![]() |
![]() |
|
Allahdan başqa özünə övliya (dost,hami) qəbul etməyin hökmüSual: Allahdan başqa özünə övliya qəbul etməyin hökmü nədir? Cavab: Onun hökmü Təalanın Qurani-Kərimin «əl-Kəhf» surəsində buyurduğu: «Kafirlər Məni qoyub qullarımı (mələkləri, Üzeyiri, Isanı və başqalarını) özlərinə dost, hami edəcəklərinimi güman edirlər? (Xeyr, onlar bəndələrimi mənim əzabımdan əsla qurtara bilməzlər). Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq!» (əl-Kəhf, 102). Qurani-kərimin «əl-Ənkəbut» surəsində Təala belə buyurur: «Allahdan başqa özlərinə dost, hami qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörımçək yuvasıdır. Kaş biləydilər! (Hörımçək toru möhkəm olmayıb adicə bir yel nəticəsində dağıldığı kimi, onların bu dostlarının da heç bir etibarı yoxdur. Bərk ayaqda onları qoyub qaçarlar)» (əl-Ənkəbut,41). Bəzi şərhçilər «əl-kəhf» surəsindəki həmin ayəni belə izah edirlər: «O kəslər ki, Allahı deyil, insanları özlərinə övliya seçirlər, Allah onları qiyamət günü Cəhənnəmlə hədələmişdir». Mən deyirəm ki: _ O kəslər ki, Allahı deyil, Onun məxluqlarını özünə övliya seçirlər, Allah onları qiyamət günü Cəhənnəmlə hədələmişdir və qiyamət günü insanların uydurduqları bu övliyalar da onlardan imtina edəcəkdir. Allah sübhanəhu və təaladan başqa bütün məbudlər ona ibadət edənlərdən imtina edəcək və onların ibadətini inkar edəcəkdir. Allah-təala bu xüsusda belə buyurmuşldur: «Onlar , onların ibadətini inkar edəcək və onlara düşmən olacaqlar». Allah Onu deyil, övliyaları qəbul edən müşriklərə özünə yuva qurmuş hörımçək misalını gətirir. Orada olduğu kimi bərk ayaqda onları qoyub qaçarlar. Müşriklərin müraciəti etdikləri Allahdan qeyrilərinin Allah dərgahında şəfaətçi olmasının şahlarla onların təbəələri, nazirlərlə onlardan kömək istəyənlər arasında olan vasitəçiliklə eyni olması, bu qeyrilərin Allahın övliyaları olmaları və onlar üçün Allah dərgahında şəfaət etmələri haqqında iddialarının batil olması Bunun iki cavabı var: Birinci cavab: Yaxın adama görə özü kimisinin yanında məxluqun bacarığı daxilində olan vasitəçilik cazidir. Bu növ vasitəçilik ümumiyyətlə, şahlara və digərlərinə aid edilə bilər. Halbuki bəndə özü kimilərini yalnız kiçik müddət ərzində tanıyır. Bu adamlarla o, illər, aylar və ya günlər kimi qısa bir zaman çərçivəsində rastlaşır. Şahlar və onun ətrafındakılar öz təbəələrinin yalnız kiçik bir hissəsini tanıyır. Bununla belə, şah və onun ətrafındakı hakimlər onu heç tanımırlar. Bəzi ehtiyacları ödəmək lazım gələrsə, vəzir öz şahına deyir: Bu filankəsdir, onun tam adını və yaxşı keyfiyyətlərini xatırladır, çünki şah və onun ətrafındakılar onu tanımır, yaxud vasitəçidən qabaq heç adını da eşitməmişdilər. Bu şəfaət bir şərtlə caizdir: Bu şərt onun (şəfaətin) həyatda yaşayan adamın qüvvəsi daxilində olmasıdır. Allah təbarəkə və təala Yusif (ona Allahın salamı olsun) haqqındakı hekayətində bu barədə belə buyurmuşdur: «…Ağanın yanında məni də yada sal…!» (Yusif,42). Ikinci cavab: Məxluqun Allah sübhanəhu və təalaya bənzədilməsi batil