![]() |
![]() |
|
Müşrikin «La iləhə illəllah» deməsindən ona heç bir faydası yoxdurSual: Müşriklərin «La iləhə illəllah» deməsinin faydası varmı? Cavab: Müşriklərin «Lə ilələ illəllah» deməsi onları Islama daxil etmir, çünki onlar Allahla yanaşı başqa tanrıya və ya Allahdan başqa tanrıya dua edirlər və əgər belə etməkdə onların məqsədi Allaha yaxın olmaqdırsa, bu heç nəyi dəyişdirmir. Bu, Allah-təalaya deyil, başqasına edilən ibadətdir. Bu barədə Allah-təala buyurur: «Onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik» (əz-Zumər, 3). Müşriklər başqa tanrıları Allahla yanaşı və ya Allahı deyil, onları özlərinə ilahi etmiş, sonra hər bir məbuda ilahinin adını vermişlər. Alimlərdən bəziləri demişlər ki, Tanrı (ilah) varlıqlara hər bir məbudu nəzərdə tutan haqq və ya batil olaraq verilən addır. Sonradan bu ad haqq olaraq ibadət sahibinə, yəni məbuda verildi. Kim ki, Allahla yanaşı başqasına və ya Allahdan qeyrisinə dua edir, tağuta (şeytana) inanır və Allaha küfr edir, və onun «Urvatul Vusqa» (islama möhkəm bağlılıq-tərc.) olan «La iləhə illəllah» deməsinin ona heç bir faydası yoxdur. «Urvatul Vusqa» həmçinin tağuta inanmamaq və Allaha iman deməkdir. Buna dəlil Allah-təalanın nazil etdiyi: «… hər kəs şeytanı (və ya bütləri) inkar edib Allaha iman gətirərsə, o artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidən və biləndir» (əl-Bəqərə,256). Müşriklər Allahın yaranma, ruzi ölüm və dirilmə kimi sifətləri Rübubiyyət tövhidini etiraf etməklə, bütünlüklə onun təkiliyini də qəbul etmiş olurlar. Allah Sübhanəhu Qurani Kərimin bir çox ayələrində buna dəlillər gətirmişdir və onları ilahiyə şirk etdiklərinə görə Islama daxil etməmişdir. Bu, Peyğəmbərlə ümmətləri arasında münaqişə mövzusudur. Allah Üluhiyyə tövhidi naminə peyğəmbərləri göndərmiş və Qurani Kərimi nazil etmiş və onun yolunda cihadı buyurmuşdur. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |