TƏVƏSSÜL (Allaha yaxınlıq istəyi) NÖVLƏRI və HÖKMLƏRI


     
Insanlar təvəssül, onun dində yeri məsələsində çaş-baş qalmış, bir-birilə böyük ixtilaflarda olmuşlar. Məsələn, uzun əsrlərdən bəri müsəlmanlar öz dualarında bu sözləri deməyə alışmışlar: «Ilahi, peyğəmbərinin Sənin dərgahında haqqı, onun gücü və ya qüdrəti ilə mənə şəfa ver, yaxud məni bəladan qurtar!», «Ilahi, mən Beytül-həramın (Kəbənin –tərc.) haqqı ilə Səndən bağışlanma diləyirəm!», «Ilahi, filan və filan övliyaların və əməli-salehlarin gücü ilə…», «Ilahi, dərgahında olan Allah adamlarının kəramətilə bizimlə mövcud olanın və imdadımıza çatanın gücü ilə qayğılarımızı yüngülləşdir!», «Ilahi, biz Sənə yalvarırıq; vasitəçi ilə Sənə yalvarırıq ki, Islam və müsəlmanlara kömək edəsən!» və s.
      Onlar bunu təvəssül adlandırıb iddia edirlər ki, bu, məqbuldur və şəriətə uyğundur, bəzi ayə və hədislər bu fikri təsdiqləyir və qanuniləşdirir, hətta onunla əməl edir, onu sövq edir. Bu növ yaxınlığa icazə verilməsi məsələsində bəziləri ifrata vararaq övliyaların qəbirləri, onların məzarlarındakı dəmir qurğular, bu qəbirlərin yaxınlığındakı daş, torpaq və ağac kimi belə yüksək ləyaqət dərəcəsinə çatmamış bəzi məxluqları vasitəsilə təvəssülü mümkün hesab etmişlər. Onlar iddia edirlər ki, əzəmətli olanın yaxınlığındakı şeyin özü də əzəmətlidir, Allahın qəbrin sakininə qarşı kəraməti bu qəbrin özünə də aiddir, hətta o Allaha yaxınlıq üçün vasitə ola bilər və həm də bəzi sonrakı dövr ailmləri Allahdan qeyrisindən kömək diləməyi məqbul saymışlar.
      Bəs görəsən təvvəsül nə deməkdir? Onun növləri hansılardır? Onun barəsində olan ayə və hədislərin mənası nədir? Onun Islamda səhih hökmü nədir?
     
BIRINCI FƏSIL TƏVƏSSÜLÜN DIL VƏ QURAN BAXIMINDAN ANLAMI

Başlıqlar

  • Təvəssül (Allaha yaxinliq istəyi) növləri və hökmləri
  • Birinci fəsil təvəssülün dil və quran baximindan anlami
  • Yalniz yaxşi əməllər Allaha yaxinlaşdiran vasitələrdir
  • Ikinci fəsil şəriətə uyğun gələn təvəssül və onun növləri
  • Birinci şübhə
  • Ikinci şübhə
  • Üçüncü şübhə: təvəssül barədə zəif hədislər
  • Dördüncü şübhə: xalqin məxluqlarla müqayisəsi
  • Copyright@www.SelefEqidesi.com, 2006