![]() |
![]() |
|
BIRINCI ŞÜBHƏÖmərin Abbas vasitəsilə (Allah onların hər ikisindən razı olsun!) yağış diləməsi barədə hədis. Ayrı-ayrı şəxslərin qüdrəti, hörməti və haqqı ilə təvəssülün mümkünlüyünə etiraz edir, Ənəsin yuxarıda göstərilən hədisi bu etiraz üçün əsas sayırlar: «Ömər ibn Xəttab (Allah ondan razı olsun!) quraqlıq baş verəndə Abbas ibn Əbdülmüttəlibdən yağış yağması üçün dua etməsini istəyərək demişdir: «Ilahi, biz Sənə öz Peyğəmbərimiz vasitəsilə təvəssül edirdik, bizə yağış göndərirdin. Biz Sənə Peyğəmbərimizin əmisi vasitəsilə təvəssül edirik, bizə yağış bəxş elə! (Ənəs) deyir: «Yağış yağdı» (Buxarı və b.) Onlar bu hədisi səhv başa düşərək iddia edirlər ki, Ömər (Allah ondan razı olsun!) Abbasın (Allah ondan razı olsun!) qüdrəti, onun Allah dərgahında yeri ilə təvəssül edir, elə bil öz duasında Abbasın adını sadəcə olaraq çəkir və Allahdan onun üçün yağış yağdırmağı rica edir. Hətta əshabələr də bununla razıdırlar. Onlar bunları iddia etmişlər. Ömərin (Allah ondan razı olsun!) Peyğəmbərdən (s.s) Allaha yaxınlıq istəməyib bunun əvəzində Abbasa (Allah ondan razı olsun!) üz tutmasının səbəbi barədə onlar iddia edirlər ki, bu yalnız təvəssüldə daha üstün olan mövcud ola-ola ondan az üstün olanla təvəssül etməyin mümkünlüyünü göstərməkdir. Onların bu iddiaları səhvdir və aşağıda göstərilən dəlillər baxımından onların təfsiri məqbul deyildir: 1. Islam şəriətinin mühüm qaydalarına görə, şəriət mətnləri bir-birini izah edir, hər hansı bir mövzuya aid hər hansı bir məsələni bu mövzuda olan başqa mətnlərdən ayrılıaqda başa düşmək olmur. Buna əsasən, Ömərin yuxarıda göstərilən təvəssülü təvəssül barədə toplanıb tədqiq edilmiş və səhihliyi sübuta yetirilmiş başqa hədislərlə əlaqədə başa düşülməlidir. Biz öz müxaliflərimizlə bir məsələdə yekdilik ki, Ömərin «Biz Sənə Peyğəmbərimiz vasitəsilə təvəssül edirdik… Indisə Sənə Peyğəmbərimizin əmisi vasitəsilə təvəssül edirik» sözlərində nəsə buraxılıbdır. Onu müəyyənləşdirmək vacibdir. Onların fikrincə, bu söz ya «qüdrət» ola bilər və ifadə bu cür səslənməlidir: «Biz Sənə Peyğəmbərimizin qüdrəti ilə təvəssül edirdik, indisə biz Sənə Peyğəmbərimizin qüdrəti ilə təvəssül edirdik, indisə biz Sənə Peyğəmbərimizin əmisinin qüdrəti ilə təvəssül edirik». Bizim fikrimizcə isə, burada «dua» sözü işlənməlidir: «Biz Sənə Peyğəmbərimizin duası ilə təvəssül edirdik. Indisə biz Sənə Peyğəmbərimizin əmisinin duası ilə təvəssül edirik». Deyilənləri tam aydınlığı ilə başa düşmək, bu iki əlavədən hansının düzgün olduğunu bilmək üçün Sünnəyə əsəaslanmalıyıq ki, möhtərəm əshabələrin Peyğəmbər (s.s) vasitəsilə necə təvəssül etdiklərini öyrənək. Görəsən, adamlar quraqlıq və aclığa məruz qaldıqda özlərinə və yaxud başqa yerlərə çəkilməli, ya da, məsələn, Allahın Peyğəmbəri (s.s) olmadan yığışıb dua edərək deməli idilər: «Ilahi, Peyğəmbərin Məhəmmədlə, onun Sənin yanında hörməti, dərgahında tutduğu yeri ilə bizə yağış bəxş elə!», yaxud birbaşa Peyğəmbərin (s.s) öz yanına gəlib onlar üçün Allah-təalaya dua etməyi rica etməli idilər ki, Peyğəmbər (s.s) də onların istəyini yerinə yetirib, Rəbbi Sübhanəhuya dua etsin, yağış yağdırana qədər Ona yalvarsın! Birinci məsələ nə şərafətli Peyğəmbər Sünnəsinə verilir, nə də ki əshabələrin (Allah ondan razı olsun!) əməlində ona təsadüf edilir. Məzhəbi, yaxud süfi təriqətlərinin heç biri onların təsəvvülünün dualarında Peyğəmbərin (s.s) adını çəkməklə, ya Allaha Peyğəmbərin haqqı ilə nə Onun dərgahında olan yeri vasitəsilə öz istəklərini xahiş etməklə olduğunu sübut edən heç bir dəlil gətirə bilməz. Çox rast gəldiyimiz və Sünnə kitablarını başdan-başa dolduran isə ikinci məsələdir. Belə ki, möhtərəm əshabələrin Peyğəmbər (s.s) vasitəsilə təvəssülü belə həyata keçirmişlər: əgər onlar ehtiyaclarını ödəmək və ya bədbəxtlikləri üzə çıxartmaq istəsəydilər; Allahın salavat və salamının sahibinin (Peyğəmbərin – tərc.) yanına gedərdilər və birbaşa ondan Rəbbbinə onlar üçün dua etməsini xahiş edərdilər. Yəni onlar Allah-təalaya başqası ilə deyil, yalnız Onun Rəsuli-Əkrəmi (s.s) vasitəsilə təvəssül etmişlər. Bunu Təbarəkə və təalanın belə bir kəlamı da sübut edir: «Onlar özlərinə zülm edib dərhal sənin yanına gələrək Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanmaq istəsəydi, onlar Allahın tövbələri qəbul edən və mərhəmətli olduğunu görərdilər» (ən-Nisa,64). Dediklərimizə misal olaraq Ənəsin köçəri ərəbin cümə günü məscidə gəlib Peyğəmbərin (s.s) xütbə oxuduğu zaman vəziyyətlərinin ağırlığını, torpaqlarını quraqlıq bürüməsini, mal-qaranın məhv olmasını bildirilməsi, ondan Allah-sübhanəhuya dua edib onları xilas etməsini istəməsini xahiş etməsi və Allahın salavat və salamıının sahibinin bu xahişi yerinə yetirməsi barədə yuxarıda verilmiş rəvayəti göstərmək olar. Bu, o Peyğəmbərdir ki, Rəbbi onu təsvir edərək belə demişdir: «Sizə öz aranızdan bir peyğəmbər gəlmişdir. Sizin çəkdiyiniz əzablar ona ağır gəlir. O sizə bağlıdır, möminlərlə də şəfqətli və mərhəmətlidir» (ət-Tövbə,128). Peyğəmbər (s.s) onlar üçün Rəbbinə dua etdi. Sübhanəhu Öz Peyğəmbərinin duasına cavab verdi, bəndələrinə rəhm etdi, Öz mərhəmətini hər yerə yaydı, onların ölü diyarını diriltdi. Həmçinin yuxarıda göstərilən hədisdə deyilir ki, ərəbin özü də ya qeyrisi növbəti Cümə günü xütbə oxuyarkən Peyğəmbərin (s.s) yanına gəlir, yolların bağlanması, evlərin dağılması, mal-qaranın həlak olması barədə ona