müqayisədir. Doğrudan da şahlar və onların ətrafında olanlar öz təbəələrindən bəzisini nə başa düşür, nə də tanıyırlar. Allah sübhanəhu və təala isə onların ataları Adəmi (ona Allahın salamı olsun) və onun nəslini yaratmış, onları yaratmazdan əvvəl və yaradandan sonra, ruzi, səadət, yaxud bədbəxtlik qismət etmişdir. Allah bəndələrindən razı olduqda istədiyi adama şəfaət üçün icazə verər. Allahın razılığını yalnız ona heç bir şərik qoşmayan və onun təkliyinə inananlar əldə edə bilər.Onun qəzəbi tutduğuna, şəfaət edənlərin şəfaəti fayda verməz. Allah, Ona deyil, başqa ilahiyə və yaxud onunla yanaşı başqalarına dua edən müşriklərin şəfaətini qəbul etməz. Onlar üçün edilən şəfaət isə Allah dərgahında bağışlanılmaz günahdır. Təala bu xüsusda belə buyurmuşdur: «Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük bir günah etmiş olur»(ən-Nisa,48). Təala «əl-Maidə» surəsində bu xüsusda buyurur ki: «Şübhəsiz ki: «Allah Məryəm oğlu Məsihdir!» - deyənlər kafir oldular. Halbuki Məsih (Isa) belə demişdi: «Ey israil oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Allaha şərik qoşana Allah , şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalimlərin heç bir köməkçüsü yoxdur» (əl-Maidə,72). Saleh adamları sevməkdə həddini aşmaq, ifrata yol vermək Allaha deyil, onlara dua və ibadət etməyin bir vasitəsidir. Sual: Adəm övladının başına gələn ilk şirkin səbəbi nədir? Cavab: Adəm övladının başına gələn ilk şirkin səbəbi, Allahın saleh bəndələrinin məziyyətlərinin həddən ziyadə artırılması olmuşdur. Bu xüsusda Sübhanəhu və təala Qurani-kərimdə «Nuh qövmü hekayətində belə buyurmuşdur: «Və (öz tabeçiliyində olanlara) dedilər: «Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Vəddi, Suva,ı, Yəfusu, Yəuqu və Nəsri atmayın!» (Nuh,23). Ibn Abbas (Allah ondan razı olsun!) demişdir ki, Vədd, Suva, Yəğus, Yəuq və Nəsr Nuh tayfasından olan saleh kişilərin adlarıdır. Onlar öləndə Şeytan onların tayfasına gəlib dedi ki, onların (yuxarıda adı çəkilənlərin) məclisləri olan yerləri xüsusi olaraq ayırsınlar, orada bütlər qoysunlar və həmin bütlərə onların adlarını versinlər. Onlar belə də etdilər. Bu əməli saleh adamlar ölənə qədər onlara ibadət edilmədi. Lakin öləndən sonra elm unuduldu və onlara ibadət olundu. Tövhid kitabında Ibn Qeyyim demişdir ki, sələflərdən çoxu demişdir ki, həmin adamlar öləndən sonra, onların qəbirləri üzərində şəkillərini çəkdilər və üstünə uzanıb sidq ürəkdən onlara ibadət etdilər.Allah sübhanəhu və təala Öz mübarək Kitabında iftiraçılığı qadağan etmişdir və «ən-Nisa» surəsində bu xüsusda belə buyurmuşdur: «Ey kitab əhli! Öz dininizdə həddi aşmayın! Allah barəsində yalnız haqqı deyin. Həqiqətən, Məryəm oğlu Isa əl-Məsih ancaq Allahşın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur. Allaha və peyğəmbərlərinə iman gətirin. (Allah barəsində) «üç» deməyin. (Belə sözlərə) son qoyun. Həqiqətən, Allah tək bir tanrıdır. Övladı olmaqdan (bu bəşəri xüsusiyyətdən) kənardır. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Allahın (sizə) vəkil olması bəs edər!» (ən-Nisa,171). «Fəthül məcid» kitabında alim deyir: «əl-Fuluvv» təzimdə sözlə və etiqadla ifrata yol vermək deməkdir. Yuxarıdakı ayəyə görə isə onun mənası belədir. Bu müraciət Kitab əhlinə olmuşsa da, bütün insanlara xəbərdarlıqdır, çünki onlar öz peyğəmbərlərini (onlara Allahın salamı olsun), məsihilərin Isanı, yəhudilərin Üzeyiri kimi çox öyürlər. Peyğəmbərin (S,ə.v) buyurduğu buna sübutdur: «Məni xristianların Məryəmin oğlu Isanı öydükləri kimi öyməyin, mən ancaq bir qulam. Allahın qulu və elçisi». Peyğəmbərimiz həzrəti Məhəmməd (S,ə.v.) buyurmuşdur ki: «Özünüzü və sizdən əvvəl olub həlak olanları öyməyin!» Allah sübhanəhu tərifdə həddini aşmanı qadağan etmiş, onun günah olduğunu buyurmuşdur. Onu Allahın elçisi də (S,ə.v.) qadağan etmiş və haram olduğunu bildirmişdir. Belə ki, bu növ günahın ən azı və ən sadəsi belə, ən böyük şirkə aparır. Bundan da böyük küfr ola bilməz. Bu küfrün bütün növləri çox saylı kafirlər üçün xarakterikdir. Yəhudilərdə bu növ küfr dəstələrinin sayı yetmiş bir, xristianlarda yetmiş ikiyə çatmışdır. Hədisdə göründüyü kimi bu ümmətdə (müsəlmanlarda) 73 tayfa vardır. Bunların hamısı, biri istisna olmaqla öz sahibini Cəhənnəmə aparır. Bu azmış dəstələrin məcmusu iki yüz on beşdir. Onların hamısı öz küfr və zəlaləti ilə birgə Cəhənnəmə gedəcəkdir. «Allah sübhanəhunun oğlu», yaxud «Allah sübhanəhunun qızları var» deyənlər və onların hər ikisinin tərəfdarları öz dəhşətli cinayətlərinə görə kafirdirlər. Həqiqətən, müşriklər Allah dərgahında ən böyük günah sahibləridir və onları Allahın şiddətli qəzəbi gözləyir. Onlar Allahın mərhəmətindən uzaqdırlar. Allah sübhanəhu və təalaya itaətsizlik edən günahların hamısı, təalanın buyurduğu kimi, Onun hökmü altındadırlar. O Öz bəndələrindən kimi istəsə şirkdən başqa bütün günahlarını bağışlar. Müşrikləri bağışlamağı qadağan etmişdir. Allah sübhanəhu onlara dözə bilməyəcəkləri cəza verməklə hədələmişdir. Həmin cəza Cəhənnəmə əbədi atılma, bağışlanmazlıq və onlara Cənnətin haram olunmasıdır. Qurani-kərimin «ən-Nisa» surəsində Allah təala buyurmuşdur: «Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük bir günah etmiş olar» (ən-Nisa,48). Təala «əl-Maidə» surəsində bu xüsusda belə buyurur: «Allaha şərik qoşana Allah şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalimlərin heç bir köməkçisi yoxdur» (əl-Maidə,72). Heç bir əməl təhlükəsinə görə şirklə müqayisə edilə bilməz, çünki onun ən kiçiyi (məsələn riya) hətta böyük günahlardan (zina, homoseksualizm, içki və s.) təhlükəlidir. Müşriklər Iblisin aşmadığı həddi aşmışlar. Iblis Allaha şərik qoşmamış, Onunla yanaşı qeyrisinə və Ondan başqasına dua etməmiş və Allahdan qeyrisinə and içməmişdir.O and içmək istədikdə Allaha and içmişdir. Allah-təala Qurani kərimin «Sad» surəsində buna dəlil olaraq buyurmuşdur: (Iblis) dedi: «Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam. Yalnız Sənin sadiq bəndələrindən başqaa!» (Sad,82,83). Həqiqətən Iblis insanları şirkə çəğırır və onları vadar edir, lakin özü bunu etmir, O, Qiyamət günü müşriklərə, kafirlərə və kafirlərdən olmayanlara görə gübahkar olmayacaqdır. Allah-təala Qurani-kərimin «Ibrahim» surəsində onun haqqındakı hekayətində belə buyurmuşdur: «Iş bitdikdə (Cənnətliklər Cənnətə, Cəhənnəmliklər Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcək: «Allah (peyğəmbərlər vasitəsilə sizə (pis əmələlrinizə görə Cəhənnəməə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə (kömək edəcəyim haqda) vəd vermişdim, amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hakimiyyətim (sizi özünə tabe edə biləcək heç bir qüdrətim) yox idi. Lakin mən sizi (günah işləməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. Indi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çətə bilərəm, nə də siz mənim dadıma.Mən öncə (dünyada) sizin məni Allaha şərik qışmağınızı da inkar etmişdim (qəbul etməmişdim). Həqiqətən, zalimləri şiddətli bir əzab gözləyir» (Ibrahim,22). Hörmətli oxucu! Sən Qurani-kərimdə şirkdən böyük günah tapmadın və tapmayacaqsan. Biz buna dəlillər də gətirdik. Allah sübhanəhu və təala müşriklərin ən iyrənc və məzəmmət doğuran xüsusiyyətlərini açıb göstərmişdir. Bunlar cinlərdə və insanlarda olan kafirləirn xüsusiyyətləridir. Allah bu xüsusiyyətləri yalnız Öz məxluqlarına aid etmişdir. Onun Peyğəmbəri (S,ə.v.) onlara görə günahkar deyil. Allah sübhanəhu və təala Qurani-kərimin «ət-Tövbə» surəsində buna dəlil olaraq buyurmuşdur: «(Bu), Allahdan və Onun Peyğəmbərindən böyük həcc günü (zülhiccə ayında vacib, fərz olan həcc; qurban bayramı və ya ərəfə günü) insanlara bildirişdir. Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir əlaqəsi yoxdur. Əgər (küfrdən və şirkdən) tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər (imandan) üz döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı quirtara bilməzsinsiz. (Ey Peyğəmbərim!) Kafir olanları şiddətli bir əzabla müjdələ!» (ət-Tövbə,3) Həmin surədə Sübhanəhu və təala buyurmuşdur: «Ey iman gətirənlər! Müşriklər (batinləri xəbis, etiqadları puç və iyrənc olduğuna görə), doğrudan da, murdardırlar. Özlərinin bu ilindən (hicrətin doqquzuncu ilindən) sonra Məscidülhərama yaxınlaşmasınlar. Əgər ehtiyacdan, yoxsulluqdan qorxursunuzsa, (bilin ki,) əgər Allah istəsə, sizi mütləq dövlətli edəcəkdir. Allah (hər şeyi) biləndir və hikmət sahibidir!» (ət-Tövbə,28). Hörmətli oxucu! Bütpərəstlərin (müşriklərin) küfrü, yəhudi və xaçpərəstlərin (kitab əhlinin) küfründən şüddətlidir. Buna görə də Allah təala müsəlmanlara kitab əhlindən olanlardan cizyəni alıb, onların qadınları ilə nigah bağlamağa və kəsdiyi heyvanların ətini yeməyi icazə verir. Allah sübhanəhu müsəlman kişilərlə müşrik qadınların və müşrik kişilərlə müsəlman qadınların evlənməsini haram buyurmuşdur. Müsəlmanlara müşriklərin kəsdiyi heyvan əti haram buyurulmuş və onlardan cizyə alınmır. Allah təala Qurani-kərimdə kitab əhlinə birbaşa müraciət edir. Müşriklərə olan şiddətli nifrətə görə isə, onlara qalan kafirlərlə birlikdə ümumi şəkildə müraciət edir. |
||
![]() |
Copyright@www.SelefEqidesi.com, 2006 | ![]() |