ARDICILLARININ İMAMLARININ BƏZİ FİKİRLƏRİNİ RƏDD EDİB SÜNNƏYƏ ƏSASLANMASI


      Buna görə də imamların ardıcıllarının «çoxu əvvəlkilərdən, bir az da sonrakılardandır” (əl-Vaqiə, 13-14). Onlar imamların dediklərini bütünlüklə qəbul etməmiş, Sünnəyə müxalif olduğuna görə bir çoxunu rədd etmiş, hətta mərhum imamlar Məhəmməd bin əl-Həsən və Əbu Yusif «Məzhəbin təqribən üçdə biri qədər» öz şeyxləri Əbu Hənifəyə müxalif olmuşlar (İbn Abidin, «əl-Haşiyə», 1/62).
      Bunu sübut edən kitabların sayı kifayət qədərdir. İmam əl-Muzani və Şafii məzhəbinin bir çox ardıcılları da bu mövqedən çıxış etmişlər. Dediklərimizi sübuta yetirmək üçün çoxsaylı misallar gətirə bilərik ki, bu da uzunçuluğa gətirib çıxarar və qarşımıza qoyduğumuz əsas məqsəddən bizi uzaqlaşdırar. Ona görə də iki misalla kifayətlənək: 1.
     İmam Malik «əl-Muvatta» əsərində (səh: 158) qeyd edir ki, Məhəmməd demişdir:
     «Əbu Hənifə –rəhmətullahi aleyh- yağış yağdırmaq üçün namazı qəbul etmirdi. Bizim fikrimizcə isə, bu halda imam camaatla iki rükət namaz qılır və sonra dua edir» və i.a. 2.
     İmam Əhməd Məhəmmədin –səllallahu aleyhi və alihi və səlləm- əshabələrindən biri və
      imam Əbu Yusifin ardıcılı olan Usam bin Yusif əl-Bəlxi Əbu Hənifənin dediklərinə uyğun gəlməyən bir çox fətvalar vermişdir. Çünki əlində bu dəlillər yox idi. Başqa bir dəlil tapdığı üçün ona əsasən fətva verərdi.Peyğəmbərin mütavatir sünnəsinə müvafiq olaraq rüku edərkən və ondan qalxanda əllərini qaldırardı. Üç məşhur alimin (Əbu Hənifə, Malik, Əhməd) buna müxalif fətva verməsi ona bu hədislə əməl etməkdə mane olmadı. Belə ki, rüku vaxtı və ondan qalxanda əllərini qaldırardı. Bu, Peyğəmbərin –səllallahu aleyhi və alihi və səlləm- sünnəsinə uyğun idi və ona əməl etmək yasaq edilmirdi.
      Xülasə, istəmirəm ki, təqlidçilərdən hər hansı biri bu kitabın əsas qayəsinə zidd getsin, bu və ya başqa məzhəbin göstərişlərinə uyğun olmadığı üçün orada olan peyğəmbər sünnəsini istifadə etməsin. Əksinə istərdim ki, yuxarıda qeyd etdiyimiz imamların sünnəyə əməl etməyin vacibliyini, ona müxalif olan fikirləri kənara qoymaq barədə sözlərini xatırlasınlar. Bu kitabın məğzinə tənə etmək, o təqlid olunan imamlardan hansı olursa olsun, ona tənə etməkdir. Çünki bu yolu yuxarıda qeyd etdiyimiz kimi, onlardan götürmüşük. Kim düz yolla getmək üçün qoyulmuş bu yoldan üz çevirərsə, o böyük təhlükə qarşısındadır. Çünki Allahın buyurduğu kimi - : «Amma xeyr! (Ya Məhəmməd) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar” (ən-Nisa 65) – hər bir ixtilaflı məsələdə dönüş yerimiz olan, etimad göstərməmiz lazım gələn sünnəyə üz tutmağımızdır.
      Allah təaladan istəyirəm ki, bizi Özünün dediyi : «Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağırıldıqları zaman möminlərin sözü ancaq: «Eşitdik və itaət etdik!” - deməkdən ibarətdir. Nicat tapanlar də məhz onlardır! Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər – məhz belələri uğura çatanlardır” (ən-Nur, 51-52) kimilərdən etsin.
      Dəməşq,
      13 çəmadi əl-axır 1370 h.
     
     

       ŞÜBHƏLƏR VƏ ONLARIN CAVABI

Başlıqlar

  • Müqəddimə
  • Kitabin yazilmasi səbəbi
  • Imamlarin sünnəyə əməl etmək və ona müxalif olan sözlərini tərk etmək barədə deyimləri
  • Ardicillarinin imamlarinin bəzi fikirlərini rədd edib sünnəyə əsaslanmasi
  • Şübhələr və onlarin cavabi
  • Kəbəyə doğru yönəlmək
  • Qiyam və xəstənin namazi
  • Gecə namazinda durmaq və oturmaq
  • Ayaqqabida namaz barədə göstəriş
  • Sütrə və onun vacibliyi
  • Qəbrə üz tutub namaz qilmaq barədə
  • Niyyət
  • Təkbir
  • Əllərin yuxari qaldirilmasi
  • Sağ əlin sol əl üstə qoyulmasinin əmr edilməsi
  • Əllərin sinəyə qoyulmasi
  • Səcdə yerinə baxmaq və itaət
  • Namazin açiliş dualari
  • Qiraət
  • Hər ayənin ayrica qiraəti
  • Fatihənin rükn olmasi və fəzilətləri
  • Imamin ardinca uca səslə qiraətin qadağan edilməsi
  • Sakit səslə qiraətin vacibliyi
  • Amin və imamin onu uca səslə deməsi
  • Peyğəmbərin (s.a.v.) Fatihədən sonra qiraəti
  • Yalniz fatihəni oxumaqla kifayətlənməyə icazə verilməsi
  • Beş namazda və başqa namazlarda uca və sakit səslə qiraət
  • Peyğəmbərin (s.a.v.) Namazda oxuduqlari
  • Avazla qiraət və onunla səsin gözəlləşdirilməsi
  • Şeytan vəsvəsəsini dəf etmək üçün namazda istiazə və tüpürmək
  • Rüku
  • Qiyamin uzadilmasi və tam rahatliğin vacibliyi
  • Səcdə
  • Səcdə edərkən birinci əlləri yerə qoymaq
  • Səcdə zikrləri
  • Səcdənin uzadilmasi
  • Səcdənin üstünlüyü
  • Yerdə və həsir üstündə səcdə etmək
  • Səcdədən qalxmaq
  • Səcdələrarasi zikrlər
  • Əlləri dayaq edib rükətə qalxma
  • Hər bir rükətdə fatihənin qiraətinin vacibliyi
  • Birinci təşəhhüd
  • Təşəhhüddə barmağin tərpədilməsi
  • Birinci təşəhhüdün vacibliyi və onda duanin şəriətə uyğunluğu
  • Təşəhhüdün formalari
  • Peyğəmbərə salavat, onun yeri və formalari
  • Ümmət peyğəmbərinə salavatin əsas üstünlükləri
  • Üçüncü və sonra dördüncü rükətə durma
  • Bədbəxtlik baş verəndə beş namazda qunut duasini oxumaq
  • Vitrdə qunut
  • Sonuncu təşəhhüdün vacibliyi
  • Peyğəmbərə salavat deməyin vacibliyi
  • Duadan qabaq dörd şeydən qorunmaq üçün allahdan kömək diləməyin vacibliyi
  • Salamdan qabaq dua və onun növləri
  • Təslim ( salam vermək )
  • Son söz
  • Copyright@www.SelefEqidesi.com, 2006