SƏCDƏDƏN QALXMAQ


      Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- təkbir edərək başını səcdədən qaldırardı (əl-Buxarı və Müslim). Bunu «namazı düzgün qılmayan»a əmr edərək demişdir: «Namaz o zaman tamamlanır ki, namaz qılan səcdə etsin. Bütün bədən üzvləri rahatlıq tapsın, sonra «Allahu əkbər» deyib və başını qaldırıb otursun» ( Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir). Bəzən «bu təkbirlə bərabər əllərini də qaldırardı» ( Əhməd və Əbu Davud. Səhih hədisdir).
      Bundan sonra «sol dizini qatlayıb onun üstündə oturardı və rahatlanardı» ( əl-Buxarı, Əbu Davud, Müslim, Əbu Uvanə, «əl-İrva», səh.316. Səhih hədisdir). Bunu « namazı düzgün qılmayan»a əmr edərək demişdir: «Səcdə etsən, onu tam icra et, qalxıb otursan, sol budun üstə otur» (Əbu Davud və Əhməd. Yaxşı istinadlı hədisdir).
      «Sağ ayağını dik qoyardı» ( əl-Buxarı və Beyhəqi).
      «Barmaqlarını qibləyə yönəldərdi» ( ən-Nəsai. Səhih hədisdir).
     
İKİ SƏCDƏ ARASI OTURMA
     
      «Bəzən diz üstə oturardı; ayağının pəncələrini və dizə qədər hissəsini yerə düz qoyardı» ( Müslim, Əbu Uvanə və Əbu Şeyxin «Əbu Zubeyrin Cabirdən rəvayət etdikləri» əsərində 104/106 saylı hədis, əl-Beyhəqi).
     
İKİ SƏCDƏ ARASINDA RAHATLIĞIN VACİBLİYİ
     
      «Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- iki səcdə arasında bədəninin hər bir üzvü öz yerini alana qədər istirahət edərdi» ( Əbu Davud və əl-Beyhəqi. Səhih hədisdir). « Namazı düzgün qılmayan»a bunu əmr edərək demişdir: «Bunu etməyənin namazı tamamlanmaz» (Əbu Davud, əl-Hakim və əz-Zəhəbi. Səhih hədisdir).
      Rahatlanmanı təqribən «səcdə qədər uzadardı» (əl-Buxarı və Müslim). Bəzən «onu o qədər uzadardı ki, elə bilirdilər ki, (namazı) unudubdur» (əl-Buxarı və Müslim).

       SƏCDƏLƏRARASI ZİKRLƏR


Başlıqlar

  • Müqəddimə
  • Kitabin yazilmasi səbəbi
  • Imamlarin sünnəyə əməl etmək və ona müxalif olan sözlərini tərk etmək barədə deyimləri
  • Ardicillarinin imamlarinin bəzi fikirlərini rədd edib sünnəyə əsaslanmasi
  • Şübhələr və onlarin cavabi
  • Kəbəyə doğru yönəlmək
  • Qiyam və xəstənin namazi
  • Gecə namazinda durmaq və oturmaq
  • Ayaqqabida namaz barədə göstəriş
  • Sütrə və onun vacibliyi
  • Qəbrə üz tutub namaz qilmaq barədə
  • Niyyət
  • Təkbir
  • Əllərin yuxari qaldirilmasi
  • Sağ əlin sol əl üstə qoyulmasinin əmr edilməsi
  • Əllərin sinəyə qoyulmasi
  • Səcdə yerinə baxmaq və itaət
  • Namazin açiliş dualari
  • Qiraət
  • Hər ayənin ayrica qiraəti
  • Fatihənin rükn olmasi və fəzilətləri
  • Imamin ardinca uca səslə qiraətin qadağan edilməsi
  • Sakit səslə qiraətin vacibliyi
  • Amin və imamin onu uca səslə deməsi
  • Peyğəmbərin (s.a.v.) Fatihədən sonra qiraəti
  • Yalniz fatihəni oxumaqla kifayətlənməyə icazə verilməsi
  • Beş namazda və başqa namazlarda uca və sakit səslə qiraət
  • Peyğəmbərin (s.a.v.) Namazda oxuduqlari
  • Avazla qiraət və onunla səsin gözəlləşdirilməsi
  • Şeytan vəsvəsəsini dəf etmək üçün namazda istiazə və tüpürmək
  • Rüku
  • Qiyamin uzadilmasi və tam rahatliğin vacibliyi
  • Səcdə
  • Səcdə edərkən birinci əlləri yerə qoymaq
  • Səcdə zikrləri
  • Səcdənin uzadilmasi
  • Səcdənin üstünlüyü
  • Yerdə və həsir üstündə səcdə etmək
  • Səcdədən qalxmaq
  • Səcdələrarasi zikrlər
  • Əlləri dayaq edib rükətə qalxma
  • Hər bir rükətdə fatihənin qiraətinin vacibliyi
  • Birinci təşəhhüd
  • Təşəhhüddə barmağin tərpədilməsi
  • Birinci təşəhhüdün vacibliyi və onda duanin şəriətə uyğunluğu
  • Təşəhhüdün formalari
  • Peyğəmbərə salavat, onun yeri və formalari
  • Ümmət peyğəmbərinə salavatin əsas üstünlükləri
  • Üçüncü və sonra dördüncü rükətə durma
  • Bədbəxtlik baş verəndə beş namazda qunut duasini oxumaq
  • Vitrdə qunut
  • Sonuncu təşəhhüdün vacibliyi
  • Peyğəmbərə salavat deməyin vacibliyi
  • Duadan qabaq dörd şeydən qorunmaq üçün allahdan kömək diləməyin vacibliyi
  • Salamdan qabaq dua və onun növləri
  • Təslim ( salam vermək )
  • Son söz
  • Copyright@www.SelefEqidesi.com, 2006