![]() |
![]() |
||||
|
XUTBƏTUL- HACƏ
Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd onun qulu və elçisidir. "Ey iman gətirənlər! Allahdan lazımınca qorxun, Yalnız müsəlman olduğunuz halda ölün" (Ali İmran 102). "Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir" (ən-Nisa 1). "Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar" (əl-Əhzab 70-71) XUTBƏTUL – HACƏ – adı ilə məşhur olan bu duanı, cümə və s. xütbələrdə Peyğəmbər – səlləllahu aleyhi və səlləm oxumuşdur. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyrətmişdir. Hədisin ilk hissəsini bizə: - Əhməd 1/392 – 393,432, Əbu Davud 2188, Tirmizi 1105, Nəsəi 3/104 – 105, 6/69 və "Əməlul Yəum vəl Leyl" 488, İbn Məcə 1892, Darimi 2202, Tayalisi "əl-Musnəd" 1557, Abdurrazzaq "əl-Musənnəf" 10449, Bəzzar "əl-Musnəd" - Kəşful Əstar 1/314, Əbu Yəla "əl-Musnəd" 5233-5234,5257, Tahavi "Şərhul Müşkili Asar" 1-3, Təbərani "Məcmuul Kəbir" 10/10079-10080, Həkim "əl-Mustədrək" 2744, Beyhədi "Sünnənul Kubra" 3/214-215, Bəğavi "Şərhus Sunnə" 2268 İbn Məsud. radıyallahu anhu yolu ilə, Müslim "Şərhi Nəvəvi" 6/156 –158, Əhməd 1/302,350, Nəsəi 6/89 –90, İbn Məcə 1893 və Tahavi "Şərhul Müşkili Asar" 4 İbn Abbas – radıyallahu anhu – yolu ilə, Tahavi "Şərhul Müşkili Asar" 5, Beyhəqi "Sünnənul Kubra" 3/215 Nubeyt b. Şərit – radıyallahu anhu – yolu ilə, Əbu Yəla "əl-Musnəd" 7221, Nəsəi "Sünnənul kubra" bax: "Tuhfetil Əşraf" 6/472 ¹ 9148 Əbu Musa əl-Əşari – radıyallahu anhu – yolu ilə). Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmməd – səlləllahu aleyhi və səlləm – in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə bir zəlalətdir (sapmaqdır), hər bir zəlalət isə oddadır. (Hədisin ikinci hissəsini - Müslim "Şərhu Nəvəvi" 6/153-156, Əhməd 3/319,371, Nəsəi 3/188-189, Beyhəqi "Sünnənul Kubra" 3/214 Cabir b. Abdullah – radıyallahu anhu- yolu ilə. Bu ləfz Nəsainin ləfzidir. Hədisi Əhməd 3/371 və Müslim: "Sözlərin ən doğrusu" ləfzi yerinə: "Sözlərin ən xeyirlisi" ləfziylə rəvayət edilmişdir. İmam Əhmədin digər rəvayətlərində isə 3/319: "Sözlərin ən gözəli" şəklindədir. Müslim: "Sonradan uydurulub dinə salınan hər bir zəlalətdir (sapıqlıqdır)" ləfziylə rəvayət etmişdir. Hədisin sonunda olan : "Hər bir zəlalət isə oddadır" ləfzini zikr etməmişdir. Bu beş səhabədən başqa hədisi: Aişə – radıyallahu anhu - , Səhl b. Sad – radıyllahu anhu mərfu olaraq. MƏRFU HƏDİS – Bu o hədisidr ki, hansısa bir əməlin, sözün və ya sifətin Peyğəmbər – səlləllahu aleyhi və səlləm – ə çatması mərfu hədis adlanır. 1. əl-Mərfu əl-Qövli – Peyğəmbər – səlləllahu aleyhi və səlləm – in dediyi söz. 2. əl-Mərfu əl-Feli – Peyğəmbər – səlləllahu aleyhi və səlləm – in etdiyi əməl. 3. əl-Mərfu əl-Təqriri – Peyğəmbər – səlləllahu aleyhi və səlləm – in görüb qadağan etmədiyi (hər hansısa bir əməl, və ya söz). 4. əl-Mərfu əl-Vəsfiyu – Peyğəmbər – səlləllahu aleyhi və səlləm – in ən gözəl əxlaqlı olması. Tabiinlərdən isə İbn Şihab əz-Zuhri isə mursəl olaraq rəvayət etmişdir. MURSƏL HƏDİS – Tabiin Peyğəmbər – səlləllahu aleyhi və səlləm – dən danışır. Lakin onlar arasındakı ravini qeyd etmir. Səhabədən də mursəl rəvayət olur. Bu o, deməkdir ki, səhabə Peyğəmbər – səlləllahu aleyhi və səlləm – in sözünü eşitmədən, əməlini görmədən danışır. Bu da onun o, vaxt uşaq olması və ya İslamı sonra qəbul etməsi ilə izah olunur. Bunlar da qəbul edilə bilər. Hədis səhihdir. Muhəddis Muhəmməd Nəsrəddin əl-Albani – rahimahullah – hədisin bütün rəvayətlərini bir yerə toplayaraq "Xutbətul Hacə" isimli bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani "Muxtəsər Səhih Müslim" 409, "Mişkətul Məsabih" 3149, 5860). "Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar" (Ta Ha, 25 – 28) Möhtərəm müsəlman bacı və qardaşlarım! İlk öncə hamınızı Allahın salamı ilə salamlayıram. Allahın kitabına və Rəsulullah – səlləllahu aleyhi və səlləm – in yoluna (sünnəsinə) uyaraq öz risaləmi "Bismilləh" ilə başlayıram. Çünki Allah Rəsulu – səlləllahu aleyhi və səlləm – də öz məktublarını "Bismilləh" ilə başlamış və buyurmuşdur: "Hər mühüm bir işə "Bismilləh" ilə başlanılmazsa, o işin sonu kəsikdir" ( Əbu Davud) Uca və Böyük olan Allah – sübhənəhu və təalə – nin izni ilə Əhli Sünnə vəl Cəmaat, Sələfi Salihin əqidəsi ilə bağlı olan mövzuları toplamağa davam edirik. Bu risaləmizdə qısa da olsa lakin ətraflı şəkildə Musiqi, Saqqal və İsbalın hökmü, İslamda onların yeri haqqında məlumat verəcəyik. Nə üçün məhz bu üç mövzu seçildi? Çünki bu üç mövzu ətrafında daha çox suallar yarandığına görə, insanları bu üç məsələ daha çox maraqlandırdığına görə bu mövzulara toxunmağı qərara aldım. Sual verirlər ki: Musiqi nə üçün haramdır? Qurani Kərimdə musiqinin qadağan olunması barəsində heç bir dəlil yoxdur? Kimisi: Məni özündən çıxardan, insanı coşduran misiqilərə qulaq asmıram. Qulaq asdığım həzin musiqilərdəki bunlar da mənim Allaha olan imanımı artırır; Kimisi: Saqqal zəmanəmizə uyğun deyildir, bu çirkinlikdir, o vaxtlar üz qırxan olmadığı üçün insanlar saqqal saxlayardılar; Kimisi: İbadət etməyinə baxmayaraq saqqalını qırxır ki, bu onun dəvətinə ziyandır. Kimisi: İşinəmi, yoxsa ruzisinin azalmasındanmı qorxaraq saqqalı tərk edir. Bu və buna bənzər suallar çox olur. İnşəallah risaləmizdə bu məsələlərə cavab veriləcəkdir. Qısaca olaraq onu demək istəyirəm ki, Allah – sübhanəhu və təalə – Qurani Kərimdə buyurur ki: "Peyğəmbər sizə nə verirsə onu da götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən Allahın cəzası çox şiddətlidir" (əl-Həşr 7). Artıq Allahın Rəsulu – sallallahu aleyhi və səlləm – bizlərə saqqal saxlamaq və isbalı (paltarı) topuqdan yuxarı geyinmək kimi sünnəti əmanət olaraq qoymuş, musiqi və musiqiyə qulaq asmaqdan isə bizləri çəkindirmişdir. Əbu Hureyrə, Abdurrahman b. Saxr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səlləllahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: "Sizə nəyi qadağan edirəmsə ondan uzaq olun, nəyi sizə əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edir. Şübhə yox ki, sizdən əvvəlki ummətləri çox sual vermələri və peyğəmbərlərinə müxalif olmaları məhv etdi". ( Səhih Buxari 7288; Səhih Müslim 1337 – Bu hədisin əvvəli belədir: Peyğəmbər – səlləllahu aleyhi və səlləm – buyurdu: "Ey insanlar! Allah üzərinizə Həcc etməyi fərz qıldım, artıq siz də Həcc edin".Bir nəfər: "Ey Allahın Rəsulu, hər il Həcc edək?" Peyğəmbər – səlləllahu aleyhi və səlləm – susdu. Həmin şəxs sualını bir neşə dəfə təkrarladı. Peyğəmbər: "Əgər mən hə desəm, sizə hər il Həcc etmək vacib olardı. Sizin də buna gücünüz çatmazdı…"). Artıq Allahın Rəsulu – səlləllahu aleyhi və səlləm – bizlərə xəbər vermişdir ki, onun sünnəsinə (saqqal saxlamaq, isbalı (paltarı) topuqdan yuxarı geyinmək və s.) kimi əmrlərini yerinə yetirmək əldə yanar közü saxlamaqdan daha çətin olacaqdır. Günümüzdəki hər bir müsəlman bəndə Peyğəmbər – səlləllahu aleyhi və səlləm – in bu sözlərinin nə qədər həqiqət olduğunu bilməkdədir. Əxlaqsızlığın, fahiş işlərin baş alıb getməsinə baxmayaraq onlara "gözüm üstə qaşın var" deyən də yoxdur. Lakin Allahın Rəsulunu – səlləllahu aleyhi və səlləm – sevən, ona oturuşunda, duruşunda, yerişində, hər bir işində, əməlində oxşamağa (bənzəməyə) çalışan bəndəyə istehza edib tənə vuranlar da vardır. "(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına" (əl-Huməzə 1) Cəmiyyətdə (insanlar) arasında belə bir sual mövcuddur ki: Sizin həyatda idealınız kimdir? Kimə oxşamaq istəyərdiniz? Bu suala müxtəlif cavablar olur. Kimisi deyir ki: "Mən filan müğənniyə oxşamaq istəyirəm və həyatda idealım da odur. Görürsən ki, onun kimi bəzənir –düzənir. Kimisi də: "Mən filan idmançıya oxşamaq istəyirəm və bu yolda ömrünü sərf edir ki, onun kimi olsun". Mən heç bir şəkk-şübhə etmirəm ki, sizlərdən hər hansı bir kimsə Allahı və Rəsulunu sevən bir qulundan soruşsa ki: "Sənin həyatda idealın kimdir? Kimə oxşamaq istəyərdin? Onun cavabı Allahın rəsulu Muhəmməd səlləllahu aleyhi və səlləm – olmasın. Bəli, Allahın sevgisini, razılığını qazanmağın yolu da budur. Müsəlman necə belə bir Rəsulla razı qalmasın? Şəfqətli və mərhəmətli bir Rəsulla. Necə ona oxşamağa çalışmasın? Ey müsəlmanları istehza edərək tənə edənlər! Allahdan qorxun, həqiqətən Allahın cəzası çox şiddətlidir. Siz müsəlmanları saqqalına, isbalını (paltarını) topuqdan yuxarı geyindiyinə görə istehza etməklə, əslində Allahın Rəsulunu istehza etmiş olursunuz. Çünki bunu bizə o əmr etmişdir. Allahın Rəsulunu istehza etməklə isə Allahı istehza etmiş olursunuz. Çünki bunu Allah, Rəsuluna əmr etmişdir. Allahı istehza edən isə nə dünyada, nə də axirətdə səadətə çata bilər. "Həqiqətən günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. Möminlərin yanından keçərkən (onları dolamaq məqsədi ilə) bir-birinə göz-qaş edirdilər. Ailələrinin yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdardılar. Möminləri gördükdə: "Doğrusu bunlar (haqq yoldan) azanlardır!" deyərdilər. Halbuki onlar möminlərə nəzarətçi göndərilməmişdilər. Bu gün isə möminlər kafirlərə güləcəklər" (əl-Mutəffifin 29-34) "Cənnət əhli Cəhənnəm əhlinə müraciət edib: "Biz Rəbbimizin bizə vəd etdiyini (axirət nemətlərini) haqq olaraq gördük. Siz də Rəbbinizin sizə vəd etdiyini (Cəhənnəm əzabını) gerçək olaraq gördünüzmü?" deyə soruşacağıq. Onlar: "Bəli" deyə cavab verəcəklər. Elə bu zaman onların (hər iki dəstənin) arasında bir carçı: "Allah zalimlərə lənət etsin!" deyəcək (əl-Əraf 44) Mömin, müsəlman qardaş və bacılarıma nəsihətim isə heç də üzülməsinlər, sıxılmasınlar. Bizdən xeyirli insanlar da istehzaya məruz qalmışlar. Lakin səbr etmişlər. Sizin məqsədiniz yalnız Allahı razı salmaq olsun. İnsanları razı salmaq isə sizin işiniz deyildir. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səlləllahu aleyhi və səlləm – buyurdu: "Sizdən hər hansı bir kimsə məni uşaqlarından, valideynlərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz" (Buxari, Müslim, Musnəd 3/207, 275, 278.) Bu hədisi eşidən Ömər – radıyallahu anhu – deyir ki: "Ya Rəsulullah! Sən mənə nəfsimdən başqa hər şeydən sevimlisən!". Peyğəmbər: "VƏ MİN NƏFSİKƏ YA UMARU –Ya Ömər! Nəfsindən də sevimli olmalıyam!" deyə buyurdu. Ömər: "VƏ MİN NƏFSİ – Nəfsimdən də!" deyincə Peyğəmbər: "Ya Ömər! İndi tamam oldu" "Peyğəmbər möminlərə öz nəfslərindən də yaxındır" (əl-Əhzab 6). İmam Şafii – radıyallahu anhu – deyir ki: "İnsanları razı salmaq ağla sığmayan bir şeydir. O halda sənin halını düzəldən işə bax. Ondan ayrılma və ondan başqa hər bir şeyi də kənara burax. Yaradılmışları razı salmaq nə sənin gücün dairəsində olan bir şeydir, nə də əmr olunan bir şeydir. Yaradanı razı salmaq isə güc yetirə bilən və əmr olunan bir xüsusiyyətdir" Aişə – radıyallahu anhu – nin Muaviyə – radıyallahu anhu – ya nəsihət olaraq yazdığı məktubda Rəsulullah – səlləllahu aleyhi və səlləm – in sözlərini ona çatdıraraq deyir ki, Rəsulullah – səlləllahu aleyhi və səlləm – buyurdu: "Kim insanları qəzəbləndirərək Allahı razı salarsa, Allah da ondan razı olar və insanları da ondan razı edər (Başqa rəvayətdə: Onu insanlara möhtac etməz). Kim də Allahı qəzəbləndirərək insanları razı salmağa çalışarsa Allah da ona qəzəblənər və insanları da onun üstünə qəzəbli olaraq salar (Başqa rəvayətdə : Onun işini insanlara həvalə edər)" ( Tirmizi əl-Albani "Səhihul Cəmi" 5886, İbn Hibban 276, əl-Qudamə "Musnədu Şihab" 499,500, əl-Humeydi "Musnəd" 266) Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər hardasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verməkdən çəkinməyəcəyinizi ümid edirəm. Güvəndiyim Allahdır, işlərimi ona həvalə edirəm və ona arxalanıram. Həmd və nemət yalnız onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da odur. "Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et" (əş-Şuəra 78-85) Allahın salat və salamı onun Peyğəmbəri Muhəmməd - səlləllahu aleyhi və səlləm – ə, onun ailə üzəvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun. |
|
||||
![]() |
![]() |