![]() |
![]() |
|
Ölmüş insan özü kimi insana kömək etməz və onun duasını eşidə bilməzSual: Ölmüş adam, ona hər hansı ehtiyacı üçün müraciət edilərsə, o, cavab verə və ona kömək edə bilərmi? Cavab: Xeyr, ölülər bunu bacarmazlar. Onlar belə bir şey edə bilməzlər. Istənilən milçək belə olarsa. Allah-təala bu xüsusda belə buyurmuşdur: «Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. Istəyən də aciz, istənilən də! (Bütlərə ibadət edən də aciz, ibadət edilən bütlər də)» (əl-Həcc,73). Bu əzəmətli dəlil özündə üç şeyi əhatə edir. Birinci: Allahdan başqa müraciət olunan hər hansı bir məxluqat buna görə bir yerə cəm olsalar da, bir milçək belə yarada bilməzlər. Ikinci: Allahdan başqa tanrıya dua edən məxluqların heç biri, əgər milçək onlardan nə isə götürüb aparsa belə, onu geri ala bilməzlər. Üçüncü: Istəyənin də, istənilənin də zəif olması. Quranda insanın zəifliyinə dəlalət edən bir çox ayələr vardır. Onlardan «ən-Nisa» surəsindəki 28-ci ayədə Allah-təala belə buyurur: «…insan (şəhvəti cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmışdır» (ən-Nisa,28). Allaha deyil, başqalarına dua edilərsə, (həmin kəs) milçəyin apardığını belə geri almaqda aciz olar. O, özünə belə kömək etməkdə acizdirsə, nə başqasına kömək edə bilər, nə də onun duasını eşidə bilər. Eşitsə belə, ona cavab verə bilməz. Belə məbudun özü qiyamət günü ona dua edənə düşmən olacaq və ona etdiyi duanı inkar edəcəkdir. Allah-təala buna Quranü-kərimin «əl-Əhqaf» surəsində dəlil və sübut gətirib buyurmuşdur: «Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha haqq yolundan azmış kim ola bilər? Halbuki bu bütlər onların ( bütpərəstlərin) ibadətindən xəbərsizdir. Insanlar məhşərə toplanacaqları zaman bu bütlər onlara (müşriklərə) düşmən olacaq və onların ibadətini inkar edəcəklər» (əl-Əhqaf,5,6). Təala «Fatir» surəsində bu xüsusda belə buyurmuşdur: «Allah gecəni gündüzə, gündüzü də gecəyə qatar. O, günəş və ayı da (öz əmrinə, sizin mənafeyinizə) tabe etmişdir. Onların hər biri (öz hədəqəsində, öz dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin ondan qeyri ibadət etdikləriniz bir çərdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırssanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara danışıq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (onları Allaha) şərik qoşdüğünü (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. (Ya Peyğəmbər), heç kəs sənə hər şeydən xəbərdar olan Allah kimi xəbər verə bilməz» (Fatir,13,14).Həqiqətən ölülər Allah-təalanın buyurduğu kimi onların heç bir duasını eşitməzlər, eşitsələr belə ona cavab verməzlər. Onlar heç özlərinə belə kömək edə bilməzlər. Əgər onlar Allahın peyğəmbərləri olmuş olsalar belə, bunu bacarmazlar. Belə isə, onda başqa övliyalar və saleh adamlar nə edə bilər?! Hörmətli oxucu! Sənin üçün gətirdiyimiz bəzi misallardan sənə aydın oldu ki, insan özünə belə kömək etməyə acizdir. Müşriklərdən bir qismi Allaha deyil, Əliyə (Allah ondan razı olsun!) dua edirlər. Onlardan bəziləri deyir ki, Hüseyn onun rəbbidir və onu çağıraraq deyir: «Sən bizim rəbbimizsən, ya Hüseyn!» Döğrudan da, Əli (Allah ondan razı olsun!) qətlə yetirilərək şəhid olmuşdur. Doğrudan da, Əlinin oğlu Hüseyn də qətlə yetirilərək şəhid olmuşdur və əgər onlardan biri başqasına fayda verə, yaxud ona kömək edə bilsəydi, başqasına kömək etməzdən əvvəl özünə kömək edərdi və düşməndən qoruyardı. Əli başqasına kömək edə bilsəydi, köməyə diri ikən, onu Ibn Məlcəm şəhid etməzdən əvvəl, özünü düşməndən qorumaqdan başlardı. Əgər öləndən sonra başqa birinə kömək edə bilsəydi, öz oğlunu düşməndən qoruyub onun öldürülməsinə mane olardı. Əgər Hüseyn başqasına kömək edə bilsəydi diriliyində öz atası Əliyə kömək edib, onu düşməndən qoruyub, qətlə yetirilməsinə mane olardı və bundan sonra özünə, düşmənə qalib gəlmək üçün kömək edərdi və qətlə mane olardı. O, başqasına kömək edə bilsəydi onlara kömək etməzdən əvvəl özünə, sonra ən yaxın adamı olan atası və övladlarına kömək edərdi. Bu misal yalnız Əli və onun oğlu Hüseynə (Allah onlardan razı olsun!) aid deyil, o, ümumiyyətlə, şirk və müşriklər probleminə aiddir. Sual: Bunlar deyəcəklər ki,Əli və onun oğlu Hüseynin (Allah ondan razı olsun!) qətli Allahın qəza və qədəridir. Cavab: Onların sözünə cavab olaraq, deyək ki, doğrudan da, o, Allahın qədəridir. Hər bir insanın Allah sübhanəhu və təaladan bir qədəri var və qədərə çatan kəs özünə kömək etməyə acizdir. Onun baçqalarına kömək edə bilməsi isə mümkün deyil. Məxluqların Allahın yanında öz yerləri var. Onlar istər yaxın mələklər, yaxud peyğəmbərlər olsalar belə nə özlərinə, nə də başqalarına kömək edə bilməzlər. Onlar bir çərdək qabığına belə sahib deyillər. Buna dəlil olaraq Allah-təala Qurani-kərimin «əl-Əraf» surəsində belə buyurmuşdur: «(Məgər bu Adəm övladı) heç bir şey yaratmağa qadir olmayıb özləri yaradılan bütlərini Allaha şərik qoşarlar. Halbuki bu bütlər nə onlara (müşriklərə), nə də özlərinə bir kömək edə bilər» (əl-Əraf,191,192). Təala «Fatir» surəsində belə buyurmuşdur: «Allah gecəni gündüzə, gündüzü gecəyə qatar.O, günəşi və ayı da (Öz əmrinə, sizin mənafeyinizə) tabe etmişdir. Onların hər biri (öz hədəqəsində, öz dairəsində) müəyyən müddətədək (qiyamət gününə qədər) dövr edər. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin ondan qeyri ibadət etdikləriniz bir çərdək qabığına belə sahib deyillər» (Fatir,13). |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |