IKINCI ŞÜBHƏ


     
Kor kişinin hədisi. Ömərin Abbas (Allah onların hər ikisindən razı olsun!) vasitəsilə təvəssül etməsi barədə hədisi araşdırdıqdan sonra aydın oldu ki, burada müxaliflərin lehinə yox, əleyhinə dəlil vardır. Indi isə kor kişinin hədisinin mənasını aydınlaşdıraq və görək bu onların lehinə, yoxsa əleyhinə olan dəlildir?
      Əhməd və başqaları Osman ibn Hənifə səhih istinadla bu hədisi verirlər: «Bir kor kişi Peyğəmbərin (s.s) yanına gəlib deyir: «Allaha dua et ki, mənə şəfa versin». Salavatullah deyir: «Istəsən, sənin üçün dua edərəm, istəsən, onu kecikdirərəm. Bu daha yaxşıdır». (Rəvayətdə deyilir: Istəyirsən, səbr elə; bu daha yaxşıdır). Kişi deyir ki, dua elə. Salavatullah ona dəstəmaz almağı, həm də dəstəmazı düzgün almağı, iki rükət namaz qılmağı və bu duanı oxumağı əmr edir: Ilahi, mən Sənə yalvarıram, mərhəmət Peyğəmbəri olan Peyğəmbərin Məhəmməd vasitəsilə Sənə üz tuturam. Ey Məhəmməd, mən bu ehtiyacıma görə sənin vasitənlə Rəbbimə üz tutdum. Istəyimi yerinə yetir. Ilahi, onu mənim vasitəçim et! (Məni də ona vasitəçi et!). Kişi bunları etdi və sağaldı». («Müsnəd» - 4/138; ət-Tirmizi – 4/281-282; Ibn Macə – 1/418 və b.)
      Müxaliflərimiz bu hədisə istinad edib iddia edirlər ki, o, Peyğəmbərin (s.s) və ya başqa əməli-saleh adamların gücü, qüdrəti vasitəsilə təvəssülün mümkünlüyünü göstərir. Belə ki, Peyğəmbər (s.s) kor kişiyə onun (Peyğəmbərin – tərc.) vasitəsilə təvəssül etməyi öyrətmişdir. Kor kişi bunu etmiş, nəticədə gözləri sağalmışdır.
      Bizim fikrimizcə, bu hədis mübahisəli təvəssül – şəxsin özü ilə təvəssül məsələsində onlar üçün heç bir əsas vermir. Əksinə, bu hədis təvəssülün yuxarıda göstərilən və şəriətə uyğun gələn növlərindən daha birinə –üçüncüsünə dəlalət edir. Belə ki, kor kişinin təvəssülü Salavatullahın duası vasitəsilədir. Hədisin özündə dediklərimizə çoxsaylı sübutlar vardır. Bunların ən mühümlərini göstərək:
      Birincisi: Kor kişi Peyğəmbərin (s.s) yanına dua üçün gəlmişdi. O demişdi: «Allaha dua et ki, mənə şəfa versin». Deməli, o, Allah-təalaya Peyğəmbərin (s.s) duası vasitəsilə təvəssül etmişdir. Çünki o bilir ki, Salavatullahın duası Allah dərgahında daha çox məqbuldur və bununla da başqasının duasından fərqlənir. Əgər kor kişi Salavatullahın özü, onun qüdrəti və ya haqqı ilə təvəssül etsəydi, onda heç Peyğəmbərin (s.s) yanına gəlib özü üçün dua istəməyə ehtiyac olmazdı. O öz evində oturub Rəbbinə dua edərək, məsələn, deyərdi: «Ilahi! Mən Peyğəmbərin qüdrəti, Sənin dərgahındakı yeri ilə Sənə yalvarıram: «Mənə şəfa ver! Gözlərimi aç!» Lakin o bunu etmədi. Nə üçün? Çünki onun özü ərəbdir, «təvəssül»un ərəb dilində mənasını yaxşı başa düşür. O bilir ki, bu sadəcə olaraq, ehtiyac sahibinin dilə gətirdiyi, vasitəsilə təvəssül edənin adını çəkdiyi söz deyil. Bu söz həm də yaxşı əməl , Kitab və Sünnədən bilik sahibinin yanına gəlməyi və ondan dua etməsini istəməyi də əhatə etməlidir.
