BIRINCI FƏSIL TƏVƏSSÜLÜN DIL VƏ QURAN BAXIMINDAN ANLAMI


     
«Təvəssül» sözünün ərəb dilində mənası:
      «Təvəssül» əsl ərəb sözüdür. Bu söz həm Quranda, həm Sünnədə həm də ərəb nəşr və şer dilində işlənmiş, «istənilənə yaxınlaşmaq, ona istəklə çatmaq» mənasını vermişdir.
      Allah-təala buyurur: «Ey iman sahibləri! Allahdan qorxun, Ona yaxınlıq istəyində olun, yolunda cihad edin, ola bilsin uğur qazanasınız!» (əl-Maidə,35).
      Allaha təvəssülün (və ya vəsilənin) həqiqi mənası budur: əməl və ibadətdə Onun yolunda mültəzim olmaq, şəriətinə riayət etmək. Təvəssül edən Allah-təalaya yaxınlaşmaq istəyəndir.
      Vəsilənin (yaxınlığın) başqa mənası hökmdarın yanında yüksək mövqeyə, dərəcəyə malik olmaqdır. Hədisdə Cənnətdə ən ali dərəcənin adı çəkilir. Peyğəmbərin (səllAllahu əleyhi və alihi və səlləm – Ona və ailəsinə Allahın salavatı və salamaı olsun! – s.s) kəlamı belədir: «Müəzzinin səsini eşidəndə onun dediklərini siz də deyin. Sonra mənə salavat deyin. Mənə bir salavat deyənə Allah on salavat bəxş edər. Sonra Allahdan mənə yaxılıq diləyin. Bu Cənnətdə ən ali mövqe olub yalnız Allahın bir bəndəsinə aiddir. Mən bu bəndə olmağı arzulayıram. Mənə yaxınlıq diləyənə şəfaətimf (Allah yanında vasitəçiliyim – tərc.) halaldır».
      Quranda təvəssülün mənası:
      Dildə təvəssülün hansı mənalar daşıdığı məlumdur. Heç kəs bu mənalara qarşı çıxmır. Əməli saleh sələflər və böyük təfsirçilər «vəsilə-yaxınlıq» sözü işlədilən iki mübarək ayəni bu mənada təfsir etmişlər. Bu mübarək ayələr aşağıdakılardır:
      Birinci ayədə Allah-təala buyurur: «Ey iman sahibləri! Allahdan qorxun. Ona yaxınlıq istəyində olun, yolunda cihad edin, ola bilsin, uğur qazanasınız!» (əl-Maidə,35).
      Ikinci ayədə Sübhanəhu buyurur: «Onların dua etdiklərinin özləri Allaha yaxınlıq istəyindədirlər. Onun mərhəmətini arzulayırlar, əzabından qorxurlar. Sənin Rəbbinin əzabından (onun bəndələri) çəkindirilmişdir» (əl-Isra,57).
      Birinci ayənin təfsirində böyük təfsirçi alim, mərhum hafiz (Quranı əzbər bilən – tərc.) Ibn Cərir (Allah ona rəhmət eləsin!) yazır: «Allaha və Onun Rəsuluna, gətirilmiş xəbərlərə, savab və cəza vədinə inananlar! Alladan qorxun», yəni deyir: «Allahın sizə əmr etdiyi və ya yasaq etdiyi işlərə görə ibadətlə cavab verin». «Ona yaxınlıq istəyində olan», yəni Onu razı salan əməllə Ona yaxınlıq istəyən».
      Ikinci ayə barədə tanınmış əshabə Abdullah ibn Məsud (Allah ondan razı olsun) onun nazil olduğu şəraiti izah etməklə mənasını belə aydınlaşdırır: «Bu ayə bir neçə cinə ibadət edən bir neçə ərəb barədədir. Cinlər Islamı qəbul etdilər, onlara ibadət edən insanların isə bundan xəbəri yox idi».
      Mərhum hafiz ibn Hacər demişdir: «Yəni cinlərə ibadət edən insanlar cinə ibadəti davam etdirirdilər. Cinlar müsəlman olduqları üçün bu işə razı olmadılar. Onlar öz Rəbblərinə yaxınlıq üçün vasitə axtarmağa başladılar. Ayənin təfsirində bu məna əsas tutulur».
     
YALNIZ YAXŞI ƏMƏLLƏR ALLAHA YAXINLAŞDIRAN VASITƏLƏRDIR

Başlıqlar

  • Təvəssül (Allaha yaxinliq istəyi) növləri və hökmləri
  • Birinci fəsil təvəssülün dil və quran baximindan anlami
  • Yalniz yaxşi əməllər Allaha yaxinlaşdiran vasitələrdir
  • Ikinci fəsil şəriətə uyğun gələn təvəssül və onun növləri
  • Birinci şübhə
  • Ikinci şübhə
  • Üçüncü şübhə: təvəssül barədə zəif hədislər
  • Dördüncü şübhə: xalqin məxluqlarla müqayisəsi
  • Copyright@www.SelefEqidesi.com, 2006