şikayət edir, ondan Rəbbinə onlar üçün dua edib yağışı dayandırmasını xahiş eidr. Peyğəmbər (s.s) onun istəyinə əməl edir və sonsuz qüdrət sahibi Allah isə onun duasını qəbul edir. Aişə xanımın (Allah ondan razı olsun!) rəvayət etdiyi hədis də fikrimizi sübut edir: «Adamlar Allahın Peyğəmbərinə (s.s) quraqlıqdan şikayət etdilər. Onun əmri ilə müsəllada (namaz qılmaq üçün açıq yer – tərc.) minbər quruldu. Peyğəmbər (s.s) adamlara bir gün namaz qılmaq üçün onlarla birgə müsəllaya çıxacağını vəd etdi. Bir gün günəş batana yaxın Peyğəmbər (s.s) minbərə qalxdı, təkbir elədi, Allaha şükür və tərif oxudu və dedi: Siz torpaqlarınızla quraqlıqdan, yağışın vaxtında yağmadığından şikayət etdiniz. Allah sizlərə Ona dua etməyi əmr etmiş və sizə cavab verəcəyini vəd etmişdir». Hədisdə deyilir ki, Peyğəmbər (s.s) Allah-sübhanəhuya dua etdi, camaatla birgə namaz qıldı. Allah-təala onlar üçün o qədər yağış tökürdü ki, sel axdı, camaat qaça-qaça evlərinə dağılışdılar. Peyğəmbər (s.s) bərkdən gülüb dedi: «Allah, doğrudan da, hər şeyə qadirdir, mən isə Allahın qulu və elçisiyəm». (Bu hədisi Əbu Davud özünün «Səhih» əsərində vermişdir. Onu qəribə adlandırsa da, istinadı etibarlı hesab edərək səhihliyini sübut etmişdir). Peyğəmbərin (s.s) və kəramət sahibi əshabələrinin (Allah onlardan razı olsun!) dövrünə aid bu və bu kimi hədislər belə bir şübhə, və yaxud mübahisə doğurmayan bir dəlillə aydınlaşdırır ki, Peyğəmbər (s.s) və ya əməli-saleh sələflərin mənsub olduqları yaxşı əməl sahibləri vasitəsilə təvəssül – təvəssül edənin təvəssüldə vasitəçi olanın yanına gəlməsi, öz vəziyyətini ona izah etməsi və ondan istəyinin həyata keçməsi üçün Allah-sübhanəhuya dua etməyi xahiş etməsidir. Onun bu xahişi qəbul edilir, sonra da Allah-sübhanəhu –təala bu istəyə cavab verir. 2. «Vəsilə» (yaxınlıq istəyi) sözünün mənasından aydınlaşdırdığımız bu oldu ki, bu əməl insanlar arasında geniş yayılmış və tez-tez istifadə edilir. Belə ki, əgər hər hansı bir şəxsin, məsələn, bir müdirdən, yaxud rəisdən, ya da ki, məmurdan asılı bir işi varsa, onda o, məsul şəxsi tanıyan adam axtarır, tapır, onunla danışır, öz istəyini ona bildirir ki, bu vasitəçi onun ehtiyacını həmin məsul şəxsə çatdırsın. Çox zaman onun istəyi həyata keçir. Bu cür təvəssül ərəblərdə qədimdən var və indi də davam edir. Əgər bir nəfər desə ki, mən filankəsə təvəssül etdim, deməli, o, ikinci bir şəxsin yanına gəlmiş öz istəyi barədə onunla danışmışdıq ki, o da öz növbəsində bu istəyi birinci şəxsə (yəni bu işdə səlahiyyəti olana – tərc.) çatdırsın və ondan bu istəyi həyata keçirməyi xahiş etsin. Bu heç də birincinin yanına gedib ona «filankəsin (vasitəçinin) sənin yanında olan haqqı və yeri ilə bu ehtiyacımı ödə!» deməsi mənasına gəlmir. Beləliklə, Qüdrət və Cəlal sahibi Allaha əməli-saleh adam vasitəsilə təvəssül heç də vasitəçinin qüdrəti və haqqı ilə təvəssül olmayıb, əslində onun duası, imanı və Sübhanəhu-təaladan yardım istəməsi ilə olan təvəssüldür. Ömərin (Allah ondan razı olsun!) dediyi sözlər də bu mənadadır: «Ilahi, biz Sənə Peyğəmbərimiz vasitəsilə təvəssül edirdik, Sən də bizim üçün yağış yağdırırdın». Yəni, məsələn, quraqlıq olanda Peyğəmbərin (s.s) yanına gedib ondan Qadir Allaha bizim üçün dua etməyi rica edirdik. 3 Bunu tamamilə təsdiqləyən və aydınlaşdıran Ömərin (Allah ondan razı olsun) bu sözləridir: «Indisə biz Sənə Peyğəmbərimizin əmisi vasitəsilə təvəssül edirik, bizə yağış göndər». Yəni Peyğəmbərimizin vəfatından sonra biz Peyğəmbərin (s.s) əmisi Abbasın yanına gəlib ondan dua etməsini rica etdik ki, Rəbbimiz Sübhanəhu bizə yağış göndərsin. Görəsən, nə üçün Ömər (Allah ondan razı olsun!) Peyğəmbəri (s.s) qoyub Abbasdan (Allah ondan razı olsun!) təvəssül etməyi xahiş etdi? Halbuki o bilirdi ki, Abbasın hörmət və mövqeyi necə olursa-olsun Peyğəmbərin (s.s) mövqeyi ilə heç müqayisəyə belə gəlməz! Bu sualın cavabı, fikrimizcə, belədir: Çünki Peyğəmbərin (s.s) vəfatından sonra ona təvəssül etmək mümkün deyildi. Onların Peyğəmbərin (s.s) yanına gedib öz vəziyyətlərini izah etməsi, ondan dua etməyi istəməsi və onun duasına ümid bağlaması imkan xaricində idi. Çünki, o artıq Allah rəhmətinə getmişdi və dünyada olandan fərqli bir vəziyyətdə və şəraittdədir ki, onu yalnız Sübhanəhu –təala bilir. Onların Allahın salavatı və salamının sahibinin duasından və vasitəçiliyindən istifadə etməsi mümkün deyildi. Allah-təalanın buyurduğu kimi onlarla onun arasında «Qiyamət gününə qədər (mövcud olacaq) maneə – bərzəx dövrü vardır» (əl-Muminun,100). Buna görə də Ömər (Allah ondan razı olsun!) Peyğəmbərlə yoldaşlıq etmiş, onun işlərinə yaramış, onu yaxşı tanımış, dinini tamamilə dərk etmiş əsil ərəb kimi mümkün təvəssül formasına əl atmış, bir tərəfdən Abbasın (Allah ondan razı olsun!) Peyğəmbərə (s.s) yaxınlığını, digər tərəfdənsə əməli-saleh, mömin və Allaha müti bir adam olduğunu nəzərə alaraq onu seçmiş və ondan yağış yağması üçün dua etməyi xahiş etmişdir. Nə Ömər, nə də qeyrisi Peyğəmbərlə (s.s) təvəssülün mümkün olduğu halda onu qoyub Abbas və ya başqa birisi vasitəsilə təvəssül etməzdi. Belə olduqda əshabələrin (Allah ondan razı olsun!) Ömərlə razılaşması əsla ağla batan deyildir. Çünki Peyğəmbər (s.s) vasitəsilə təvəssüldən boyun qaçırmaq və ondan qeyrisi vasitəsilə təvəssül etmək eynilə namazda Peyğəmbəri (s.s) qoyub qeyrisindən nümunə götürməkdən başqa bir şey deyildir. Ona görə də Peyğəmbərin (s.s) nəyə qadir olduğunu, mövqeyini və fəzilətini əshabələr (Allah ondan razı olsun!) kimi bilən yox idi. Bu həmçinin Səhl ibn Səd Saidinin (Allah ondan razı olsun!) rəvayət etdiyi hədisdən da aydın olur: «Peyğəmbər (s.s) barışıq yaratmaq üçün Bəni-Əmr ibn Övf tayfasına getmişdi. Namaz vaxtı çatanda müəzzin Əbu Bəkrə dedi: Camaatla namazı sən qılarsanmı? Iqamə deyimmi? Əbu Bəkr namaza durdu. Camaat onunla namazda ikən Peyğəmbər (s.s) gəldi və adamların cərgəsinə girdi. Adamlar əllərini bir-birinə vurdular. Əbu Bəkr namaz qılarkən ətrafa çevrilib baxmazdı. Adamların əllərinin səsi artdıqda çevrilib baxdı və Rəsulullahı (s.s) gördü. Peyğəmbər (s.s) ona işarə edib bildirdi ki, yerində qalsın. Əbu Bəkr əllərini qaldırıb Peyğəmbərin (s.s) əmrinə görə həmdü-səna etdi. Sonra ƏbuBəkr geri çəkilib cərgə ilə bərabərləşdi. Peyğəmbər (s.s) irəli keçib namaz qıldı, sonra geri çəkildi. Namaz qurtardıqdan sonra soruşdu: «Ey Əbu Bəkr! Mənim əmrimi yerinə yetirib yerində qalmağına nə mane oldu?» Əbu Bəkr dedi: «Əbu Qəhafənin oğluna (Əbu Bəkrə – tərc.) Peyğəmbərin (s.s) qabağında durub namaz qılmaq yaraşmaz» (Buxari. «Müxtəsər» - 376; Müslim. 4/ 145-149, Nəvəvinin şərhində). Göründüyü kimi əshabələr (Allah ondan razı olsun!) Peyğəmbər (s.s) gələndə namazda daha Əbu Bəkrin (Allah ondan razı olsun!) rəhbərliyini istəmədilər. Əbu Bəkr (Allah ondan razı olsun!) də Peyğəmbərin (s.s) əmrinə baxmayaraq, könüllü olaraq öz yerini tərk etdi. Nə üçün? Bütün bunlar əshabələrin Peyğəmbərə (s.s) hörmət və tabeçiliyinin, onun haqq və fəzilətini bilmələrinin ifadəsi idi. Bir halda ki, əshabələr (Allah ondan razı olsun!) imkan ola-ola Peyğəmbərdən (s.s) qeyrisinin göstərişlərini yerinə yetirməkdən boyun qaçırırdılar – baxmayaraq ki, Salavatullah onlarla olmayana namaza başlamışdılar, onlar heç Peyğəmbərin (s.s) vəfatından sonra, mümkün olsaydı, heç onu qoyub qeyrisi vasitəsilə təvəssülə əl atardılarmı? Əbu Bəkr müsəlmanlara rəhbərlik etməkdən boyun qaçırdığı kimi, aydındır ki, Abbas da Peyğəmbər (s.s) ola-ola insanların onun vasitəsilə təvəssül etməsinə heç vaxt razı olmazdı. Dediklərimizə daha bir sübut: Peyğəmbərin (s.s) vəfatından sonra ixtilafda olduqları bir çox məsələdə onun qəbri üstünə gedib onunla məşvərət etmək, kimin haqlı olduğunu soruşmaq əshabələrin (Allah ondan razı olsun!) heç ağlına da gəlmirdi. Məsələ tamamilə aydındır. Çünki onların hamısı bilirdilər ki, Peyğəmbər (s.s) artıq bu dünyadakı həyatından ayrılmışdır, bu dünyanın ölçüləri və qanunları daha ona tətbiq edilə bilməz. Rəsulullah (s.s) ölümündən sonra da canlıdır. Insan ən kamil həyatı bərzəx dünyasında yaşayır. Lakin həmin həyat bu dünyadakı həyata bənzəmir. Bunu Peyğəmbərin (s.s) dedikləri də sübut edir: «Mənə hər bir adam salam verəndə Allah ruhumu qaytarır ki, mən bu salama cavab verim». (Bu hədisi Əbu Davud Əbu Hüreyrədən etiubarlı istinadla verir. «Səhih» hədislər kitabında 2266-cı hədisdir. Həmçinin «Zəif hədislər» - 315, «əl-Kətta»nın tokqidi» 47 və Əbu Davudun «Səhih»i – 1779). Hər halda bərzəx həyatının nə olduğunu yalnız Allah-təala bilir. Buna görə də bərzəx və ya axirət həyatı bu dünyadakı həyatla ölçülə bilməz. Həmçinin onlardan birinə digərinin hökmləri tətbiq edilə bilməz. Onlardan hər birinin xüsusi forması və müəyyən hökmü vardır. Onların yalnız adı oxşardır. Həqiqəti isə yalnız Allah-təbarəkə və təala bilir! 1. Bəzi səhih hədis rəvayətləri Ömərin yuxarıda qeyd edilən sözləri, onun məqsədini açıqlayır, Abbasın (Allah ondan razı olsun!) onun xahişini yerinə yetirərək etdiyi duanı verir. Hafiz Əsqəlaninin (Allah ondan razı olsun!) «əl-Fəth» əsərində (3/150) irəli sürdüyü fikir də bu qəbildəndir. O yazır: «Zubeyr ibn Bəkkar «əl-Ənsab» əsərində də bu hadisə əsnasında Abbasın etdiyi duanı və onun baş verdiyi vaxtı aydınlaşdıraraq öz istinadı ilə rəvayət edir ki, Ömər ondan yağış duası etməsini istədikdə Abbas demişdir: «Ilahi, bəla yalnız günaha görə baş verir, yalnız tövbə ilə aşkar edilir. Sənin Peyğəmbərinə yaxınlığıma görə camaat mənim vasitəmlə Sənə üz tutmuşdur. Bu, günahlarımızla Sənə uzatdığımız əllərimizdir və tövbə ilə Sənə sığınmağımızdır. Bizə yağış göndər!» Göydən gur yağış töküldü, yer islandı və insanlar yaşadılar». Bu hədisdən aydın olur: Birincisi: Təvəssül Zübeyrin və başqalarının göstərdiyi kimi, Abbasın (Allah ondan razı olsun!) özü ilə deyil, onun duası ilədir. Bu, Ömərin təvəssülünün Abbasın duası ilə deyil, onun özü ilə həyata keçirildiyini iddia edənlərə açıq-aydın cavabdır. Əgər doğrudan da belə olsaydı, onda Abbasın durub Ömərdən sonra yeni bir dua etməsinə nə ehtiyac var idi? Ikincisi: Ömər açıq-aydın demişdir ki, onlar Peyğəmbərimiz (s.s) sağ olanda onun vasitəsilə təvəssül edərdilər. Indisə onun əmisi Abbas vasitəsilə təvəssül edirlər. Heç şübhəsiz, hər ikisi – həm Peyğəmbər (s.s) həm də də Abbas vasitəsilə həyata keçirilən təvəssül eyni növdəndir. Əgər möhtərəm oxucuya bu deyilənlərdən aydın olsa ki, Peyğəmbər (s.s) vasitəsilə təvəssül onun duası ilə olan təvəssüldür, onda, deməli, Abbas vasitəsilə təvəssül də onun duası ilə olan təvəssüldür. Buna görə də hər iki təvəssül eyni növdəndir. Onların Peyğəmbər (s.s) vasitəsilə təvəssülü onun duası ilə təvəssüldür. Ismail öz «Müstəxrəc»ində belə bir hədis rəvayət edərək yazır: «Peyğəmbərin (s.s) dövründə quraqlıq baş verəndə onun vasitəsilə yağış yağması üçün dua edərdilər və onlar üçün yağış yağardı. Ömərin xilafəti dövründə isə…». Bundan sonra «əl-Fəth» əsərindən (2/399) götürdüyü hədisi verir. Onun «onlar üçün yağış yağardı» sözləri Peyğəmbərin (s.s) onlar üçün Allah-təaladan yağış istəməsini aydın göstərir. Ibn əl-Əsirin «ən-Nihayə» əsərində deyilir: «Istiğsa yağış istəmək deməkdir, yəni ölkə və bəndələr üçün gur yağış yağmasıdır. Belə deyirlər: «Allah öz bəndələrinə yağış göndərdi və onları islatdı». Bu deyilənlərdən aydın olur ki, «Onun vasitəsilə yağış yağması üçün dua edərdilər», yəni onun duası vasitəsilə yağış yağmasını rica edərdilər. Həmçinin birinci hədisdə deyilir: «Sənə Peyğəmbərimiz vasitəsilə təvəssül edərdik», yəni onun duası vasitəsilə təvəssül edərdik. Bütün göstərilən hədislərdə yalnız bu məna hasil olur. Bu fikri aşağıda deyilənlər təsdiq edir: Üçüncüsü: Əgər Ömər Abbasın özü və ya Allah-təala dərgahında mövqeyi vasitəsilə təvəssül etsəydi, onda bu mənada Peyğəmbər (s.s) vasitəsilə təvəssüldən boyun qaçırmazdı. Çünki əgər bu şəriətə uyğun olsaydı, mümkün idi. Ömər də bu növ təvəssüldən boyun qaçırıb Abbasın (Allah ondan razı olsun!) duası ilə təvəssülü seçdi. Bu isə Ömər və onunla birlikdə olan əshabələrin Peyğəmbərin (s.s) özü vasitəsilə təvəssülə əsaslanmadıqlarına ən böyük dəlildir. Onlardan sonra sələfləri də belə hərəkət etmişlər. Yuxarıda deyildiyi kimi Müaviyə ibn Əbu Süfyan və Zəhhak ibn Qeys Yezid ibn Əsvəd əl-Cürəşi vasitəsilə təvəssül etmişlər. Məgər bütün bu adamlar Peyğəmbərin (s.s) özü vasitəsilə təvəssül məqbul ola-ola ondan boyun – qaçırardılarmı? Halbuki, müxaliflər iddia edirlər ki, bu, Abbasın və ya başqasının duası ilə təvəssüldən üstündür. Ilahi, bu ola bilməz, bu, ağlabatan deyildir. Onların bu yekdillyi göstərilən təvəssülün onlar üçün şəriətə uyğun olmadığına ən böyük dəlildir. Onlar üstün olanı daha aşağı olanla əvəz etməkdən çox-çox uzaqdırlar! Bu sözləri deməkdə haqlıyam: Bədbəxtliklər baş verəndə Peyğəmbərin (s.s) sağlığında yalnız onun vasitəsilə təvəssül edən əshabələrin Salavatullahın vəfatından sonra onun vasitəsilə təvəssül etməyin şəriətə uyğun olmadığına ən böyük və aydın dəlildir. Biz bunu çoxsaylı hədislərə əsasən deyə bilirik. Məgər görmürsən ki, bu müxaliflər Peyğəmbərin (s.s) özü vasitəsilə ən adi münasibətlərdə belə təvəssül iddiasındadırlar və bunu şəriətə uyğun hesab edirlər. Əgər bu belə olsaydı, əshabələrdən rəvayət edilərdi. Həm də unutmaq olmaz ki, əshabələr bu adamlarla müqayisədə Peyğəmbərə (s.s) daha çox ehtiram göstərmiş və onu sevmişlər. Necə ola bilər ki, bu mövzuda onlardan bir söz belə gətirilmir? Amma onların əməli-saleh adamları duası vasitəsilə təvəssül etmək istəyi həqiqətdir! |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |