![]() |
![]() |
|
Istifasənin (kömək diləməyin) növləriSual: Istifasənin neçə növü vardır? Cavab: Istifasənin 3 növu vardır. Birinci: Vacib istifasə. Ikincisi: Caiz (icazə verilən) istifasə. Üçüncüsü: Qadağan olunmuş istifasə. Onlardan hər biri üzərində ayrıca dayanaq. Birinci növü: Vacib istifasədir ki, Allah sübhanəhu və təalaya edilir. O, tək, şəriki olmayan Allaha ibadətdir. «Fafir» (əl-Mumin) surəsində Təala bu xüsusda belə buyurur: «Rəbbiniz buyurdu: Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mən ibadət etməyi təkəbbürləriylə özlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!» (Fafir,60). Təala «əl-Ənfal» surəsində buna dəlil olaraq belə buyurmuşdur: «O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. Allah: «Mən sizin imdadınıza bir-birinin ardınca gələn mələklə çataram!» - deyə duanızı qəbul buyurmuşdu» (əl-Ənfal,9). Ikinci növu: Caiz istifasədir. O, insanın özü kimi başqa bir insandan kömək istəməsidir. O, iki şərtlə məqbul sayılır. Onlardan biri: Istifasə edən həyatda yaşayan diri insan olmalıdır. O, kömək istəyən şəxsi görməli və eşitməlidir. Digəri: Kömək məxluqun bacarığı daxilində olmalıdır. Bu xüsusda Allah-təala «əl-Qəsəs» surəsində Musa (Ona Allahın salamı olsun) hekayətində belə buyurmuşdur: «… Musanın adamlarından olan kəs düşməninə qarşı ondan imdad istədi. Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü» (əl-Qəsə,15). Bu kömək və buna bənzər köməklər tək bir kəsə aid deyil. Əksinə, ümumiyyətlə hər bir kəsə aid olub insanlardan onların imkanı daxilində kömək istənilir. Təala buna dəlil olaraq «əl-Ənfal» surəsində belə buyurmuşdur: «… lakin əgər onlar din yolunda (kafirlərə qarşı) sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir» (əl-Ənfal,72). Bu və digər misallar deyilənlərə dəlil olaraq gətirilmişdir. Üçüncü növ: Haram hesab edilən istifasə. Bu növ istifasə özü kimi məxluq, lakin hazırda ölmüş adamdan istənilən köməkdir. Ölüdən hər hansı bir ehtiyac üzündən kömək istəmək, yaxud həyatda yaşayan diri adama onun deyil, yalnız Allahın qüdrətində olan bir ehtiyacı ödəmək üçün müraciət etmək, yaxud bu növ köməyi ümumiyyətlə Allahdan deyil, - büt, günəş, ay və s… kimi məbudlardən istəmək haramdır və ən böyük şirkdir. Bu cür kömək diləyənin heç bir ehtiyacı eşidilməyəcəkdir. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |