KEÇMİŞ VƏ GƏLƏCƏK GÜNAHLARIN BAĞIŞLANMASINA SƏBƏB OLAN ƏMƏLLƏR


     
Həqiqətən şükür və tərif yalnız Allaha məxsusdur! Biz Ona həmd edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyirik, nəfislərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə, o doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
     
Allah subhanahu və təalanın hər şeyin sahibi olduğu məlumdur. Ona görə də; “Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur” (Taha, 6). Istədiyi quluna istədiyini verməsinin olduqca təbii olması başa düşülür.
     
Qədir gecəsinin min ildən xeyirli olduğu sabitdir. İnsan ilin bəzi gecələrində bu gecədən daha çox əməl edə bilər. Fəqət bu gecədə edilən əməllər digərlərindən otuz min qat daha fəzilətlidir. Allah təala buyurur: “Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!” (Hədid, 21).
     
Bəzi əməllərin “keçmiş və gələcək günahları əfv edəcəyi” məsələsi, öz hava və həvəsindən danışmayan və düm dürüst olan Allah Rəsulunun sallallahu aleyhi və səlləm dili ilə ifadə edilmişdir. Bu hədislərdən ümumiyyətlə başa düşülən, günahların bağışlanmasıdır. Fəqət bunlar başqa hədislərlə birlikdə mütailə edildiyində, bəzilərinin kiçik günahlar haqqında olduğu anlaşılır. İbn Həcər rahiməhullah buyurur: “İmamlar, Rəsulullahın sallallahu aleyhi və səlləm Bədir əhli haqqındakı-“Uca Allah onlara müraciət etdi və istədiyinizi edin: Mən sizi bağışladım”- hədisi haqqında danışmışlar.
     
Bəzilərinə görə bu onları şərəfləndirmək üçündür və bunda qəsd, bu vəddən dolayı “Bədirdə iştirak edənlərin etdikləri əməllərə görə hesaba çəkilməyəcəkləri”dir.
     
Bəzilərinə görə isə bundan qəsd edilən: “edəcəkləri hər bir günahın bağışlanmış olaraq meydana gəlməsidir.”
     
Bu mənada başqa hədislər vardır.
     
Bunlardan biri İmam Muslimin rahiməhullah Əbu Qatadən radiyallahu anhu rəvayət etdiyi “Ərəfə gününün orucu biri keçən, digəri gələcək il olmaq üzrə iki ilin günühlarını silir” hədisdir. Bu hədis bir ilin günahlarının silinməsi ilə əlaqədar olsa da, mühüm olan “günahın hələ meydana gəlmədən bağışlanmasına“ dəlalət etməsidir. Nəticə etibarilə bunun mümkün olduğuna dəlalət edir.
     
İbn Hibbanın, Səhihində, Həzrəti Aişə möminlərin anasından radiyallahu anhədən rəvayət etdiyi bu hədis də bu qəbildəndir. Aişə radiyallahu anhə buyurur: “Bir gün Rəsulullahı sallallahu aleyhi və səlləm yaxşı əhval ruhiyyədə gördüm və “Ya Rəsulullah! Mənə dua et” dedim. Rəsulullah sallallahu aleyhi və səlləm “Allahım! Aişənin keçmiş və gələcək, gizlətdiyi və aşkara çıxartdığı günahlarını bağışla” dedi.
     
(Heysəmi, Məcmada: “Bunu Bəzzar rəvayət etmişdir. Əhməd bin Mansur ər-Ramadidən başqa bütün raviləri Səhihin raviləridir; o isə siqadır” demişdir. Zürqani isə “Şərhul Məvahibil-Lədunnyyəsində (2/235) belə demişdir: “Təbərani və Bəzzar siqa ravilər yolu ilə, ayrıca İbn Hibban Hz Aişədən (radiyallahu anhə) belə rəvayət etmişlər....”
     
İnsanlara Rəhmli və Mərhəmətli Rəbbimiz olan Allah tərəfindən rəhmət olaraq göndərilən Peyğəmbərimizin sallallahu aleyhi və səlləm ümmətinə belə dua etməsi bunun mümkün olduğuna dəlalət edir. İnşallah Abbas bin Mirdas hədisində görəcəyiniz kimi Rəsulullah sallallahu aleyhi və səlləm Ərəfə günü Allahdan bunu rica etmiş, istəyi qul haqqları istisna olmaqla qəbul edilmişdir. Müzdəlifənin səhəri isə ümmətinin isitisnasız bütün günahlarının bağışlanmasını istəmiş və bu istəyi istisnasız qəbul edilmişdir. İbn Həcər, Mə`rifətu`l-Hisali`l-Mukəffirəti s.31-34
     
İndi isə əziz qardaş və bacılarımız keçmiş və gələcək günahları silən əməlləri bir-bir zikr etməyə başlayaq
     


1. Gözəl Dəstəmaz Almaq


Başlıqlar

  • 1. Gözəl Dəstəmaz Almaq

  • 2. Ramazan orucunu tutmaq

  • 3. Ramazan Gecələrini İhya Etmək

  • 4. Qədir Gecəsini İhya Etmək

  • 5. Yemək Yeyib Su İçdikdən Sonra Allaha Həmd Etmək