FATİHƏNİN RÜKN OLMASI VƏ FƏZİLƏTLƏRİ


     
      Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- bu surənin əzəmətini həmişə yüksək tutardı və deyərdi: «Kitabın «əl-Fatihə»sini oxumayan şəxsin namazı qəbul olunmaz» (əl-Buxarı, Müslim, Əbu Uvanə və əl-Beyhəqi), və ya «Kitabın «əl-Fatihə»sini oxumayan şəxsin namazı düzgün olmaz» (əd-Dəraqutni və İbn Hibban. Səhih hədisdir). Bəzən deyərdi: «Namaz qılan adam Kitabın «əl-Fatihə»sini oxumazsa, bu namaz naqis (natamam) olar».
      O, bu surə barədə demişdir: «Allah təbarəkə təala buyurur: Mən namazı Özümlə bəndəm arasında yarı bölmüşəm. Yarısı mənimdir, yarısı da bəndəmim. Bəndəm istəyinə çatar». Peyğəmbər – səllallahu aleyhi və alihi və səlləm- demişdir: «Oxuyun: Bəndə deyər: «Əl-həmdu lilləhi rabbil aləmin” (Həmd olsun Allaha aləmlərin Rəbbinə). Allah təala buyurur: «Bəndəm Mənə həmd etdi, şükür və tərif dedi». Bəndə deyər: «Ər-rahmənir-rahim” (Mərhəmətli və rəhmli olana). Allah təala buyurur: « Bəndəm mənə səna etdi, tərif söylədi». Bəndə deyər: «Maliki yaumid-din” (Haqq-hesab (qiyamət) gününün sahibinə!) Allah təala buyurar: «Bəndəm Məni Mədh , tərif etdi». Bəndə deyər: «İyyəkə nəbudu və iyyəkə nəsməin” (Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!). Allah təala buyurar: «Bu Mənimlə bəndəm arasındadır. Bəndəm istədiyinə çatar». Bəndə deyər: «İhdinəs-sıratəl-mustəqim. Sıratəl əl-ləzinə ənamtə aleyhim qeyril-məğdubi aleyhim vəlad-dallin” (Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox! Allah təala buyurar: «Ona istədiklərini verəcəyəm» (Müslim, Əbu Davud, Əbu Uvanə və Malik).
      Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- həmçinin demişdir: «Qüdrət və Cəlal sahibi Allah nə Tövratda, nə də İncildə Quranın (hərfən anası) olan yeddi Məsanini (və Sizə çatdırdığım) əzəmətli Quranı vermişdir».
      Peyğəmbər –səllallahu aleyhi və alihi və səlləm- « namazını düzgün qılmayana» «əl-Fatihə»ni oxumağı əmr etmişdir. Onu əzbər öyrənə bilməyən isə deməlidir: «Subhanəllahu, vəl həmdulilləhi və lə iləhə illəllah. Allahu əkbəru və lə haulə quvvatə illə billəh” (Allah pak və nöqsansızdır, həmd Allaha məxsusdur, Allah hər şeydən üstündür, böyükdür, Güc və Qüdrət Allaha məxsusdur) (Əbu Davud, İbn Xuzeymə, əl-Hakim, ət-Təbərani və İbn Hibban. Səhih hədisdir).
      O, «namazını düzgün qılmayan»a demişdir: «Yanınızda Quran olsa, onu oxuyun. Olmasa, Allaha həmd edin, «Allahu əkbər» və Allahın təkliyinə şəhadət deyin» (Əbu Davud və ət-Tirmizi. Etibarlı hədisdir).

İMAMIN ARDINCA UCA SƏSLƏ QİRAƏTİN QADAĞAN EDİLMƏSİ


Başlıqlar

  • Müqəddimə
  • Kitabin yazilmasi səbəbi
  • Imamlarin sünnəyə əməl etmək və ona müxalif olan sözlərini tərk etmək barədə deyimləri
  • Ardicillarinin imamlarinin bəzi fikirlərini rədd edib sünnəyə əsaslanmasi
  • Şübhələr və onlarin cavabi
  • Kəbəyə doğru yönəlmək
  • Qiyam və xəstənin namazi
  • Gecə namazinda durmaq və oturmaq
  • Ayaqqabida namaz barədə göstəriş
  • Sütrə və onun vacibliyi
  • Qəbrə üz tutub namaz qilmaq barədə
  • Niyyət
  • Təkbir
  • Əllərin yuxari qaldirilmasi
  • Sağ əlin sol əl üstə qoyulmasinin əmr edilməsi
  • Əllərin sinəyə qoyulmasi
  • Səcdə yerinə baxmaq və itaət
  • Namazin açiliş dualari
  • Qiraət
  • Hər ayənin ayrica qiraəti
  • Fatihənin rükn olmasi və fəzilətləri
  • Imamin ardinca uca səslə qiraətin qadağan edilməsi
  • Sakit səslə qiraətin vacibliyi
  • Amin və imamin onu uca səslə deməsi
  • Peyğəmbərin (s.a.v.) Fatihədən sonra qiraəti
  • Yalniz fatihəni oxumaqla kifayətlənməyə icazə verilməsi
  • Beş namazda və başqa namazlarda uca və sakit səslə qiraət
  • Peyğəmbərin (s.a.v.) Namazda oxuduqlari
  • Avazla qiraət və onunla səsin gözəlləşdirilməsi
  • Şeytan vəsvəsəsini dəf etmək üçün namazda istiazə və tüpürmək
  • Rüku
  • Qiyamin uzadilmasi və tam rahatliğin vacibliyi
  • Səcdə
  • Səcdə edərkən birinci əlləri yerə qoymaq
  • Səcdə zikrləri
  • Səcdənin uzadilmasi
  • Səcdənin üstünlüyü
  • Yerdə və həsir üstündə səcdə etmək
  • Səcdədən qalxmaq
  • Səcdələrarasi zikrlər
  • Əlləri dayaq edib rükətə qalxma
  • Hər bir rükətdə fatihənin qiraətinin vacibliyi
  • Birinci təşəhhüd
  • Təşəhhüddə barmağin tərpədilməsi
  • Birinci təşəhhüdün vacibliyi və onda duanin şəriətə uyğunluğu
  • Təşəhhüdün formalari
  • Peyğəmbərə salavat, onun yeri və formalari
  • Ümmət peyğəmbərinə salavatin əsas üstünlükləri
  • Üçüncü və sonra dördüncü rükətə durma
  • Bədbəxtlik baş verəndə beş namazda qunut duasini oxumaq
  • Vitrdə qunut
  • Sonuncu təşəhhüdün vacibliyi
  • Peyğəmbərə salavat deməyin vacibliyi
  • Duadan qabaq dörd şeydən qorunmaq üçün allahdan kömək diləməyin vacibliyi
  • Salamdan qabaq dua və onun növləri
  • Təslim ( salam vermək )
  • Son söz
  • Copyright@www.SelefEqidesi.com, 2006