      Ikincisi: Peyğəmbər (s.s) onu üçün dua edəcəyini vəd etməklə yanaşı nəyin daha yaxşı olduğunu da göstərib demişdir: «Istəsən, dua edərəm, istəyirsən, səbr elə; bu daha yaxşıdır». Bu ikinci məsələ Peyğəmbərin (s.s) öz Rəbbi Təbarəkə və təaladan rəvayət etdiyi hedisdə söylədiyidir: «Mən bəndəmi öz məhbubələri, yəni gözləri ilə sınağa çəkdim. O dözdü. Onların əvəzinə Cənnəti verdim». (əl-Buxari Ənəsə istinadən rəvayət edir. «Səhih» - 2010).
      Üçüncüsü: Kor kişinin israrla dua etməsi və «dua et» deməsi Peyğəmbərin (s.s) onun üçün dua etməyə sövq etdi, çünki Peyğəmbər (s.s) öz vədinə ən sədaqətli adamdır! O, kor kişiyə, əgər istəsə, dua edəcəyini vəd etmişdi. Yuxarıda göstərildiyi kimi kişi bunu istəmişdi və israrla tələb etmişdi. Bu halda Peyğəmbər (s.s) mütləq onun üçün dua etməli idi. Və elə də oldu. Peyğəmbər (s.s) Allah-təalanın onun duasına cavab verəcəyi arzusu ilə mərhəmətindən çıxış edərək bu kor kişini təvəssülün başqa növünə – əməlisaleh adam vasitəsilə təvəssülə doğru yönəltdi. Hər tərəfdən ona xeyrin gəlməsini təmin etmək üçün ona dəstəmaz almağı, iki rükət namaz qılmağı və sonra özü üçün dua etməyi əmr etdi. Bu işlər Allah-sübhanəhu və təalaya itaət əlamətidir və bunlar Peyğəmbərin (s.s) duasından qabaq həyata keçirilir. Bu isə Allah-təalanın yuxarıda göstərilən «Onda vasitəçilik istəyin!» kəlamına daxildir.
      Beləliklə, Peyğəmbər (s.s) kor kişiyə vəd etdiyi dua ilə kifayətlənməyib onun özünü də Allah-sübhanəhu-təalaya itaətin və yaxınlığın ifadəsi olan işlər görməyə sövq edir ki, bu, tam və kamil bir əməl olsun. Allah sübhanəhu-təalanın rizasını qazanmağa daha çox yaxın olsun. Buna görə də, hadisə bütünlüklə, göründüyü kimi, dua məsələsi ətrafında cərəyan edir. Burada müxaliflərin iddialarından heç nə yoxdur.
      Dördüncüsü: Peyğəmbərin (s.s) kor kişiyə öyrətdiyi duada o deməlidir: «Ilahi onu mənim vasitəçim et!» (Bu cümlə Əhmədin rəvayətində də vardır. Həmçinin onu Hakim və başqaları da verir. Istinadı səhihdir).
      Bu, «Peyğəmbərin (s.s) mənim barəmdə olan vasitəçiliyini qəbul et!» deməkdir. Yəni onun mənim gözlərimin açılması barədə duasını qəbul et. Vasitəçiliyin lüğəti mənası duadır. Bununla Peyğəmbərin (s.s) başqa peyğəmbərlərin və əməli-saleh adamların Qiyamət günü etdikləri vasitəçilik dua ilə müqayisədə daha konkretdir. Belə ki, vasitəçilik yalnız iki nəfərin eyni bir şeyi istədiyi halda mümkündür: onlardan biri digəri üçün vasitəçi olur.
      Bu yolla sübut edirdi ki, kor kişi Peyğəmbərin (s.s) ilə deyil, duası ilə təvəssül etmişdir.
      Beşincisi: Peyğəmbər (s.s) kor kişiyə «Onu mənim vasitəçim et!» deməyi öyrədir. Yəni mənim üçün vasitəçiliyi qəbul et. Belə ki, Peyğəmbərin (s.s) duası qəbul edildi və kişinin gözü açıldı. Bu cümlədən yalnız bu mənanı başa düşmək olar.
      Odur ki, müxaliflərimiz bu mənaya etinasızlıq göstərir və ona qarşı çıxırlar. Çünki bu onların bünövrəsini dağıdır, köklərini laxladır. Onlara bunu eşitdirəndə sənə özünü itirmiş kimi baxırlar. Əlbəttə, Peyğəmbərin (s.s) kor kişi üçün vasitəçiliyi başa düşülür. Bəs kor kişi Peyğəmbər (s.s) üçün vasitəçi ola bilərmi? Onlar bu suala qətiyyən cavab verə bilmirlər. Bu onu göstərir ki, onlar da bu cümlənin onların bütün şərhlərini puça çıxardığını hiss edirlər. Onlardan heç brinin bu cümləni istədiyini və öz duasında «Ilahi, Peyğəmbərini mənə, məni də ona vasitəçi et!» sözlərini dediyini görməzsən.
      Altıncısı: Bu hədisi alimlər Peyğəmbərin (s.s) möcüzələri, qəbul edilən duaları və onun duasının xeyir-bərəkəti sayəsində Allahın zahir etdiyi xəstəliklərdən şəfa tapmaq halları sırasında qeyd edirlər. Məhz Peyğəmbərin (s.s) duası sayəsində Allah – təala onun gözlərini açır. Bu yolla şəfa tapmaq Peyğəmbərin (s.s) qüdrəti ilə təvəssül edən başqa korlara da aid olmalı idi. Lakin onlar buna bəzən bütün peyğəmbərlərin, övliyaların, şəhidlərin, əməli-salehlərin, habelə Allah dərgahında mövqeyə malik mələklərin, insanların və cinlərin hər birinin qüdrətini də əlavə edirlər! Peyğəmbərin (s.s) vəfatından keçən bu uzun əsrlər boyu belə bir hadisənin baş verdiyini bilmirik və kiminsə bunu bildiyini güman etmirik.
      Kor kişi barədə hədisin Peyğəmbərin (s.s) duası ilə təvəssülə aid olduğunu, bunun çəxsin özü ilə təvəssülə heç bir əlaqəsi olmadığını sübut edən dəlillərimiz möhtərəm oxucuya aydın oldu. Onda bu da aydın olmalıdır ki, kor kişinin öz duasında «Ilahi, mən Sənə yalavarıram, Sənə Peyğəmbərin (s.s) vasitəsilə təvəssül edirəm» sözləri ilə demək istəyir ki, mən Sənə Peyğəmbərinin duası ilə təvəssül edirəm. Bu cümlədə təyin edilən buraxılıbdır. Dildə bu, məlum hadisədir. Allah-təalanın buyurduğu kimi: «Olduğumuz şəhərdən (Misir əhalisindən) də, birlikdə gəldiyimiz karvandan da soruş. Biz, həqiqətən, doğru danışanlarıq» (Yusif,82). Yəni şəhər əhalisi və karvanda olanlardan soruş. Biz öz əleyhdarlarımıza bu məsələdə yekdilik. Yəni təyin edilənin buraxılması məsələsində bir fikirdəyik. Eyni şeyə biz Ömərin Abbas vasitəsilə təvəssülündə də rast gəlirik. Bu təyin hadisəsində aşağıdakı variantlar ola bilər: Biz Sənə Peyğəmbərinin (qüdrəti) vasitəsilə üz tuturuq. Ya Məhəmməd, mən Sənin (zatınla) və ya (mövqeyinlə) Rəbbimə üz tutduq. Bu onların iddiasıdır. Yaxud bu variantlar ola bilər: Mən Sənə Peyğəmbərinin (duası) ilə, Ya Məhəmməd, sənin (duanla) Rəbbimə üz tuturam.Bu bizim dediyimizdir. Bu iki variantdan birinə onu sübut edən dəlil əsaslanıb üstünlük verməliyik. Peyğəmbərin (s.s) qüdrəti vasitəsilə təvəssülə nə bu hədisdə, nə də başqasında dəlil vardır. Belə ki, burada qüdrət barədə bir söz, işarə və ya ona dəlalət edən bir şey yoxdur. həm də onların Qurandan, nə Sünnədən, nə də əshabələrin əməllərindən qüdrətlə təvəssülə aid bir sübutu vardır. Onların iddiaları boşa çıxdı. Allaha şükür olsun!
      Bizim dediklərimizə dair dəlillər çoxdur. Yuxarıda onları göstərmişəm.
      Başqa bir qeyd ediləsi məsələ də vardır. Əgər kor kişinin hədisinin zahiri mənasına əsaslansaq onda zatla təvəssül görərik. Bu da onun «Ilahi, onu mənim vasitəçim et! Məni də onun vasitəçisi et!» sözlərindən irəli gəlir. Bu olmamalıdır, həm də açıq-aşkardır. Bu da ondan əvvəl gələn cümlə arasında uyğunluq vacibddir. Bu da bizim artıq demiş olduğumuz və «təvəssül dua vasitəsilə olmuşdur» fikrindən başqa bir şey deyildir. Əsas istək sübut edildi, zatla təvəssül iddiası boşa çıxdı. Allaha şükür olsun!
      Ona görə də deməliyəm: «Əgər kor kişinin Peyğəmbərin (s.s) zatı (özü) vasitəsilə təvəssül etdiyi doğru olsaydı, onda bu yalnız Salavatullahın özünə aid olan xüsusi bir məsələ olardı və həmin məsələnin başqa peyğəmbərlərə və əməli-saleh adamlara dəxil olmazdı. Onların belə bir işdə Peyğəmbərlə (s.s) eyniliyini sağlam düşüncə qəbul etmir. Çünki Peyğəmbər (s.s) onların hamısının ağası, ən yaxşısıdır. Ola bilsin, bu üstünlüyü Allah yalnız ona məxsus etmişdir. Çoxsaylı məlumatlar da buna dəlalət edir. Xüsusi olanlar ölçülərə daxil olmur. Kim güman edir ki, kor kişi Peyğəmbərin özü ilə Allaha təvəssül etmişdir, onda bu fikrində qalmalı, Imam Əhmədin və Şeyx Izz ibn Əbdüssalamın (Allah onlara rəhmət eləsin!) göstərdikləri kimi, heç nə əlavə etməməlidir. Bu iş insaflı elmi axtarış aparmağı tələb edir. Allah haqq işə uğur qazandırandır!
      Böhranın inkarı:
      Bu mövzu ilə bağlı çox mühüm bir məsələni aydınlaşdırmaq vacibdir: Biz Peyğəmbərin (s.s), peyğəmbərlərin və əməli-saleh adamların qüdrəti ilə təvəssülü rədd etməklə heç də onların Allah dərgahında qüdrətə, gücə, hörmətə və ya mövqeyə malik olmasını inkar etmirik. Həmçinin bu heç də bizim onlara nifrətimiz, Allah-təala dərgahında onların mövqe və yerinin inkarı, onlara məhəbbət bəsləməməyimiz demək deyildir. Doktor Buti «Fiqh əs-sirə» kitabında (səh,354) bizə bu cür böhtan atır.
     
ÜÇÜNCÜ ŞÜBHƏ: TƏVƏSSÜL BARƏDƏ ZƏIF HƏDISLƏR

Başlıqlar

  • Təvəssül (Allaha yaxinliq istəyi) növləri və hökmləri
  • Birinci fəsil təvəssülün dil və quran baximindan anlami
  • Yalniz yaxşi əməllər Allaha yaxinlaşdiran vasitələrdir
  • Ikinci fəsil şəriətə uyğun gələn təvəssül və onun növləri
  • Birinci şübhə
  • Ikinci şübhə
  • Üçüncü şübhə: təvəssül barədə zəif hədislər
  • Dördüncü şübhə: xalqin məxluqlarla müqayisəsi
  • Copyright@www.SelefEqidesi.com, 2006