənin evinə gəlmişəm, Sənin qonağınam, Sənə qonşuyam. Yaxud Sən əsr istəyənlərə əsr verənsən». Heç kəs vərəqə yazıb qəbir üstünə asmır, filankəsdən əsr dilədiyi barədə protokol yazmır və ya bu protokolla qəbul edə bilənin yanına getmir. Kitab əhlindən və müsəlmanlardan olan bidətçilərin yol getdikləri əməllər belədir. Bu əməllərə xristianlar öz kilsələrində, həmçinin bəzi müsəlman bidətçilər Peyğəmbərlərin və əməli-salehlərin qəbrləri üstündə və ya qeybə çıxdıqları yerlərdə yol verirlər. Islam dini tam aydınlıqla öyrədir, rəvayətlər və müsəlmanların vahid rəyi sübut edir ki, Peyğəmbər (s.s) bunu öz ümmətinə icazə verməmişdir. Həmçinin ondan əvvəlki Peyğəmbərlər də belə bir qanun qoymamışlar. Bu işi nə Salavatullahın əshabələrindən, nə ardıcıllarından biri görmüş, nə müsəlman imamlar – nə dörd imam, nə də başqaları bunu bəyənmişlər. Imamlar bu kimi əməllərə nə həcc ziyarətində, nə də ki başqa hallarda yol verildiyini qeyd etmişlər. Bir sözlə, heç kəs Peyğəmbərin (s.s) qəbri üstündə ona yalvarıb özü üçün vasitəçilik etməmiş, yaxud milləti üçün dua etməmiş, rica istəməmiş, yaxud millətə baş verən bədbəxtliklərə – dinin və dünyanın müsibətlərinə görə ona şikayət etməmişdir. Peyğəmbərin (s.s) vəfatından sonra onun əshabələri çox sınaqlara çəkildilər: bəzən quraqlıqla, bəzən aclıqla, bəzən qorxu ilə, bəzən düşmən qüvvəsi ilə, bəzən günah və asiliklə. Lakin onların heç biri nə Rəsulun, nə Ibrahim peyğəmbərin, nə də ki, başqa bir peyğəmbərin məzarı başına gəlib: «Bizim yaxud öz millətin üçün Allaha yalvar ki, bizə ruzi bəxş etsin, bizə zəfər qazandırsın, bizi bağışlasın» demişdir. Bu və buna bənzər əməllər müasir bidətcilikdir ki, onu müsəlman imamları bəyənməmişlər. Bu əməl müsəlman alimlərin vahid rəyinə əsasən vacib və müstəhəb (bəyənilən) deyildir. Hər bir bidət vacib və müstəhəb deyildir, müsəlmanların ümumi rəyinə görə çox pis bir bidət və yol azmaq deməkdir.
     
DÖRDÜNCÜ ŞÜBHƏ: XALQIN MƏXLUQLARLA MÜQAYISƏSI

Başlıqlar

  • Təvəssül (Allaha yaxinliq istəyi) növləri və hökmləri
  • Birinci fəsil təvəssülün dil və quran baximindan anlami
  • Yalniz yaxşi əməllər Allaha yaxinlaşdiran vasitələrdir
  • Ikinci fəsil şəriətə uyğun gələn təvəssül və onun növləri
  • Birinci şübhə
  • Ikinci şübhə
  • Üçüncü şübhə: təvəssül barədə zəif hədislər
  • Dördüncü şübhə: xalqin məxluqlarla müqayisəsi
  • Copyright@www.SelefEqidesi.com, 2006