Isbat edilən şəfaət

     
Sual: Quranda məqbul sayılan (qəbul olunan) şəfaət hansıdır?
      Cavab: Şəksiz məqbul sayılan şəfaət Tövhid və Ixlas əhlinə məxsusdur. O, kafirlərə və başqa müşriklərə aid ola bilməz. Bəndə Allahdan riza diləyir və sonra şəfaət üçün icazə istəyir. Başqası üçün şəfaət istəyən şəxs buna yalnız Allaha sübhanəhunun icazəsini diləyəndən sonra başlaya bilər. «Tövhid» kitabında deyilir: «Əbu Abbas demişdir: Peyğəmbər (S.ə.v.) deyir ki, o şəfaətdən öz Rəbbinə əvvəlcə səcdə və həmd edir. Ona deyilir ki, başını qaldır, o eşidir. Sözünü de, şəfaət et ki, şəfa tapasan. Əbu Hüreyrə demişdir: Sənin şəfaətinə layiq ən xoşbəxt adam kimdir,ey Allahın Rəsulu? O cavab verdi ki, «O kəs ki, sidq ürəkdən «la ilələ illəllah» deyir». Bu şəfaət Allahın izni ilə ixlas əhli üçün edilir. Allaha sübhanəhu ixlas əhlinə üstünlük verir və onları bağışlar. Ondan şəfaət etmək üçün izn verilən kəsin duası ilə kəramət göstərib layiq olduqları yeri onlara verər. Biz bunları müxtəsər şəkildə mərhum Əbu Abbasın sözlərindən sizə təqdim etdik. Müslimin Əbu Hüreyrə (Allah ondan razı olsun!) haqqında «Səhih» əsərində «Rəsulullahın (S.ə.v.): Hər bir peyğəmbərin qəbul edilən çağırışı (duası) vardır. Hər bir peyğəmbərin öz çağırışı vardır. Mən öz çağırışımı ümmətimə qiyamət günü şəfaət üçün saxladım. Inşallah ümmətimdən Allaha heç bir şərik qoşmayıb ölən üçün edilən şəfaət qəbuldur» dediyi rəvayət olunur. «Fəth əl-Məcid» əsərinin müəllifi Ibn əl-Qeyyimə istinadən (Allah onların hər ikisindən də razı olsun) yazır ki, Peyğəmbərin (S,ə.v.) şəfaətinin altı növü vardır. Biz sənə həmin kitaba əsaslanaraq onlar barədə məlumat verəcəyik:
      Birinci: Ulul əzm peyğəmbərlərdən (Onlara Allahın salamı olsun) Məhəmməd peyğəmbərə (S,ə.v.) keçən böyük şəfaət.
      Peyğəmbər (S.ə.v.) buyurmuşdur: «Mən onun üçünəm (onu yerinə yetirmək üçün)». Insanlar peyğəmbərlərdən Rəbbləri qarşısında şəfaətçi olmalarını dilədikləri zaman bu böyük şəfaət baş verir.
      Bu şəfaət Peyğəmbərimizə xasdır və şirk etməyənlərə aiddir.
      Ikinci: Peyğəmbərin (S.ə.v.) cənnət əhli üçün, onların cənnətə düşməsi üçün edəcəyi şəfaətdir. Əbu Hüreyrə özünün hamılıqla məqbul olan uzun hədisində bunu xatırlatmışdır.
      Üçüncü: Peyğəmbərin öz ümmətindən asi olanlara və öz günahlarına görə Cəhənnəmə getməsi vacib olanlar üçün edəcəyi şəfaətdir.
      Dördüncü: Günahlarına görə cəhənnəmə gedəcək tövhid əhlindən olan günahkarlar üçün ediləcək şəfaəti. Bu barədə Peyğəmbər (S,ə.v.) haqda səhih hədislər vardır. Səhabələr və Sünnə əhli hamısı onunla tamamilə razılaşıb, onu inkar edənləri küfrdə ittiham etmiş və yalançı adlandırmışlar.
      Beşinci: Peyğəmbərin (S,ə.v.) Cənnət əhlindən olanların savabının çoxluğuna və yüksək dərəcələrinə görə Allahın hüzurunda şəfaəti. Bu şəfaətə heç bir şəkk yoxdur. Onların hamısı ixlas əhlinə məxsusdurlər və özlərinə Allahdan başqa heç bir övliya və şəfaət edən seçməmişlər. Allah-təala bu xüsusda buyurur ki: «Rəbbinin hüzuruna cəm edəcəklərindən qorxanları Quranla xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar pis əməllərindən çəkinsinlər» «əl-Ənam,51).
      Altıncı: Peyğəmbərin (S.ə.v.) bəzi kafirlərin və odda yananların əzablarını yüngülləşdirmək üçün edəcəyi şəfaəti və bu, xüsusilə, Əbu Talibə aiddir.
     


Müşrikin «La iləhə illəllah» deməsindən ona heç bir faydası yoxdur

Başlıqlar

  • Quranı qadağan etdiyi – rədd edilən şəfaət
  • Isbat edilən şəfaət
  • Müşrikin «La iləhə illəllah» deməsindən ona heç bir faydası yoxdur
  • Allahdan qeyrisinə və ya Allahla yanaşı başqasından şəfaət diləmə, yaxud başqa ehtiyaclara görə dua edənlər və müşriklərin dediklərinə inananlar haqqında hökm
  • Istifasənin (kömək diləməyin) növləri
  • Ölmüş insan özü kimi insana kömək etməz və onun duasını eşidə bilməz
  • Allahdan başqa özünə övliya (dost,hami) qəbul etməyin hökmü
  • Insanlarda zəlalətin (yol azmanın) davam etməsinin səbəbləri
  • Copyright@www.SelefEqidesi.com, 2006