DÖRDÜNCÜ ŞÜBHƏ: XALQIN MƏXLUQLARLA MÜQAYISƏSI


     
Müxaliflər deyirlər ki, əməli-saleh adamların özləri və ya qüdrətləri ilə təvəssül etmək lazımdır və buna icazə verilir. Çünki o, gerçəkliyin məntiq və tələblərinə əsaslanır. Belə ki, heç birimiz birbaşa nə şahın, nə vəzirin, nə məsul vəzifəli bir şəxsin yanına gedirik. Bilirik ki, üzümüzə baxmaya da bilərlər, hələ qovmasalar yaxşıdır. Buna görə böyük adama işimiz düşəndə əvvəlcə onu yaxından tanıyan, onunla əlaqəsi olan bir adam axtarıırıq ki, aramızda vasitəçi olsun. Belə etsək, bizə cavab verilə bilər, ehtiyacımız ödənilə bilər. Müxaliflərimizin iddiasına görə, bizim Allah-sübhanəhu ilə əlaqəmiz də bu cürdür. Qüdrət və Cəlal sahibi Allah ən əzəmətlidən də əzəmətli, ən böyükdən də böyükdür. Biz günahkar, asi bəndələrik. Buna görə də Allahın kəndarından çox-çox uzağıq. Biz Ona birbaşa müraciət etmək, Onu çağırmaq ləyaqətinə malik deyilik. Biz bunu etsək,kor-peşman geri qaytarılacağımızdan, heç üzümüzə də baxılmayıb kədər içində qayıdacağımızdan qorxmalıyıq. Bununla yanaşı peyğəmbərlər, rəsullar, şəhidlər kimi Allaha yaxın əməli-saleh adamlar da vardır ki, dua edəndə Allah onların duasını qəbul edir, vasitəçilik etdikdə vasitəçiliklərini qəbul edir. Məgər onlar bizdən üstün deyillərmi, daha doğrusu biz Allaha onların Allah dərgahında olan hörmət və yeri vasitəsilə təvəssül etməməliyikmi? Duamızın önündə bu adamları zikr etməyəkmi? Ola bilsin, Allah-təala, onlara hörmət ifadəsi olaraq bizə də nəzər yetirsin, onların xatirinə dualarımıza cavab versin. Nə üçün siz bu növ təvəssülü qadağan edirsiniz. Halbuki adamlar öz aralarında ondan istifadə edirlər. Nə üçün Rəbbləri və Məbudlərı ilə münasibətdə ondan istifadə etməsinlər?
      Bu şübhəyə cavab olaraq deyirik:
      Siz bununla Xaliqi – Yaradanı məxluqla – yaradılmışla müqayisə edir, səmaların və yerin qəyyumunu, ən böyük hakimi, ən adil olanı, ən mərhəmətli olanı bu zalim hökmdarlara, xalqın mənafeyinə biganə müştəbidlərə, özləri ilə rəiyyət arasında sədd çəkmiş, pərdə asmış diktatorlara bənzədirsiniz. Rəiyyətin əli onlara yalnız müəyyən vasitə ilə çatır. Bu vasitəçilik isə rüşvət və hədiyyədən ibarətdir. Ehtiyac sahibi bu rüşvət və hədiyyədən asılı olur, onlara boyun əyir, onlarla razılaşır və istədiyinə bu yolla yaxınlaşa bilir. Ay yazıqlar, heç ağlınıza gəlirmi ki, bunu edəndə siz Rəbbinizə böhtan atırsınız, Ona tənə edirsiniz, əzab verirsiniz, Ona layiq olmayan və ikrah etdiyi sifətlərlə Onu təsvir edirsiniz?
      Heç ağlınıza gəlir ki, Allah-təalanı zülmkar hökmdarlarla, fiotnəkar müstəbidlərlə müqayisə etməklə Ona ən pis sifətlər şamil edirsiniz? Buna sizin dininz icazə verir? Bu əməl sizin Rəbbinizə təzim etməyiniz, Xaliqinizi ülviləşdirməyinizlə necə uyğunlaşır?
      Görəsən, bir adamın hökmdarla üzbəüz danışması, ona bilavasitə müraciət etməsi, bu işi vasitə və pərdə olmadan görməsi, yoxsa hökmdara yalnız bu və ya digər vasitələrlə müraciət etməsi daha yaxşı və mətuldur?
      Siz söz-söhbət zamanı Ömər ibn Xəttabla (Allah ondan razı olsun!) fəxr edib onu tərifləyir, göylərə qaldırır və adamlara bildirirsiniz ki, o, çox təvazökar adam imiş, təkəbbür və zorakılıqdan uzaq olmuş, insanlarla yaxınlıq edirmiş. Ən kiçik adam belə onunla görüşüb danışa bilərmiş. Səhradan geridə qalmış, kobud bir köçəri ərəb gəlib heç bir vasitəçi və ya maneə olmadan Ömərlə görüşüb danışa bilirmiş. Xəlifə isə onun ehtiyacını öyrənər və haqlı olduqda onu ödəyərdi. Görəsən, bu cür hökmdar daha yaxşı və üstündür, yoxsa Rəbbinizlə müqayisə etiyiniz o zalımlar?
      Sizə nə olub, necə mühakimə yürüdürsünüz? Ağlınız hara gedib? Yoxsa şüurunuzu itirmisiniz? Siz Allah-təalanı zalım hökmdarlara bənzətməyə necə yol verirsiniz? Gör şeytan gözlərinizi necə bağlamışdır ki, Allah-sübhanəhunu ağılsız əmirə bənzədirsiniz?
      Allah-təalanı ən adil, ən düzgün, ən mömin bir adama bənzətsəniz belə küfr edirsinizsə, onda Sübhanəhunu ən zalım, ən fitnəkar, ən xəbis bir adama bənzətməyə nə haqla yol verirsiniz?
      Əgər böyük əzəmət sahibi Rəbbinizi adil və mömin Ömər ibn Xəttabla müqayisə etsəydiniz, şirkə yuvarlanmış olardınız. Şeytan sizi necə yoldan çıxartmışdır ki, siz razı olmaya-olmaya Rəbbinizi zülmkar və fitnəkar şahlar, əmirlər və vəzirlərlə müqayisə etməyi rəva bilirsiniz? Allah-təalanı məxluquna bənzətmək bütünlüklə küfrdür. Allah-sübhanəhu bizi bundan çəkindirərək buyurur: «Onlar (Müşriklər) Allahı qoyub göylərdən və yerdən onlara heç bir ruzi verməyən və buna gücləri çatmayan bir şeyə ibadət edirlər. Allaha heç nəyi bənzətməyin. Bunu Allah bilir, sizsə bilmirsiniz» (ən-Nəhl,74-75).
      Allah-təala həmçinin Özü ilə hər hansı bir məxluqu arasında müqayisə və bənzəyiş aparmağı rədd edərək buyurur: «Onun kimi bir şey yoxdur. O hər şeyi eşidən və görəndir» (əş-Şura,11). Ən pisi adamın yaxşı bir iş görürmüş kimi bədniyyət, şərəfsiz, pozğun hokmdarları Allaha bənzətməsidir. Məhz bu, peyğəmbərlərin Özü ilə təvəssülü inkar etməkdə bəzi alim və tədqiqatçıların ifrata varmasına səbəb olmuşdur. Onlar bunu şirk hesab etmişlər. Bizdə isə bunun Özü heç də şirk deyildir. Biz onun şirk doğula bilməyindən ehtiyat edirik. Doğrudan da, bu əməl yuxarıda göstərilən və əslində müqayisələrlə təvəssülü üzürlü sayanları şirkə aparıb çıxarmışdır. Kaş ki, onlar bunu biləydilər!
     
     

Başlıqlar

  • Təvəssül (Allaha yaxinliq istəyi) növləri və hökmləri
  • Birinci fəsil təvəssülün dil və quran baximindan anlami
  • Yalniz yaxşi əməllər Allaha yaxinlaşdiran vasitələrdir
  • Ikinci fəsil şəriətə uyğun gələn təvəssül və onun növləri
  • Birinci şübhə
  • Ikinci şübhə
  • Üçüncü şübhə: təvəssül barədə zəif hədislər
  • Dördüncü şübhə: xalqin məxluqlarla müqayisəsi
  • Copyright@www.SelefEqidesi.com, 2006